Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Keyt Vitali
Keyt Vitali (ing. Keith Vitali) — ABŞ döyüş ustası və aktyorudur. == Həyatı == Keyt Vitali 1971-ci ildə "Cənubi Kaliforniya Universiteti"ni bitirmişdir. Keyt 1978-1980-cı illər ərzində "ABŞ Milli Karate Çempionatı"nda 3 il birinci yeri tutmuş və 1 dəfə dünya çempionu olmuşdur. 1981-ci ildən etibarən Keyt "Qara kəmər memorialı"nda dövrün ən yaxşı 10 kikboksçusundan biri kimi təqdim edilir. Keyt Vitali bir çox Karate kitablarının müəllifidir. Onun ilk kitabı "Karateyə başlayarkən" (ing. Beginning Karate) adlanır.
Vitali Astaxin
Vitali Vladimiroviç Astaxin (2 fevral 1951, Bakı) — Azərbaycan musiqiçisi, trombon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == Vitali Vladimiroviç Astaxin 2 fevral 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Musiqi Texnikumunu bitirmişdir.Vitali Astaxin 1969–1973 və 1978–1986-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində, 1973–1978-ci illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında fəaliyyət göstərmişdir.1986-cı ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin trombonçalanlar qrupunun konsertmeysteridir.
Vitali Balasanyan
Vitali Mikaeloviç Balasanyan (erm. Վիտալի Բալասանյան; 5 mart 1959, Əsgəran, DQMV) — tanınmayan DQR-nin hərbçisi, siyasətçi, ictimai xadim, DQMV Milli Şurasının deputatı, general-mayor. Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə DQR tərəfindən "Artsax qəhrəmanı" adını almışdır. Xocalı soyqırımında iştirak etmişdir. == Təhsili == Vitali Balasanyan 1976-cı ildə Əsgəranda orta məktəbi bitirmişdir. 1977–1979-cu illərdə sovet ordusunda xidmət etmişdir. 1990-cı ildə İrəvanda Kooperativ Ticarət Texnikumunu, 2011-ci ildə Ermənistan Dövlət İqtisad Universitetini bitirmişdir. == Hərbi karyerası == Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik etmişdir. 1990-cı ildə Əsgəran rayonunun özünümüdafiə qüvvələrinin komandiri seçilmişdir. 1996–1998-ci illərdə diviziya komandiri, 1998–1999-cu illərdə tanınmayan DQR Müdafiə Ordusunun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə tanınmayan DQR-nin müdafiə nazirinin müavini olmuşdur.
Vitali Borisov
Vitali Yuryeviç Borisov (rus. Виталий Юрьевич Борисов; 5 iyul 1982, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan milli mini-futbol komandası və Azərbaycan çimərlik milli futbol komandasının, eləcə də Araz-Naxçıvan MFK-nın hücumçusu. == Klub karyerası == Vitali Borisov mini-futbolçu karyerasının böyük hissəsini Azərbaycan mini-futbol çempionatının dəfələrlə qalibi olmuş Araz-Naxçıvan MFK-nın heyətində keçirmişdir. Qısa bir müddət Rusiyanın ən titullu mini-futbol klubu olan Dina MFK-nın heyətində də çıxış etmişdir.. O, 2007-ci ilin dekabrında bu klubla yarım illik müqavilə imzalamış və icarə əsasında paytaxt klubunun formasını geyinmişdir. 2008-ci il fevralın 9-da Dina MFK-nın heyətində rəsmi oyunlarda ilk qoluna imza atmışdır. O, Rusiya milli mini-futbol çempionatının XVI turunda Dinamo MFK-nın (Sankt-Peterburq) qapısına qol vurmuşdur və bu oyunda onun komandası 3:0 hesabı ilə qalib gəlmişdir. 2008-ci ilin aprelində Dina MFK-ya həsr olunan sənədli filmin çəkilişlərində iştirak etmişdir. == Nailiyyətləri == === Klublarda === ==== Çempionat ==== 2000-ci il — Anqloyl MFK klubunun heyətində Azərbaycan mini-futbol çempionatının bürünc mükafatçısı. 2001-ci il — Tribut MFK klubunun heyətində Azərbaycan mini-futbol çempionatının gümüş mükafatçısı.
Vitali Ginzburq
Vitali Lazareviç Ginzburq (rus. Виталий Лазаревич Гинзбург- (4 oktyabr 1916 -8 noyabr 2009) illəri arasında yaşamış rus nəzəri fizik və astrofizikdir. 2003-cü ildə II tip super keçiricilik mövzusunda tapdığı kəşflərlə Fizika üzrə Nobel mükafatını qazanan Ginzburq ürək çatışmazlığından vəfat etmiş, Moskvada, Rusiyada Novodeviçye Məzarlığındada dəfn edilmişdir. == Bioqrafiyası == Su mühəndisi Lazar Efimoviç Ginzburq (d. 1863, ö. 1942), ilə fizik Avgusta Veniaminovna Vil'dauer-Ginzburq (d. 1866, 1920 ö) cütünün ilk uşağı olaraq 1916-cı ildə Rusiyada anadan olmuşdur. 1937-ci ildə evləndiyi ilk həyat yoldaşı Olqa Zamşa Ginzburq dan 1946-cı ildə ayrılmışdır. İlk həyat yoldaşından yenə bir fizik olan İrina Ginzburq Dorman adında bir qızı var. 1946-cı ildə ikinci həyat yoldaşı Nina Ermakova Ginzburq ilə evlənmişdir.
Vitali Hakko
Vitali Hakko (d. 1913, İstanbul – ö. 10 dekabr 2007, İstanbul) — Türkiyənin məşhur "Vakko" brendinin yaradıcısı; yəhudi əsilli türk iş adamı və modelyer. == Həyatı == Vitali Hakko 1913-cü ildə İstanbulun yoxsul və azlıqların yaşadığı məhəlləsində anadan olub. Atası dəmiryolçu, anası isə evdar qadın imiş. "Yoxsulluq nədir, yaxşı bilirəm" deyən Hakko öz xatirələrində ailəsinin dəmiryolçunun kiçik maaşı ilə birtəhər dolandığını yazıb. Məktəb yaşı çatanda Vitali Kumqapıdakı fransız missionerlərinə məxsus olduğu təxmin edilən məktəbdə oxumağa başlayır. Ödənişli olan təhsil müəssisəsinin xərcini atasının işlədiyi fransız firması qarşılayır. Şirkətin verdiyi paso ilə isə yolpulunu ödəyir. Yəni qatarla pulsuz gedib-gəlmək imkanı qazanır.
Vitali Kaloyev
Vitali Konstantinoviç Kaloyev (oset. Калоты Къостайы фырт Витали , 15 yanvar 1956, Orjonikidze, Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası, RSFSR, SSRİ) — sovet və rus memarı, inşaatçı. Hava nəqliyyatının dispeyçeri Peter Nielsenin qatili . 2004-cü ildə həyat yoldaşının və iki uşağının ölümünə səbəb olan təyyarə qəzasında günahkar hesab etdiyi dispetçer Peter Nielseni öldürdükdən sonra, bütün dünyaya məşhur olub. 2005-ci ildə Kaloyev Peter Nielsen-in öldürülməsində günahkar bilinərək həbs olunur və 8 il azadlıqdan məhrum olur. 2007-ci ildə nümunəvi davranışına görə vaxtından əvvəl sərbəst buraxıllr və vətəninə dönür. 2008-ci ildən 2016-cı ilədək Şimali Osetiya-Alaniya Respublikasında İnşaat və Memarlıq nazirinin müavini olub. == Tərcümeyi-hal == 1956-cı ildə Orjonikidze (indiki Vladiqafqaz ) şəhərində müəllim ailəsində anadan olub. Atası osetin dili müəllimi, anası uşaq bağçasında müəllim işləyib. Ailənin ən kiçik uşağı olub, iki qardaşı və üç bacısı var.
Vitali Kim
Vitali Kim (ukr. Віталій Олександрович Кім) — Ukraynalı iş adamı və siyasətçi. Nikolayev Regional Dövlət Administrasiyasının sədri (2020-ci ildən). == Bioqrafiya == 13 mart 1981-ci ildə Nikolayevdə anadan olub. Atası əməkdar basketbol məşqçisi, SSRİ gənclər yığmasının oyunçusu idi. Kim Nikolayev adına 2 nömrəli gimnaziyanı və Admiral Makarov adına Milli Gəmiqayırma Universitetini müəssisə iqtisadiyyatı ixtisası üzrə bitirib. 1998-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. O, Ushuaja əyləncə kompleksinin idarəedici tərəfdaşı idi. 2003-cü ildə dövlət sektorunun audit fəaliyyəti ilə məşğul olan Ukrpromresurs şirkətində işləyib. 2005-2011-ci illərdə Nikolayevdə bir sıra müəssisələrə rəhbərlik edib, beynəlxalq investisiyalarla məşğul olub.
Vitali Kliçko
Vitali Kliçko (19 iyul 1971[…], Belovodsk[d]) — Ağır çəkidə WBC, WB0, WBA versiyaları (nüfuzlu kateqoriya) üzrə üç dəfə dünya çempionu, Ukrayna parlamentinin deputatı. Vitali Kliçko 19 iyul 1971-ci ildə Qırğızıstanın Belovodsk vilayətində anadan olub. Vitali Kliçkonun 1996-cı ildə Pereyaslav-Khmelnitski İnstitutu pedaqoji fakültəsinin məzunu olub. Kiyev Universitetində isə 2000-ci ildə doktorant dərəcəsi alıb. İdmançı karyerasına ilk dəfə 13 yaşında başlayıb. O, idmana ilk addımlarını kikboksinqlə atıb. 6 qat dünya çempionu olan Vitali Kliçko, həmin uğurları iki dəfə həvəskar və 4 dəfə də peşəkar şəkildə təkrarlayıb. Daha sonra özünü boksda sınayan Kliçko çox keçmədən 3 dəfə Ukrayna çempionu olur. Daha sonra ilk dəfə keçirilən "Dünya Ordu Oyunları" turnirində çempion kürsüsünə sahib çıxır. Ardından dünya boks çempionatının gümüş medalı ilə kifayətlənməli oldu.
Vitali Kovalyov
Vitali Kovalyov (d. 12 sentyabr 1977. Bakı, Azərbaycan SSR) — Rus əsilli Azərbaycan futbolçusu. Qartalsporda oynayıb. == Həyatı == Vitali Kovalyov 12 sentyabr 1977-ci ildə Bakıda anadan olub. == Karyerası == 2010-11 mövsümündən etibarən Qartalsporda oynayıb. Qartalspora Azərbaycan 1-ci Liqa klubuKarvan FK-dan gəlmişdir. Daha əvvəldə Araz MKT klubunda forma geyinmişdir. == Şəxsi həyatı == Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qardaşıdır.
Vitali Krasilnikov
Krasilnikov Vitali Sergeyeviç (rus. Виталий Сергеевич Красильников; 30 mart 1920 – 1 mart 2003) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1969 avqust −1980 iyun) == Həyatı == Vitali Krasilnikov 1920-ci ildə Qorkov vilayətinin indiki Varnavinsk rayonunun Varnavino kəndində qulluqçu ailəsində anadan olmuşdur. Milliyətcə rusdur. Ali təhsillidir. Qorkov adına Su Nəqliyyatı Mühəndislər İnstitutunu bitirmiş, sonra Qorkov hərbi tank məktəbinin müdavimi olmuşdur. 1952–1954-cü illərdə SSRİ DTK-nın Ali Məktəbinin rəhbər heyəti hazırlıq kurslarında oxumuşdur. Kursları bitirdikdən sonra təhlükəsizlik orqanlarında xidmətini davam etdirən V. Krasilnikov 1967-ci ildə Azərbaycan SSR DTK-nın sədr müavini, 1969-cu ildə isə sədri vəzifəsinə təyin edilmişdir. V. Krasilnikov 1980-ci il iyunun 18-də başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir.
Vitali Kutuzov
Vitali Vladimiroviç Kutuzov (belar. Віталь Уладзіміравіч Кутузаў; doğ. 20 mart 1980, Pinsk, Brest vilayəti) — Belarus futbolçusu. 2002-ci ildə milli komandanın üzvü. == Bioqrafiyası == DYSŞH3 (Pinsk) yetirməsi olmuşdur. İlk məşqçiSİ Aleksandır Şevelyançikdir. 1998-ci ildə, 18 yaşında, BATE klubun gəldi. Yuri Puntus ilk mövsümdə Kutuzovu əsasən əvəz edici kimi oynadırdı. "Molodeçno" ya qarşı debüt matçında (2: 1) o, fasilədən sonra Vadim Skripçenkonun əvəzinə meydana çıxdı və penalti qazandı. Bu qol komandasına qələbə gətirdi.
Vitali Lukyanenko
Vitali Lukyanenko (ukr. Віталій Володимирович Лук'яненко; d. 15.05.1978, Sumı, Ukrayna SSR,SSRİ) — ukrayna idmançısı, paralimpiya oyunlarının çempionu. == Həyatı == Vitali Vladimiroviç Lukyanenko 15 may 1978-ci ildə Ukraynanın Sumı şəhərində anadan olmuşdur. Xarkov Milli Pedaqoji İnstitutunu bitirib. == İdman == 1998-ci ildə Naqano Qış Paralimpik Oyunlarında debüt etdi. Hazırda o, Valeri Kazakov və Vladimir İvanovun rəhbərliyi altında məşq edir.
Vitali Rəhimov
Vitali Rəhimov (27 avqust 1984, Meğri) — Azərbaycanlı Yunan-Roma güləşçisi. == Həyatı == 1984-ci il avqust ayının 27-də dünyaya gəlib.
Vitali Skakun
Vitali Vladimiroviç Skakun (ukr. Віталій Володимирович Скакун; 19 avqust 1996, Berejanı[d], Ternopil vilayəti – 24 fevral 2022, Geniçesk[d], Xerson vilayəti) — Ukrayna hərbi qulluqçusu, matros, Ukrayna Qəhrəmanı (2022), kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı. == Həyatı == Vitali Skakun 19 avqust 1996-cı ildə Ternopol vilayətinin Berejanı şəhərində anadan olmuşdur. Berejanı şəhəri 3 nömrəli ümumtəhsil məktəbini, 20 nömrəli Lvov Ali peşəkar məktəbini (2017) və "Lvov Politexnikası" Milli Universitetini bitirmişdir. Rusiyanın Ukraynaya hücumu zamanı 24 fevral 2022-ci ildə kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı, matros Vitali Skakun Xerson vilayətində rus qoşunlarına aid tank kolonunun hərəkətinin qarşısını almaq üçün Geniçesk avtomobil körpüsünü partladan zaman həlak olmuşdur. 26 fevral 2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin sərəncamı ilə matros Vitali Skakun ölümündən sonra "Ukrayna Qəhrəmanı" adına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Белякова, И. Виталик, дитя, как??? Что рассказали в Бережанах о Герое Виталие Скакуне, который взорвал мост вместе с собой // 20 минут Тернополь. — 2022. — 25 fevral.
Vitali Səmədov
Vitali Yunus oğlu Səmədov (24 sentyabr 1919, Nijni Novqorod – 11 noyabr 2015, Moskva) – partiya işçisi, fəlsəfə elmləri namizədi, Azərbaycan SSR EA-nın Tarix və Fəlsəfə İnstitutunun direktoru, Azərbaycan Kommunist partiyasının qurultayında Mərkəzi Komitənin büro üzvü, Azərbaycan KP-nın MK-nin ikinci katibi. == Həyatı == Vitali Yunus oğlu Səmədov 1919-cu il sentyabrın 24-də Moskva şəhərində anadan olub. 1984-cü ildə vəfat edib. == Təhsili == 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun Elektrik Mühəndisliyi fakültəsini bitirmişdir. 1947-ci ildə Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ali Partiya Məktəbində təhsili başa vurub. 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. == Elmi-təşkilatı fəaliyyəti == 1942–1944-cü illərdə Azərbaycan SSR XDİK orqanlarına işə göndərilmişdir. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının MK-nın ikinci katibi (1944–1946) olmuşdur. 1948-сi ilin avqust ayından Azərbaycan SSR EA-nın Fəlsəfə Sektorunda kiçik elmi işçi vəzifəsində işləmişdir. XX əsrin 50-ci illərində akademiya və onun müəssisələrinin partiyaçı kadrlar ilə "doldurulması" prosesi yüksək sürətlə gedirdi.
Vitali Vernidub
Vitali Vernidub - (Ukraynaca: Віталій Юрійович Вернидуб; doğum tarixi 17 Oktyabr 1987, Zaparoje, Ukrainian SSR) Ukraynalı peşəkar futbolçu.Ukrayna milli futbol komandasının və Azərbaycanın Qəbələ klubunda çıxış edir.
Vitali Vulf
Vitali Yakov Vulf (23 may 1930, Bakı — 13 mart 2011, Moskva)— Rusiya sənətşünası, teatrşünas, film tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi. Rusiya Federasının əməkdar xadimi(1998). "Mənim gümüş kürəm" proqramının müəllifi və aparıcısı olmuşdur..
Vitali Yeliseyev
Vitali Yeliseyev (rus. Виталий Елисеев; 26 fevral 1950, Kirovabad, Azərbaycan SSR, SSRİ) — sovet avarçəkəni, Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu. SSRİ əməkdar idman ustası (1977). == Karyerası == Vitali 1980-ci il Moskva Olimpiadasında dörd nəfərlik sükansız qayıqla yürüşdə gümüş medal qazanıb.1977-ci ildə Amsterdamda və 1981-ci ildə Münhendə keçirilən dünya çempionatlarında qazandığı qələbələrə görə, ikiqat dünya çempionudur.Hazırda məşqçi işləyir.
Clematis vitalba
Üzümyarpaq ağəsmə (lat. Clematis vitalba) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Yarpaqları uzun saplaqda yerləşib, birqat lələkvari, adətən 2 cüt və 1 tək yarpaq yerləşmiş qısa saplaqlı hissələri; yumurtaşəkillidir, qaidı hissəsi az ürəkşəkillidir, tam kənarlı, iri dişlidir və yaxud düzgün olmayan hissəyə bölünmüşdür, əsasən damarlar boyunca tüklüdür. Çiçəkləri mürəkkəb qalxanvari qoltuq çiçək qrupunda toplanmış və çoxsaylıdır. Çiçək yanlığının yarpaqcıqlarının uzunluğu 1 sm-ə qədər olub, ağ və yaxud sarımtıl rəngli, uzunsov, küt, hər iki tərəfdən sıx ağ keçə-tüklüdür. Toxumlarının uzun lələkli-tüklü sütuncuğu vardır. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Ekologiyası == Əsasən meşənin aşağı hissələrində, aşağı dağ qurşağı meşələrində, kolluqlarda, çəpərlərin dibində və çay sahillərində rast gəlinir. == Azərbaycanda yayılması == Azərbaycanda Samur-Şabran ovalığında, Böyük Qafqazın şərqində və qərbində, Qubada, Alazan-Əyriçay ərazilərində yayılmışdır.
Leonid Vitaliyeviç Kantoroviç
Leonid Kantoroviç (rus. Леони́д Вита́льевич Канторо́вич ) — İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1975), ixtisasca riyaziyyatçı, funksional analiz, hesablama riyaziyyatı üzrə əsərlərin müəllifi; xətti proqramlaşdırmanın əsasını qoymuşdur, xalq təsərrüfatının planlaşdırılması və idarə olunması, xammal ehtiyatlarından səmərəli istifadə nəzəriyyəsinin yaradıcılarından biri. == Həyatı == Leonid Vitaliyeviç Kantoroviç həkim Vitali Moiseeviç Kantoroviç və Polina Qriqoryevna Zaksın ailəsində dünyaya gəlib. Leonidin atası və qardaşı həkim idi. O özü isə riyaziyyata çox həvəsli idi və parlaq riyazi bilikləri sayəsində o, 1926-cı ildə, 14 yaşında Leninqrad Universitetinə daxil oldu. Tələbəlik illərində onun ən yaxın dostları ondan 6 yaş böyük olan D.K.Faddayev və İ.P.Natanson idi. Artıq 15 yaşında o yuxarı kursların elmi seminarlarında iştirak edir və çox güclü təhsili ilə fərqlənirdi. 18 yaşında – 1930-cu ildə o universitetin riyaziyyat fakultəsini bitirir. İki il o aspirantura təhsili alır və artıq 20 yaşında fakultəsinin dosenti, 22 yaşında professoru olur. Onun elmi işlərinin uğurlarının əsas mahiyyəti hadisələrin məntiq üzərində qurulması, mövzuların birbaşa təhlili və yaxın dostların – kolleqaların fikirlərindən istifadə etməsidir.
Senecio vitalis
Senecio vitalis (lat. Senecio vitalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Vitali Çurkin
Vitali Çurkin (tam adı: Vitali İvanoviç Çurkin, rus. Виталий Иванович Чуркин; 21 fevral 1952, Moskva – 20 fevral 2017, Manhetten, Nyu-York ştatı) — SSRİ və Rusiya siyasətçisi, diplomatı. == Həyatı == 21 fevral 1952-ci ildə Moskva şəhərində anadan olmuşdur. Çurkin diplomatik xidmətinə 1974-cü ildə başlamışdır. 1992-ci ildə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini işləmişdir. 1994–1998-ci illərdə Rusiyanın Belçikada səfiri, NATO-nun daimi nümayəndəsi, daha sonra Rusiyanın Kanadada səfiri, 2006-cı ildən ömrünün sonunə qədər isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 20 fevral 2017-ci ildə təxminən saat 17:30-da Nyu-York şəhərində səfirlikdə iş başında olarkən infarkt nəticəsində vəfat etmişdir.
Vitali Şerbo
Vitali Venediktoviç Şerbo (belar. Віталь Венядзіктавіч Шчэрба; doğ. 13 yanvar 1972-ci il, Minsk, Belorus SSR, SSRI) — Sovet və Belarus gimnastı, 1992-ci ildə altı dəfə Olimpiya çempionu (tarixdə tək oyunlarda 6 qızıl mükafat qazanan yeganə üzgüçü olmayan idmançı), bütün dövrlərin ən yaxşı gimnastlarından biri (bütün 8 kateqoriyada - fərdi və komanda çempionatlarında dünya çempionu olmuş yeganə kişi idmançı, eləcə də bütün 6 alətdə). SSRİ-nin əməkdar idman ustası (1991), Belarus Respublikasının əməkdar idman ustası (1994). Vitalinin ilk məşqçisi Leonid Vydritskidir. "Əmək ehtiyatları" idman cəmiyyətində çıxış edirdi. == Bioqrafiyası == Şerbo 1992-ci ildə Barselona Olimpiadasında əfsanəyə çevrildi. O altı qızıl medal qazandı. Tarixdə yalnız iki nəfər bir olimpiadada 6-dan çox qızıl medal qazana bilmişdir - 1972-ci ildə Münhendə 7 qızıl medal qazanan amerikalı üzgüçü Mark Spitz və Pekin-2008-də 8 qızıl medal qazanan Maykl Felps. Gimnastika yarışlarının keçirildiyi Palau San Jordidə Vitali komandanın tərəfdaşları ilə (İqor Korobchinsky, Grigory Misyutin, Valeri Belenkiy, Alexey Voropaev və Rüstəm Şaripov) Çin və Yaponiya milli komandalarını məğlub edərək komanda çempionluğunu qazandı.
Vitali Şevçenko
Vitali Şevçenko (ukr. Віта́лій Шевче́нко; doğ. 2 oktyabr 1951, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet futbolçusu, Rusiya futbol məşqçisi. hücumçu mövqeyində çıxış edib. == Həyatı == === Klub karyerası === Vitali Şevçenko 2 oktyabr 1951-ci ildə Bakıda anadan olub. O, futbol oynamağa küçədə, Bakının dar məhəllələrində başlayıb. 1968-ci ildə — 17 yaşında olarkən "Neftçi"yə gəlib. Neftçinin əsas komandasındakı debütü "Ararat İrəvan"la oyunda baş tutub. Şevçenkonun 82-ci dəqiqədə meydana çıxdığı görüş, "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Şevçenkonun "Neftçi"dəki ilk mövsümü o qədər də uğurlu alınmayıb.
Vita
Vita Tbilisi BK — Tbilisidə Basketbol klubu.
Aleiş Vidal
Aleiş Vidal (isp. Aleix Vidal; 21 avqust 1989) — "Espanyol" klubunda oynayan İspaniya peşəkar futbolçusu. Əsasən sağ cinah yarımmüdafiəçisi və həm də sağ cinah müdafiəçisi mövqeyilərində çıxış edir.Karyerasının ilk illərində bir sıra aşağı liqa klublarında və ehtiyat komandalarda keçirərək, o, "Almeriya" klubunun heyətində müntəzəm rol aldı və kluba La Liqaya yüksəlməsinə kömək etdi, həmçinin 2015-ci ildə "Barselona" ilə €17 milyon dəyərində müqavilə bağlamadan əvvəl "Sevilya" ilə Avropa Liqasının qalibi oldu. Üç mövsüm sonra o, "Sevilya"ya qayıtdı. İspaniya milli komandası ilə Vidal 2015-ci ildə 1 oyun keçirtmişdir.
Arturo Vidal
Arturo Erasmo Vidal Pardo (isp. Arturo Erasmo Vidal Pardo; 22 may 1987[…], Santyaqo) — İtaliyanın "İnter Milan" klubunda və Çili milli komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən Çili futbolçusu. == Karyerası == === İlk illəri === 2005-ci ildən başlayaraq "Kolo-Kolo"da peşəkar futbol oynamağa başlamışdır. 56 oyunda 5 qol vura bilmişdir. === Bayer Leverkusen === 1 iyul, 2007-ci ildə Almaniyanın "Bayer Leverkusen" klubu ilə 5.2 milyon € qarşılığında müqavilə imzalamışdır. Vidal, 2007-08 sezonunda 24 oyuna çıxmış və 1 qol vurmuşdur. Həmin qolu isə 23 sentyabr, 2007-ci ildə "Hannover 96" ilə oyunda vurmuşdur. Vidal, 2008-09 sezonunda 29 oyuna çıxmış və 3 qol vurmuşdur. Qolları "Bohum", "Ayntraxt Frankfurt" və "Verder Bremen" qarşısında vurmuşdur. O, 2009-10 sezonunda 31 oyuna çıxmış və sadəcə 1 qol vurmuşdur.
Curriculum vitae
Curriculum vitae (lat.) (azərb. xülasə‎, fr. résumé — "həyatın axını", tərcümeyi-hal) qısaldılmış forması CV — bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəd. Adətən, mahiyyətcə işəqəbulunma - namizədlik sənədi sayılır Tərcümeyi-hal, yəni CV, xülasəsinin həcmi bir namizədin bacarıqları ilə müəyyənləşir. == Strukturu == Xülasə adətən bir neçə bölmədən ibarətdir. Bu bölmələrin hər birində informasiya qısa və anlaşıqlı bir şəkildə yazılmalıdır. CV-ə heç bir qeyri-dəqiq informasiya daxil etmək olmaz. Xülasədə sizi maksimal xarakterizə edəcək məlumatlar yerləşdirilməlidir. CV formasında olmalıdır: Ad və soyad; Doğum tarixi; Namizəd ilə əlaqə vasitələri - əlaqə nömrəsi və elektron poçt ünvanı; Təhsil - burada təhsil səviyyəsi (məktəb, kollec, bakalaviatura, magistratura, doktorantura və s.), təhsil müəssisələrinin adları, təhsil alınan zaman aralığı və ixtisas qeyd olunmalıdır; Sertifikat və diplomlar (nailiyyətlər); İş həyatı və könüllülük fəaliyyəti; Maraq və bacarıqlar (dil, komputer və s.) Namizədi tövsiyə edə biləcək şəxslər və onların əlaqə nömrələri (referanslar). əks xronoloji sıra ilə (bir qayda olaraq, üç son iş yeri) ixtisas üzrə iş təcrübəsinin icmalıBəzən xülasədə həmçinin peşəkar assosiasiyalara, elmi nəşrlərə və müəllif patentlərinə üzvlük haqqında informasiyanı da daxil edirlər.
Le-Vibal
Le-Vibal (fr. Le Vibal, oks. Lo Bisbal) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Pon-de-Salar. INSEE kodu — 12297. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 15 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 482 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 292 nəfərdən (15-64 yaş) 214 nəfəri iqtisadi cəhətdən fəal, 78 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.3%, 1999-cu ildə 73.6%).
Qor Vidal
Yucin Loter Qor Vidal(3 oktyabr 1925 - 31 iyul 2012)- Amerikalı yazıçı, ssenarist, romançı, oçerkist, jurnalist, dramaturq və siyasi aktivist.O, esselər, romanlar, ekran pyesləri və Broadway pyesləri üçün tanınmış idi.Vidal görkəmli bir siyasi soyundan gəlirdi; babası senator Tomas Qor idi,və daha sonra Jaklin Kennedi ilə (evlilik yolu ilə) qohum oldu. == Bioqrafiyası == Vidal,Yucin Luis Vidal adıyla,Yucin Luter Vidal (1895-1969) və Nina Qorun (1903-1978) yalnız uşağı olaraq Vest Poynt, Nyu-Yorkda anadan olmuşdur.