Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Orta Ural
Orta Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimalda Konjakovski Kamen və cənubda Yurma dağı genişlikləri ilə məhdudlaşan Ural dağlarının ən alçaq hissəsi. Bəzi digər mənbələrə görə Oslyanka dağından Ufa çayının hövzəsinə qədər ərazini əhatə edir. Orta Ural oroqrafik olaraq yaxşı ayrılmışdır: Ural dağları buraya enir və dağ kəmərinin ciddi meridional uzantısı cənub, cənub-şərqlə əvəzlənir. Cənubi Ural ilə birlikdə Orta Uralın qabarıq tərəfi şərqə baxan nəhəng bir yayla meydana gətirməsidir. Yayla Ufa yaylasının ətrafında əyilir (Rusiya platformasının şərq çıxıntıları). Atlantik okeanından əsən qərb küləyi Orta Uralın iqliminin yaranmasında əsas rol oynayır. İsti və soyuq axınların dəyişməsi səbəbindən hava yalnız həftə ərzində deyil, gün ərzində də tez-tez dəyişir. Atlantik okeanından uzaqlıq və Sibirin yaxınlığı Orta Uralın iqlimini kontinental edir. Bu da kəskin temperatur dəyişikliklərində özünü göstərir.
Qütbönü Ural
Şimali Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimaldakı Lyapin (Xulqa) çayının mənsəbindən (65 (40 'N) cənubda Telposiz ( təxminən 1617 m hündürlük) dağına qədər uzanan, Rusiyada bir dağ sistemi. Şimal-şərqdən cənub-qərbə 230 km məsafədə uzanır. Eni isə 150 km-ə qədərdir. Qütbönü Ural Ural dağlarının ən yüksək hissəsidir. Ural dağlarının ən yüksək nöqtəsi olan Narodnaya dağı (1894.5 m) burada yerləşir. , Alp relyefi ilə fərqlənən daha çoxlu zirvələri vardır: Manaraqa (1662 m), Kolokolnya (1724 m), Zaşita (1808 m), Mansi-Nyor (Didkovski) ( 1778 m), Sverdlov (təxminən 1800 m), Komsomol (1729.4 m). Ən yüksək zirvələr - Narodnaya, Manaraqa, Karpinski, Kolokolnya, Nyoroyka - 1600 m-dən çox olan hündürlülər. Yuqıd Va Milli Parkının mərkəzi hissəsindəd yerləşir. 2009-cu ilin dekabr ayında Qütbönü Uralın Komi Respublikasındakı adsız dağ zirvələrindən biri (65º 04.4 'N 59º 57.5' E, 1582 m) " Müqəddəs Stefan Permiski dağı" olaraq adlandırılır.
Selçuk Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Səlcuq Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.
Ural (Baymak)
Ural (başq. Урал, rus. Урал) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Zilair kənd şurasının tərkibindədir. rayon mərkəzindən (Baymak): 70 km, kənd sovetliyindən (Urqaza): 25 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 75 km.
Ural (Uçalı)
Ural (başq. Ҡоҙаш, rus. Кудашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İmanqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 15 km, kənd sovetliyindən (İmanqol): 23 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (93 %) üstünlük təşkil edir.
Ural (Əbyəlil)
Ural kəndi (başq. Урал) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ural kəndinin milli tərkibi: başqırdlar 77 %. Məsafələr: rayon mərkəzindən (Askar): 58 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 15 km. Совет муниципальных образований Республики Башкортостан.
Ural Batır
Ural Dağları
Ural dağları — Şimal Buzlu okeanından Xəzər dənizinə doğru uzanan, Rus platforması ilə Sibir platformasını bir-birindən ayıran, Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstan dövlətləri ərazisində olan dağ silsiləsi. Şimalda Aralıq dənizi, cənubda Qazaxıstana qədər uzanan bu dağlar 2000 km uzunluqları ilə Avropa və Asiya arasında bir sərhəd materikində yerləşirlər. 63° Şimal paralelinin şimalında olan Şimal Urallar incə bir lent halındadırlar. Təpələrinin ortalama yüksəkliyi 900 m olan bu dağların bəzi zirvələri 1500 m-ə çatır, ən yüksək təpəsi olan Narodanın yüksəkliyi 1855 m-dir. Orta və Cənub Urallarda ortalama yüksəkliklər daha alçaqdır. Cənuba endikcə silsilə 250 km genişliyin üzərinə çıxar. Cənub Urallar Suerdlovsk boşluğunun cənubunu örtərlər. Ural çevrəsiylə bəslənən başlıca çaylar; Pechora, Ob, Ural və Emba çaylarıdır. Şimal Sibiryanın sərt iqliminə səbəb qərbdən gələn küləklərin qarşısını alan Ural Dağlarıdır. Bu dağların coğrafik şəkilləri qranit və somaki daşlarından və yamaclardakı Paleozoik təbəqələrdən meydana gəlir.
Ural FK
Ural FK – Rusiya Premer Liqasında çıxış edən klub. Ural Yekaterinburq şəhərini təmsil edir. Klub 1930-cu ildə yaranıb.
Ural Han
Ural-4320
Ural-4320 — Təkər formulu 6x6 olan yük maşını 1977-ci ildə Ural Avtomobil Zavodunda istehsal olunub. Buraxılma tarixi – 1977 Uzunluğu – 7366mm Eni – 2500mm Hündürlüyü – 2715mm.
Cənubi Ural
Cənubi Ural — Ural dağlarının cənubunda yerləşən və onun ən enli hissəsini təşkil edən silsilə. Silsilə Ufa çayı ilə Ural çayı arasında yerləşir. Qərbdən və şərqdən müvafiq olaraq Şərqi Avropa düzənliyi və Qərbi Sibir düzənliyi ilə əhatələnir. Şimaldan Orta Ural dağları ilə əhatələnir. 56° şimal enliyi sərhəd rolunu oynayır. Cənub sərhədi Qazaxıstanın Aktyobinski rayonu ərazisindən keçir. Ən hündür zirvəsi: Yamantau dağı (1 640 m). Cənubi Ural 250 km, uzunluğu isə 550 km təşkil edir. == İqlimi == Cənubi Ural kəskin kontinental iqlimə malikdir. Qışı soyuq, yayı isə istidir.
Ural Xan
Ural biyanı
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Ural dilləri
Ural dilləri — Üç budağa: fin, uqor və samodiy budaqlarına bölünür. Fin budağı Pribaltika, Perm və Volqa qruplarına ayrılır. Pribaltika qrupuna fin (suomi), saam (lopar), eston, karel, ijor, veps və liv dilləri daxildir. Perm qrupuna – komi-zıryan, komi-permyak və udmurt dilləri daxildir. Volqa qrupuna: dağ və düzən marilər, erzya-mordva, mokşa-mordva dilləri daxildir. Uqor budağı macar, uqor, mansi (voqul) və xanti (ostyak) dillərinə ayrılır. İndiki Dunay çayı boyunda yaşayan macarlar bu yerlərə IX əsrdə Cənubi Ural çöllərindən gəlmişlər. Ural dillərinin Samodiy budağı nen, en, nqanasan və selkun dillərindən təşkil olunmuşdur. Fin-uqor və samodiy dillərinin qohumluğunu Emil Setlyar təsdiq edib.. Kiril qrafikalı əlifbalı dillər siyahısı Напольских В. В. Введение в историческую уралистику.
Ural çayı
Ural - Şərqi Avropada çay. Rusiya, Qazaxıstan ərazilərindən keçib Xəzər dənizinə tökülür. Uzunluğu 2.428 km, hövzəsi 237.000 km². Mənsəbi Xəzər dənizi sayılır və illik axım 8,1 km3.Qışda donur , yayda isə daşır.Səbəbi:Qışda mənbəyindəki buzlaqların əriməsidir.
Şimali Ural
Şimali Ural — Ural dağlarına daxil olan dağ sistemi. Kosvinski Kamen və qonşu Konjakovski Kamendən (59 ° N) cənubda Telposiz massivinin şimal yamaclarına, daha doğrusu şimaldan ətrafında əyilən Şuger çayının sahilinə qədər uzanır. Yalnız dağ massivinin sahəsi təxminən 90.000 km²-dir. Ural dağları burada şimaldan cənuba paralel bir necə silsilə ilə uzanır. Burada ural dağlarının eni 50-60 km-ə təşkil edir. Relyef qədim düzənlikli dağların qalxması və sonrakı buzlaqların və müasir şaxtalı hava şəraitinin təsiri nəticəsində düz zirvələri olan orta dağdır. Şimali Uralın əsas zirvələri ən çox su ayıırıcı silsiləsindən uzaqda yerləşir: Konjakovski Kamen (1569 m), Denejkin Kamen (1492 m), Çistop (1292 m), Otorten (1182 m, digər xəritələrdə, 1234 m), Kojnim-İz (1195 m), Telposiz (1617 m). Durada daha sərt qayaların və kənar təbəqələrin qalıqları xüsusi maraq doğurur. Bunlardan ən məşhuru Man-Pupu-Nier, Torre-Porre-İz, Muninq-Tump dağlarında tapılmışdır. Uralın ən ucqar və əlçatmaz bölgələrindən biridir.
Ural-Altay dilləri
Ural-Altay dilləri — XIX əsrin sonu, XX əsrin əvvəllərində kifayət qədər məşhur olan fərziyyə. Bu fərziyyəyə görə Ural və Altay dillərinin eyni mənşədən olduğu ehtimal edilirdi.
Azad Volqa-Ural
Azad Volqa-Ural və ya Azad İdil-Ural (tatarca: Azat İdel-Ural, erzyanca: Olyachiv Rav-Uralon) — Mordoviya, Çuvaşıstan, Mari El, Udmurtiya, Başqırdıstan, Tatarıstan respublikaları tərəfindən müstəqillik qazanma və bu altı respublikanın ortaq sərhəd, iqtisadiyyat və kollektiv təhlükəsizlik sistemi ilə bütünləşmiş ittifaq yaratma hədəfi ilə Volqa bölgəsi xalqlarının sosial hərəkatıdır. == Haqqında == 28 dekabr 2014-cü ildə həbs edilən və 2015-ci ilin sentyabr ayında Krımın ilhaqını tənqid etdiyi üçün 3 il həbs cəzasına məhkum edilən Tatar milli hərəkatı liderlərindən biri olan Rafis Kaşapov 26 dekabr 2017-ci ildə Rusiya həbsindən sərbəst buraxıldı. Fevral 2018-ci ilin əvvəllərində Ukraynaya getdi və qısa müddət sonra eyni düşüncələri daşıyan biri ilə tanış oldu - mordoviyalı erzyan millətindən olan və təqaüdə ayrılan hərbçi Sıres Bolyayen. 21 martda Rafis Kaşapov Sıres Bolyayen və bənzər fikirlərə sahib kiçik qrup Kiyevdə mətbuat toplantısı təşkil etdilər və Azad Volqa-Ural Xalq Hərəkatının yaradıldığını elan etdilər. Fəaliyyətlərinin ilk 5 ayı boyunca təşkilat açıq formada separatçı mövqedən uzaq qalaraq, Volqa bölgəsi respublikalarının Rusiya içində əsl suverenliyi üçün mübarizə apardığını bildirirdi. Ancaq muxtar respublikalarda yerli dillərin tədrisini məhdudlaşdıran qanunun Dövlət Dumasında elan edilməsindən sonra hərəkat da məqsədlərini yenilədi. Azad Volqa-Ural 25 iyul 2018-ci ildə Erzyan-Mokshanya, Çuvaşıstan, Mari El, Tatarıstan, Udmurtiya və Başqırdıstan müstəqil milli demokratik dövlətləri qurmaq üçün çalışdığını açıqladı. Eyni zamanda hərəkat şiddəti özündə ehtiva etməyən müqavimət üsullarına uyduğunu vurğuladı. Ondan sonra bir neçə gün içində Rusiya mediası hərəkatın qurucusu Rafis Kaşapova qarşı irq, millət, dil, din təməlində düşmənliyi qabardan materiallar yayımladığı üçün yeni cəza ittihamı açıldığını bildirdi.
Ural Federal Dairəsi
Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ərazi Orta, qismən Şimali və Cənubi Uralı, həmçinin ona bitişik Şərqi Avropa və Qərbi Sibir düzənliklərinin bir hissəsini əhatə edir. Tərkibinə Başqortostan və Udmurt respublikaları, Kurqan, Orenburq, Perm, Sverdlovsk, Çelyabinsk vilayətləri daxildir. Sahəsi 1.818.497 km²-dir Faydalı qazıntılarla (neft, təbii qaz, metal və qeyri-metal filizlər və s.) zəngindir. Sənayesi kənd təsərrüfatına nisbətən xeyli üstünlük təşkil edir. Əsas sənaye sahələri qara və əlvan metallurgiua, maşınqayırmadır. Ümumrusiya əhəmiyyətli mədən-kimya sənayesi, ağac tədarükü və qazçıxarma inkişaf etmişdir. Kənd təsərrüfatında taxılçılıq və ətlik-südlük heyvandarlıq mühüm yer tutur. Nəqliyyatın əksər növləri inkişaf etmişdir. Sergey Svetlakov-şoumen, televiziya aparıcısı, aktyor, prodüser, ssenarist Alexander Maslyakov-teleaparıcı, televiziya prodüseri Semyon Altov-Yumorist yazıçı Aleksey Balabanov-kinorejissor, prodüser, ssenarist Yuri Loza-müğənni, bəstəkar Alexander Malinin-müğənni İqor Altuşkin-sahibkar, " Rus mis Şirkəti "nin təsisçisi və direktorlar şurasının sədri.
Ural iqtisadi rayonu
Ural iqtisadi rayonu — Rusiya Federasiyasının 12 iqtisadi rayonundan biri. Əhalisi — 19,3 mln. nəfər, sahəsi — 824,0 min km², əhalinin sıxlığı — 24 nəfər/km². Əsas ixtisaslaşmış sahələr — neft və qaz hasilatı və emalı qara və əlvan metallurgiya, maşınqayırma (energetika, nəqliyyat, kənd təsərrüfatı), meşə, kimya, neft-kimya sənaye sahələridir. Kənd təsərrüfatında əsas sahələr taxıl və heyvandarlıq məhzulları istehsalıdır. Ural iqtisadi rayonu Orta və Cənubi, qismən də Şimali Uralda, həmçinin Şərqi Avropa və Qərbi Sibir düzənliyinin bir hissəsini əhatə edir. İqtisadi rayonun ərazisindən Volqa çayı hövzəsinə daxil olan Kama, Vişera, Samara çayları, Ob çayı hövzəsinə daxil olan Tobol, İset, Tura və Tavda çayları, Ural çayı axır. Ural iqtisadi rayonuna daxil olan iri və orta çayların hidroenerji resurslarının potensialı 3,3 mln. kvt.-dır, Kama çayı üzərində Votlin və Kama su anbarları tikilmişdir. İqtisadi rayonun ərazisinin 43 faizi meşə örtüyünə malikdir, odun ehtiyatı — 3.5 mlrd.
İdil-Ural dövləti
İdil-Ural dövləti (tatar. İdel-Ural Ştatı/Идель-Урал-Штаты) — Rusiya vətəndaş müharibəsi zamanı, 1917-ci ildə Rusiya ərazisində yaşayan tatar, başqırd və çuvaş türklərinin birləşərək yaratdığı respublika. Paytaxtı Kazan şəhəri olan İdil-Ural Dövlətinin 15 milyon nəfər əhalisi var idi. Bu dövlət də 1918-ci ildə Rusiya tərəfindən işğal edildi. Volqaboyu türkləri tərəfindən yaradılmış Milli Məclis 1917-ci il dekabrında İdil-Ural adlı dövlətin yaradılmasını elan etdi. Müxtəlif türkdilli xalqları birləşdirən bu dövlət hər hansı xalqın hökmranlığını yolverilməz sayırdı. Sədri Maqsudinin başçılığı ilə hökumət də yaradıldı. Dövlətin tərkibinə Kazan və Ufa quberniyaları, Orenburq, Perm, Vyatka, Samara və Simbirsk quberniyalarının müəyyən əraziləri daxil ola bilərdi. Milli Məclis Rusiyadan ayrılmaq məqsədini güdmədiyini bildirdi. Buna baxmayaraq, bolşeviklər belə dövlətin yaranmasına yol verə bilməzdilər.
İdil-Ural legionu
İdil-Ural legionu və yaxud Volqa-tatar legionu (alm. Wolgatatarische Legion‎), alm. Legion Idel-Ural‎, tatar. Идел-Урал Легионы, İdel-Ural Legionı) — Volqa xalqlarının nümayəndələrindən (əsasən tatarlardan, həm də çuvaşlardan, başqırdlardan, marilərdən, mordovlardan, udmurtlardan) ibarət Vermaxtın bölməsi.. Təşkilati cəhətdən Şərq legionları Komandanlığının Qərargahına (alm. Kommando der Ostlegionen‎) tabe idi. Volqa-tatar legionu 7 gücləndirilmiş səhra batalyonundan (təxminən 40 min nəfər) ibarət idi.. Legionun formal ideoloji əsasını bolşevizmə və yəhudilərə qarşı mübarizə təşkil edirdi. Alman tərəfi isə qəsdən İdil-Ural dövlətinin bərpası haqqında şayiələr yayırdı. Legionerlərin ideoloji hazırlanmasında aparıcı rolu mühacirlər – İşğal olunmuş Şərq Əraziləri Nazirliyinin tabeliyində yaradılmış milli komitələrin üzvləri oynayırdılar.
Altait
Altait — mineral, PbTe. == Haqqında == Qalenitlə eyni quruluşludur. Kubik. Habitus kubik və kubik-oktaed­rik. Ayrılma{100} üzrə mükəmməl. Rəng qalayı-ağ. Parıltı metallik. Sərtliyi 3. Xüsusi çəkisi 8,19. Au-Ag kvars damarlarında digər tellurid və sulfidlərlə birlikdə.
Altair 8800
Altair 8800 Intel şirkətinin 8-mərtəbəli 8080 mikroprosesoru və 256 bayt həcmi olan operativ yaddaşla təchiz edilmiş kompüter. 1975-ci ildə Nyu-Meksiko ştatından olan Micro Instrumentation and Telemetry Systems (MITS) firmasında istehsal edilib. Bu kompüterdə giriş qabaq paneldə yerləşdirilmiş dəyişdirici açarlar, çıxış isə işıq-diod indikatorları vasitəsilə həyata keçirilirdi. Qısa müddət mövcüdluğuna baxmayaraq Altair ilk uğurlu “fərdi” kompüter hesab olunur. Altair üçün ilk proqramlaşdırma dili Bill Geyts tərəfindən hazırlanmış Altair BASIC olmuşdur. Altair sözü ərəb dilində “quş” anlamını verən ريطلا sözündəndir. Qartal bürcünün ən parlaq ulduzu olan Altair səmada parlaqlığına görə 12-ci ulduzdur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Anemone altaica
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.
Anemonoides altaica
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.
Crataegus altaica
Crataegus wattiana (lat. Crataegus wattiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, qəhvəyi və ya boz gövdəyə, kürə və ya yumurtavari, bəzən assimmеtrik çətirə malik ağacdır. Yarpaqları növbəli yеrləşir, ayanın kənarı dilimli və ya bölümlüdür, səthi göy-yaşıl, çılpaq, bəzən qısa tükcüklərlə örtülüdür. Budaqların üzərindəki tikanlar qoltuq tumurcuqlarının şəkildəyişməsi olub, uzunluğu 2-sm-dir. Tumurcuqlar yumurtavari, dəyirmi, konusvari və ya uzunsov olub, 2-10 mm uzunluqdadır. Çiçəkləri ağdır, qalхan, bəzən sadə çətir çiçək qrupuna toplanaraq budaqların zirvəsində yеrləşir, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli, sarı, qırmızı və ya qaramtıl, 1-5 toхumlu giləmеyvədir, avqustda yеtişir. == Ekologiyası == İstiyə, soyuğa, küləyə davamlııdır.
Dactylis altaica
Jurinea altaica
Jurinea altaica (lat. Jurinea altaica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Lactuca altaica
Kompas süddəyən (lat. Lactuca serriola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir. == Sinonimləri == === Homotipik sinonimləri === Lactuca sativa subsp.
Ligularia altaica
Ligularia altaica (lat. Ligularia altaica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Sorbus altaica
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Caragana altaica
Caragana pygmaea (lat. Caragana pygmaea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Satureja altaica
Dağınıqçiçək çölnanəsi (lat. Satureja hortensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin çölnanəsi cinsinə aid bitki növü. == Yayılması == Cənubi Avropa, Krım, Türkiyə, Orta Asiyada yayılıb. Çınqıllı, daşlı yamaclarda, qayalarda bitir. Bağ və bostanlarda çoxaldılır, bəzən isə yabanılaşır və alaq otu kimi bitir.
Kral
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Prins — kral ailəsindən olan şəxslərin oğlan övladlarından hər biri, kral oğlu Prinses — kral və kraliçanın qız övladlarından hər biri, kral qızı Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. == Müasir dövrdəki kralların siyahısı == Avropa III Çarlz , Böyük Britaniya kralı. X Frederik, Danimarka kralı. XVI Karl Qustav, İsveç kralı.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
Urap
Urap- buğa verilmiş tərəvəzlər ilə rəndələnmiş ədvalı kokos parçalarının qarışığından hazırlanan salat növü. Bu salat İndoneziya mətbəxinə, daha dəqiq desək, Yava mətbəxinə aid edilir. Urap salatından vegeterianlar üçün yeməklərə də aid edilir.
Altmış altı
Altmış altı — say sistemində ədədlərdən biridir. Altmış beşdən sonra, altmış yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Baltacı Araz
Baltacı Araz və ya Məhəmməd Məhəmmədəli oğlu (23 oktyabr 1953, Mərənd, Şərqi Azərbaycan ostanı – 25 iyun 2012, Almaniya Federativ Respublikası) — azərbaycanlı şair. == Həyatı == Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu 1953-cü il oktyabr ayının 23-də Cənubi Azərbaycanın, Mərənd bülgəsində yerləşən Yuxarı Dizə kəndində dünyaya gəlmişdir. Orta təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975–1979-cu illərdə İstanbulun Memar Sinan Gözəl Sənətlər Universitetində ali təhsil almışdır. 1979-cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı mubarizə apardığı illərdə eyni zamanda ədəbi çalışmaları ilə də məşğul olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda yayılan "Yoldaş" dərgisində işıq üzü görmüşdür. 1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini burada davam etdirmişdir. Baltaçı Araz öz məqalə və şeirlərində Pəhləvi sülaləsi zamanı, eləcə də həmin təfəkkürün davamı olan bugünkü Iran İslam Respublikasında fars şovinizminin hegemonluğu və basqısı altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və Azərbaycan Türklərinin problemlərini, tapdalanmış doğal haqlarını dilə gətirmiş, yazdığı əsərlərində Azərbaycanın özgürlük məfkurəsinin bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, … əsaslarının nəzəri təhlilini vermişdir. Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır. Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında düçüncəsini ortaya qoyur. Şair yazır: "Otay ilə butay vahid bir candır, Adı odlar yurdu AZƏRBAYCANdır!" Şair "O tay, bu tay Vətəndir" adlı əsərində oxucuya bütöv Azərbaycan ideyasını aşılayır, millətimizin siyasi və milli baxımdan şüurlanması işinə öz payını verir.
Altı yüz altmış altı
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. == İnterpretasiya == Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.