Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Usaburo Hidaka
Usaburo Hidaka — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ussuri çayı
Ussuri (Mancur dilində - Qara) — Primorsk diyarı və Xabarovsk diyarı ərazisindən və Çinin Xeylunszyan vilayəti ərazisindən axır. Amur çayının sağ qolunu təşkil edir. Çay böyük məsafədə Rusiya və Çin sərhəddindən keçir. 1972-ci ildə Ussuri çayı Arxipovka kəndinə qədər YanmutXouza (Yan-Mut-Xouza) adlanırdı. Sonra isə Verxnaya Breevka kəndinə qədər isə Sandaqao, buradan yuxarıya doğru isə Ulaxe adlanır. Ümumilikdə isə çay Ussuri adlandırılmışdır. Damansk adası konfliktindən sonra uzaq şərqdə yerləşən Çin dilində olan coğrafi obyektlərin adı dəyişdirilir Uzunluğu 897 km, hövzəsinin sahəsi 193 000 km² təşkil edir. Çayın mənbəyi Olqinski rayonu ərazisində yerləşir. Çayın mərkəzində çoxlu sayda kiçik adalar vardır. Kazakeviçevi kəndi (Xabarovskiy rayonu) ərazisində dayaz Kazakeviçeva axarına tökülür.
Teo van Dusburq
Teo van Dusburq (30 avqust 1883[…] – 7 mart 1931[…], Davos, Qraubünden kantonu) – holland rəssamı, memar və dizayner. 1899-cu ildə naturalizm üslubunda rəngkarlıq əsərləri yaratmağa başlamışdır. Karikaturalar çəkmişdir. 1908-10-cu illərdə G.H.Breytner manerasında impressionist peyzajlar və portretlər işləmişdir. 1916-19-cu illərdə Vasili Kandinski və Piet Mondrianın təsirilə abstrakt əsərlər yaratmışdır. 1917-ci ildən “De Stijl”, 1922-23-cü illərdə dadaistlərin “Mecano” jurnallarını nəşr etdirmişdir. 1921-22-ci illərdə Veymarda Bauhauzda seminar aparmışdır.
Üstyurd
Üstyurd — səhra eyni adlı platoda, Orta Asiyanın qərbində Qazaxıstanın cənubu, Türkmənistan və Özbəkistanın şimalında yerləşir. Şimaldan manqışlaq yarımadası, qərbdən Qaraboğazgöl körfəzi, şərqdə Aral dənizi və Amudərya çayı ilə əhatələnir. Səhranın sahəsi 200 000 km² təşkil edir. Səhranın səthinin əsas lanşaftı gilli, gilli şoranlıq]] suxurlardan ibarətdir. Cənub-şərqdə plato gilli-çınqıllı suxurlardan ibarətdir. Səhranın bir hissəsi otlarla örtülür. Bu zaman səhra iki hissəyə bölünür: yarımsəhra və səhra. Uzun sürən isti yaya mslikdir. İlul ayında orta aylıq temperatur 26-28°s təşkil edir. Bəzi illərdə səhrada hətta 40-60°s olması məlumdur.
Üsturə (Salmas)
Üsturə (fars. استوره‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 583 nəfər. yaşayır (84 ailə).