YAPON

I. i. Japanese; ~lar the Japanese

II. s. Japanese; ~ dili Japanese, the Japanese language

YAPMAQ
YAPONCA
OBASTAN VİKİ
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Yapon albalısı
Yapon andızı
Yapon andızı (lat. Inula japonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Yapon asırqalotu
Yapon asırqalotu (lat. Eupatorium japonicum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Yapon ağcaqayını
Yapon ağcaqayını (lat. Acer japonicum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Vətəni Yapоniyadır. Hündürlüyü 8-10 m-ə çatan, qırmızı-bоz budaqlı iri kоldur. Qabığı bоz, hamar оlub, çatlamır. Gözəl, yaşıl yarpaqları yumru fоrmalı,7-11 dilimlidir, kənarları dişli, diamеtri 8-15 sm, saplaqlıdır. Saplaqları tüklü, uzunluğu 3-5 sm-dir. Payızda yarpaqları sarı, narıncı-al qırmızı rəng alır. Çiçəkləri al qırmızı rəngli, diamеtri 1,5 sm-ə qədər оlub, 15-20 ədəd olmaqla sallaq hamaş çiçək qrupuna yığılmışdır. Cavan qanadcıqları tüklü оlur, sоnradan çılpaqlaşır.
Yapon balinası
Yapon balinası (lat. Eubalaena japonica) — Balinakimilər dəstəsinə Əsl balinalar fəsiləsinə(Balaenidae) aid olan növ. Bu növ əvvəllər Şimal hamar balinanın (Eubalaena glacialis) yarımnövü hesab edilirdi. Yeni texnologiyaların köməyi ilə iki fərqli növ olmaları təstiqlənir. Yapon balinası Şimaliatlantika hamar balinasından xariçi görünüş baxımından fərqlənmirlər. Ən iri fərdin uzunluğu 18,5 metr təşkil edir. Dişilər erkəklərdən iri olurlar. Bu növün nümayəndələri 80 ton çəkiyə malik olur. Tünd rəng çalarlarında olurlar. Bel üzgəcləri qısa olur.
Yapon bananı
Yapon bananı, Basio bananı və ya lifli banan (lat. Senecio ladakhensis) — banankimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Vətəni Çindir. Yapon bananının güclü kökümsovu vardır və burada su, qida maddələrinin ehtiyatı saxlanılır.Əsl gövdəsi torpağın üzərindən 5 sm çox olmayaraq qalxır."Gövdə" hesab edilən hissə yarpaqların bir-birinə möhkəm keçmiş saplaqlarıdır. Onların az miqdarda qara xalları vardır və nazik mum qatı ilə örtülmüşdür.Yalançı gövdənin hündürlüyü 2,5 m-ə çatır, yaşıl və ya sarı-yaşıl rəngli olur, əsasən solmuş yarpaqların bünövrələri ilə örtülmüşdür.Yarpaq aylarının uzunluğu 1,5 m, eni 55-60 sm-dir, yuxarı hissəsi yaşıl, alt tərəfi açıq rənglidir.Sentyabrda çiçəkləyir.Çiçək qrupu yalançı gövdənin mərkəzindən çıxır, ucunda erkək çiçəkləri, mərkəzində ikicinsli və bünövrəsində dişi çiçəkləri vardır. Arılarla tozlanır.Meyvələrin uzunluğu 25 sm-dək olur, yaşıl rəngli meyvələri yeməli deyil.Vegetativ üsulla-kökümsovun hissələri və kök zoğları ilə çoxaldılır. Bu bitki nəmişli, günəşli, küləkdən qorunan yerlərdə bitir.Qışda gövdəsi quru yarpaqlarla örtülür, bitkinin yuxarı hissəsi isə yarpaqlarla birgə məhv olur. Abşeronda, Lənkəranda, Astarada həyətyanı sahələrdə mədəni şəraitdə becərilir. Qida əhəmiyyətlidir. Vətənində keyfiyyətinə görə lif alınır.Bu lifdən paltar tikilməsində, kitab cildini çəkməkdə və s.istifadə edilir.
Yapon bildirçini
Yapon bildirçini (lat. Coturnix japonica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü. Köçəri quş Mancuriya və Yaponiyanın şimal hissəsində çoxalır. Yaponiyanın cənubunda, Koreya yarımadası və Cənubi Çində qışlayır. Zahirən adi bildirçinə (Coturnix coturnix) bənzəyən yapon bildirçini Yaponiyada XIX əsrin sonu, XX əsrin əvvəllərində əhliləşdirilmişdir və bildirçin fermalarında ən çox olan növdür.
Yapon birgözü
Yapon birgözü (lat. Ligustrum japonicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. Vətəni Yaponiya, Koreya və Çindir. Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır.
Yapon dili
Yapon dili (yap. 日本語 ) — Yaponiyanın rəsmi dövlət dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır. Kanci hiraqana və katakanada istifadə olunur. Bundan başqa "imatokana" deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də var. 2000-dən çox kanci istifadə olunur, lakin hiraqana və kataqana hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində, xüsusən şirkət adları, reklamlar və yapon dilinin kompüterə keçirilməsində romaci adı verilən latın əlifbası da işlənir.
Yapon doqquzdonu
Yapon doqquzdonu (lat. Lonicera japonica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Yaponiya, Koreya və ya Çində yayılmışdır. Ətirli yarımhəmişəyaşıl lianadır. Yapon doqquzdonu çox tez böyüyür və çoxlu miqdarda zoğlar əmələ gətirir.2 ildən bir iyun-iyul aylarında bol və uzunmüddətli çiçəkləyir. Onun çiçəkləri ağ, al-qırmızı çalarlı və ətirli olur. Zərif yarpaqlı, qızılı-sarı naxışlı formaları vardır. Quraqlığa davamlıdır, münbit torpağı sevir. Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir. Yol kənarlarında istifadəsi məqsədyönlüdür.
Yapon dovşanı
Yapon dovşanı (lat. Lepus brachyurus) — Dovşanlar fəsiləsinə aid növ. Yaponiya adalarında yayılmış endemik canlı. Yapon dovşanı əsasən kiçik ölçülü dovşanlara aiddir. Onların çəkisi 2,5 kq təşkil edir. Rəngi parlaq qırmızı-qəhvəyidən tünd boz-qəhvəyi çalarlarında ola bilir. Ağ ləkələr isə baş və ayaq nahiyələrində rast gəlinir. Şimal adalarında yayılmış yarımnövlərdə mövsümü dimorfizm müşahidə edilir. Beləki, qış ayları xəzi ağ rəngə bürünür. Onların yayılma sərhədləri əsasən yapon adaları daxilində yerləşir Honşu, Şikoku, Kyuşu, Sado, Oki adaları, Avaci.
Yapon durnası
Yapon durnası (lat. Grus japonensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Uzaq Şərq və Yaponiya ərazisində yayılmış nadir növ. Onların ümumi sayı 1700–2000 baş olaraq qiymətləndirilir. Tamamən yoxa çıxması təhlükəsi qarşısında olmuşdur. Bu səbəbdən Beynəlxalq və yerli qanunlarla qorunur. XX əsrin üçüncu yarısında yapon durnası artıq Hokkoyda adasında geniş əraziyə yayıldıqdan sonra artıq qonşu Saxalin, Kunaşir, Habomai adalarında da görünməyə başlayır. Ən böyük durna növlərindən biridir. Boyu 158 sm, çəkisi 7,5 kq-dır. Xariçi görünüş baxımından digər durna növlərindən fərqlənir.
Yapon dələsi
Yapon dələsi (lat. Martes melampus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Yapon dələsinin xəzi sarı-qəhvəyidən tünd-qəhvəyi çaları arasında dəyişir. Üzərlərində ağ ləkələrə rast gəlinir. Digər dələlərdən demək olar ki, kəskin fərqlənmirlər. Quyruqları qısa və qalın yumşaq tükə malikdir. Bu canlıların uzunluqları 47–54 sm arasında dəyişir. Quyruqları isə 17–23 santımetrdir. Erkəklər dişilərə nisbətdə çəki baxımından ağır olur. Erkəklər 1,6 kq, dişilər isə 1,0 kq təşkil edir.
Yapon dənizi
Yapon dənizi (yap. 日本海 Niхоnkay; kor. 동해 Tоnhe) — Sakit okeanın yarımqapalı dənizi. Avrasiya materiki (qərbdə) ilə Saxalin, Hokkaydo və Honşu adaları (şərqdə) arasındadır. Yapon dənizini şimalda Nevelsk və Laperuz boğazları Oxot dənizi ilə, şərqdə Sanqar boğazı Sakit okeanla, cənubda Koreya boğazı Şərqi Çin dənizi ilə birləşdirir. Sahəsi 1 milyon 62 min km², orta dərinliyi 1536 m, suyunun həcmi 1 milyon 630 min km³-dir (digər məlumatlara görə 978 min km², 1750 m, 1713 min km³). İri körfəzləri: Böyük Pyotur və Şərqi Koreya körfəzləridir. Yapon dənizinə Suyfun, Samarqa, İsikari, Moqami, Tumanqan və sairə çaylar tökülür. Dib relyefi əsasən dərinliyi 3699 m-ə (bəzi məlumata görə 3669 m) çatan qapalı çökəklikdən ibarətdir. Dənizin mərkəzi hissəsində Yamato yüksəkliyi yerləşir.
Yapon eriobotriyası
Yapon əzgili (lat. Eriobotrya japonica – Yapon eriobotriyası) — eriobotriya cinsinə aid bitki növü. Gülçiçəklilər (lat. Rosaceae) fəsiləsindən həmişəyaşıl subtropik bitkidir. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı yapon əzgilidir. Eyni zamanda muşmula da adlandırılır. Həmçinin, Malta əriyi və yeni dünya meyvəsi də adlandırılır. Botanik adı isə latınca "Eriobotrya japonica"dır. Çünki eriobotriya cinsinə aid bitki növüdür.
Yapon güllücəsi
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
Yapon gərməşovu
Yapon gərməşovu (lat. Euonymus japonicus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. Yaponiyada, Qafqazda yayılmışdır. Hündürlüyü 4-8 m olan həmişəyaşıl ağac və ya koldur. Cavan budaqları dörtdilli, qabığı qonurumtul-yaşıldır. Yarpaqları dərivarıdır, üst tərəfdən parlaq, tünd-yaşıl, altdan isə nisbətən solğun rəngdədir. Qaidə hissəsi pazvarı, kənarları oyuqvarı dişlidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərinin sayı 10-40 ədəd olub, yarımçətirli çiçək qrupunda yerləşir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Yapon heyvası
Yapon xenomelesi (lat. Chaenomeles japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü. Vətəni Yaponiyadır. Çin və Avropada da becərilir. Hündürlüyü 3 m-ə qədər olan qollu-budaqlı koldur. Budaqları əlifi-yaşıl rəngdə, çılpaq, tikanları 1–1,5 sm uzunluğundadır. Yarpaqları 3–8 sm uzunluğunda olub, yumurtavari və ya uzunsov yumurtavaridir; uc hissədə itiləşmiş, əsasına doğru tədricən daralan, kənarı iti mişardişlidir. Yazda qırmızımtıl, sonralar hər iki tərəfdən çılpaq olub, üstdən parıltılı, tünd yaşıl rəngli, alt tərəfdən açıq rəngli, dekabr ayınadək ağacın üzərində qalır. Saplağı 6–12 sm uzunluqdadır. Çiçəkyanlığı tumurcuqşəkilli olub, kənarları dişlidir.
Yapon inciçiçəyi
Keysk inciçiçəyi (lat. Convallaria keiskei) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü.
Yapon kameliyası
Yapon kameliyası (lat. Camellia japonica) Yapоniyada, Çində, Kоrеyada yayılmışdır. Hündürlüyü 4 m оlan hamar gövdəyə malik həmişəyaşıl kоl və ya kiçik ağacdır. Budaqları açıq qəhvəyidir. Yarpaqları parlaq qalındır, növbəli yеrləşir, uzunluğu 8-10 sm-dir. Çiçəkləri tünd çəhrayı, yaхud ağ rənglidir, еrkən yazda əmələ gəlir. Mеyvəsi qutucuq оlub, bir, iri tохumludur. Çiçəklərinin fоrması, ölçüsü və rənginə görə bir-birindən fərqlənən çохlu sоrtu məlumdur. Tохum və qələmlə çохaldılır. Kölgəyə davamlı, tоrpağa və rütubətə tələbkardır.
Yapon kağızı
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Yapon kinkanı
Yapon kinkanı (lat. Fortunella japonica) Qədim zamanlardan Çinin cənub-şərq, Asiyanın cənub-şərq subtropik və tropik rayonlarında becərilir. Həmişəyaşıl, 2–3 m hündürlüyündə ağac, bəzən koldur. Çox sıx və yığcam çətirlidir. Zoğları və cavan budaqları basıq, üçtilli, kiçik tikanlı, yaşıl, çılpaqdır. Yarpaqları uzunsov-ellipsşəkilli, 4–6 (8) sm uzunluğunda, 15–3 sm enində, dərivarı ucdan küt, alt tərəfdən açıq yaşıl, üzəri vəzilərlə örtülmüşdür. Çiçəkləri ağ, 1–3 ədəd olmaqla yarpaqların qoltuğunda yerləşmişdir. Kasayarpağı 5, ləçəklər 4–6-dır. İyundan oktyabra qədər çiçəkləyir, meyvəsi dekabrdan maya kimi yetişir. Meyvəsi limon rəngində, yumru, 1,5–3 sm diametrində, qabığı hamar, dadı turş-şirin, ətirlidir, 3–7 dilimlidir.
Yapon kriptomeriyası
Yapon kriptomeriyası (lat. Cryptomeria japonica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin kriptomeriya cinsinə aid bitki növü. Əsasən Şərqi Asiyada, xüsusilə Çin və Yaponiyada geniş yayılmışdır. Piramidal çətirli, həmişəyaşıl ağacdır. Vətənimdə hündürlüyü 45 m-ə və gövdəsinin diametri 1–2 m-ə çatır. Gövdəsinin qabığı qırmızımtıl-qonurdur, ensiz, uzun zolaqlıdır. Yarpaqları iynəvarıdır, sərtdir, sıx yerləşmiş, bizvarıdır, oturaq hissəsi əyilmişdir, kənarlarından içəriyə doğru batıqdır, yayda sarımtıl-yaşıl, qışda tünd-yaşıl olub, budaq üzərində 7 il qalır. Erkəkcik sünbülcükləri budaqların ucunda iynəvarı yarpaqların qoltuğunda yerləşir, tozcuqları 3–5 tozcuq kisəsindən ibarətdir. Dişicik sünbülcükləri isə budaqların ucunda yerləşir. Toxumları oval formalıdır, hər toxum 2–3 ensiz qanadla əhatə olunur.
Yapon laminariyası
Yapon laminariyası (lat. Laminaria japonica) — laminariya cinsinə aid bitki növü.
Azərbaycan-Yaponiya futbol matçlarının siyahısı
23.05.2012 Şizuoka, Yaponiya YO Yaponiya – Azərbaycan 2:0
Azərbaycan–Yaponiya münasibətləri
Azərbaycan–Yaponiya münasibətləri — Azərbaycan Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Yaponiya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin sentyabr ayının 7-də qurulmuşdur. 1998-ci ilin fevralında Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə Yaponiyaya səfər etmiş və Yaponiyada təhsil alan azərbaycanlı gənclərlə söhbət etmişdir. 31 avqust 2004-cü ildə İlham Əliyev Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının sədri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının formalaşmasının əsası 1998-ci ildə qoyulmuşdur. Dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə İlham Əliyev 5 oktyabr 2004-cü ildə Yaponiya səfiri Toşiyuki Fucivaranı Azərbaycanın ən yüksək mükafatı olan "Şöhrət" ordeni ilə təltif etmişdir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Zakir Zeynalov olmuşdur. 4 mart 2016-cı il tarixindən Muxtar Babayev işçi qrupunun rəhbəridir.
Ağ gün (Yaponiya)
Ağ gün (yap. ホワイトデー, ing. White day) — Hər il mart ayının 14-də Yaponiya ilə yanaşı Cənubi Koreya, Vyetnam, Tayvan və Çində də qeyd edilən qeyri-dövlət bayramı. "Ağ gün"ün başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış kompaniyası qoyub. 1965-ci ildə "Marshmallow" şirniyyat şirkəti ağ zefiri satmaq üçün xüsusi kompaniyaya başlayır. Reklam kompaniyası kişiləri zərif cinsin nümayəndələrinin düz bir ay öncə "Sevgililər günün`də onlara aldıqları hədiyyəyə görə xanımlara təşəkkür etməyə çağırır. Qadınlar tərəfindən də rəğbətlə qarşılandığı üçün beləcə, "Marshmallow Day" yarandı. Daha sonra Ağ gün kimi adlanmağa başlamışdır. Hədiyyələr siyahısı genişlənərək şokolad və digər şirniyyatları ehtiva etməyə başladı və ənənəvi hal alaraq bayram kimi 14 marta təsadüf etdi. Bu tarix 14 fevral — Valentin günündən düz bir ay sonra idi.
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.
Braziliya yaponları
Braziliya yaponları (yap. 日系ブラジル人, nipo-brasileiro; port. nipo-brasileiro) — Cənubi Amerika qitəsində yerləşən Braziliyada məskunlaşmış yapon əsilli əhali. Braziliyada 2,000,000 nəfərə yaxın yapon əsilli vətəndaşın yaşadığı təxmin edilir. Bu rəqəm ölkə əhalisinin 1 % təşkil edir. İlk yapon icması 1908-ci ildə Braziliyaya gəlib. Bu gün Yaponiyadan sonra ən çox yaponların yaşadığı ikinci ölkə Braziliyadır. XIX əsrin sonları XX əsrin əvvəllərində qəhvə Braziliyanın əsas ixrac məhsulu hesab olunurdu. XIX əsrdə fermerlər öz plantasiyalarında əsasən Afrikadan olan qara dərililərin əməyindən istifadə edirdilər. 1850-ci ildə ölkədə qul əməyindən istifadənin qadağan edilməsindən sonra bu üsul aradan qalxdı.
Butan–Yaponiya münasibətləri
Butan–Yaponiya münasibətləri — Yaponiya və Butan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 28 mart 1986-cı ildə qurulmuşdur. Yaponiya Butandakı maraqlarını Hindistanın Yeni Dehlidəki bir səfirliyi vasitəsilə təmsil edir. 2014-cü ilin aprelinə qədər Yaponiya Thimphuda səfirlik açmağı planlaşdırdı. Butanda Yaponiya səfirliyinin açılmasının mümkün səbəblərindən biri Çinin bölgədəki təsirini önləmək məqsədi güdürü. Lakin maliyyə çatışmazlığı bu planların həyata keçirilməsinə mane ola bilər. 2017-ci ildə olan məlumata görə Yaponiya hələ Hindistandakı səfiri vasitəsilə Butandakı maraqlarını qoruyur. 15-20 noyabr 2011-ci il tarixlərində Butan Kralı Ciqme Kxesar Namqyal Vangçuk və kraliça Cesun Pema Vanqçuk Yaponiyada dövlət səfərində olmuşdular. Bu zaman kral ailəsi ilə imperator ailəsi arasında görüşlər təşkil olunmuşdur. 1987-ci ilin mart ayında Yapon imperator ailəsinin Butana ilk ziyarəti gerçəkləşir.
CAR yaponları
CAR yaponları (yap. 在南アフリカ日本人) - Cənubi Afrika Respublikasıda yaşayan yapon icmasına verilən ümumi ad. Əsasən Yohannesburq və digər əsas şəhərlərdə yaşayırlar. Yaponların CAR-a miqrasiyası CAR aparteid rejimində olarkən ən Yaponiyanın onun ən böyük ticarət partnerinə çevrildiyi vaxt başlamışdır. CAR ilə Yaponiya arasındakı ticarət paktına əsasən 1960-cı illərdə CAR-da yaşayan yaponlara fəxri ağ statusu verilmişdir. Yaponlara bu cür statusun verilməsini baş nazir Hendrik Fervrud müəyyənləşdirmişdir, çünki bu paktdan sonra yaponların biznes dalınca ölkəni daha çox ziyarət edəcəklərindən yaponlara da digər etnik qruplar kimi davranılmasını lazımsız hesab etmişdir. Aparteidlə olan ziddiyyətə görə rejimə qarşı olan partiya və siyasətçilər yaponlara niyə bu cür statusun verildiyini sorğulamışdırlar. Qanun bütün yaponlara digər ağların malik olduğu bütün hüquqları (səsvermə və əsgərlikdən yayınma istisna olmaqla) vermişdir. Aparteid başa çatandan sonra yaponların CAR-a miqrasiyasında azalma müşahidə olunmuşdur. CAR-da bir yapon beynəlxalq məktəbi – Yohannesburq Yapon Məktəbi yerləşir.
CAR–Yaponiya münasibətləri
CAR–Yaponiya münasibətləri — Cənubi Afrika Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Yaponiya ilə Cənubi Afrika arasında ticarət əlaqələrinin tarixi Yan van Ribekin Naqasaki limanında yerləşən Decimaya çatdığı 1643-cü ildən başlayır. O, Yaponiyada Holland Ost-İnd Şirkətinin (HOİŞ) təmsilçisi olan Yan van Elseraqı müşayiət etmişdir. 7 il sonra 1950-ci ildə Ribek Cənubi Afrikadakı vəhşi heyvanları Yaponiyaya satmağı təklif etmişdir. 1898-ci ildə Furuya Komahey Cənubi Afrikada mağaza açmış ilk yapon biznesmen olmuşdur. Keyptaunda yerləşən bu mağaza Mikado Şoten (İmperator mağazası) adlanırdı. 1942-ci ilə qədər açıq qalsa da, həmin il hökumət tərəfindən bağlanılmış və malları müsadirə olunmuşdur. 1904-cü ildə Yaponiya Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin dəstəyi ilə İvazaki Kanzo Durbanda kiçik biznes qurmuşdur. Yaponiya 1918-ci ildə Keyptaunda konsulluq açmışdır. Cənubi Afrikada mövcud olan aparteid rejiminə görə tətbiq olunan sanksiyalara baxmayaraq Yaponiya 1960-cı illərdə Cənubi Afrika ilə təbii resursları üçün ticarət əlaqələri başlatmışdır.
Cartoon Network (Yaponiya)
Cartoon Network (Yaponca: カ ー ト ゥ ー ネ ッ ト ワ ー ク, Hepburn: Kātūn Nettowāku) - Turner Japan tərəfindən idarə olunan yapon kabel və peyk televiziya kanalıdır. Kanal uşaqları hədəf alır və əsasən cizgi serial və filmlər yayımlayır. ABŞ-dakı eyniadlı televiziya kanalının bir Yapon versiyası olaraq, Cartoon Network, ABŞ-dakı həmkarından orijinal serialları, eyni zamanda bir neçə Yapon cizgi serialları və filmlərini, o cümlədən digər Yapon istehsalı olmayan proqramları yayımlayır. 1 oktyabr 2011-ci ildə Yaponiyada Cartoon Network, Turner Broadcasting System Asia Pacific tərəfindən idarə olunan Cartoon Network-un digər versiyaları ilə birlikdə mövcud markasını qəbul etdi. 1 aprel 2017-ci ildə kanal Cartoon Networkun Dimensional marka paketindəki qrafiklərdən istifadə etməyə başladı.
Daxili Yapon dənizi
Daxili Yapon dənizi yap. 瀬戸内海 — Sakit okeanın yarımqapalı dəniz olaraq şimal və qərbdə Honsyu adasının qərb sahillərini yuyur, cənub-qərbdə Kyusyu, cənubda Sikoku adası arasında yerləşir. Qərbdə Kamnon boğazı ilə Yapon dənizi, cənub-qərbdə Xayasui və Bungo, şərqdə Kii və Naruto boğazları ilə Sakit okeanı çıxış əldə edir. Dəniz boğazları ilə bir necə dəniz (Harim dənizi, Bingo, Xuiti le, Suo) və körfəzləri özündə birləşdirir. Dənizin sahəsi 18,000 km², şərqdən-qərbə 445 km, eni 15–55 km təşkil edir. Dayaz dənizdir. Orta dərinliyi 30–60 m, ən dərin yeri isə 241 m təşkil edir. Avqustda 27 S, fevralda 16 S olur. Sahilləri kəskin parçalanmışdır. Dəniz daxilində ən iri ada Avadzidir.
Ermənistan–Yaponiya münasibətləri
Ermənistan—Yaponiya münasibətləri — Ermənistan və Yaponiya arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yaponiya arasında ikitərəfli münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə qurulmuşdur. Ermənistan Prezidenti Robert Köçəryan 2001-ci ilin dekabrında Yaponiyaya rəsmi səfər etmiş, burada Yaponiyanın imperatoru və baş naziri ilə görüşmüşdür. Ölkənin ən qısa zamanda Tokioda səfirlik açmağı planlaşdırdığını bildirmişdir. Yaponiyada təxminən 20 ilə 100 arasında erməni əsilli insanın yaşadığı deyilir. 1918-ci ildə Ermənistan müstəqil bir dövlət olaraq qurulur və 1920-ci ilə qədər mövcud olur. Yeni dövləti tanıyan ölkələr arasında Yaponiyada olur. Diana Abqar Ermənistanın Yaponiyadakı ilk səfiri olur. Çağdaş Ermənistan və Yaponiya arasında münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə quruldu. Bundan əvvəl münasibətlər Sovet İttifaqı vasitəsilə həyata keçirilirdi.
Estoniya–Yaponiya münasibətləri
Estoniya–Yaponiya münasibətləri (est. Eesti-Jaapani suhted; yap. 日本とエストニアの関係) — Estoniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr arasında əlaqələr Yaponiya-Baltik Əməkdaşlıq Dialoqu vasitəsilə inkişaf edir. Yaponiya 6 mart 1919-cu ildə Estoniyanın müstəqilliyini de fakto tanımışdır. Yaponiyanın da daxil olduğu Antanta Ali Şurası 26 yanvar 1921-ci ildə Estoniyanın müstəqilliyini de yure tanıdığını açıqlamışdır. Yaponiya tərəfindən 1921-ci ildə Riqaya göndərilmiş müvəqqəti işlər vəkili Estoniya üçün də nəzərdə tutulmuşdu. 1935-ci ildə Voldemar Puhk Yaponiyanın Tallin şəhərindəki ilk fəxri konsulu təyin edilmişdir. 1939-cu ildə Yaponiya hökuməti tərəfindən Tallində yaradılmış diplomatik nümayəndəlik 1940-cı ilə qədər fəaliyyət göstərmişdir. Estoniya ilə Yaponiya arasında diplomatik əlaqələr 10 oktyabr 1991-ci ildə bərpa edilmişdir.
Gürcüstan–Yaponiya münasibətləri
Gürcüstan–Yaponiya münasibətləri — Yaponiya və Gürcüstan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 3 avqust 1991-ci ildə, Gürcüstanın müstıəqilliyini elan etməsindən bir gün sonra qurulmuşdur. Yaponiya Tiflisdəki səfirliyini ancaq 2009-cu ildə açmışdır. Yaponiya Gürcüstana iqtisadi və mədəni inkişafın müxtəlif layihələrinin həyata keçirilməsində maliyyə yardımı göstərir. İki ölkə arasındakı ticarət balansı əsasən Yaponiyanın xeyrinədir. Yaponiyadan Gürcüstana əsasən avtomobil və sənaye məhsulları, Gürcüstandan Yaponiyaya isə ərzaq və kimyəvi maddələr ixrac olunur. 2011-ci ilin fevral ayında Gürcüstan Xarici İşlər Nazirinin müavini Nikoloz Vaşakidze Yaponiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Bürosunun xarici işlər üzrə baş direktoru Hiroşi Oe ilə görüşmüşdür. Görüşdə tərəflər Gürcüstan və Yaponiya arasında hərbi əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmişdilər. Yaponiya Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya olan ərazi iddialarını dəstəkləyir. 27 avqust 2008-ci ildə Yaponiyanın Xarici İşlər Naziri Masahiko Kumura, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini rəsmi olaraq tanımasından sonra Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyən rəsmi bir bəyanat vermişdir.
Havay adaları yaponları
Havay adaları yaponları (ハワイの日本人, Hawai no nihonjin) və ya nadir hallarda Kepani (ケパニ) – Havay adalarında ikinci ən böyük etnik qrup. Yaponlar ilk dəfə Havay adalarına 5 may 1806-cı il tarixində İnavaka-maru gəmisinin göyərtəsində gəlmişdirlər. İlk yapon imiqrant qrup isə 1866-cı ildə amerikalı Yucin Miller Van Ridin başçılığı altında Havay adalarına şəhər plantasiyalarında işləmək məqsədilə yerləşmişdir. 1869-1885-ci illərdə Havay adalarına immiqrasiya qadağan olunmuşdur. Qadağandan sonra 153 nəfər yapondan ibarət ilk qrup 8 fevral 1885-ci ildə Havay adalarına gəlmişdir. 1920-ci ildə onlar Havay əhalisinin 43%-ni təşkil edirdilər. 2000-ci ilin statistikasına görə isə indi bu rəqəm 16,7% təşkil edir. ABŞ qarışıq milliyətə malik insanları ayrıca saydığından, yaponmənşəli insanların əsl sayının daha çox olduğu güman olunur. Hazırda Havay adalarındakı yapon məktəbləri dövlət tərəfindən tələb olunan məcburi təhsilin ən yüksək pilləsi olan tamamlayıcı təhsili də verir. Havay Yapon Məktəbi "Rainbow Gakuen" həftəsonu tamamlayıcı yapon məktəbidir.
Katayans yapon heyvası
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar. Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər.
Konstitusiya Günü (Yaponiya)
Konstitusiya Günü— Yaponiyanın dövlət bayramı. Hər il 3 mayda - 1947-ci ildə Yaponiya Konstitusiyasının qəbul edilməsinin ildönümündə qeyd edilir. Yapon qızıl həftəsinin bir hissəsidir. Bu gündə Yaponiya Parlamentinin qapıları hər bir kəsin üzünə açıq olur. Burada Yaponiya üçün demokratik və pasifist konstitusiyanın əhəmiyyəti haqqında mühazirələr oxunur. Qəzetlərin ilk səhifələri adətən konstitusiyaya, eləcə də onun doqquzuncu maddəsinə həsr olunur. День Конституции Японии (rus.) calend.ru saytında. Constitution Memorial Day Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine (ing.) Kids Web Japan saytında.
Koreya Yaponiyanın hakimiyyəti altında
Koreya Yaponiyanın hakimiyyəti altında — 1910-1945-ci illərdə Koreyanın Yaponiya İmperiyasının müstəmləkəsi olması dövrü. Koreya bu dövrdə suverenliyə sahib olmamışdı, yarımadadakı hakimiyyət yapon general-qubernatoruna məxsus idi. Müstəmləkə dövrü yüksək iqtisadi artım templəri, müasir Koreya mədəniyyətinin yaranması, müasir Koreya sənayesinin təməllərinin formalaşması, orta ömür uzunluğunun demək olar ki, iki dəfə artması (23.5 ildən 43 ilədək) və müasir ibtidai təhsilin geniş yayılması ilə yadda qaldı. Eyni zamanda, bu dövrün ilk və son onilliklərində müstəmləkə hakimiyyəti əhali ilə bağlı sərt avtoritar siyasət yürütdü və bu müddət ərzində koreyalılara qarşı ayrı-seçkilik edildi. Yaponiyanın hakimiyyəti altında olan Koreyanın tarixini üç mərhələyə ayırılır: Birinci mərhələ (1910-1919) İkinci mərhələ (1919-1930) Üçüncü mərhələ (1930-1945) 1910-cu ildə Yaponiya marşalı Terauti Masatake Koreyanın ilk general-qubernatoru təyin edildi. O, yarımadanın modernləşdirilməsi üçün qətiyyətli siyasət yürütməyə başladı. Beləliklə, onun əmri ilə Koreyada bir neçə min məktəb açıldı, burada, xüsusən də yapon dili və yapon ədəbiyyatı öyrənildi. Terauti Koreyada torpaq islahatı həyata keçirdi: Torpaq kadastrı yaradıldı, lakin o, yazılı sənədlər əsasında tərtib edildi, Koreyada torpaq münasibətləri çox vaxt adi qanunlar ilə tənzimləndi. Koreya mənbələrinə görə, bu Koreya kəndlilərinin əhəmiyyətli bir hissəsi tərəfindən torpaq itkisinə səbəb oldu. 1939-cu ildə yapon general-qubernatoru "Adların dəyişdirilməsi haqqında qanun" verdi.
LiSA (yapon musiqiçi, 1987)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.
Mavi göl (Yaponiya)
Microsoft Yaponiya
Microsoft Yaponiya (rəsmən Microsoft Yaponia məhdud şirkəti — yap. 日本マイクロソフト株式会社 Nihon Maikurosofuto Kabushiki Kaisha) — ABŞ-nin Microsoft şirkətinin Yaponiyada olan ofisidir.
Misir–Yaponiya münasibətləri
Misir–Yaponiya münasibətləri (ərəb. العلاقات المصرية اليابانية‎; yap. 日本とエジプトの関係) — Misir ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Misir səfiri Yaponiya ilə olan münasibətləri "çox güclü dostluq" kimi təsvir etmişdir. Hər iki ölkədə qarşılıqlı səfirliklər fəaliyyət göstərir. Hər iki ölkə arasında güclü ticarət əlaqələri var. İki ölkə arasındakı münasibətlərin tarixi XIX əsrə qədər gedib çıxır. Lakin müasir münasibətlərin əsası 1922-ci ildə qoyulmuşdur. Həmin il Yaponiya Misirin müstəqilliyini tanımışdır. Bundan sonra ölkələr arasında səmimi münasibətlər davam etmişdir.
Monqolların Yaponiya yürüşləri
Monqolların Yaponiya yürüşləri (yapon元寇 Genkō) 1274 və 1281 — Xubilay xanın Yaponiyaya təşkil etdiyi yürüşləri. XIII əsrdə bir çox ölkələr kimi Yaponiya da monqol hücumuna məruz qaldı. Ölkənin adada yerləşməsi monqolların istila niyyətlərini dayandıra bilmədi. Onlar iki dəfə, 1274 və 1281-ci illərdə Yapon adalarına genişmiqyaslı yürüş cəhdi etdilər. Birinci dəfə idi adət etdikləri atlı qoşunla deyil hərbi-dəniz donanması qüvvələri ilə buna nail olmaq istəyirdilər ki, bu da onların Çin və Koreya kimi istila etdikləri ölkələrin dəniz təcrübəsinə arxalanmadan mümkün deyildi. Monqollar həmçin müsəlman dənizçilərini də bu işə cəlb etmişdilər. Bunlardan biri monqolların dənizdə çinli Sun imperiyasına qarşı üstünlüyünü təmin etmiş, Zuançjoudan olan ərəb ya da iranlı əsilli - müsəlman Pu Şouqen idi. Yaponiyaya yürüş planı barədə Xubilay xana yaxın olan italyan-venesiyalı Marko Polo da xəbərdar idi. “Siyuy” (Çindən qərbdəki ölkədən) dan olanlar, o cümlədən qeyd edilən avropalı, ərəb və iranlı, eləcə də türklər – qarluqlar, kanqllar, qıpçaqlar, uyğurlar, bir sıra tətqiqatçılar tərəfindən türklərə aid edilən – cəlairlər və naymanlar, semu(çin dilindən tərcümədə “rəngligözlülər”, çinlilərin özlərindən seçilən Mərkəzi və Qərbi Asiya və Avropa sakinlərinə verdikləri ad), Çingiz xanın nəvəsi və Çinin Yuan sülaləsinin ilk imperatoru Xubilayın ordusunun mühüm hissəsini təşkil edirdilər. Yaponiyaya yürüş məhz onun adı ilə bağlı idi.
Mumlu yapon yalançı yastıcası
Mumlu yapon yalançı yastıcası (lat. : Ceroplastes japonicus Green.)-Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Rusiyada, Abxaziyada qeydə alınmışdır. Zərərverici iqlim dəyişikliyinə qarşı olduqca dözümlüdür. Elə bu xüsusiyyətinə görə də asanlıqla yayılmasına və öz arealını yaratmasına imkan yaranır. Yastıca Abşeron yarımadasında da geniş yayılmışdır. Aparılan müşahidələrə əsasən (Novxanı, Binəqədi, Buzovna, Mərdəkan və Şüvəlan kəndləri) Abşeronun quru subtropik iqliminə çox yaxşı dözür. Bu da yastıcanın bitkilər üçün daha da qorxulu zərərverici olmasına gətirib çıxarır. Mumlu yapon yalançı yastıcası qorxulu karantin zərərvericidir.
Mədəniyyət günü (Yaponiya)
Mədəniyyət günü (yap. 文化の日 (Bunka no hi) - 1948-ci ildən etibarən hər il noyabrın 3-ü qeyd edilən Yaponiyanın milli dövlət bayramı. Mədəniyyət günü ilk dəfə bayram kimi noyabrın 3-ü 1948-ci ildə, müharibədən sonra Yaponiyada qəbul edilən konstitusiyanın (3 noyabr 1946) xatirəsinə, dünyada ölkənin mədəniyyətini tanıtmaq və yaymaq məqsədilə “azadlıq və sülh” şüarı ilə keçirilmişdir. 1868-ci ildən II Dünya Müharibəsinədək bu gün imperator Meici`nin (Mutsuhito (睦仁)) doğum günü kimi qeyd edilir və bayram Tençō-setsu (天長節) adlandırılırdı. 1912-ci ildə imperator Meicinin vəfatından sonra 1927-ci ilədək, demək olar ki, bayram öz aktuallığını itirir. Nəhayət 1927-ci ildə imperatorun doğum günü xüsusi bayrama çevrilir və Meici-setsu (明治節) adlandırılır. Meici-setsu 1948-ci ildə Mədəniyyət günü kimi qeyd olunmağa başlasa da. hakim dairələr indiki bayram günü ilə imperatorun doğum gününün əlaqəsinin olmadığını iddia edirlər. Günümüzdə bayram müxtəlif səpkidə keçirilən bədii əsərlərdən sərgilər, səhnələr, paradlarla müşayiət olunur. Demək olar ki, Yaponiyada muzeylərin əksəriyyəti üçün noyabrın 3-ü məhz “açıq qapılar günü” kimi keçir.

Значение слова в других словарях