Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.
Fəzilət
Fəzilət — insanın kamil olmaq üçün, təsəvvür etdiyi ideala çatmaq üçün malik olmaq istədiyi və ya cəmiyyətdə arzuladığı yeri tutmaq üçün ona gərək olan üstün cəhətlər. Fəzilət sözü hər hansı hadisə və ya insandan fərqli obyekt barəsində də işlənə bilər. Bu halda həmin hadisənin bizim üçün müsbət olan tərəfləri və həmin obyektin özü kimilərlə müqayisədə üstün cəhətləri nəzərdə tutulur. Məsələn, Wikipedia-nin yaranması hadisəsinin bizim üçün fəzilətləri asanlıqla informasiya əldə etmək, mühüm informasiya əldə etmək, məqalə daxil edərək başqalarına kömək etməkdən ibarətdir. == Fəzilətlərin siyahısı == Müasir dövrdə insanların yüksək qiymətləndirdiyi və keyfiyyətli həyat üçün əhəmiyyətli hesab edilən bir çox fəzilətlərin siyahısı: == Mənbə == Ərəb və fars sözləri lüğəti. (1966). B. Abdullayev, Ə. Orucov, Y. Şirvani.
Nəzarət
Casusluqda nəzarət davranışın, fəaliyyətin, və ya digər dəyişən məlumatları təsir etmək, insanları idarə etmək və ya insanların qorunmasının izlənilməsidir.
Vəzilər
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. == Vəzilərin inkişafı == Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Vəzirov
Vəzirov — Azərbaycan soyadı. Vəzirovlar Vəzirovlar (II) Aslan Vəzirov (1910—1988) — Sovet İttifaqı Qəhrəmanı. Azad bəy Vəzirov (1869—1921) — dövlət xadimi. Bəhram bəy Vəzirov (1857—1921) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, hüquqşünas. Camal bəy Vəzirov (1881—1929) — dövlət xadimi. Cəlal Vəzirov (1993—2020) — Vətən müharibəsi şəhidi. Cəlil Vəzirov (1944—2008) — tеаtrşünаs. Cəmil bəy Vəzirov (1888—1945) — dövlət xadimi. Əbdürrəhim bəy Vəzirov (1840—?) — dövlət xadimi. Əbdürrəhman Vəzirov (1930—2022) — Azərbaycan-sovet dövlət xadimi.
Cəzirə
Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi. Şimalda və şərqdə Tavr və Zaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır. Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari Dəclə və Fərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir. Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var.
Nəzirə
Nəzirə — hər hansı bir sənətkarın əsərinin təsiri altında yazılmış əsər. Divan və aşıq ədəbiyyatında nəzirə yazmanın özünün qədim və tarixi ənənəsi vardır. Aşıq yaradıcılığında da hansısa şeirin, bədii nümunənin təsiri altında çoxsaylı şeirlərin yazılma ənənəsi vardır. M.P.Vaqifin “Oynasın” rədifli şeirinin təsiri altında onlarla aşıq şeiri qoşulmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı kimi ustad aşıqların şeirlərinə həm aşıq ədəbiyyatının özündə, həm də yazılı ədəbiyyatda çoxsaylı nəzirələrin yazıldığı görünməkdədir.
Vəzir
Vəzir (ərəb. وزير‎, wazīr sözündən) — müsəlman Şərqinin dövlət və ölkələrində nazirvə ya ən yüksək rütbəli məmur titulu == Səfəvilərdə vəzirlik == İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı. Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi. İki il sonra – hicri 909 (1503-1504)cu ildə Əmir Zəkəriyyə ilə birlikdə Sultan Əlvənd bəy Ağqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu. Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq.
Akustik nəzarət
Akustik nəzarət və ya akustik defektoskopiya — nəzarət olunan obyektdə yaradılan və ya meydana çıxan rəqslərin (dalğaların) tətbiqinə əsaslanan nəzarət üsulu. Bu üsulda geniş tezlik diapazonundakı rəqslərdən, əsasən, ultrasəs dalğalarından istifadə olunduğuna görə çox vaxt akustik nəzarətə ultrasəs nəzarəti də deyilir. Akustik nəzarətdə nəzarət olunan obyektin səthində, yaxud daxilində yayılan dalğalar şüalandıran pyezoelektrik (bəzən elektromaqnit-akustik) çeviricilər və lazerlər tətbiq edilir. Dalğaların parametrləri (və ya yayılma üsulları) materialın qüsurlu yerindəki akustik xarakteristikalardan və s. asılıdır. Akustik nəzarət külçə, tökük (tokiik) və relslərdəki, həmçinin metal, plastik kütlə və s. hazırlanmış məmulatlardakı, yapışdırılmış və qaynaq edilmiş tikişlərdəki qüsurları müəyyənləşdirmək üçün universal üsuldur. Akustik nəzarət aktiv və passiv qruplara ayrılır. Aktiv akustik nəzarət elastik dalğaların şüalanadırılması (əks etdirilməsi) və qəbuluna əsaslanan üsullarla (əks-səda-impuls üsulu, kölgə üsulu, güzgü-kölgə üsulu, əks-səda-güzgü üsulu) aparılır. Bir sıra üsullar yoxlanılan obyektdə və ya onun hissəsində rəqslər məsələn: məcburi rəqslər (rezonans üsulu), sərbəst rəqslər (sərbəst rəqslər üsulu) yaradaraq (həyəcanlandıraraq) analiz aparılmasına, mexaniki impedansın dəyişdirilməsinə (impedans üsulu), dalğaların obyektin səthi boyunca yayılmasına (akustotopoqrafik üsul), dalğaların materialın daxilində yayılma sürətinin dəyişməsinə (akustoelastiklik üsulu) əsaslanır.
Aslan Vəzirov
Vəzirov Aslan Fərhad oğlu (13 dekabr 1910, Zümürxan, Cavanşir qəzası – 27 iyun 1988, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (29.06.1945). == Həyatı == Vəzirov Aslan Fərhad oğlu 13 dekabr 1910-cu ildə Bərdə rayonunun Zümürxan kəndində mülkədar-ziyalı ailəsində doğulub. Aslan Vəzirovun anası gənc qadın Ağca xanım Vəzirova 4-cü övladını dünyaya gətirərkən vəfat etmişdir. Həyat yoldaşının ölümünə dözə bilməyən Fərhad bəy də 40 gün ərzində 1912-ci ildə dünyasını dəyişmişdir. Fərhad bəy 1853-cü ildə Şuşada doğulmuşdur. Rüstəm, Aslan və bacıları valideynlərini itirdikdən sonra əmiləri Zülfüqar bəy Vəzirovun himayəsində olmuşlar. Aslan Vəzirovun böyük qardaşı Rüstəm bəy İkinci dünya müharibəsindən əvvəl Bərdədə poçt rəisi işləmiş və müharibədə itkin düşmüşdür. Aslan Vəzirov 1927-ci ildə Bakı Zaqafkaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928–30-cu illərdə Sankt-Peterburq (o vaxtkı Leninqrad) və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş və müharibə cəbhələrinə göndərilmişdir.
Ağzirət piri
Ağzirət piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Yaycı kəndindən şərqdə yerləşən ziyarətgah. Mütəxəssislər Ağzirət pirini e.ə. III-II minilliklərə aid edirlər. Pir təbii qayalığın içərisində olan oyuqda yerləşir. Pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla getmək mümkündür. Təbii qayalığın içərisi xalça və palazla döşənmiş və ziyarətgaha çevrilmişdir. Təbii qayanın bəzi qisimləri yonularaq şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Ziyarətçilər tərəfindən çıraq və şam yandırıldığı üçün pirin tavanı tamamilə qaralmışdır. Pirin içərisində bir ədəd orta əsrlərə aid çırağın və müxtəlif keramika parçalarının olduğu müəyyən edilmişdir. Pirin aşağı mərtəbəsində təbii mağaranın içərisindən su damır, onun qarşı sında isə tut ağacı var.
Böyrəküstü vəzilər
Böyrəküstü vəzilər - lat. glandulae suprarenales cüt daxili sekresiya vəzilərindən olub, böyrəklərin yuxarı ucları üzərində yerləşmişdir. Sağ vəzi üçbucağa və sol vəzi ayparaya bənzəyir; səthləri qabarıqdır, rəngləri sarımtıl və konsinstensiyaları yumuşaqdır. Böyüklərdə hər vəzinin çəkisi 11-18 q (ya 7-20 q) olur; uzunluğu 4-6 sm, eni 2-3 sm və qalınlığı 3–6 mm-dir. == Quruluşu == Böyrəküstü vəzinin ön səthi - lat. facies anterior, dal səthi - lat. facies posterior və aşağı basıq - böyrək səthi - lat. facies renalis vardır. Ön səthi qonşu üzvlərə söykənmiş; bunun üzərində damarlara məxsus qapısı - lat. hilus vardır, dal səthi zəif surətdə diafraqmanın bel hissəsinə və böyrək səthi böyrəyin yuxarı ucuna söykənmişdir.
Bəsirət (qəzet)
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet. Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. == Haqqında == Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub. Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.
Bəsirət qəzeti
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet. Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. == Haqqında == Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub. Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.
Cəlal Vəzirov
Cəlal Bədirxan oğlu Vəzirov (5 dekabr 1993, Qaralılar, Beyləqan rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlal Vəzirov 5 dekabr 1993-cü ildə Beyləqan rayonunun Qaralılar kəndində anadan olmuşdur. == Hərbi xidməti == Cəlal Vəzirov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət hərbi xidmət etmişdir. Hərbi xidmət müddətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Cəlal Vəzirov də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Cəlal Vəzirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəlal Vəzirov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlil Vəzirov
Cəlil Həbib oğlu Vəzirov (8 noyabr 1944, Naxçıvan – 19 avqust 2008) — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1987), "Qızıl dərviş" (2004), R. Rza adına Beynəlxalq ədəbi mükafatları laureatı (2004). == Həyatı == Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir (1968). "Şərq qapısı" qəzetində işləmişdir; baş müxbir, ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur (1968–2003). Cəlil Vəzirov Naxçıvan teatrı tarixinin, onun öncül nümayəndələrinin yaradıcılığının tədqiqatçısıdır. 21 kitab və broşürün, onlarca elmi-tənqidi məqalənin müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının (1976), Jurnalistlər (1978) və Yazıçılar (2000) birliklərinin üzvü, Teatr Xadimləri İttifaqı Naxçıvan Təşkilatının sədri olmuşdu (1980-ci ildən). 2004-cü ildən Azərbaycan MЕА Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İn-tunun Musiqi və Teatr şöbəsində elmi işçi işləyirdi. == Əsərləri == İbrahim Həmzəyev, B., 1982; Güldürən-ağladan, Naxçıvan, 1998; Cavid dünyası. Naxçıvan, 2005.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi. Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları.
Fövqəladə vəziyyət
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. == Haqqında == Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Heydər Vəzirov
Heydər Sadıq oğlu Vəzirov (1891 və ya 1893, Nehrəm – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. == Həyatı == 1893-cü ildə Nehrəmdə doğulmuşdur. İlk təhsilini Naxçıvanda üsuli-cədid məktəbində almışdır. 1913-cü ildə İrəvan seminariyasını bitirmiş və gimnaziyanın səkkizinci sinfinə imtahan vermiş və 1914–1918-ci illərdə, birinci dünya müharibəsi başlananda qısa müddət hərbi məktəbdə təhsil almış və ön cəbhəyə göndərilmişdir. 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsində Qalitsiya uğrunda döyüşlərdə almanlar tərəfindən əsir alınsa da, 1918-ci ildə hərbi əsirlər dəyişdirilərək yaralılar sırasından keçərək Türkiyədən Azərbaycana qayıtmışdır. 1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun kiçik komandirlər hazırlayan məktəbində müəllim işləmişdir. 1937-ci ildə repressiya məruz qalmış, ailəsi ilə birlikdə məhv edilmişdir. == Siyasi fəaliyyəti == Aprel işğalından sonra məktəbin kollektivi ilə birlikdə Sovet hakimiyyəti tərəfinə keçmiş, Azərbaycan Birləşmiş Hərbi Məktəbi Ermənistanda, həmçinin Azərbaycan qəzalarında daşnaklara və banditizmə, Gürcüstanda menşeviklərə qarşı hərbi əməliyyatda iştirak etmişdir. Heydər Vəzirov Respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.
Kamil Vəzirov
Kamil Səfərəli oğlu Vəzirov (2 avqust 1949, Bakı – 13 fevral 2018, Bakı) — Azərbaycan qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti. == Həyat və fəaliyyəti == Kamil Vəzirov 1949-cu il sentyabr ayının 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1964–1968-ci illərdə A. Zeynallı adına Musiqi Məktəbinin instrumental ifaçılıq şöbəsində,1972–1977-ci illərdə M. Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil almışdır. Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun dəvəti ilə Kamil Vəzirov 1974-cü ildə Azərbaycan Dövlət Mahnı Teatrına solist kimi qəbul olunmuş və 2014-cü ilədək burada fəaliyyət göstərmişdir. O, kollektivlə birgə dünyanın bir çox ölkələrində -Böyük Britaniya, Fransa, Rusiya, Almaniya, Avstriya, İsveç, Çin,Meksika, Nepal, Pakistan, Hindistan, İsveçrə, Danimarka, Ukrayna,Türkiyə, İran, Gürcüstanda Azərbaycan incəsənətini layiqincə təbliğ etmiş, milli musiqimizə geniş şöhrət qazandırmışdır. Gözəl ifaçı bir çox xarici dövlətlərdə təşkil olunan Azərbaycan Mədəniyyət Günlərində, Beynəlxalq miqyaslı tədbirlərdə, habelə Hannover şəhərində keçirilən "Expo-2000" ümumdünya sərgisində çıxış etmişdir. Sənətkar respublikamızda keçirilən bir çox dövlət səviyyəli irimiqyaslı tədbirlərin, yubiley və xatirə gecələrinin iştirakçısı olmuşdur.2000-ci ildə o, milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti,2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Xalqın sevimli sənətkarı, bənzərsiz qarmon ifaçısı, Respublikanın Xalq artisti Kamil Səfərəli oğlu Vəzirov 2018-ci il fevralın 13-də vəfat etmişdir. Qardaşı da həmçinin musiqiçi, Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Ədalət Vəzirov idi. Ailəsi Evlidir, 3 oğlu,1 qızı, 8 nəvəsi var.
Musa Vəzirov
Qambay Vəzirov
Qambay Məmməd oğlu Vəzirov (19 avqust 1899, Naxçıvan, İrəvan quberniyası) — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya qurbanı. == Həyatı == İlk (yeddiillik) təhsilini İrəvan kişi gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920–1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur. == Hərbi təhsili == Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir. == Döyüş yolu == 1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.
Seymur Vəzirov
Süleyman Vəzirov
Süleyman Azad oğlu Vəzirov (18 noyabr 1910, Şuşa, Yelizavetpol quberniyası – 7 fevral 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan SSR-in 1-ci neft sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı (1944), Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri. == Həyatı == Süleyman Vəzirov 1910-cu ildə Şuşada ziyalı ailəsində dünyaya gəlib. Onun atası Azadbəy Vəzirov Peterburqda hərbi təhsil almış və xüsusi tapşırıqlar üzrə polkovnik, anası Zəhra xanım isə dövrünün məşhur həkimi Kərimbəy Mehmandorovun qızı idi. Süleyman Vəzirov 1918-ci ildən Şuşa real məktəbində oxuyur, sonra Bakı sənaye-iqtisad texnikumuna daxil olur. Texnikumda oxumaqla bərabər o, həm də kinomexanik köməkçisi işləyir. Texnikumu bitirdikdən sonra İliç buxtasında – mədəndə "zamerşik" vəzifəsində çalışmağa başlayır. Neft mədənində çalışmaq və "Azneft" Birliyinin baş mühəndisi olan qohumu Fətulla Rüstəbəyovla olan söhbətlər onun sonrakı sənət seçimini təyin etdi. 1928-ci ildə Süleyman Vəzirov Azərbaycan Politexnik institutunun dağ-mədən fakültəsinə daxil olur və oranı 1932-ci ildə müvəffəqiyyətlə başa vurur. YÜKSƏK İXTİSASLI MÜHƏNDİS Süleyman Vəzirov yüksək ixtisaslı bir mühəndis kimi Pirallahı, Lok-batan, Qaraçuxur kimi neft-qaz yataqlarının işlənilməsində çalışmaqla yetişmişdir. Bir neçə il ərzində o, ixtisasının bütün pillələrini keçərək mühəndis, böyük mühəndis, trestin baş mühəndisi vəzifələrində çalışaraq kamil mütəxəssisə çevrildi.
Səfərəli Vəzirov
Vəzirov Səfərəli Ağarza oğlu (28 aprel 1929, Divəzər, Xızı rayonu – 9 noyabr 1982, Bakı) — qarmon ifaçısı. == Həyatı == Qarmon çalmağı atasından öyrənmiş, daha sonra məşhur qarmonçu Kor Əhəddən (1893-1942) və Teyyub Dəmirovdan (1908-1970) dərs almış, ondan musiqi, ifaçılıq sənətinin sirlərini daha mükəmməl mənimsəmişdir. Az müddətdə Səfərəli el arasında öz dəst-xətti ilə tanınır. Səfərəli qarmon ifaçılığını təkmilləşdirməklə bərabər 1948 ildə Xalq Təsərrüfatı İnstituna qəbul olunur. Tələbə ikən institutda yaratdığı x.ç.a. ansamblına rəhbərlik edir. 1951 ildə Polşada keçirilən Beynəlxalq musiqi festivalının qalibi olur. Onun ifasında 1953-cü ildə lentə alınmış bir sıra muğam («Çahargah» dəstgahı) və rəqslər («Qazaxı», «Kolxozu», «Azərbaycan», «14 nömrə», «Qaytağı», «Tərəkəmə», «Vağzalı»), həmçinin özünün bəstələdiyi «Pambıq çöllərində» kompozisiyası AzRT Fondunda qorunur. Səfərəli Vəzirovun oğlanları əməkdar artistlər Ədalət Vəzirov, Kamil Vəzirov, Ramiz, Babək, Qalib musiqi aləmində tanınmış musiqi ifaçılarıdır.