Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aaxen
Aaxen (alm. Aachen‎) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir. == Tarixi == Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir. 1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir.
Safed
Safed (ivr. ‏צְפַת‏‎) — İsraildə, şimal bölgəsində olan bir şəhər. Yəhudiliyin dörd müqəddəs şəhərindən biri və Kabbala təriqətinin mərkəzidir. Bundan başqa 900 metrin üzərindəki rakımı sayəsində, mülayim yayları və qarlı qışları ilə məşhur bir tətil məkanıdır. 2003-cü ilə olan əhalisi 26.600-dür.
Wired
Wired («Ethernet ilə bağlıdır») — San-Fransisko (ABŞ) və Londonda (Birləşmiş Krallıq) nəşr olunan aylıq jurnal. Kompüter texnologiyalarının mədəniyyətə, iqtisadiyyata və siyasətə təsiri barədə yazır. İngilis dili versiyası istifadəyə verildikdən daha sonra 14 il müddətinə dayandırıldı. 2020-ci ildə buraxılmağa davam edir. Jurnalın ilkin maliyyə investorlarından biri Nicholas Nikolas Neqroponte olmuşdur. 1993-cü ildən 1998-ci ilə qədər həm də «Move bits, not atoms» sütununa rəhbərlik etmişdir. 1993-cü ilin yanvar ayından etibarən buraxılmışdır. 1998-2006-cı illərdə Wired jurnalının və Wired News veb saytının (wired.com) fərqli sahibləri var idi, lakin wired.com hazırda jurnalın – onlayn versiyasıdır. Bu beynəlxalq bir nəşrdir, aşağıdakı regional versiyalar verilir: Wired UK, Wired Italia, Wired Japan və Wired Germany (2011-ci ilin sentyabr ayından). Öz növbəsində Advance Publications media konqlomeratına daxil olan Condé Nast nəşriyyat evinə aiddir.
Axen
Aaxen (alm. Aachen‎) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir. == Tarixi == Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir. 1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir.
Axet
Axet — Qədim Misir təqvimində bir mövsüm, sel vaxtı və ya daşqınlar mövsümü anlamını verir. Yuxarı Misir üçün bu müddət iyun ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Axet mövsümünə Vepet-renpet (iyunun əvvəli -iyul əvvəli), Texi (iyul əvvəli — avqustun əvvəli), Menxet (avqustun əvvəli — sentyabrın əvvəli) və Hut-heru (sentyabrın əvvəli — oktyabrın əvvəli) ayları daxildir. Dövr Yeni padşahlıq dövründən başlayaraq avqustun 31-dən dekabrın 28-nə qədər sürürdü.
Axey
Axeylər və ya axaylar — Peloponnes yarmadasının (Yunanıstan) Axayya vilayətində yaşamış qədim yunan tayfası e.ə. VIII əsrdə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşmışdılar. Bizim e.ə. 280-cı ildə təşkil etdikləri Axeylər ittifaqı Makedoniya və Romanın təcavüzkar siyasətinə qarşı mübarizədə böyük rol oynamışdır.
MAXE
Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu — hərbi xidməti keçmiş və müqavilə əsasında işləyən kiçik komandir heyəti. MAXE hərbi qulluqçuların rütbələri: baş əsgər, kiçik çavuş, çavuş və baş çavuş hərbi rütbələrdir. Müdafiə Nazirliyi, DİN-in Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyində bu hərbi qulluqçuların xidmətindən müəyyən sahələrdə istifadə edilir.
Waze
Waze Mobile Ltd (/weɪz/; ivr. ‏ווייז מובייל בע"מ‏‎), Waze (ivr. ‏ווייז‏‎), əvvəlki adı ilə FreeMap Israel — Google-un GPS dəstəkləyən smartfonları və digər kompüterləri peyk naviqasiyası proqramı ilə təmin edən törəmə şirkəti. Növbəli naviqasiya ilə yanaşı, mobil şəbəkə üzərindən məkandan asılı məlumatları endirərkən istifadəçi tərəfindən təqdim olunan səyahət vaxtlarını və marşrut təfərrüatlarını özündə birləşdirir. Waze öz tətbiqini ictimaiyyət tərəfindən idarə olunan, yüklənməsi və istifadə edilməsi pulsuz olan təşəbbüs kimi təsvir edir. Proqram ilk olaraq İsraildə Ehud Şabtay, Amir Şinar və Uri Levin tərəfindən yaradılmış Waze Mobile şirkəti tərəfindən hazırlanıb. İlkin layihənin maliyyələşdirilməsi İsrailin iki vençur kapitalı firması olan Magma və Vertex Ventures Israel, həmçinin Amerikan vençur kapitalı şirkəti Bluerun Ventures tərəfindən təmin edilib. 2013-cü ilin iyun ayında Waze Mobile Google tərəfindən 1,3 milyard ABŞ dollarına satın alınıb. Proqram təxminən 130 milyon istifadəçiyə hiperlokal reklam vasitəsilə gəlir qazanır. 2006-cı ildə israilli proqramçı Ehud Şabtay FreeMap Israel kimi tanınan cəmiyyət layihəsini yaratdı, layihənin hədəfi pulsuz məzmun, yeniləmələr və paylanma ilə ivrit dilində tərtib edilmiş İsrailin açıq rəqəmsal xəritəçəkmə məlumat bazasını yaratmaq idi.
Aaxen döyüşü
Aaxen döyüşü — İkinci Dünya müharibəsi zamanı, 2–21 oktyabr 1944-cü il tarixlərində Aaxen vilayətində və şəhərin özü uğrunda ABŞ və Almaniya qoşunları arasında döyüş. == Döyüş == 7 oktyabrda Ziqfrid xəttinə qarşı döyüşlərdə Kortni Hocesin komandanlığı altındakı 1-ci ABŞ Ordusu Aaxen istehkamlarına hücum etmişdir. Bir sıra döyüşlərdən sonra şəhər 10 oktyabrda mühasirəyə alınmışdır ​​və üç gün sonra amerikalılar şəhərə daxil olmuşdur. Buna baxmayaraq, alman qarnizonu yalnız 21 oktyabrda təslim olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Aaxen döyüşü ilə əlaqəli mediafayllar var.
Aaxen kafedralı
Aaxen kafedralı (alm. Aachener Dom‎) – Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Aaxen şəhərində yerləşən kafedral. Şimali Avropanın ən qədim kafedralıdır. Orta əsrlərdə "Müqəddəs Məryəm kilsəsi" adlanırdı. 936–1531-ci illəri arasında bu kafedralda 30 alman kralının və 12 kraliçanın tacqoyma mərasimi keçirilib. == Tarixi == Böyük Karl 976-cı ildə Palatin kapellasının tikintisini başlatmışdır. Tikinti layihəsinin müəliffili Metsli Odo olmuşdur. Tamamlanma tarixi dəqiq bilinməsə də, 798-ci ilə aid bir məktubda tamamlanmağa yaxın olduğu qeyd edilmişdir. 1355-ci ildə struktura qotik xor zalı əlavə edilmişdir. 1881-ci ildə kafedralda təmir-bərpa işləri aparılmışdır.
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Jared Leto
Cared Leto (ing. Jared Joseph Leto; 26 dekabr 1971[…], Bossier Siti[d], Luiziana) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Jimmy Wales
Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur. == Həyatı == 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı.
Masallı Mamed
Məmməd İsgəndər oğlu Hüseynov (4 noyabr 1960, Masallı – 21 mart 2011, Bakı) — Qanuni oğru. == İlk məhkumluq == 1961-ci ildə Masallıda anadan olan "qanuni oğru" ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq "Masallı Mamed"in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun "təqsirini" öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı "Masallı Mamed" həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib, lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb.
Passiflora warei
Passiflora suberosa (lat. Passiflora suberosa) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. Anthactinia walkeri M.Roem. Cieca angustifolia M.Roem. Cieca flexuosa M.Roem. Cieca globosa M.Roem. Cieca hederacea M.Roem. Cieca littoralis M.Roem. Cieca nigra Medik. Cieca oliviformis M.Roem.
Sahed İdovu
Sahed İdovu (3 yanvar 1990) — Konqonu təmsil edən stolüstü tennisçi. Sahed İdovu Konqonu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Zayed Universiteti
Zayed Universiteti (ərəb. جامعة زايد‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əbu-Dabi şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. Universitetin əsası 1988-ci ildə qoyulmuşdur. Təsis olunduğu vaxt Zayed Universiteti yalnız qızlar üçün nəzərdə tutulsa da, sonradan burada oğlanların da təhsil almasına icazə verilib. Bu ali təhsil müəssisəsi humanitar və təbiət elmləri, biznes elmləri, kommunikasiya və media, təhsil və informasiya sistemləri adlı 5 kollecdən ibarətdir. Universitetdə tədris əsasən ingilis dilində aparılır. İngilis dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Əbu-Dabi Təhsil Şurası Zayed Universiteti ilə birgə ibtidai təhsil üzrə pilot proqram hazırlamışdır. Belə ki, bu ölkədə ingilis dilində səlis danışmağı bacarmayanların işlə təmin olunması xeyli çətindir. Ona görə də bu proqramın genişləndirilərək ölkənin bütün məktəblərində tətbiq olunması planlaşdırılır.
Laxer-Ze
Laxer-Ze gölü (alm. Laacher See‎) – Almaniyanın Reynland-Pfalts vilayətinin Arvayler bölgəsinin Qles kommunasında vulkan mənşəli axarsız göl. Göl 1,9 km diametrli vulkanik kalderada, Koblensdən 24 km şimal-qərbdə və Bonndan 37 km cənubda, Reyn çayı üzərində yerləşən Andernax şəhərindən 8 km məsafədə yerləşir. Vulkan Ayfel dağlarındə qərarlaşır. Laxer-Ze gölü eramızdan əvvəl 10,930-cu ildə əmələ gəlmişdir. Vulkanik partlayıcılıq indeksi VEI 6-ya bərabər olan Lah super vulkanının Plinian tipli püskürməsindən sonra, bu təxminən Filippin Pinatubo vulkanının 1991-ci ildə püskürməsinə uyğundur. Radiokarbon üsulu Lah vulkanının püskürməsinin 13006 ± 9 təqvim ili əvvəl baş verdiyini müəyyən edib. Bu püskürmə Böyük Şaxta iqlim anomaliyasının mümkün səbəbi kimi müzakirə edilir. Yaxınlıqdakı ərazilər əlli metrlik vulkanik kül və pemza təbəqəsi altında idi, daha kiçik hissəciklər əsasən cənubdan müasir Şimali İtaliya ərazisinə və şimal-şərqə - müasir Rusiya ərazisinə və Skandinaviya yarımadasına uzanırdı. Ola bilsin ki, Lah vulkanının püskürməsi müasir Danimarka ərazisində Bromme mədəniyyətinin yaranmasına səbəb olub.
Wiped Out!
Wiped Out! — amerikan rok qrupu The Neighbourhood-un ikinci studiya albomu. 30 oktyabr 2015-ci ildə Columbia Records tərəfindən buraxılıb. Alboma daxil olan "Daddy Issues" mahnısı 2020-ci ildə TikTok tətbiqində populyarlıq qazanmışdır.
Wired (magazine)
Wired («Ethernet ilə bağlıdır») — San-Fransisko (ABŞ) və Londonda (Birləşmiş Krallıq) nəşr olunan aylıq jurnal. Kompüter texnologiyalarının mədəniyyətə, iqtisadiyyata və siyasətə təsiri barədə yazır. İngilis dili versiyası istifadəyə verildikdən daha sonra 14 il müddətinə dayandırıldı. 2020-ci ildə buraxılmağa davam edir. Jurnalın ilkin maliyyə investorlarından biri Nicholas Nikolas Neqroponte olmuşdur. 1993-cü ildən 1998-ci ilə qədər həm də «Move bits, not atoms» sütununa rəhbərlik etmişdir. 1993-cü ilin yanvar ayından etibarən buraxılmışdır. 1998-2006-cı illərdə Wired jurnalının və Wired News veb saytının (wired.com) fərqli sahibləri var idi, lakin wired.com hazırda jurnalın – onlayn versiyasıdır. Bu beynəlxalq bir nəşrdir, aşağıdakı regional versiyalar verilir: Wired UK, Wired Italia, Wired Japan və Wired Germany (2011-ci ilin sentyabr ayından). Öz növbəsində Advance Publications media konqlomeratına daxil olan Condé Nast nəşriyyat evinə aiddir.
Ocean Waves
Okean dalğaları (yap. 海がきこえる, ing. Ocean Waves, digər adı ilə I Can Hear the Sea) — Studio Ghibli-nin 1993-cü ildə ekranlara çıxan anime filmi. Taku Morisaki qatar stansiyasında doğma şəhəri Koçiyə qayıdarkən yolda məktəb günlərində yaşadığı sevgi üçbucağını xatırlayır. Ocean Waves (anime) Anime News Network Ensiklopediyasında Ocean Waves — Internet Movie Database saytında.
Galanthus warei
Qar xədicəgülü (lat. Galanthus nivalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü.
Caved Kərim
Caved Kərim (ing. Jawed Karim; 28 oktyabr 1979, Merzeburq[d], ADR) — ABŞ proqram mühəndisi və internet sahibkarı. O, "YouTube" video platformasının həmtəsisçilərindən biri, həmçinin veb-sayta video yükləyən ilk şəxsdir. 23 aprel 2005-ci ildə platformaya yüklədiyi "Me at the zoo" adlı 19 saniyəlik video 20 avqust 2024-cü ilin statistikasına görə 330 milyondan çox baxış sayını keçib. Kərim "PayPal"da çalışdığı vaxt burada veb-saytın digər iki həmtəsisçisi Stiv Çen və Çad Harli ilə tanış olmuş, o, bu vaxt ərzində veb-saytın dələduzluqla mübarizə sistemi də daxil olmaqla bir çox əsas komponentlərini dizayn etmişdir. == Erkən həyatı və təhsili == Caved Kərim 28 oktyabr 1979-cu ildə Şərqi Almaniyanın Merzeburq qəsəbəsində doğulub. Onun anası alman, atası banqladeşlidir. Atası ABŞ mərkəzli 3M şirkətində tədqiqatçı, anası Kristine isə Minnesota Universitetində biokimya alimidir. Kərimin özündən kiçik bir qardaşı var. O, böyüyən ksenofobiya səbəbi ilə 1980-ci illərin əvvəlində ailəsi ilə bərabər Almaniyanın daxili sərhədini keçmiş, beləcə uşaqlığını Qərbi Almaniyanın Noys şəhərində keçirmişdir.
Jawed Karim

Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.
Kaxək
Kaxək — İranın Rəzəvi Xorasan ostanının Günabad şəhristanının Kaxək bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,015 nəfər və 1,252 ailədən ibarət idi.