Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miranda
Miranda — qadın adı. Miranda Riçardson — Böyük Britaniya aktrisası Miranda Kerr — Miranda Kosqrov — Miranda Hobbs —DigərMiranda (peyk) — Uranın beş dəyirmi peykinin ən kiçiyi və ən kiçik hissəsidir.
Vakanda
Vakanda (/wəˈkɑːndə, -ˈkæn-/ ) — Marvel Comics tərəfindən nəşr olunan Amerika komikslərində görünən uydurma ölkə. Həmin ölkənin Şərqi Afrikada mövcud olduğu təsvir olunur. Saxaradan cənubda yerləşən Qara Afrikada yerləşir və super qəhrəman Qara Panteranın evidir. Vakanda ilk dəfə Fantastic Four #52-də (iyul 1966) göründü və Sten Li və Cek Kirbi tərəfindən yaradılmışdır.Vakanda komikslərdə və müxtəlif media uyğunlaşmalarında, məsələn, Marvel Kinematoqrafiya Kainatında, planetin texnoloji cəhətdən ən inkişaf etmiş milləti kimi təsvir edilmişdir. == Yerləşməsi == Bəzi mənbələr Vakandanı Tanzaniyanın bir qədər şimalında və məhz Ruandada yerləşdirir, digərləri isə – məsələn, Marvel Atlas #2 – onu Turkana gölünün şimal ucunda, Cənubi Sudan, Uqanda, Keniya və Efiopiya arasında (Azaniya, Kənan və Narobiya və bu kimi uydurma ölkələrlə əhatə olunmuş) göstərir.Rejissor Rayan Kuqler 2018-ci ildə çəkilmiş Qara Pantera filmindəki Vakanda təsvirinin Cənubi Afrika Lesoto Krallığından ilhamlandığını bildirib.Vakanda yazıçı Ta-Nehisi Koutsun son hekayələrində Viktoriya gölündə, Mohannda, Kənan, Azaniya və Niqanda digər uydurma xalqların yaxınlığında yerləşir. Bu, real həyatda daha çox Konqo Demokratik Respublikasının şərq yarısına uyğun gəlir.Birnin Zana Vakanda ərazisində yerləşir. Bəziləri onu ağıllı şəhər hesab edirlər.
Vedanta
Vedanta (sanskr. वेदान्त, vedāntaIAST, "Vedaların sonu") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri. Mahiyyətcə vedanta induizmdə bir sıra dini-fəlsəfi ənənələrin ümumi adıdır. Vedanta fəlsəfi təlimi özündən əvvəlki bütün konsepsiyalar da daxil olmaqla 2-ci əsrdə yaranmış "Vedanta sutra"dan başlayır. Bu məktəb Vedaların fəlsəfi hissəsi kimi tanınan Upanişdanın interpretasiyası kimi qəbul olunur. 3 filisof və 3 interpretasiya mövcuddur: Advayta (dualist olmayan yaxud monizm) — filosof Şankarın adı ilə bağlıdır. Vişişta Advayta (fərqləndirən monizm) — Ramanudja. Dvayta (dualizm) — filosof Madxva.Advaytada əsas ideya Brahman — əqli olaraq dərk olunmayan son həqiqət, lakin dua və dərin meditasiyalarla dərk olunandır. Brahman — keyfiyyətsiz, yəni fenomenal aləmin bir hissəsi olmayandır. Yalnız şərtilik çərçivəsində konkret anlayış və keyfiyyət xarakteristikaları nəzərdə tutulur.
Verona
Verona — şimal-şərq İtaliyanın Veneto regionunda (27.12.2008 etibarıyla) 265.410 əhalisi olan bir şəhərdir. Verona Veneto regionunda olan yeddi vilayətdən biri olan Verona vilayəti mərkəzidir. Verona şəhəri şimal-şərq İtaliyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biridir. Bunun başlıca səbəbi mədəni, arxitektura və tarixi əsərləridir, vilayət içində təşkil edilən bir neçə əhəmiyyətli beynəlxalq sərgi və yaz aylarında Klassik Romalılardan qalma qədim Arena da göstərilən teatr və opera təmsilləridir. Veronada olan tarixi binaların dəyərləri və əhəmiyyətləri səbəbindən Verona şəhəri YUNESKO-nun Dünya Mirasları siyahısına daxil edilmişdir. Veronada klassik Roma dövründən qalmış və orta əsrlərdə istifadə bir çox abidə əsər var. Bunların başında yaz mövsümündə açıq havada opera və teatr səhnələnməsi üçün istifadə edilən Arena məhkəmə Romalılardan qalma anfi binası gəlir. Orta Çağlarda inşa edilən binalar 1117deki böyük zəlzələ yıkılmakla birlikdə, şəhərin Romenesk tipli arxitekturaya əsasında yenidən abadlıq edilməsi Veronada çox əhəmiyyətli Orta Çağların son dövrlərindən qalmış bir çox abidə quruluşun və şəhər meydanının olmasına gətirib çıxarmışdır.
Verna
Verna (fr. Vernas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38535. Kommunanın 1999-cu il üçün əhalisi 174 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 195 ilə 429 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 35 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Advayta-vedanta
Advayta-vedanta — insan ruhunun ümumdünya ruhu ilə eyniliyinə dair hind fəlsəfi təlimidir (advayta = "qeyri-ikilik", "vahidlik"), Vedanta məktəbinin əsas tərkib hissələrindən biridir. Bu təlimə görə, insanın ruhu ilə ali ruh bir bütün təşkil edir; dünyada gördüyümüz hər şey ümumdünya ruhunun yaratdığı müxtəlif formalar və eyni zamanda ruhumuzun təəssüratlarıdır. Ruhumuzdan və ali ruhdan kənar heç bir şey yoxdur. Beləliklə, bütün dünya bizim illüziyamızdan, təsəvvürümüzdən başqa bir şey deyil. Yalnız cahilliyimiz bizim ruhumuzu dünya ruhundan ayırır və onu ayrı və azad mövcud hesab edir. Bu cəhalətin aradan qaldırılması insan ruhunun, ruhların reinkarnasiyası haqqında amansız qanunundan tam azad olmasına gətirib çıxarır və Vedantanın fəlsəfi həqiqətlərini öyrənməklə nail olunur. Əsas tezis belə yazılır: “Brahman realdır. Dünya real deyil. Jiva [fərdi ruh; fərdi şüur; eqo] və Brahman birdir və eynidir”; təlim Upanişadların məşhur “tat tvam asi” (“sən osan”) deyimini bu mənada şərh edir. Banisi Qaudapada (VI əsr) və Şankaradır (788-820-ci illər).
Anthemis repanda
Lepidophorum (lat. Lepidophorum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lepidophorum repandum (L.) DC.Sinonim Anthemis grisleyi Samp. Anthemis repanda L. Chamaemelum grisleyi (Samp.) Vasc. Lepidophorum grisleyi (Samp.) Samp.
Edison Miranda
Edison Miranda(d. 7 Yanvar, 1981,Kolumbiya.) — 2001-2014-cü illərdə fəaliyyət göstərmiş, Kolumbiyalı peşəkar boksçu. == Həyatının ilk illəri == Miranda 1981-ci ildə Buenaventura, Kolumbiyada anadan olmuşdur. O, bir aylıq olanda anası tərəfindən tərk edilir. 9 yaşında Kolumbiyada küçə həyatı yaşamaqdan qaçır. O, anasının axtarışına çıxır və sonda anasının qardaşını tapır. Dayısı ona heçnə demir və düşünür ki, əgər o doğurdanda bacısının oğludursa, onun ayağında doğum ləkəsi olmalıdır. Miranda ləkəni göstərərək bunu sübut edir. Adam onu anasının yeni evinə gətirir. Anası onu yenidən tərk edir.
Fernanda Kavaliyeri
Fernanda Kavaliyeri (d. 28 avqust 1985) — Braziliyanı təmsil edən bədii gimnast. Fernanda Kavaliyeri 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fernanda Kavaliyeri 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Jennifer Oliveyra, Larissa Barata və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Fernanda Qaray
Fernanda Qaray ( tam adı Fernanda Garay Rodrigues ) (d. 10 may 1986 - Porto Aleqro, Braziliya) — Braziliyalı voleybolçu. == Karyerası == Uşaqlıqdan bu idmanla məşğul olan Fernandanın arzusu elə voleybolçu olmaq imiş. 2002-ci ildən peşəkar karyerasına başlayan Qaray 2010-cu ilə Braziliyanın müxtəlif klublarında forma geyib. Meydandakı çeviklik və qüvvətli hücumları onun Yaponiya klubu "NEC Red Rockets"in marağına səbəb olub. 2010-cu il onun üçün ölkə xaricində oynamaqla yanaşı daha bir ilklə yadda qalıb. Mariana Şteynbrexerin (Mari) əvəzinə milliyə çağırılan Fernanda debütünü Yaponiyada keçirilən Dünya Çempionatında edir. Həmin çempionatda finalda Rusiya millisinə uduzaraq gümüş medal qazanırlar. Fernanda Qarayın həmçinin hərbi rütbəsi də var. O, çavuşdur.
Fernanda Takayi
Fernanda Vaskonsellos
Fernanda de Vasconcellos Galvez (14 sentyabr 1984, Sao Paulo) — Braziliya aktrisası.
Lorena Miranda
Lorena Miranda (d. 7 aprel 1991) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Lorena Miranda, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Miranda (peyk)
Miranda — Uranın 5 sferoid peykindən ən kiçiyi və ən yaxını. Miranda Cerard Koyper tərəfindən 1948-ci il fevralın 16-da Teksasda yerləşən Mak-Donald rəsədxanasında aşkar edilmiş və Uilyam Şekspirin "The Tempest" adlı əsərindən Miranda adına layiq görülmüşdür. Uranın digər böyük peykləri kimi, Miranda da planetin ekvatorial müstəvisinə yaxın dövr edir. 470 km diametri olan və hidrostatik tarazlıqda olduğuna inanılan Miranda Günəş sistemində ən yaxından izlənilən obyektlərdən biridir. Mirandanın yaxından çəkilmiş yeganə görüntüləri 1986-cı ilin yanvarında Urana uçuşu əsnasında Mirandanı müşahidə etmiş Voyacer 2 zondu tərəfindən çəkilmişdir. Uçuş zamanı Mirandanın cənub yarımkürəsi Günəşə doğru yönəldiyindən yalnız bu hissə tədqiq edilmişdir.
Miranda Hobbs
Miranda Hobbs — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə və serialda Miranda obrazı aktrisa Sintiya Nikson tərəfindən canlandırılmışdır. Nikson bu roluna görə Emmi mükafatı və Ekran Aktyorları Gildiyası Mükafatına layiq görülmüşdür. == Obrazın tarixi == === Roman və serialda === Miranda Hobbs yalnız karyerası haqqında düşünən, kişilərə və onlarla münasibətə rişxəndlə yanaşan bir hüquqşünasdır. 1990-cı ildə Filadelfiyada Harvard Universitetinin hüquq fakultəsinin məzunu olduqdan sonra o, Kerrinin gevənilən dostu və vicdan səsi olub. Serialın erkən mövsümlərində o, insanlara güvənməyən, kişi xasiyyətli və tez inciyən biri kimi təsvir olunsa da, illər ərzində bu obraz tədricən dəyişir, xüsusilə hamilə qaldıqdan sonra bu daha çox hiss olunur və sonda o, Stiv Bredi ilə evlənir. Oğlu Bredi Hobbsun doğulması onun üçün yeni problemlərin meydana çıxmasına səbəb olur, işgüzar Miranda diqqətini istədiyi kimi işinə yönəldə bilmir, lakin bir müddət sonra işi ilə ailəsi arasında balans yarada bilir. Dörd rəfiqə arasında Miranda şəxsi evə malik olan ilk qadın olur (onun uğurunun göstəricisidir), lakin, serialın son mövsümündə genişlənən ailəsi üçün daha rahat şərait yaratmaq üçün Bruklin taunhausa köçür. === Böyük şəhərdə seks:Film === Böyük şəhərdə seks filmində Miranda artıq Stivlə evlidir və beş yaşlı oğlu Bredi ilə birgə Bruklindəki evlərində yaşayırlar. Ailə hələ də Maqdanı xidmət üçün yanında saxlayır.
Miranda Kerr
Miranda Kerr (d. 20 aprel 1983, Sidney, Avstraliya), Avstraliyalı model. == Həyatı == 20 aprel 1983-cü ildə Avstraliyanın Sidney şəhərində dünyaya gəlmişdir. Kerr ilk dəfə 13 yaşı olarkən Chaay's Modelling Agency-də modellik etməyə başladı. O Therese and John Kerr-in 2 uşağından biridir. Onun özündən 2 yaş kiçik, Matthew adlı bir qardaşı var. Uşaq vaxtı nənəsinin fermasına gedib, at çapmağı və motosikl sürməyi sevərmiş. 2003-cü ildə Mirandanın maliyyə brokeri Adrian Camilleri ilə münasibətləri yaranmağa başladı. Lakin Adrian Camillerin başına gələn bir hadisə nəticəsində Kerr 2004-cü ildə münasibətlərinə son qoydu. 21 iyun 2010-cu ildə Miranda Kerr ilə Orlando Bloom nişanlandılar, 2010-cu ilin 22 iyul tarixində isə onların toy mərasimi baş tutdu.
Miranda Kosqrov
Miranda Teylor Kosqrov (ing. Miranda Taylor Cosgrove, 14 may 1993, Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktrisası və müğənnisi. == Həyatı == Miranda 1993-cü ilin mayın 14-də Kaliforniya ştatının Los-Anceles şəhərində evdar Kristin və quru təmizləmə biznes aparan Tom Kosqrov ailəsində anadan olub. Onun İngilis, İrland və Fransız əsələri var. Bir dəfə üç yaşlı Mirandanı Taste of L.A.restoranda oxuyub və dans edərkən onu talant agentı gördü. Bu agent təklifini qəbul edəndən sonra Miranda McDonald's, Mello Yello, və bir də model kimi reklamlarda iştrak etdi. Yeddi yaşında Kosqrov qərar verib ki, "bunu eləməyə sevir" və teatr və televiziya rolları almaq üçün kastinqlərdə iştrak etməyə başladı.Miranda Kosqrov (reklamları saymaraq,) televeiziyada ilk dəfəfə Smallville serialında 2001-ci ildə beş yaşlı Lana Lanq kimi göründü. Kino debütu 2003-cü ildə çəkilmiş Rok məktəbi filmində olub. Birinci vacib televiziya rolu isə Dreyk və Coş adlı Nickelodeon serialında Dreyk Bell və Coş Pek ilə olub. Sonra isə o, Dreyk Bellnan birlikdə Sənin, mənim və bizim filmində baş rollardan biri oynayıb.2007-cidə Kosqrov bir neçə Nickelodeon serialında epizodik rol oynayıb.
Miranda Riçardson
Miranda Riçardson (ing. Miranda Richardson; 3 mart 1958) — Böyük Britaniya aktrisası. 2 dəfə Qızıl Qızıl Qlobus mükafatı və 1 dəfə BAFTA mükafatına layiq görülmüşdür. Həmçinin, Oskar mükafatına namizəd görülmüşdür.
Miranda Tatari
Miranda Tatari (d. 20 sentyabr 1984; Koprivnisa, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Miranda Tatari Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Miranda Veljaçiç
Miranda Veljaçiç (d.1976, Zaqreb, Xorvatiya) — memar, tədqiqatçı, mədəniyyət xadimi, "Oris" və "Čovjek i prostor" memarlıq jurnallarının redaktoru. == Həyatı == 1976-cı ildə Xorvatiyanın mərkəzi Zaqrebdə anadan olan Miranda Veljaçiç hələ tələbəlik illərində — 1999-cu ildə Dinko Peraçiç və Marko Sançaninlə birgə Platform 9,81 memarlıq tədqiqatları üzrə Assosiasiyanın həmtəsisçilərindən biri olub. O hazırda həmin Assosiasiyanın prezidentidir. O, 2002-ci ildə Zaqrebdə memarlıq fakültəsində ali təhsilini başa vurub. 2003-cü ildən o həyat yoldaşı Dinko Peraçiç və 2 övladı ilə birgə Splitdə yaşayır və işləyir. == Fəaliyyəti == O, 2006-cı ildə Splitdə Memarlar Assosiasiyanın idarə heyətinin və Multimedia mədəni mərkəzinin proqram komitəsinin üzvü oldu. Miranda Veljaçiç Krvaviçada Rikard Marasoviç tərəfindən həyata keçirilən Senatoriya modernist memarlığın mirvarisinin müdafiəsi və qorunub saxlanılması ilə bağlı tədqiqat üzərində işləyir. 2015-ci ildə "Mostra di Architettura di Venezia" adı altında 2 ildən bir keçirilən beynəlxalq memarlıq sərgisində Xorvatiya nümayəndə heyətinin üzvü oldu.
Quranda Qabuniya
Quranda Georgiyevna Qabuniya (gürc. გურანდა გიორგის ასული გაბუნია, 26 avqust 1938–4 fevral 2019) — gürcü sovet aktrisası. Gürcüstan SSR əməkdar artisti (1979), Gürcüstan SSR xalq artisti (1990). Potinin Fəxri vətəndaşı (1997). == Həyatı == Quranda Qabuniya 1960-cı ildə Şota Rustaveli adına Teatr İnstitutunu bitirib. Məzun olduqdan sonra Şota Rustaveli Teatrına daxil olur. Quranda Qaqbuniya Tbilisi Sanitar Mədəniyyət Teatrında (1961–1963), Şota Rustaveli Teatrında (1967–1970), Rustavi Dram Teatrında (1970–1975) çalışmışdır. O, 1975-ci ildən Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında çalışıb. Qabuniya yaradıcılıq üslubu incə sənətkarlıq, peşəkarlıq, səhnə temperamenti, hisslərinin sətliyi ilə fərqlənirdi. Onda fərqli çalarlar qəhrəmanlıq, dramatik-romantik, lirik və ya xarakterik şəkildə ifadə olunurdu.
Fernanda Takay
Fernanda Takay (port. Fernanda Barbosa Takai) — Braziliyalı müğənni və mahnı yazarı. Əvvəllər Belo Horizonte şəhərində yaradılmış Pato Fu rok qrupunun vokalist və gitaristi kimi tanınmışdır. 2007-ci ildən etibarən solo karyerasına başlayıb. 2011-ci ildə Atom ™, Toshiyuki Yasuda və Moreno Veloso ilə birlikdə Red Hot+Rio 2 albomu üçün Águas de Março parçasını hazırlamışdır. Albomdan əldə edilən gəlirin QİÇS virusuna qarşı məlumatsızlığın aradan qaldırılmasın və mümkün qorunma tədbirləri ilə bağlı layihələrin həyata keçirilməsinə yönləndiriləcəyi bildirilib. == Həyatı == 1971-ci ilin 25 avqust tarixində Braziliyanın Serra do Navio bölgəsində anadan olan Fernanda Takay gənc yaşlarında ölkənin önəmli şəhərlərindən biri olan Belo Horizonteyə köçmüşdür. Fernanda Takay Braziliya yaponlarındadır. Ata tərəfi yapon, ana tərəfi isə yerli portuqal dillində danışan braziliyalılardandır. 2007-ci ildə solo karyerasına başlamasına baxmayaraq, musiqi sahəsində ilk addımlarını atdığı Pato Fu rok qrupu ilə də əməkdaşlığını davam etdirməkdədir.
Aranda (kommuna)
Aranda (fr. Arandas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01013. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 163 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 95 yaşında (15-64 yaş arasında) 69 nəfər İqtisadi aktiv, 26 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.6%, 1999-cu ildə 74.1%). 69 fəal sakindən 62 nəfər (32 kişi və 30 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) işlədi. 26 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Hellas Verona
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.
Vərəndə
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Vərəndə (dəqiqləşdirmə)
Vərəndəçay — Azərbaycanda çay. Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Vərəndə mahalı
Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. 1747-ci ildən 1822-ci ilədək mövcud olub. == Etimologiyası == Qarabagın mahallarından birinin adı. Quruçay, Kirs və Kirs dağından Əlibaba düzünə qədər olan ərazinin əhatə edirdi.. Peçeneq və qıpçaq tayfalarından birinin adıdır. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346–347). N. A. Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79).
Vərəndə məlikliyi
Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. 1747-ci ildən 1822-ci ilədək mövcud olub. == Etimologiyası == Qarabagın mahallarından birinin adı. Quruçay, Kirs və Kirs dağından Əlibaba düzünə qədər olan ərazinin əhatə edirdi.. Peçeneq və qıpçaq tayfalarından birinin adıdır. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346–347). N. A. Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79).