Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neda Ukraden
Neda Ukraden (serb. Неда Украден 16 avqust 1950, İmotski[d], Xorvatiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Xorvatiyada anadan olan və Bosniyada böyüyən serbiyalı müğənni. Neda Ukraden 16 avqust 1950-ci ildə Xorvatiyanın İmotski şəhəri yaxınlığındakı Qlavina kəndində anadan olmuşdur. O, serb əsili Duşa (1997-ci ildə vəfat etmişdir) və Angelianın ailəsində anadan olmuşdur. İki ilə qədər Viseqrad şəhərinə (Bosniya və Herseqovina) köçənə qədər, babası və nənəsi ilə birlikdə İmotski şəhərində yaşayırdı. İbtidai məktəbə burada gedir, sonra ailəsi ilə birlikdə 1992-ci ildə Bosniya müharibəsi başlayana qədər yaşadığı Sarayevoya köçür. Müharibənin başlaması ilə Neda Belqrada köçmək məcbuiriyyətində qalır. 1992-1996 illəri arasında Vyanada (Avstriya) bir mənzil kirayələyir. Müharibə zamanı ailəsinin İmotski qəsəbəsindəki evi dağıdılır. Sarayevo Universitetini bitirib.
Osama Vinladen
Osama Vinladen Ximenes Lopes (isp. Osama Vinladen Jiménez López; 7 oktyabr 2002) — Peru futbolçusu, Peru Premyer Diviziyasında çıxış edən "Union Komersio" İK-nin yarımmüdafiəçisi. Osama Vinladen Ximenes Lopes 7 oktyabr 2002-ci ildə Rioxada anadan olmuşdur. Vinladen 30 may 2018-ci ildə Peru Premyer Diviziyasında çıxış edən "Union Komersio" İK-nin heyətində "Universidad San-Martin" İK ilə matçda peşəkar səviyyədə debüt etmişdir. O, 87-ci dəqiqədə əvəzedici kimi meydana çıxmışdır və "Union Komersio" matçda 0–0 hesabla heç-heçə qalmışdır. Vinladen 2017 Cənubi Amerika U-15 Çempionatında iştirak edən Peru U-15 komandasının bir hissəsi idi. Vinladen Üsamə bin Ladenin adını daşıyır. Orfoqrafik fərq ispan dilində "b" və "v" hərflərinin tələffüzünün oxşarlığı ilə əlaqədardır. Vinladenin İraq lideri Səddam Hüseynin şərəfinə adlandırılmış Sadam Huseyn adlı bir qardaşı var. Bundan əlavə, atası üçüncü övladının adını Corc Buşun şərəfinə qoymağı planlaşdırmışdı, lakin qadın olduğu üzə çıxdığına görə bundan imtina etmişdir.
Uolden Universiteti
Volden Universiteti — ABŞ-nin Minnesota ştatında yerləşən özəl ali təhsil müəssisəsi. Bakalavr, magistratura və doktorantura dərəcələrində tədris aparan universitet, 2021-ci ilin avqustundan etibarən "Adtalem Global Education" şirkətinə məxsusdur. Volden Universiteti beş kollecdən ibarətdir: Riçard V. Rayli Təhsil və Liderlik Kolleci İdarəetmə və Texnologiya Kolleci Səhiyyə Elmləri Kolleci Tibb bacısı kolleci Sosial və Davranış Elmləri Kolleci Rəsmi internet saytı Koordinatları: 44°58′52″ şm. e. 93°15′56″ q. u.
Mahmud xan Poladen
Mahmud xan Hüseyn xan oğlu Poladen (1868-1928) — Azərbaycan əsilli İran Kazak diviziyasının polkovniki. == Həyatı == Mahmud xan Poladen 1868-ci ildə İran Kazak diviziyasının zabiti Hüseyn xanın ailəsində anadan olmuşdu. Əslən Naxçıvanlıdır. O, Hərbi məktəbdə oxumuşdu. İranda "Qazaqxana" deyilən kazak briqadasında xidmətə başlamışdı. Məşrutə hərəkatına qarşı çıxmışdı. Mahmud xan Poladen 1919-cu ildən sonra Rza xan Sipəhi dəstəkləmişdi. Mahmud xan Poladen Rza şaha qarşı hazırlanan sui-qəsddə iştirak etmişdi. Mahmud xan Poladen 1928-ci ildə güllələnib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Osama Ben Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Usama Bin Laden

Üsamə bin Laden

Uolden, yaxud meşədə həyat
"Uolden, yaxud meşədə həyat" (ing. Walden) amerikan filosofu və şairi Henri Devid Toronun əsas əsəri. Ralf Uold Emersonun transsendentalizm ideyalarını dərindən dərk etmiş 27 yaşlı Toro 1845-ci ilin yazında, cəmiyyətdən təcrid olaraq fikrini insanın özündə və ən əsas ehtiyaclarında cəmləşdirmək eksperimentini həyata keçirmək qərarına gəlir. O, Konkord şəhəri (Massaçusets ştatı) ətrafında, Uolden gölünün sahilində özünün tikdiyi daxmada məskunlaşır. Filosof gününün əsas hissəsini bostançılıqla, balıqçılıqla, avar çəkmə ilə, üzmə ilə, klassikləri oxumaqla keçirərək həyat üçün tələb olunan bütün şeylər ilə özü-özünü təmin edirdi. Toro düz iki il, iki ay, iki gün bu minvalla tənha yaşamışdır. Bununla belə, o insanlardan qaçmamış, gölün sahibi Emerson da daxil olmaqla Konkord sakinləri ilə müntəzəm olaraq söhbətləşmişdir. Toronun ilk dəfə 1854-cü ildə özü tərəfindən dərc olunan və meşədəki həyatı təsvir edən əsəri, onun bioqrafiyasının həqiqi vəziyyəti ilə tam uyğunluq təşkil etmir. Belə ki, başlıqlar ilin fəsillərinə müvafiq olaraq xronoloji ardıcıllıqla düzülmüşdür və belə bir təəssürat yaradır ki, filosof gölün sahilində cəmi bir il yaşamışdır. Toro öz eksperimentləri ilə maddi zənginliyə həris olan müasirlərinə anlatmaq istəyirdi ki, cəmiyyətdən kənarda da, öz təbii ehtiyaclarını öz əməyinlə ödəyərək də xoşbəxt və gözəl yaşamaq olar.
Üsamə bin Laden (fil)
Üsamə bin Laden — ümumilikdə 27 nəfəri (digər mənbələrə görə 14 nəfər) öldürərək, hind kəndlərinin sakinlərini qorxuya salan məşhur Asiya fili. Fil məşhur terrorçu Üsamə bin Ladenin şərəfinə adlandırılıb. Erkək cinsindən olan filin boyu üç metr idi. O, iki il Hindistanın Assam ştatını əhalisini qorxuya saldı. Fil yüzdən çox evi dağıtmışdı, kənd tarlalarını məhv etmişdi və yerli sakinləri öldürmüşdür. Görünür fil ağıllı idi, çünki təqibdən gizlənə bilirdi, qaldığı yeri tez dəyişirdi və və ovçular üçün iz buraxmırdı. Bildirilmişdir ki, fil fişəng və oddan çəkinmir, və tələ onun üçün qorxulu deyil. Onun vəhşiliyinin miqyası o hüdudlara gəldi ki, yerli sakinlər qəzəblənmiş fili aradan qaldırılması üçün hərbi dəstə və polis bölməsi göndərmək məcburiyyətində qaldılar, bundan əlavə əməliyyata təcrübəli meşə gözətçiləri cəlb olundu. 18 dekabr 2006-cı ildə yaxın məsafədən Üsəma ben Laden təxmin edilən fil güllələndi. Həmin filin məhz o olduğuna və ya səhvən başqasının öldürüldüyünə dair birmənalı məlumat yoxdur.