Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir. Qəsəbədə udilər yaşayır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır. Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir. Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.
Sic
Sic — Latın sözüdür, "belə", "belə halda", "yalnız belə" mənasını daşıyır.
Vim
Vim — Bram Mulenar tərəfindən yazılmış və 1991-ci ildə istifadəyə buraxılmış mətn redaktorudur. Vim *nix əməliyyatlar sistemində ki, vi redaktoru əsasında yazılmışdır. Vim pulsuz və açıq kodlu redaktordur. Ilk olaraq Amiga üçün yaradılsada, sonradan inkişaf etdirilmiş və cross platform olaraq bir çox əməliyyatlar sitemində çalışır. 2006-cı ildə linux jurnalı oxucuları arasında keçirilən səsvermədə ən çox istifadə olunan redaktor seçilmişdir. Vim həm komanda rejimində, həm də qrafik rejimdə işləyir. Qrafik rejimdə istifadə olunan vim — gvim adlanır.
Zic
Zic (fars. زيج‎) — günəşin, ayın, ulduzların və planetlərin mövqelərinin astronomik hesablamaları üçün istifadə olunan parametrləri cədvəlləşdirən islam astronomik kitabı. "Zic" adı Pəhləvi dilindəki "zih" terminindən götürülmüşdür. Bu terminin toxuculuqda sapların düzülüşünə aid olduğu güman edilir. Bu da cədvəlləşdirilmiş məlumatlarda sətirlərin və sütunların düzülüşünə köçürülmüşdür. Belə kitablardan bəziləri "qanun" deyilir. Bu söz yunanca "κανών" sözündən əmələ gəlmişdir.
Gran Via
Gran Via — İspaniyanın Madrid şəhərində yerləşən bir küçə. == Tarixi == 19-cu əsrin ortalarında Madrid şəhər planlaşdırıcıları, Calle de Alcalanı Plaza de España ilə birləşdirən Haussmann'ın Paris təmirinə bənzər bir yeni bir yol çəkilməsinin lazım olduğunu təyin etdi. Layihə, "xəritədə bir balta zərbəsi" adını qazanaraq şəhərin mərkəzindəki bir çox binanın sökülməsinə çağırdı. İlk planlar ortaya çıxdıqdan onilliklər sonra, təməlqoyma və tikinti medianın bu layihəni lağ etməsinə səbəb oldu və bunu "Qran Vía" ya da "Böyük Yol" və ya "Böyük Yol" adlandırdı. Nəhayət 1904-cü ildə təsdiqləndi və 1910-cu ildə inşasına başlanıldı. Küçənin son hissəsi 1929-cu ildə tamamlandı. 2018-ci ilin Mart ayının sonunda Madrid şəhər bələdiyyəsi genişləndirmək planında hər istiqamətdə bir zolaq piyada yürüşünə başladı. səkilər və küçədəki bəzi meydançaları təmir edin. Bu, daha sonra 2018-ci ildə Yaşayış prioritet bölgəsi olan Madrid Mərkəzinin istifadəyə verilməsi ilə əlaqəli idi. Adlar Madridin Gran Vía'nın həm rəsmi, həm də rəsmi olmayan bir çox tarixi adı var.
Kommand-Ric
Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut). == Yerləşməsi == Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır. Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir. == Tarixi == İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır.
Kəlatə Xic
Kəlatə Xic— İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,335 nəfər və 1,447 ailədən ibarət idi.
Nic bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rogi Viq
Robert Qabor Şarl "Rogi" Viq (nid. Rogi Wieg, Robert Gabor Charles Wieg; 21 avqust 1962, Delft, Cənubi Hollandiya – 15 iyul 2015, Amsterdam, Niderland) — Niderland şairi, romançısı və musiqiçisi. Robert Qabor Şarl Viq 21 avqust 1962-ci ildə Niderladın Delft şəhərində anadan olmuşdur. Onun valideynləri 1956-cı ildə Macarıstandan qaçmış və bir il sonra Niderlanda məskunlaşmışdılar. Viq gənclik illərində klassik musiqidə təhsil almışdı, lakin on altı yaşında blüz musiqisinə və holland şansonuna üstünlük verməyə başlamışdır. Viq "Tirade" və "Measure" ədəbi jurnallarının redaktoru idi. 1986–1999-cu illərdə "Het Parool"da poeziya tənqidçisi olmuşdur. 1999-cu ildə Viq rəsm çəkməyə başlamışdır. Onun həyatı ağır depressiya ilə yadda qalmışdır. O, elektroşok terapiyası keçmək üçün mütəmadi olaraq ruhi xəstəxanalara yerləşdirilmiş və üç dəfə intihara cəhd etmişdir.
Vid Dyupumirar
Vid Dyupumirar (əvvəllər sponsorluq səbəbi ilə Injector Arena kimi də adlandılırdı) Farer adalarının Klaksvík şəhərində yerləşən çoxməqsədli stadion. Amma daha çox futbol oyunları üçün istifadə olunur. Við Djúpumýrar Klaksvíkar Ítróttarfelag futbol klubunun həm kişi və həm də qadın komandalarının ev meydançasıdır. Stadion 524 oturacaqlı və təxminən 2500 nəfər tutumuna malikdir. Stadion 2010 və 2011-ci illərdə Farer Adaları Kubokunun finalına ev sahibliyi edib.
Vin (şəhər)
Vin (vyet. Vinh) — Vyetnamın şimalında şəhər, Nqean vilayətinin paytaxtı. Vyetnamda birinci kateqoriyalı vilayət tabeliyində olan doqquz şəhərdən biridir. Vin keçmişdə bir çox ada malik olmuşdur. Onlar: Kevan, Kevin, Vinzyanq, Vindoanx və Vintxi. 1789-cu ildə şəhər Avropanın təsiri altında sadəcə Vin kimi xatırlanmağa başlamışdır. 5 sentyabr 2008-ci ildə şəhərin statusu ikinci şəhərdən birinci kateqoriyalı şəhərə yüksəldilmişdir. Şəhərin 2009-cu ildəki əhalisi 435,208 nəfər idi.
Við Djúpumýrar
Vid Dyupumirar (əvvəllər sponsorluq səbəbi ilə Injector Arena kimi də adlandılırdı) Farer adalarının Klaksvík şəhərində yerləşən çoxməqsədli stadion. Amma daha çox futbol oyunları üçün istifadə olunur. Við Djúpumýrar Klaksvíkar Ítróttarfelag futbol klubunun həm kişi və həm də qadın komandalarının ev meydançasıdır. Stadion 524 oturacaqlı və təxminən 2500 nəfər tutumuna malikdir. Stadion 2010 və 2011-ci illərdə Farer Adaları Kubokunun finalına ev sahibliyi edib.
VBC Casalmaggiore
VBC Casalmaggiore — Seriya A1-də mübarizə aparan İtaliya qadın voleybol klubu. VBC Casalmaggiore 2008-ci ildə yaradılmışdır. İtaliya Voleybol Federasiyası kluba lazımi lisenziyanı təqdim edərək onun 2008-09 mövsümündən etibarən Seriya B2-də mübarizə aparmasına izin vermişdi. Bundan sonra Casalmaggiore sözü gedən liqada səkkizinci yeri tutmuşdu. Ancaq 2009-10 mövsümündə komanda süpriz çempionluq yaşayaraq bir üst liqaya yüksəlmişdi. Bu liqada da debütdəcə gələn ikincilik onun 2011-12 mövsümündə Seriya A2-də mübarizə aparmasına şərait yaratmışdı. İki mövsümü də ikinci liqa da keçirən Casalmaggiore nəhayət 2013-14 mövsümündə istəyinə nail ola bilmişdi. Belə ki, komanda tarixində ilk dəfə olaraq əsas liqada — "Seriya A1" elitasında iştirak hüququ qazanmışdı. Bu liqada da komandanın debütü elə də uğursuz alınmadı. Liqanın normal sezonunda ilk yeddiyə girən klub pley-offa yüksələ bilmişdi.
Via Kondotti
Via Kondotti, qısaca Kondotti (it. Via del Condotti) — Romanın qədim magistral yollarından biri olub, pristij küçələrindən sayılır. Dünyanın məşhur brend mağazaları: Valentino, Armani, Hermès, Cartier, Louis Vuitton, Fendi, Gucci, Prada, Chanel, Dolce & Gabbana və Salvatore Ferragamo bu küçədə yerləşirlər. 1905 ci ildə Bulgari ilk dəfə öz atelyesini bu küçədə açmışdır. Malta ordeninin mənzil-qərargahı da bu küçədə yerləşir.
Via Labikana
Via Labikana—Romadan cənub-şərqdə başlayan İtaliyanın qədim yollarındandır. Roma imperatoru Didi Yulian 193-cü ildə edam edildikdən sonra Via Labikana beşinci mil daşı yaxınlığında dəfn olunub. Qədim Roma-Katolik kilsəsi olan Santi Marcellino Petro al Laterano Via Merulana küçəsi ilə kəsişmədə tikilib.
Via Rail
Via Rail Canada (qısaldılmış şəkildə Via Rail və ya Via) — Kanadada şəhərdaxili sərnişin dəmiryolu xidmətləri funksiyasını həyata keçirən, Nəqliyyat Nazirinin maddi yardım etdiyi müstəqil dövlət korporasiyası. Via Rail vasitəsilə səkkiz Kanada əyalətində (Nyufaundlend və Labrador və Şahzadə Eduard Adası istisnadır) Canadian National Railway şirkətinə məxsus olan demək olar ki, 12500 km-dən çox dəmiryolu şəbəkəsində hər həftə 497 qatar fəaliyyət göstərir. Via Rail hər il təxminən 4.1 milyon sərnişin daşıyır.
Vif (İzer)
Vif (fr. Vif) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38545. Kommunanın 2012-ci il üçün əhalisi 7975 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 16 km cənubda yerləşir.
Vik (Alye)
Vik (fr. Vicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03311. 2008-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 204 nəfər arasında (15–64 yaş arasında) 137 nəfər iqtisadi cəhətdən fəal, 67 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 62,2%). Fəal olan 137 nəfərdən 127 nəfər (70 kişi və 57 qadın), 10 nəfər işsizdir (5 kişi və 5 qadın). 67 hərəkətsiz şəxs arasında 19 nəfər şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vik (Barselona)
Vik (isp. Vic/Vich; tələffüzü “Vik”; katalan dilində və rəsmi yazılışı Vic) — İspaniya bələdiyyəsidir. Kataloniya muxtar birliyinin Barselona əyalətinin Osona bölgəsinin paytaxtıdır. Əsrlər boyu ənənəvi olaraq katalan dilində “Vich” olaraq yazılmışdır və bu yazılış tərzi soyadda qorunub saxlanılıb. Fransa və İsveçrədə də eyni adlı şəhərlər var. Sentforas əhalisi də 1940-cı illərdən bəri bələdiyyənin bir hissəsidir.Instituto Nacional de Estadística Vich sözü latın dilindən vicus (rayon və ya şəhər aqlomerasiyası) sözündən gəlir. İspan dili üçün yad olan bu son samit birləşməsindən qaçınmaq üçün “Vique” yazılışına üstünlük verilməyə başladı. Və artıq 1715-ci ildə bu cür yazılışa rast gəlmək olurdu. Lakin, bu süni variant yalnız bir müddət rəsmi mətnlərdə qaldı və 1789-cu ildə Milli Statistika İnstitutuna (Instituto Nacional de Estadística) uyğun olaraq 1981-ci ilə qədər rəsmi yer adı olaraq yenidən “Vich” kimi istəfadə edilməyə başladı. 1982-ci ildən bəri rəsmi forma “Vic” olaraq oldu.
Vil (kommuna)
Vil (fr. Villes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valserin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01448. 2010-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi.
Vim Venders
Vilhelm Ernest (VİM) Venders (alm. Wilhelm Ernst «Wim» Wenders‎,14 avqust 1945 anadan olub) Alman kinorejissor, fotoqraf, ssenarist və prodüser, bir çox görkəmli mükafatın sahibi. 1996-cı ildən — Avropa Kinoakademiyasının prezidenti. Vim Venders 14 avqust 1945 ildə Düsseldorfda anadan olmuşdur. Vim Vendersin valideynləri atası Henrik Venders və anası Marta ixtisasca həkimdir. 1949-cu ildə ailə Koblecə, daha sonra Oberhauzenə köçmüşdür. Vim Venders arxitektor, sonra keşiş, rəssam olmaq istəmişdir. 1963-cü ildə məktəbi bitirən Vim valideynlərinin yolunu davam etdirərək dörd semestr tibb üzrə təhsil alır (1963-1964) və paralel olaraq Münhendə, Frayburqda və Düsseldorfda psixologiya, fəlsəfə və sosiologiya öyrənir (1964-1965). 1966-cı ilin oktyabrında o Parisə yola düşür və Monmartrda rəsmlər çəkir. Kinoməktəbi İDHEC qəbul olmağa hazırlaşır lakin konkursu keçə bilmir.
Vit İngeduld
Viz Media
VIZ Media, LLC — manqa və anime nəşr edən amerika kompaniyası .
Zic-elxani
Zic-elxani («Elxani astronomik cədvəli») — Nəsirəddin Tusinin əsəri çoxlu astronomik, riyazi və coğrafi cədvəlləri ilə məşhurdur. Planetlərin geosentirik orbitinin əsas elementləri verilən bu əsərdə riyaziyyat və nücum elminə dair mükəmməl ümumiləşdirmələr aparan alimin bu əsərini bəzən «Elxani təqvimi» deyə də tanıyırlar. Dünyanın bir çox nüfuzlu kitabxanalarında bu əsərin nüsxələrinə rast gəlinir, çünki, «Zic-i elxani» əsərində 1700 illik astronomiya müşahidələri öz təcrübəsini dəqiq bir surətdə ortaya çıxartmışdır. Planetlərin sutkalıq orta hərəkti haqqındakı məlumatlar son dərəcə dəqiqliklə hesablanmışdır ki, bu da müasir astronomiya cihazlarının köməyi ilə əldə edilən dəqiq məlumatlardan çox cüzi bir surətdə fərqlənmişdir. «Zic-i elxani» əsərində verilən cədvəllər dörd kitabdan ibarətdir, bu əsrin birinci kitabında yunan, fars, yəhudi, ərəb və türk təqvimləri barədə məlumat verilir və bu təqvimlərin birindən digərinə keçmək üsulları izah olunur. İkinci kitabda isə ulduzların yerdəyişməsi və onların ekliptik koordinatlar üzrə yerləşməsi barədə söhbət açılır. «Zic-i elxani» əsərinin üçüncü və dördüncü kitablarında isə astrologiya məsələlərinə toxunulur. Tusinin «Zic-i elxani» əsərində riyaziyyata, coğrafiyaya və astronomiyaya aid verdiyi cədvəllər öz dövrünün elmi informasiyasına görə çox qabaqcıl bir mövqeyə malik idi. Bu cədvəllər içərisində altımışlıq say sistemində sinusun və tangesin (döngənin və toxunanın) üçrəqəmli triqonometriya cədvəlləri verilmişdir. Bu dövrdə məşhur olan 256 şəhərin coğrafi koordinatların cədvəlinə da rast gəlmək mümkündür.
Vin Diesel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida qraflığı, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.
Qıç
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
VIP
VİP (ing. VIP, very important person) — Beynəlxalq münasibətlər sistemində “xüsusi əhəmiyyətli şəxs” ifadəsinin ixtisar edilmiş forması; məsələn, ali dövlət vəzifələrindən birini tutan şəxs, ictimai xadim və s. beynəlxalq etiketə görə, bu cür şəxslərin qəbul edilməsinin xüsusi qaydaları nəzərdə tutulur. Məsələn, məşhurlar, dövlət və ya hökumət başçıları, digər siyasətçilər, nüfuzlu-yüksək rütbəli məmurlar, zəngin insanlar və ya hər hansı bir səbəblə xüsusi müalicə alan sosial baxımdan tanınmış şəxslərin adi inslardan fərqli olaraq xüsusi xidmət şəraitində gətirə və aparıla bilərlər. Xüsusi münasibət ümumiyyətlə adi insanlardan fərqlənməyi, daha yüksək səviyyəli rahatlığı və ya xidməti təmin edir.
Vıy
Vıy — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Vıy kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Biç
Bic (ing. bitch; /bɪtʃ/) — insanlara, xüsusən də qadınlara qarşı istifadə olunan aşağıladıcı ifadə. Bir qadın və ya qız uşağı nəzərdə tutulduqda dalaşqan, pisniyyətli, nəzarətçi, aqressiv və ya dominant mənasına gəlir. Bir kişiyə yaxud oğlana tətbiq edildikdə isə mənasını dəyişir, tabe olan, zəif, qorxaq kimi alçaldıcı mənaları ifadə edir. Bu ifadə homoseksual münasibətdə yüksək dərəcədə iddialı və ya qadının alçaldıcı xarakteristikasına sahib olan kişiyə istinad edə bilər.
Lonq Biç
Lonq Biç (ing. Long Beach) — Sakit Okean'ın sahilində Los-Ancelesin 30 km cənubunda yerləşən, əhalisinə görə ABŞ-nin 38-ci, Kaliforniya ştatının 7-ci böyük şəhəri. Təxminən 500 min əhalisi olan şəhər dünyanın ən böyük limanlarından birinə və inkişaf etmiş neft sənayesinə sahibdir. Şəhərdə Təyyarə və Avtomobil hissələri istehsal edilir. == Coğrafiyası == Lonq-Biç Los-Ancelesin məkəzindən təxminən 30 km uzaqlıqda yerləşir. Ümumi səhəsi 170,7 km², quru sahəsi 130,5 km², su sahəsi isə 40 km²-dir. 1964-cü ildə Təyyarə qəzasında ölmüş kosmonavt Teodor Friman və 1967-ci ildə Apollon 1'də baş verən yanğında ölən 3 kosmonavt Qas Qrissom, Edvard Vayt və Rocer Çaffinin adı verilmiş 4 süni ada mövcuddur.
Luka Bıç
Luka Lavrentyeviç Bıç (rus. Лука Лаврентьевич Быч, 30 noyabr 1870 – 12 yanvar 1944) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri. == Həyat və fəaliyyəti == Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir.
Piq-Biç
Piq-Biç (ing. Pig Beach) — Baham adalarında ada. Eksuma adalarının bir hissəsidir. Əhalisi yoxdur. Ada Piq-Aylend, Meycor-Ki, Bir-Meycor və rəsmi olaraq Biq-Meycir-Ki olaraq tanınır. Piq-Biç bir çəkməni xatırladan nizamsız formaya malikdir. Şimaldan cənuba ada 1.8 kilometr (1.1 mil) uzanır, maksimum eni 1.6 kilometr (0.99 mil) çatır, təxmini sahəsi 0,9 km2-dir. Adada kiçik göllər əmələ gətirən üç içməli su mənbəyi var. Ada Cennifer Nolanın "Donuz adasının sirri" adlı uşaq kitabına, həmçinin Sandra Boyntonun mahnısı adaya həsr olunmuşdur.
Boynton-Biç
Boynton-Biç (ing. Boynton Beach) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Delrey-Biç
Delrey-Biç (ing. Delray Beach) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Dirfild-Biç
Dirfild-Biç (ing. Deerfield Beach) — ABŞ-nin Florida ştatının Brauard dairəsində yerləşən şəhər.
Laquna-Biç
Laquna-Biç (ing. Laguna Beach) — ABŞ-nin Kaliforniya ştatının Orinc qraflığında yerləşən şəhər.
Pompano-Biç
Pompano-Biç (ing. Pompano Beach) — ABŞ-nin Florida ştatının Brauard dairəsində yerləşən şəhər.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.