Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vəlid ibn Vəlid
Vəlid ibn Vəlid (ərəb. الوليد بن الوليد بن المغيرة‎) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Vəlid Məkkəli Qüreyş qəbiləsinin Bənu Məhzum qolundan idi və məşhur müsəlman sərkərdəsi Xalid bin Vəlidin qardaşı idi. 624-cü ildə Bədr döyüşündə Qureyşlə birlikdə Məhəmmədə qarşı vuruşur. Müharibə zamanı onun qəbiləsinin çoxu öldürülür. O, müharibə zamanı müsəlmanlara əsir düşmüş, lakin azad edilmiş və İslamı qəbul etmişdir. Məkkəyə qayıtdıqdan sonra zəncirlə həbs olunmuşdur. Təbəriyə görə, Vəlid və onun Bəni-Məhzumdan olan qohumları, Sələmə bin Hişam (Əbu Cəhlin qardaşı) və Əyyaş ibn Əbi Rəbiə Məhəmməd və onun tərəfdarlarına qoşulmaq üçün Məkkədən hicrət edirlər. Sonralar onun ölüm xəbəri eşidiləndə Mədinədə Məhəmmədin Məhzumlu həyat yolsaşı Ümmü Sələmə tərəfindən yas tutulur. Vəlidin böyük oğlunun da adı Vəlid idi.
Tumamə ibn Vəlid
Tumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (ərəb. ثمامة بن الوليد بن قعقاع العبسي‎‎) — Abbasi sərkərdəsi. == Həyatı == İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan (hak. 685–705) Tumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin (hak. 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür. İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır. O, Bizansın idarəsində olan Anadoluya 777-ci və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir.
Xalid bin Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — İslam sərkərdəsi və Seyfullah (ərəb. سيف الله‎ — Allahın qılıncı) ləqəbini almış Məhəmməd peyğəmbərin (s.a.v.) səhabələrindən biri. Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, islamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir.
Xalid ibn Vəlid

Xalid ibni Vəlid

Tumamə ibn əl-Vəlid
Tumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (ərəb. ثمامة بن الوليد بن قعقاع العبسي‎‎) — Abbasi sərkərdəsi. == Həyatı == İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan (hak. 685–705) Tumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin (hak. 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür. İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır. O, Bizansın idarəsində olan Anadoluya 777-ci və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir.
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Vəlidabad (Komican)
Vəlidabad (fars. وليداباد‎; azərb. Vildava‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 33 ailədə 44 nəfəri kişilər və 52 nəfəri qadınlar olmaqla cəmi 96 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Vəlidağ
Vəlidağ — Sədərək və Şərur rayonlarının sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərqində, Dəmirçi kəndindən 4 km şimal-qərbdə, Qurdqapısı keçidindən 1,3 km şimal-şərqdə dağ (hünd. 1242,2 m). Relyefdə kəskin parçalanmış, cənub yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinin yuxarı hissəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik və Dəlidağ lay dəstələrinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikinci dərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Vəlidağ (Şərur)

Zəki Vəlidi Toğan
Əhməd Zəki Vəlidi Toğan (Başqırdca: Әхмәтзәки Әхмәтшаһ улы Вәлиди, Äxmätzäki Äxmätşah ulı Wälidi}}, bəzən Validi, 10 (22) dekabr 1890, Kuzyanovo[d], Ufa quberniyası – 26 iyul 1970, İstanbul) — başqırd tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri. Əsl adı Əhməd Zəkidir. Rusiyada ikən Validov soyadınından, Türkiyəyə gəldikdən sonra isə Toğan soyadından istifadə etmişdir. "Toğan" sözü "doğan" sözünün qıpçaq türkçəsindəki qarşılığı, başqırd türkçəsindəki şəklidir. == Həyatının Rusiya illəri == 10 dekabr 1890-cı ildə Başqırdıstanın İsterlitamak qəzasının Küzən kəndində anadan olmuşdur. Daha ilk mədrəsə təhsilini alarkən bir yandan özəl Rusça dərsləri alırdı. Müəllim olan anasından Farsça da öyrənmişdir. 1902-ci ildə orta təhsil üçün Ütekdə olan dayısı Həbib Neccarın mədrəsəsinə getdi. Buradakı təhsili sırasında Ərəb dili dərsləri alaraq dil bilgisini genişləndirdi. 1908-ci ildə kəndindən qaçaraq Kazana gəlib, burada özəl dərslər aldı.
Əhməd Zəki Vəlidi Togan

Əhməd Zəki Vəlidi adına Milli Kitabxana
Əhməd Zəki Vəlidi adına Milli Kitabxana (başq. Әхмәтзәки Вәлиди исемендәге милли китапхана) — tarixçi, başqırd inqilabı və azadlıq hərəkatının öndəri olan Əhməd Zəki Vəlidi Toğanın adına olan və Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yerləşən kitabxana və dövlət kitabsaxlayıcısı. Bu kitabxana Başqırdıstanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirir, milli nəşrləri, xarici ölkələrdə Başqırdıstan haqqında nəşr olunmuş çap məhsullarını və Başqırdıstan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edir. Tarixçı, başqırd inqilabı və azadlıq hərəkatının öndəri olmuş Əhməd Zəki Vəlidi Toğanın adını daşıyır. == Həmçinin bax == Əhməd Zəki Vəlidi Toğan == Ədəbiyyat == Синенко С. Г. Уфа старая и новая. — Уфа: Государственное республиканское издательство "Башкортостан", 2007. — 272 с. — 3000 экз.
Vəlis
Vəlis (az-əbcəd. ولیس‎, fars. ولیس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 459 nəfər yaşayır (124 ailə).
Vəliy
Vəli ( الْوليّ , cəm أَوْلِيَاء , ʾawliyāʾ , "hakim", "qoruyan" kimi müxtəlif tərcümə edilən ərəb sözü. Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur. Tərif artikli (ərəbcə: ال ) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي ) alınır; "Köməkçi, Dost" deməkdir. Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli “xüsusi ilahi lütf... müqəddəsliklə qeyd olunan” və “Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş” təsvir edilir. Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi. İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö.
Vəhid
Vəli
Vəli — kişi adı. Molla Vəli Vidadi — XVIII əsr Azərbaycan şairi. Vəli Xuluflu — ədəbiyyatşünas, publisist Vəli Əliyev (tarixçi) — tarixçi Vəli Məmmədov (filoloq) — filologiya elmləri namizədi, dosent. Vəli Şahmurov Vəli İsrafilov — Azərbaycanı təmsil edən üzgüçü. Vəli Ələkbərov — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Vəli Məmmədov — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
Beni-Valid
Beni-Valid-Liviyada şəhər == Liviya vətəndaş müharibəsi == 2011-ci il Liviya Vətəndaş Müharibəsində, Qəddafi əleyhinə qüvvələr Avqustda Tripoli və Sentyabrda Səbhanı ələ keçirdikdən sonra Bani Valid, Sirt ilə birlikdə, Müəmmar Qəddafinin devrilmiş hökumətinə sadiq qüvvələrin saxladığı iki son dayaqdan biri idi. Sentyabr və oktyabr ayının əvvəllərində şəhəri əhatə edən Qəddafi əleyhinə qüvvələr ilə onu müdafiə edən Qəddafi sadiq qüvvələri arasında qarşıdurmalar oldu; nəhayət 17 oktyabrda şəhər alındı. Fin şirkəti Perusyhtymä (bu gün YIT) 1980-ci illərdə şəhərdə tüfəng və bəlkə də digər silahların yığılması üçün istifadə olunan bir fabrik inşa etdi. NATO şəhərdəki iki "komanda mərkəzi" və bir döyüş sursatı zərbəsini vurduğunu bildirdi. Sonuncuların əvvəlcə Finlər tərəfindən inşa edildiyi mümkündür. Bani Vəlidə 200 Fin mühəndis və digər mütəxəssis çalışdı. Bəzilərinin ərazidə ailələri var idi. "Çirkli işlər" Filippindən təxminən 2000 ucuz işçi tərəfindən edildi. Finlandiyada KİV 1994 və 2011-ci illərdə silah fabrikinin inşasını tapdı. 1980-ci illərdə Liviya Sovet İttifaqından sonra Finlandiya inşaat sənayesi üçün ikinci ən böyük ixracat ölkəsi idi.
Bəhaəddin Vələd
Bəhaəddin Vələd (1148, 1152 və ya 1149, Bəlx, Xarəzmşahlar dövləti – 1231, Konya, Rum Səlcuqlu dövləti) — fəqih, filosof. == Haqqında == Xarəzmşah hökmdarları Bəhaəddin Vələdin xalq üzərindəki təsirindən hər zaman narahat idi; çünki o, insanlarla son dərəcə mülayim davranır, onların anlaya biləcəkləri fikirləri irəli sürür, dərslərində heç vaxt fəlsəfi mübahisələrinə yol vermirdi. Bəhaəddin Vələd ilə Xarəzmşah Əlaəddin Məhəmməd Tökiş arasında olan bir hadisə: Bəhaəddin Vələd bir gün dərsində, fəlsəfəni və filosofları şiddətlə tənqid edir, onları İslam dinində var olmayan şeylərlə (bidətlə) məşğul olmaqda günahlandırır. Buna çox hirslənən məşhur İslam filosofu Fəxrəddin Razi onun haqqında Məhəmməd Tökişə şikayət edir. Razinin hökmdarın yanından xüsusi hörmət və etibarı var idi. Razinin xəbərdarlıqları və xalqın Bəhaəddin Vələdə göstərdiyi maraq ve hörmət bir araya gəlincə, öz yerini itirməkdən qorxan Tökiş, Bəlx qəsəbəsinin açarlarını ona göndərdi. Bu, mənim yerimə hakimiyyəti sən idarə et, anlamına gələn bir davranış idı. Deyilənlərə görə bu davranışı "bir yerdə iki sultan olmaz" deyə qarşılayan Bəhaəddin Vələd, dərhal köç hazırlıqlarına başladı, ailəsini, kitablarını, sadid müridlərini yanına alaraq ölkədən ayrıldı (1212 ya da 1213). Nişapur şəhərində məşhur şeyx Feridüttin Attar onları qarşıladı. Aralarında önəmli söhbətlər oldu.
II Valid
II Valid və ya Valid ibn Yəzid (ərəb. الوليد بن يزيد‎ 706 — 17 aprel 744) — 743-744-cü illərdə hakimiyyətdə olmuş əməvi xəlifəsi. Hakimiyyəti əmisi Hişam ibn Əbd əl-Malikdən almışdır. II Valid 6 fevral 743-cü ildə Hişamın vəfatından sonra taxta çıxmışdır. Ət-Tabari Validin bir neçə şeirindən misal çəkir. Valid kənizdən olan iki oğlunu varisi elan etdikdən sonra ailə daxilində gərginlik yaranmış və sonda o qətlə yetirilmişdir. Validin xələfi əmisi oğlu III Yezid olmuşdur. == Ədəbiyyat siyahısı == Muhammad ibn Jarir al-Tabari. History, v. 26 "The Waning of the Umayyad Caliphate, " transl.
Sultan Vələd
Sultan Vələd (1226, Karaman – 19 noyabr 1312, Konya) — sufi, şair. == Həyatı == Sultan Vələd Mevlana Cəlaləddin Ruminin oğludur. Fars dilində bir divanı, üç məsnəvisi vardır. Sultan Vələdin türkcə yazdığı sətrlər türk şerinin ilk dəyərli örnəklərindəndir. Anadolu Səlcuqlular dövləti zamanında bugünkü Karaman Larənəd adı ilə tanınırdı. Bir gün Laləndəyə xoş bir xəbər çatdı. Ailəsi ilə birlikdə Xorasının Bəlx şəhərindən yola çıxan və bir çox yerləri dolaşdıqdan sonra Anadoluya yol alan Sultan'ül-Üləma Bəhaəddin Vələd oğlu Mövlanə Cəlaləddinlə birlikdə Laləndə gələcəkdi. Xəbər qısa vaxtda bütün şəhərə yayıldı. Larəndə valisi Əmir Musa şəhərin başbilənləri ilə birlikdə Bəhaəddin Vələdi qarşılamağa çıxdı.
Valid Daqayev
Valid Şitayeviç Daqayev(çamor. Ва́лид Шита́евич Дага́ев; 30 iyun 1940, Qroznı – 22 sentyabr 2016, Qroznı)— Sovet, rus çeçen müğənnisi, musiqiçisi, bəstəkarı, xalq mahnılarının ifaçısı, Çeçen-İnquş MSSR Xalq artisti (1970), RSFSR-in əməkdar artisti (1972), RSFSR xalq artisti (1988), medal sahibi. Əhməd Kadırov ordeni (2009) laureatı.. == Həyatı == Valid Daqayev Yeni Aldı kəndində anadan olub. 23 fevral 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası başlandı. Köçürmə zamanı çəkdiyi çətinliklər onun görmə qabiliyyətini itirməyə başlamasına səbəb oldu. Uşaqlıqdan mahnı oxumağı çox sevirdi. O, musiqi alətinə sahib olmaq arzusunda idi, lakin ailənin onu almağa imkanı yox idi. Adi çubuqda oyunu təqlid edərək barmaqlarını taxtaya döyürdü. Xalası tezliklə ona balalayka hədiyyə verdi.
Valid Müəllim
Valid Müəllim (17 iyul 1941, Dəməşq – 16 noyabr 2020, Dəməşq) — Suriyanın xarici işlər naziri. == Həyatı == Valid Müəllim 13 yanvar 1941-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olub.1960-cı ildə Qahirə universitetinə qəbul olub. İqtisadiyyat fakültəsini tamamlayıb. 1990–1999-cu illərdə Suriyanın ABŞ-də səfiri vəzifəsində çalışıb. 2000-ci ilin əvvələrindən Suriyanın xarici işlər naziridir.
Valid Məmmədli
Məmmədov Valid Nizami oğlu (28 iyun 1960, Bakı – 22 iyun 2010, Bakı) — Heykəltəraş. == Həyatı == Məmmədov Valid Nizami oğlu, 1960-cı ilin iyun ayının 28-də Bakıda məşhur diktor Nizami Məmmədovun ailəsində anadan olmuşdur. 1980-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakultəsini bitirmişdir. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun, heykəltaraşlıq fakultəsini bitirmişdir. 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspranturasında oxumuşdur, Moskva - Rusiya (SSRİ) 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının Rəssamlar Emalatxanasında heykəltaraş işləmişdir. 1992-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssamlıq emalatxanasında heykəltaraş işləmişdir. 2008-2010-cu illərdə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Əlif Sənət İstehsalları Dizayn və Tətbiqi Sənət Şirkətində Kasımpaşada ucaldılan Fateh Sultan Mehmetin Heykəli layihəsinin hazırlanması və tətbiq olunması mövzusunda iş müqaviləsi (Prof. Dr. Ömər Eldarovla birlikdə) 1983-2010-cu illərdə Rusiya (Moskva, Sankt-Peterburq), Polşa, Almaniya, Ukraynada, Londonda keçirilən müxtəlif rəssamlıq və heykəltaraşlıq sərgilərində işlərini nümayiş etdirib == Fərdi işləri == 2009-cu il - Bakıda və Bərdədə Azərbaycanın Müstəqilliyi uğrunda həlak olmuş şəhidlərə abidə, Bakıda, Zaqatalada, Lənkəranda dekorativ heykəl kompleksləri. Şah İsmayıl Xətai, Masallı - Azərbaycan (2006); Zərdüşt, Yuxu, Azərbaycan, Zəvvar, Bremen məzhəkəçiləri Ankarda Masal adası uşaqlar üçün əyləncə kompleksində ucaldılan heykəllərin yaradılmasında bir qrup heykəltaraşla müştərək iştirak etmişdir.
Valid Sənani
Valid Sənani (tam adı: Valid Möhsün oğlu Sənani; d.12.5.1935 İçərişəhər - v. 23.1.2011, Bakı) — televiziya işçisi, ssenarist. == Həyatı == 1935-ci il mayın 12-də İçərişəhərdə, məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. Atası Möhsün Sənani məşhur aktyor olub. 1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 23 yanvar 2011-ci ildə vəfat edib. === Ailə həyatı === 1961-ci ildə Ofeliya Sənani ilə ailə qurub. 1 oğlu, 1 qızı, 3 nəvəsi, 1 nəticəsi var. Aktyor Möhsün Sənaninin oğludur.
Vəhid Əsədullahi
Vəhid Əsədullahi — İran radio və televiziyasının Azərbaycan musiqi departamentinin başçısı.
Vəlin (Miyanə)
Vəlin (fars. وليين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (24 ailə).
Vəlit (Xaybulla)
Buzaulık kəndi (başq. Быҙаулыҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Vəlit kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Vəliv (Sərdəşt)
Vəliv (fars. وليو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 246 nəfər yaşayır (42 ailə).
İbn Vərid
İbn Vərid — III əsrdə yaşamış ərəb alimi.
Əl-Vəliy
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Vəhid Xorasani
Şeyx Hüseyn Vəhid Xorasani (1 yanvar 1921, Nişapur, Rəzəvi Xorasan ostanı) — din alimi, müctəhid. == Həyatı == Şeyx Vəhid Xorasani 1 yanvar 1921-ci ildə (hicri-şəmsi 1299-cu il, 11 Dey) Məşhəd şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır. 27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur. İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir. İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur.
Aşıq Vəli
Aşıq Vəli (1854, Yarpızlı, Yeni Bəyazid qəzası – 1929, Yarpızlı, Yeni Bəyazid qəzası) — Göyçəli ustad aşıq. == Həyatı == Aşıq Vəli 1854-cü ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. Aşıq Vəli Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub. Aşıq Alının və qızılvəngli Aşıq Qulunun şəyirdi olub. Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazsa da, əldə hələlik heç bir şeiri yoxdur. Aşıq Vəli 1929-cu ildə Göyçə mahalının Yarpızlı kəndində vəfat edib. == Ailəsi == Aşıq Vəli Aşıq Orucun atası, professor İsmayıl Məmmədovun babasıdır. == Ədəbiyyat == İlyas Əfəndiyev, "Geriyə baxma qoca", Bakı, Yazıçı, 1984. Ziyəddin Məhərrəmov, "XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər)" Bakı, NPB-1997. səh.
Velij
Velij — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.