Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beason
Beason — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 13769 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13 km²-dir. Ərazinin 12 km² hissəsi quru, 0,26 km² hissəsi isə sudur. == Əhali == 2000-cu ilin statistikasına əsasən şəhərin əhalisi 13808 nəfərdir. Şəhərdə 5091 ev və 3360 ailə vardır. Əhalinin tərkibini 68,37% ilə ağdərililər, 31,63% ilə afroamerikalılar, 1,31% ilə asiyalılar, 0,31% ilə yerli amerikalılar, 6,92% ilə isə digər etnik qruplar təşkil edir. Şəhərdə Sakit okean adalıları yoxdur.
Neapol
Neapol (qəd.yun. Νέα Πόλις — "yeni şəhər"; ital. Napoli) — böyüklüyünə görə Roma və Milandan sonra İtaliyanın 3-cü, cənubi İtaliyanın isə ən böyük şəhəri. Kampaniya (İtaliya) əyalətinin paytaxtı. Şəhərin əhalisi 1 milyon nəfər, şəhərətrafı bölgələrlə birlikdə 3 milyon nəfərdir. Neapol məşhur Vezuvi vulkanının yaxınlığında yerləşir. Şəhərin beynəlxalq aeroportu və böyük dəniz limanı vardır. Neapol öz zəngin tarixi, mədəniyyəti və mətbəxi ilə məşhurdur. Əsası e.ə. VIII əsrdə yunanlar tərəfindən qoyulmuşdur.
Weston
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: == Əsərləri == Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770–1777. Flora Anglicana… — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774. The Gardener's Pocket Calendar, 1774.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. == Sayı və yayılması == Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. == Dövlət == Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Bob Veaton
Bob Veaton (28 dekabr 1941, Viktoriya) — Kanadalı keçmiş üzgüçü. Bob Veaton Kanadanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bob Veaton birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:05.7 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Neapol krallığı
Neapol Krallığı — İtalyan yarımadasının cənubunda, Neapoldə qurulmuş bir dövlətin müasir adıdır. Zamanında səhv olaraq Siciliya Krallığı adı ilə tanınırdı. Çünki Neapol Krallığı Siciliya adasında 1282-ci ildə çıxan Siciliya Vesperləri adlı bir üsyan nəticəsində Neapol Krallığınin Siciliya Krallığından ayrılması ilə ortaya çıxmışdı. Neapol Krallığının olduğu dövrdə bu krallıq ya İspan və ya Fransız əsilli bir kral tərəfindən idarə edilmişdir. == Anju sülaləsinin hakimiyyəti altında Neapol Krallığı == "Siciliya vesperləri" adı verilən Siciliya adası üsyanlarından sonra Anjulu Karlo (rəsmi adı Siciliyalı I Karlo) Siciliyanı İspan Aragon kralı Aragonlu III Pedro ordusuna buraxmaq məcburiyyətində qaldı və İtalyan yarımadasının cənubunda özünə aid olan ərazilərdə hökmranlıq etməyə başladı. Bu dövlət rəsmən Siciliya Krallığı olsa da, ümumiyyətlə paytaxtı olan Neapol şəhərinə görə Neapol Krallığı (İtalyanca: Regno di Neapol) kimi tanınır. Karlo və Anju xanədanına daxil olan hökmdarlar (yəni Neapol Kralı I Karlo, Neapol Kralı II Carlo, Neapol Kralı Roberto və Neapol kralı I Giovanna) Siciliya uzərindəki haqlarından əl çəkməyib 1373-cü ilə qədər iki dövlət arasında müharibə vəziyyətini davam etdirdilər. I Giovannanın səltənəti zamanı Macarıstanda hökm sürən Anju sülaləsi kralı olan Böyük Louis Neapol Krallığını bir neçə dəfə işğal etdi və I Giovanna Neapolyə ancaq 1352-ci ildə qayıtdı. Kraliça I Giovanna uşaqsız olduğu üçün Anju sülaləsinin Neapol Krallığı üzərindəki haqqının sonda itməsinə yol açdı. Özünə varis olaraq Anju hersoqu I Luigi seçdi və beləliklə taxta keçmək hüququ olan Durazzo Drac prensi olan əmioğlusunun qanuni haqqını rədd etmiş oldu.
Neapol körfəzi
Neapol körfəzi (it. Golfo di Napoli) — Tirren dənizinin bir hissəsi olub, İtaliyanın sol sahillərini (30 km), Mizeno burnundan Kampanello burnuna qədər ərazini əhatə edir. Gözəl mənzərəli əhatəsi ilə tanınır və zəngin təbii aləmə malikdir. Sahilləri sıx məskunlaşmışdır. Qərb hüdudlarında İskya, Proçida, şərq hüdudlarında isə Kapri kimi adalar mövcuddur. Körfəzin böyük şəhəri Neapol sayılır. Vezuvi vulkanı, Qədim Pompeyin qalıqları bu körfəzin sahillərində yerləşir.
Yapon albalısı
Yapon andızı
Yapon andızı (lat. Inula japonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Yapon asırqalotu
Yapon asırqalotu (lat. Eupatorium japonicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Yapon ağcaqayını
Yapon ağcaqayını (lat. Acer japonicum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yapоniyadır. == Botaniki təsviri == Hündürlüyü 8-10 m-ə çatan, qırmızı-bоz budaqlı iri kоldur. Qabığı bоz, hamar оlub, çatlamır. Gözəl, yaşıl yarpaqları yumru fоrmalı,7-11 dilimlidir, kənarları dişli, diamеtri 8-15 sm, saplaqlıdır. Saplaqları tüklü, uzunluğu 3-5 sm-dir. Payızda yarpaqları sarı, narıncı-al qırmızı rəng alır. Çiçəkləri al qırmızı rəngli, diamеtri 1,5 sm-ə qədər оlub, 15-20 ədəd olmaqla sallaq hamaş çiçək qrupuna yığılmışdır. Cavan qanadcıqları tüklü оlur, sоnradan çılpaqlaşır.
Yapon balinası
Yapon balinası (lat. Eubalaena japonica) — Balinakimilər dəstəsinə Əsl balinalar fəsiləsinə(Balaenidae) aid olan növ. Bu növ əvvəllər Şimal hamar balinanın (Eubalaena glacialis) yarımnövü hesab edilirdi. Yeni texnologiyaların köməyi ilə iki fərqli növ olmaları təstiqlənir. == Görünüşü == Yapon balinası Şimaliatlantika hamar balinasından xariçi görünüş baxımından fərqlənmirlər. Ən iri fərdin uzunluğu 18,5 metr təşkil edir. Dişilər erkəklərdən iri olurlar. Bu növün nümayəndələri 80 ton çəkiyə malik olur. Tünd rəng çalarlarında olurlar. Bel üzgəcləri qısa olur.
Yapon bananı
Yapon bananı, Basio bananı və ya lifli banan (lat. Senecio ladakhensis) — banankimilər fəsiləsinin banan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Yapon bananının güclü kökümsovu vardır və burada su, qida maddələrinin ehtiyatı saxlanılır.Əsl gövdəsi torpağın üzərindən 5 sm çox olmayaraq qalxır."Gövdə" hesab edilən hissə yarpaqların bir-birinə möhkəm keçmiş saplaqlarıdır. Onların az miqdarda qara xalları vardır və nazik mum qatı ilə örtülmüşdür.Yalançı gövdənin hündürlüyü 2,5 m-ə çatır, yaşıl və ya sarı-yaşıl rəngli olur, əsasən solmuş yarpaqların bünövrələri ilə örtülmüşdür.Yarpaq aylarının uzunluğu 1,5 m, eni 55-60 sm-dir, yuxarı hissəsi yaşıl, alt tərəfi açıq rənglidir.Sentyabrda çiçəkləyir.Çiçək qrupu yalançı gövdənin mərkəzindən çıxır, ucunda erkək çiçəkləri, mərkəzində ikicinsli və bünövrəsində dişi çiçəkləri vardır. Arılarla tozlanır.Meyvələrin uzunluğu 25 sm-dək olur, yaşıl rəngli meyvələri yeməli deyil.Vegetativ üsulla-kökümsovun hissələri və kök zoğları ilə çoxaldılır. == Ekologiyası == Bu bitki nəmişli, günəşli, küləkdən qorunan yerlərdə bitir.Qışda gövdəsi quru yarpaqlarla örtülür, bitkinin yuxarı hissəsi isə yarpaqlarla birgə məhv olur. == Azərbaycanda yayılması == Abşeronda, Lənkəranda, Astarada həyətyanı sahələrdə mədəni şəraitdə becərilir. == İstifadəsi == Qida əhəmiyyətlidir. Vətənində keyfiyyətinə görə lif alınır.Bu lifdən paltar tikilməsində, kitab cildini çəkməkdə və s.istifadə edilir.
Yapon bildirçini
Yapon bildirçini (lat. Coturnix japonica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü. Köçəri quş Mancuriya və Yaponiyanın şimal hissəsində çoxalır. Yaponiyanın cənubunda, Koreya yarımadası və Cənubi Çində qışlayır. Zahirən adi bildirçinə (Coturnix coturnix) bənzəyən yapon bildirçini Yaponiyada XIX əsrin sonu, XX əsrin əvvəllərində əhliləşdirilmişdir və bildirçin fermalarında ən çox olan növdür.
Yapon birgözü
Yapon birgözü (lat. Ligustrum japonicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya, Koreya və Çindir. == Botaniki təsviri == Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır.
Yapon dili
Yapon dili (yap. 日本語 ) — Yaponiyanın rəsmi dövlət dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır. Kanci hiraqana və katakanada istifadə olunur. Bundan başqa "imatokana" deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də var. 2000-dən çox kanci istifadə olunur, lakin hiraqana və kataqana hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində, xüsusən şirkət adları, reklamlar və yapon dilinin kompüterə keçirilməsində romaci adı verilən latın əlifbası da işlənir.
Yapon doqquzdonu
Yapon doqquzdonu (lat. Lonicera japonica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiya, Koreya və ya Çində yayılmışdır. == Botaniki təsviri == Ətirli yarımhəmişəyaşıl lianadır. Yapon doqquzdonu çox tez böyüyür və çoxlu miqdarda zoğlar əmələ gətirir.2 ildən bir iyun-iyul aylarında bol və uzunmüddətli çiçəkləyir. Onun çiçəkləri ağ, al-qırmızı çalarlı və ətirli olur. Zərif yarpaqlı, qızılı-sarı naxışlı formaları vardır. == Ekologiyası == Quraqlığa davamlıdır, münbit torpağı sevir. == Azərbaycanda yayılması == Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. == İstifadəsi == Yol kənarlarında istifadəsi məqsədyönlüdür.
Yapon qarabatdağı
Yapon qarabatdağı (lat. Phalacrocorax capillatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü. == Xarici görünüş == Xariçi görünüşünə və ölçülərinə görə böyük qarabatdağı xatırlatsa da, dimdikdəki sarı nöqtə ağız küncündə deyil. Bədənininin uzunluğu 84 sm, qanadları arasında məsafə 152 sm təşkil edir. Bir qanadının uzunluğu 32-33,2 sm, dimdiyinin uzunluğu 6,1-6,7 sm təşkil edir. Quyruğu dairəvidir və burada 14 lələk vardır. Göz kölgəsi, göz ətrafında həlqə, arxa boşluq və aşağı çənənin yan tərəflərı çılpaqdır. Böyük qarabatdaqlara nisbətdə alt çənənin çılpaq hissəsi daha az sahə tutur. Lələklərin parlaqlığı aşağı və irəli yönəlir. Bu növə daxil olan quş balalarını böyük qarabatdaqların balalarından fərqləndirmək asan deyildir.
Yapon qaratoyuğu
Yapon qaratoyuğu (lat. Turdus cardis) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Yapon qaraçöhrəsi
Yapon qaraçöhrəsi (lat. Taxus cuspidata) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. Bu növə Uzaq Şərq qaraçöhrəsi deyilir. Hündürlüyü 20 m-ə çatan, ortaboylu ağac və ya koldur, çətirləri dairəvi olub, gövdəsinin diametri 1,5 m-ə çatır. Gövdəsi qırmızımtıl rənglidir, üzərində növə xas olan sarımtıl-ağ ləkələri var, yarpaqları lələkvarıdır. Yarpaqlarının uzunluğu 1,2-2,6 sm-ə, eni 2-3,5 mm-ə çatır, yumşaq, hamar, ucu biz, üstdən tünd-yaşıl, altı-dan solğun-yaşıldır, budaqlarda 4-6 il qalır. Toxumları qozalarda << qozagiləmeyvə >> adlanan al qırmız rəngli, ətli hissə ilə örtülmüşdür. Uzunömürlüdür 1500 ilə kimi yaşayır. İtiuclu qaraçöhrə şaxtaya ( -30 C ), kölgəyə davamlıdır. Humus qatı qalın olan torpaqlarda yaxşı bitir, turş mühitli və bataqlıq torpaqlarda inkişaf etmir.
Yapon qırğısı
Yapon qırğısı (lat. Accipiter gularis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Yapon qızılağacı
Yapon qızılağacı (lat. Alnus japonica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Yapon əntəri
Yapon əntəri (lat. Macaca fuscata) — Əntərlər cinsinə aid olan meymun növü. Yakuşima adasında yaşayan əntərlər qısa xəzə malik olmaları ilə yanaşı özünü aparma mədəni xüsusiyyətlərinin formalaşması ilə seçilirlər. Bu səbəbdən onlar ayrı yarımnöv (Macaca fuscata yakui) hesab edilir == Xariçi görünüşü == Erkəklərin hündürlüyü 80–95 sm, kutleləri 12–14 kq, dişilər istər ölçü istərsə çəki baxımından erkəklərdən geri qalır. Meymunlar qırmızı dəriyə və tünd boz xəzə malik olurlar. Bədəni burun və əllər istisna olmaqla qəhvəyi ləkələrlə örtülüdür. Quyruqları qısa olur və 10 santımetri keçmir. Boğazlıq dövrü 170–180 gün davam edir. Yeni doğulan körpə 500 q çəkiyə malik olur. İki və daha artıq balanın doğulması nadir hallarda baş verir.
Yapon əzgili
Yapon əzgili (lat. Eriobotrya japonica – Yapon eriobotriyası) — eriobotriya cinsinə aid bitki növü. Gülçiçəklilər (lat. Rosaceae) fəsiləsindən həmişəyaşıl subtropik bitkidir. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı yapon əzgilidir. Eyni zamanda muşmula da adlandırılır. Həmçinin, Malta əriyi və yeni dünya meyvəsi də adlandırılır. Botanik adı isə latınca "Eriobotrya japonica"dır. Çünki eriobotriya cinsinə aid bitki növüdür.