Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sen-Pol-de-Vara
Sen-Pol-de-Vara (fr. Saint-Paul-de-Varax) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Villar-le-Domb kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01383. Kommuna Paris şəhərinin 380 km cənub-şərqində, Lion şəhərindən 45 km şərqdə və Burk-an-Bres şəhərindən 15 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1551 nəfər təşkil edirdi. 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 994 nəfərdən 715-i iqtisadi cəhətdən aktiv, 279-u passivdir (fəaliyyət göstəricisi% 71.9, 1999-cu ildə - 70.7%). 715 aktiv sakindən 669 kişi (346 kişi və 323 qadın) işlə təmin edilmiş və 46 (16 kişi və 30 qadın) işsizdir.
Varan
Varan (lat. Varanus) — varanlar fəsiləsunə aid heyvan cinsi. Varanus Odatria Soterosaurus Philippinosaurus Papusaurus Euprepiosaurus Empagusia Polydaedalus Psammosaurus В. Р. Алифанов. Ящерицы в эпоху динозавров. Fry, Brian G., et al. (2006). Early evolution of the venom system in lizards and snakes.
Varai-varai dili
Varay dili (Warai, Winarai, Lineyte-Samarnon, Samarnon), Filippinin yerli dillərindən biridir ki, Samar, Şimali Samar, Şərqi Samar əyalətlərinin hər yerində və Leyt və Biliranın bəzi hissələrində varaylar danışılan dilləridir.
Fransisko Varallo
Fransisko Varalyo — Argentina futbolçusu, ilk Dünya çempionatının sağ qalan son iştirakçısı idi. Varallo 1931-ci ildən 1940-cı ilədək 9 il müddətində "Boka Xuniors" klubunda çıxış edərək 181 qola imza atmışdı. Varallo 1930-cu ildə keçirilmiş ilk Dünya çempionatının iştirakçılarından sağ qalan yeganə iştirakçısı idi. Argentina yığma komandasının futbolçusu Fransisko Varallo 100 yaşında vəfat edib. Qocaman futbolçunun ölümünə nəyin səbəb olduğu bildirilmir.
Fransisko Varalyo
Fransisko Varalyo — Argentina futbolçusu, ilk Dünya çempionatının sağ qalan son iştirakçısı idi. Varallo 1931-ci ildən 1940-cı ilədək 9 il müddətində "Boka Xuniors" klubunda çıxış edərək 181 qola imza atmışdı. Varallo 1930-cu ildə keçirilmiş ilk Dünya çempionatının iştirakçılarından sağ qalan yeganə iştirakçısı idi. Argentina yığma komandasının futbolçusu Fransisko Varallo 100 yaşında vəfat edib. Qocaman futbolçunun ölümünə nəyin səbəb olduğu bildirilmir.
II Varaz Trdat
II Varaz Trdat — Qafqaz Albaniyasının Mehranilər sülaləsindən olan son çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, I Stepanosun oğludur və 812-ci ildən sonra vəfat etmişdir. Musa Kalankatlı isə onun öldürüldüyünü deyir və hadisəni belə nəql edir: Həmin ildə Filippin oğlu Nerseh alban knyazı Stepannosun oğlu Varaz-Trdatı öldürdü, onun oğlunu isə anasının qucağında xəncərlə vurub bütün şeylərini qarət etdi. Həmin Varaz-Trdat Albaniyada nəsildən-nəsilə hökmdarlıq edən Mehranilər sülaləsindən idi. O, Albaniyanın birinci knyazı Varaz Qriqordan sonra səkkizinci hökmran idi. Daha sonra II Varaz Trdatın həyat yoldaşı sağ qalan qızı Sparamı Səhl ibn Sunbatın oğlu Atrnerseh ilə evləndirdi. Beləliklə Girdiman knyazlığı Xaçın knyazlığına birləşdirildi.
I Varaz Qriqor
Varaz Qriqor — Mehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi. Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri gətirmək istədi. Ölüm tarixi məlum deyil və Cavanşirin elə onun sağlığında taxta çıxdığı güman edilir. == Ailəsi == Varaz Qriqor şahzadə Huriduxt ilə evlənmişdi.
I Varaz Trdat
Varaz Trdat (bilinmir, Uti – 709) — Qafqaz Albaniyasının hökmdarı. Cavanşirin ölümündən sonra taxta çıxmışdı. Varaz Perozun oğlu idi. 681-ci ildə taxta keçmişdi. Həmin il xəzərlər Cavanşirin ölümünün qisasını almaq üçün Qəbələni yağmaladılar. Çar tezliklə Katolikos I Yelizar vasitəsilə onlarla sülh bağladı. Onun hakimiyyətinin ilk dövründə Bizans təsiri güclənmişdi. Çar özü 694-cü ildə Bizansa gedib 5 il Konstantinopolda yaşamışdı. 699-cu ildə Albaniyaya qayıdan çar ərəblərin vassalı olandan sonra imperator II Yustinian tərəfindən övladları həbs olunmuşdu və ancaq onun ölümündən sonra qayıda bilmişdilər. Yerinə oğlu II Vardan keçdi.
Komodo varanı
Komodo varanı və ya Komondo əjdahası (lat. Varanus komodoensis) — Əsl varanlar fəsiləsinə aid kərtənkələ növü. Növ ancaq İndoneziyanın Komodo, Rinka, Flores və Qili-Motanq adalarında yayılmışdır. Adanın yerli əhalisi onları ora və ya buaya darat("yerüstü timsah") adlandırırlar. Bu canlı dünyada hazırda yaşayan ən böyük kərtənkələdir. Onların uzunluğu bəzən 3 metr, çəkiləri isə 250 kq çata bilir. Ölçülərinin böyüklüyü Ada qiqantizmi. ilə izah edilir. == Xüsusiyyətləri == === Xariçi görünüş === Vəhşi təbiətdə yetkin dişi varanlar adətən 2.25–2.6 m arası uzunluğa malik olurlar. Çəkiləri 47 kq təşkil edir.
Mən varam, çünki biz varıq (film, 2008)
Mən varam, çünki biz varıq (ing. I Am Because We Are) — Natan Rissmanın rejissoru olduğu, ssenarisi, mətnin oxunması və prodüserliyi Madonnaya məxsus 2008-ci ilə aid sənədli film.
Puerto-Varas
Puerto Varas — Çilidə şəhər. Əhalisi 32912 nəfərdir (2002). Ərazisi — 4065 km², əhali sıxlığı — 9,2 nəfər/km²-dir.
Puerto Varas
Puerto Varas — Çilidə şəhər. Əhalisi 32912 nəfərdir (2002). Ərazisi — 4065 km², əhali sıxlığı — 9,2 nəfər/km²-dir.
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Rafael Varan
Rafael Varan (25 aprel 1993[…], Lill) — Fransa futbolçusu. Rəfael Varan 25 aprel 1993-cü ildə Fransanın Lil şəhhərində doğulub Varan peşəkar karyerasına "Lans" klubunda başlamışdır. Fransız futbolçu. İspan klubu Real Madrid və Fransa milli komandasının oyunçusu.
Rəngarəng varan
Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna kimi də tanınır. Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir. Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür. Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur.
Varabimoçi
Varabimoçi (蕨餅, warabi-mochi) — jeleyəbənzər, ayıdöşəyi nişastasından hazırlanan və kinakoya (şirin, qızardılmış soya unu) batırılan yapon şirniyyatı. Moçidən fərqli olaraq yapışqanlı düyü ilə hazırlanmır. Əsasən yay dövründə, xüsusilə Kansai regionunda və Okinavada yeyilir. Qərb ölkələrində olduğu kimi bu şirniyyat yük maşınları ilə satılır.
Varagöl
Varagöl (Bostanabad)
Varagöl (Bostanabad)
Varagöl (fars. ورگل‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (25 ailə).
Varagöl (Sərdəşt)
Varaqol (fars. ورگل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 423 nəfər yaşayır (79 ailə).
Varambon
Varambon (fr. Varambon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-d’En kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01430. 2010-ci ildə əhalinin sayı 521 nəfər təşkil edirdi. 2010-cu ildə, əmək qabiliyyətli 350 nəfər arasında (15-64 yaş) 281 nəfər İqtisadi cəhətdən fəal, 69 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 80.3%, 1999-cu ildə 76.1%). Fəal 281 sakindən 243 nəfər (143 kişi və 100 qadın), 38 nəfəri işsizdir (17 kişi və 21 qadın). Fəal olmayan 69 nəfər arasında 18 nəfər şagird və ya tələbə, 33 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Varanasi
Bənarəs (ing. Benares, urdu بنارس) ya da yerli ləhcədə olaraq Varanasi — Hindistanda şəhər; şivaizmin əsas mərkəzlərindən biri, hindlilərin müqəddəs şəhəri. "Varanasi" sözünü "Arun və Asi çayları arasındakı şəhər" mənası kimi tərcümə etmək olar. İngilis müstəmləkəçiliyi dövründə onu "Bənarəs" adlandırıblar. Şəhərin ilk adı isə "Kaşi"dir ki, bu da "Nur şəhəri" mənasını verir. Varanasi Qanq çayının sol sahilində, kiçik buxtada yerləşir. Arxeoloqlar bu müqəddəs şəhərdə 4000 il əvvəl inşa olunan tikililərin özüllərini aşkara çıxarıblar. Varanasi haqqında ilkin məlumatlara "Riq-Ved"də, "Mahabharata" və "Ramayana"da rast gəlmək mümkündür. Əfsanələrə görə, Yer üzündə ilk şəhərdir. Onu tanrılar yaradıb və onlar burada insanlarla birgə yaşayıblar.
Varaha
Varaha — Vişnunun donuz şəklində üçüncü avatarıdır. Rəvayətə görə, Yeri götürüb kosmik okeanın dibinə aparan Rakşasa (cin) Hiranyakşaya qalib gəlmək üçün ortaya çıxdı. İlahi Varaha ilə sonda qalib gələn Hiranyakşa arasındakı müharibənin min il davam etdiyi güman edilir. Onu uzun dişləri arasında aparan Varaha Yeri okeandan çıxarır və onu kainatdakı yerinə qaytarır. Bu avatarda olarkən Vişnu Prithvi (Bhudevi) ilə evləndi. Rəsmlərində Varaha ya sırf heyvan kimi, ya da insan bədənində donuz başı ilə təsvir edilmişdir. Onun insan bədəni formasında dörd qolu var, bir əlində təkər, digərində dişli, digər iki əlində gürz, qılınc, lotus tutur və ya xeyir-dua (mudra) jesti edir. Dünya donuzun uzun dişləri arasında dayanır. Bu avatar Yerin daşqından xilas olmasını və yeni kosmik dövrün başlanğıcını təmsil edir. Sanskrit dilindən tərcümədə Varaha (Skt.
Mən varam, çünki biz varıq
Mən varam, çünki biz varıq (ing. I Am Because We Are) — Natan Rissmanın rejissoru olduğu, ssenarisi, mətnin oxunması və prodüserliyi Madonnaya məxsus 2008-ci ilə aid sənədli film.
Varanus reisingeri
Varanus reisingeri (lat. Varanus reisingeri, ing. Yellow Tree Monitor) — Varanus prasinus kompleksinin varan növüdür. Bu növ İndoneziya üçün endemikdir. Varanus reisingeri öz quyruğunu ağacların ətrafında hərəkət etmək üçün istifadə edir.
Varaxşa
Varaxşa — Buxara vilayətinin Condor rayonunda, Buxaradan (Özbəkistan) 30 kilometr qərbdə yerləşən qədim yaşayış məskəni. Qədim yaşayış məskəninin bu hissəsi, ərəb istilasından əvvəl Buxara vahəsini idarə edən Buxarxudatların iqamətgahı olub. Burada həyat XI əsrdə dayanıb. Varaxşanın tənəzzül səbəblərindən biri vahənin suvarma sistemlərində suyun qıtlığı olub. Yaşayış məskəninin sahəsi 100 hektar olub. Varaxşa vahənin qərb sərhəddində mühüm hərbi forpost olmaqla yanaşı, həm də Buxara vahəsinin mühüm siyasi və mədəni mərkəzi idi. Varaxşa həmçinin, Buxara ilə Xarəzm arasındakı yolda yerləşən ticarət mərkəzi olub. X əsr tarixçisi Əbu Bəkr Narşahi Varaxşa haqqında aşağıdakı məlumatları verib: Bura böyük yaşayış yerlərindən biridir. Böyüklüyünə görə Buxara şəhərindən geri qalmayan ərazi təməli baxımından da Buxaradan daha qədim olub. Bəzi mənbələrdə kənd, Varaxşa adı ilə deyil, Rəcfəndun adı ilə də qeydə alınıb.
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Nara
Nara (şəhər)
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Sara
Sara (film, 1992)
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Varna
Varna (Bolqarıstan) — Bolqarıstanda şəhər. Varna (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Varna — İsmayıllı rayonu ərazisində mineral bulaqlar. Varna — İsmayıllı rayonu ərazisində göl. Girdimançayin sağ sahilində, 2260 m. yüksəklikdə yerləşir.
Varqa
Varqa - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı.
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Hacı Qara
Yaşayış məntəqələri Hacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Hiromi Hara
Hiromi Hara (d. 19 oktyabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 37 qol vurub.
I Dara
Böyük Dara (E.ə. 549 - E.ə. 485, Qədim Farsca: 𐎭𐎠𐎼𐎹𐎺𐎢𐏁, Xerxes Dārayawauš) — E.ə. 522 - E.ə. 485 illər arasında İranı idarə edən imperator. Müasir fars dilində adı داریوش (Dâryûsh), İbranicə mənbələrdə דַּרְיָוֶשׁ (Daryaweş) Antik Yunancada Δαρεῖος(Darios), Latınca və Romalı tarixçilərin qeydlərində isə Darius formasında keçir. Ayrıca Darius apardığı fəthlər ilə farslar üçün çox önəmli sayılır. Dārayava(h)uš == Həyatı == I Dara e.ə.522-486-cı illərdə Əhəmənilər dövlətinin hökmdarı olub. Onun dövründə İran dünyanın ən güclü dövləti idi. Bu dövlət Egey dənizindən Hind çayına qədər və Qafqaz dağlarından Həbəşistana qədər əraziləri əhatə edirdi.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Lara Fabian
Lara Fabian (fr. Lara Fabian, əsl soyadı Krokart (nid. Crokaert, Fabian isə anasının qızlıq familiyasıdır; 9 yanvar 1970[…]) — fransız dilli müğənni. Onun fransız, ingilis, ispan, portuqal, rus və s. dillərində mahnıları var. == Həyatı == Lara Fabian 9 yanvar 1970-ci ildə Brüssel yaxınlığındakı Etterbek kommunasında anadan olmuşdur.
Lara Qonzalez
Lara Qonzalez (d. 14 aprel 1986) — İspaniyanı təmsil edən bədii gimnast. Lara Qonzalez, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Lara Qonzalezin bacısı, Barbara Qonzalezdə bədii gimnastdır. == Karyerası == Lara Qonzalez, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Barbara Qonzalez, İsabel Paqan, Ana Pelaz, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Həsən Qara
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
III Dara
III Dara (e.ə. 380 – e.ə. 330, Baktriya) — Əhəməni dövlətinin sonuncu şahənşahı (E.ə. 336-330-cu illər). == Həyatı == Əhəmənilər sülaləsinin sonuncu hökmdarı bir çox qardaşlarını güdaza verən, cinsindən və yaşından asılı olmayaraq bütün qohum-əqrəbasını tələf edən qanlı müstəbid III Artakserks Əhəmənilər imperiyanın ömrünü bir neçə il uzatmışdı. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu, lakin e.ə. 338-ci ildə zəhərlə öldürüldü. Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri altında böyük İran dövlətinin məhv olması tarixidir.
II Dara
II Dara, (II Dara Oxus); (e.ə. 475 – e.ə. 404, Babil) — 423-404-cü illərdə Əhəmənilər şahənşahı. I Artakserksin yunan cariyəsi Kosmartidenadan olan oğlu. Hakimiyyətə gələnə qədər adı Oks idi və 423-cü ildə II Dara adını götürdü. Yunanlarla müharibələr etmişdir, hakimiyyəti dövründə 405-ci ildə Misirdə üsyan baş vermişdir. 404-cü ildə Babildə ölmüşdür.
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" — qara, "Kul" — göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. == Əhalisi == 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər. == Coğrafiyası == Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek — Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. == Tarixi == Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su-elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir. 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. == Coğrafiyası == Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Vera
Vera — ad. Vera Mençik Vera Şimanskaya — Rusiyanı təmsil edən bədii gimnast.
Lavandula vera