YAPON

I
сущ. японец, японка; yaponlar японцы
II
прил. японский. Yapon xalqı японский народ, yapon dili японский язык; yapon ipəyi японский шёлк, yapon yasəməni японская сирень, yapon xurması японская хурма
YAPMALIQ
YAPONCA
OBASTAN VİKİ
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Yapon dələsi
Yapon dələsi (lat. Martes melampus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Yapon dələsinin xəzi sarı-qəhvəyidən tünd-qəhvəyi çaları arasında dəyişir. Üzərlərində ağ ləkələrə rast gəlinir. Digər dələlərdən demək olar ki, kəskin fərqlənmirlər. Quyruqları qısa və qalın yumşaq tükə malikdir. Bu canlıların uzunluqları 47–54 sm arasında dəyişir. Quyruqları isə 17–23 santımetrdir. Erkəklər dişilərə nisbətdə çəki baxımından ağır olur. Erkəklər 1,6 kq, dişilər isə 1,0 kq təşkil edir.
Yapon dənizi
Yapon dənizi (yap. 日本海 Niхоnkay; kor. 동해 Tоnhe) — Sakit okeanın yarımqapalı dənizi. Avrasiya materiki (qərbdə) ilə Saxalin, Hokkaydo və Honşu adaları (şərqdə) arasındadır. Yapon dənizini şimalda Nevelsk və Laperuz boğazları Oxot dənizi ilə, şərqdə Sanqar boğazı Sakit okeanla, cənubda Koreya boğazı Şərqi Çin dənizi ilə birləşdirir. Sahəsi 1 milyon 62 min km², orta dərinliyi 1536 m, suyunun həcmi 1 milyon 630 min km³-dir (digər məlumatlara görə 978 min km², 1750 m, 1713 min km³). İri körfəzləri: Böyük Pyotur və Şərqi Koreya körfəzləridir. Yapon dənizinə Suyfun, Samarqa, İsikari, Moqami, Tumanqan və sairə çaylar tökülür. Dib relyefi əsasən dərinliyi 3699 m-ə (bəzi məlumata görə 3669 m) çatan qapalı çökəklikdən ibarətdir. Dənizin mərkəzi hissəsində Yamato yüksəkliyi yerləşir.
Yapon eriobotriyası
Yapon eriobotriyası (lat. Eriobotrya japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin eriobotriya cinsinə aid bitki növü. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı "yapon əzgili"dir. Həmçinin, "Malta əriyi" və "yeni dünya meyvəsi" də adlandırılır. Hesab edilir ki, bu meyvənin ana vətəni Çin və Şimali Hindistandır. Amma Yaponiyada yetişdirilib. Daha sonra isə Aralıq dənizi ölkələri başda olmaqla Avropaya yayılıb. Əsasən şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Bitkinin şəhərlərdə çoxalmasının əsas səbəblərindən biri odur ki, o ətrafı çox zibilləmir.
Yapon güllücəsi
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
Yapon gərməşovu
Yapon gərməşovu (lat. Euonymus japonicus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. Yaponiyada, Qafqazda yayılmışdır. Hündürlüyü 4-8 m olan həmişəyaşıl ağac və ya koldur. Cavan budaqları dörtdilli, qabığı qonurumtul-yaşıldır. Yarpaqları dərivarıdır, üst tərəfdən parlaq, tünd-yaşıl, altdan isə nisbətən solğun rəngdədir. Qaidə hissəsi pazvarı, kənarları oyuqvarı dişlidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərinin sayı 10-40 ədəd olub, yarımçətirli çiçək qrupunda yerləşir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Yapon heyvası
Yapon xenomelesi (lat. Chaenomeles japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü. Vətəni Yaponiyadır. Çin və Avropada da becərilir. Hündürlüyü 3 m-ə qədər olan qollu-budaqlı koldur. Budaqları əlifi-yaşıl rəngdə, çılpaq, tikanları 1–1,5 sm uzunluğundadır. Yarpaqları 3–8 sm uzunluğunda olub, yumurtavari və ya uzunsov yumurtavaridir; uc hissədə itiləşmiş, əsasına doğru tədricən daralan, kənarı iti mişardişlidir. Yazda qırmızımtıl, sonralar hər iki tərəfdən çılpaq olub, üstdən parıltılı, tünd yaşıl rəngli, alt tərəfdən açıq rəngli, dekabr ayınadək ağacın üzərində qalır. Saplağı 6–12 sm uzunluqdadır. Çiçəkyanlığı tumurcuqşəkilli olub, kənarları dişlidir.
Yapon inciçiçəyi
Keysk inciçiçəyi (lat. Convallaria keiskei) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü.
Yapon kameliyası
Yapon kameliyası (lat. Camellia japonica) Yapоniyada, Çində, Kоrеyada yayılmışdır. Hündürlüyü 4 m оlan hamar gövdəyə malik həmişəyaşıl kоl və ya kiçik ağacdır. Budaqları açıq qəhvəyidir. Yarpaqları parlaq qalındır, növbəli yеrləşir, uzunluğu 8-10 sm-dir. Çiçəkləri tünd çəhrayı, yaхud ağ rənglidir, еrkən yazda əmələ gəlir. Mеyvəsi qutucuq оlub, bir, iri tохumludur. Çiçəklərinin fоrması, ölçüsü və rənginə görə bir-birindən fərqlənən çохlu sоrtu məlumdur. Tохum və qələmlə çохaldılır. Kölgəyə davamlı, tоrpağa və rütubətə tələbkardır.
Yapon kağızı
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Yapon kinkanı
Yapon kinkanı (lat. Fortunella japonica) Qədim zamanlardan Çinin cənub-şərq, Asiyanın cənub-şərq subtropik və tropik rayonlarında becərilir. Həmişəyaşıl, 2–3 m hündürlüyündə ağac, bəzən koldur. Çox sıx və yığcam çətirlidir. Zoğları və cavan budaqları basıq, üçtilli, kiçik tikanlı, yaşıl, çılpaqdır. Yarpaqları uzunsov-ellipsşəkilli, 4–6 (8) sm uzunluğunda, 15–3 sm enində, dərivarı ucdan küt, alt tərəfdən açıq yaşıl, üzəri vəzilərlə örtülmüşdür. Çiçəkləri ağ, 1–3 ədəd olmaqla yarpaqların qoltuğunda yerləşmişdir. Kasayarpağı 5, ləçəklər 4–6-dır. İyundan oktyabra qədər çiçəkləyir, meyvəsi dekabrdan maya kimi yetişir. Meyvəsi limon rəngində, yumru, 1,5–3 sm diametrində, qabığı hamar, dadı turş-şirin, ətirlidir, 3–7 dilimlidir.
Yapon kriptomeriyası
Yapon kriptomeriyası (lat. Cryptomeria japonica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin kriptomeriya cinsinə aid bitki növü. Əsasən Şərqi Asiyada, xüsusilə Çin və Yaponiyada geniş yayılmışdır. Piramidal çətirli, həmişəyaşıl ağacdır. Vətənimdə hündürlüyü 45 m-ə və gövdəsinin diametri 1–2 m-ə çatır. Gövdəsinin qabığı qırmızımtıl-qonurdur, ensiz, uzun zolaqlıdır. Yarpaqları iynəvarıdır, sərtdir, sıx yerləşmiş, bizvarıdır, oturaq hissəsi əyilmişdir, kənarlarından içəriyə doğru batıqdır, yayda sarımtıl-yaşıl, qışda tünd-yaşıl olub, budaq üzərində 7 il qalır. Erkəkcik sünbülcükləri budaqların ucunda iynəvarı yarpaqların qoltuğunda yerləşir, tozcuqları 3–5 tozcuq kisəsindən ibarətdir. Dişicik sünbülcükləri isə budaqların ucunda yerləşir. Toxumları oval formalıdır, hər toxum 2–3 ensiz qanadla əhatə olunur.
Yapon laminariyası
Yapon laminariyası (lat. Laminaria japonica) — laminariya cinsinə aid bitki növü.
Yapon mahoniyası
Yapon mahoniyası (lat. Mahonia japonica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. Çində və Yaponiyada mədəni şəraitdə geniş yayılmışdır və oradan Avropaya və Amerikaya gətirilmişdir. Çox az budaqlanan, düz budaqlı, hündürlüyü 4 m-ə qədər olan kiçik ağacdır. Qabığı boz, dərin yarıqlı, qalın mantar təbəqəlidir; birillik odunlaşmamış zoğları göyümsov örtüklüdür. Tumurcaqları enli yumurtavaridir, uzunluğu 2–5 sm-dir, dərivaridir; ensiz üçbucaqşəkilli xarici pulcuqları 1–2 il zoğlarda qalır; daxili pulcuqlar enli ovalşəkilli, küt, otvari, solğun yaşıldır. Salxımları uc tumurcaqların qoltuğunda yerləşir, 10–12 sm uzunluğunda, möhkəm, çox çiçəklidir. Çiçək saplaqları iti bucaq altında yuxarı yönəlmişdir, uzunluğu 1 sm-ə qədərdir; çiçəkləri 8 mm uzunluğunda və 6 mm diametrindədir, qırmızımtıl və yaşılımtıl kasayarpaqları sonradan sarı tac yarpaqlara keçir. Dekabrın axırından yaza qədər çiçəkləyir. Məhsuldar, tər, yumşaq torpaqlara üstünlük verir.
Yapon mandarini
Yapon mandarini (lat. Citrus unschiu) - sitrus cinsinə aid bitki növü.
Yapon mətbəxi
Yaponiya mətbəxi — Yaponiyanın milli, məşhur mətbəxi. Dadların cürbəcürlüyü ilə boldur. Təbii və ahəngdar olan bu mətbəx dünyanın ən sağlam mətbəxi sayılır. Tərkibində kalori miqdarı azdır. Yapon mətbəxi dəmir və proteinlə zəngindir, tərkibindəki xolesterin və piylərin müxtəlif növlərinin miqdarı isə aşağıdır. Çox insan razılaşır ki, yapon qidası daha çox sağlamdır və yaponların uzunömürlülüyü bunun tam sübutudur. Yaponiyada qadınlar demək olar ki, piylənmədən əziyyət çəkmir, başqa ölkələrin sakinlərinə nisbətən daha çox yaşayırlar. Az xəstələnir, eyni zamanda özlərinə sərhəd qoymadan hər şey yeyirlər. Yapon sağlamlığının və uzun ömürlülüyünün sirri – dadlı, sağlam, enerji və yüksək əhval ruhiyyə verən — mətbəxdi. Heyrətamizdi, ancaq bildiyimiz Yaponiya mətbəxinin əsasını qoyan ərzaq çatışmazlığı olmuşdur.
Yapon buxuru
Yapon buxuru (香, ko) – Yaponiyada istifadə olunan ənənəvi buxur. Meditasiya, dini mərasim, aromaterapiya və ya xoş qoxu kimi məqsədlər üçün istifadə olunur. Yapon buxuru ilə məşğul olmaq sənəti kodo adlanır. Buxur Yaponiyaya Çin vasitəsilə gəlmişdir. Yaponiyada buxur yandırılmasından bəhs edən ən qədim mənbə "Nihon Şoki" xronikasıdır. Buxur ilk dəfə 595-ci ildə İmperatriça Suiko və Şahzadə Şotokunun dövründə istifadə olunmuşdur. Şotoku buddizmin Yaponiyadakı təbliğatçısı idi və buxur buddizmdə geniş istifadə olunurdu. Onun da təsiri altında buxur qısa müddətdən sonra populyarlaşmış və evlərdə də istifadə olunmağa başlanmışdır. Xüsusilə, saray əyanları buxur yandırmağı sevirdilər. Müxtəlif istehsalçılar öz buxurlarını hazırlamağa başlamış və yapon buxurunu yaratmışdırlar.
Yapon qrupu
Yapon qrupu (yun. Ὀμάς Ἰαπώνων) — 1906–1908-ci illərdə Yunanıstan Parlamentində siyasi qrupun qeyri-rəsmi adı. Qrup 1906-cı ilin iyununda həmin ilin parlament seçkilərindən sonra yaradılmışdır. Qeyri-rəsmi adı ona jurnalist Vlasis Qavrilidis 23 fevral 1907-ci il tarixli "Akropol" qəzetindəki məqaləsində vermiş, burada onların impulsunu Rusiya–Yaponiya müharibəsi zamanı Yaponiya əsgərlərinin inadkarlığı ilə müqayisə etmişdir. Qrupun üzvləri bunlar idi: Stefanos Draqumis — Attika və Beotiya periferiyasının millət vəkili, Xarilaos Trikupisin partiyasının nümayəndəsi olmuşdur. Dimitrios Qunaris — Axeya periferiyasının müstəqil millət vəkili, əvvəlcə Georgios Teotokis partiyasının nümayəndəsi olmuşdur. Petros Protopapadakis — Kiklad adalarının millət vəkili, Teodoros Dilyannisin partiyasının nümayəndəsi olmuşdur. Xaralambos Vozikis — Kinuriya periferiyasının müstəqil millət vəkili, əvvəlcə Diliyannis və Aleksandros Zaimisin partiyalarının nümayəndəsi olmuşdur. Apostolos Aleksandris — Karditsa periferiyasının müstəqil millət vəkili, ilk dəfə 1906-cı ildə seçilmişdir. Emmanuel Repulis — Ermionida periferiyasının müstəqil millət vəkili, Diliyannisin partiyasının nümayəndəsi olmuşdur.
Yapon çınqılotu
Yapon çınqılotu (lat. Geum japonicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Yapon damotu
Yapon damotu (lat. Leonurus japonicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Yapon işi
Yapon işi (türk. Japon İşi) – 1987-ci ildə Kartal Tibetin rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Komediya janrında olan filmin baş rollarında Kamal Sunal, Fatma Girik, Sümer Tilmaç, Reha Yurdakul və Necdet Yakın çıxış edirlər. Film bir gecə klubunda ofisiant kimi işləyən Veysəldən və yapon dostu tərəfindən göndərilmiş qadın robotdan bəhs edir. Veysəl bir gecə klubunda işləyən ofisiantdır. Klubun solisti olan Başak Billursesə aşiqdir. Lakin nə qədər çalışsa da, Başak ona maraq göstərmir. Bir gün Veysəlin kömək etdiyi bir yapon müştəri ona Başaka çox bənzəyən bir robot göndərir. Veysəl "Yapon Başak" adlandırdığı robot ilə birlikdə yaşamağa başlayır. Başak həbsdə olan və cəzasının bitməsinə çox az qalan mafiya lideri Dəli Dilavərin evlənmə təklifini qəbul etməmək üçün İsveçrəyə qaçır.
Yapon stifnolobiumu
Yapon stifnolobiumu (lat. Styphnolobium japonicum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin stifnolobium cinsinə aid bitki növü.
Yapon Alpları
Yapon Alpları (日本アルプス, Nihon Arupusu) — Yaponiyada bir sıra dağ silsiləsi. Yapon Alpları Yamanaşi, Naqano, Toyama, Şizuoka və Gifu prefekturalarında yerləşir və 3 silsilədən ibarətdir: Hida dağ silsiləsi (飛騨山脈 Hida sammyaku) — Şimali Yapon Alpları Kiso dağ silsiləsi (木曽山脈 Kiso sammyaku) — Mərkəzi Yapon Alpları Akaişi dağ silsiləsi (赤石山脈 Akaishi sammyaku) — Cənubi Yapon Alpları Bu yüksək silsilələr hündürlüyü 3000 m-dən (9,843 fut) keçən bir neçə zirvəni əhatə edir ki, bu da Fuji dağından sonra ən hündürdür. Burada olan xammalı — ağac, yanacaq, gübrə, ət, minerallar və bitkilər əhali tərəfindən istifadə edilir. Adı ingilis arxeoloqu Uilyam Qould tərəfindən qoyulmuşdur. Yapon Alpları bir çox yapon zəvvarının ibadət yeridir. Yapon Alp dağları qədim zamanlardan Buddist rahibləri tərəfindən müqəddəs yer kimi istifadə edilirdi. Orta əsrlərdə Kaqa krallığının samurayları və sugendoları dağların xəritəsini yaratmağa çalışırdılar. İlk müasir geoloji hesabatlar 1890-cı ildə nəşr olunmuşdur. 1907-ci ildə Yoşitaro Şibasaki öz adamları ilə Yaponiyada ən son öyrənilməmiş zirvə hesab edilən və qalxması ən çətin olan Tsurugi dağına qalxmağı bacardılar. Dağın zirvəsində tapılan metal şuqendo çubuğu və qılıncı onları son Nara dövründən erkən Heian dövrünə qədər olduğunu təsdiqlədi.
Yapon arxipelaqı
Yapon arxipelaqı (yap. 日本列島, Rom: Nihon Rettō) Yaponiya ölkəsini təşkil edən 14.125 adadan ibarət arxipelaqdır. 3,000 kilometr (1,900 mil) dən çox uzanır, şimal-şərqdə Oxot dənizindən Şərqi Çinə və cənub-qərbdə Filippin dənizlərinə qədər Avrasiya qitəsinin Sakit okean sahilləri boyunca və şimaldan cənuba üç ada qövsündən ibarətdir: Şimal-Şərqi Yaponiya Qövsü, Cənub-Qərb Yaponiya qövsü və Ryukyu ada qövsü. Daitō adaları, İzu-Bonin-Mariana qövsü, Kuril adaları və Nanpo adaları arxipelaqları ilə qonşudur. Yaponiya Şərqi Asiyanın ən böyük ada ölkəsidir və 377,975.24 kv. metkilor (145,937.06 kv. mil) ərazisi ilə dünyanın dördüncü ən böyük ada ölkəsidir. 4,470,000 kv. metkilor (1,730,000 kv. mil)-lik ərazisi ilə eksklüziv iqtisadi zonaya malikdir.
Yapon bağı
Yapon bağı — yapon estetikası və fəlsəfi ideyaları ilə müşayiət olunan və təbii mənzərəni vurğulayan ənənəvi bağ növü. Yapon bağlarında çoxlu cəlbedici çiçəkli bitkilər olsa da, otlu çiçəklər adətən Yapon bağlarında Qərbə nisbətən daha kiçik rol oynayır. Həmişəyaşıl bitkilər Yaponiyada "bağ sümükləri" sayılır. Yapon bağçılıq ədəbiyyatında demək olar ki, min il əvvələ gedib çıxan və bəziləri dini və ya fəlsəfi çalarları olan bir neçə müxtəlif bağçılıq üslubu yaranmışdır. Yapon bağlarının özəlliyi ondan ibarətdir ki, onlar müəyyən nöqtələrdən görünə biləcək şəkildə dizayn ediliblər. Yapon ənənəsi uzun müddət, yaxşı dizayn edilmiş bağı ilkin vəziyyətinə mümkün qədər yaxın saxlamaqdan ibarətdir və bir çox məşhur bağların bir neçə əsr ərzində az dəyişdiyi görünür. == Tarixi == Yapon bağları ilk dəfə Yaponiyanın böyük mərkəzi adası olan Honşu adasında salındı. Onların estetikasına Honşu landşaftının xüsusiyyətləri təsir etmişdir: qayalı vulkanik zirvələr, dar dərələr, şəlalələr və dağ çayları, kiçik daşlardan hazırlanmış göllər və çimərliklər. Onlara həmçinin adalardakı zəngin çiçək çeşidi və müxtəlif ağac növləri, xüsusən həmişəyaşıl ağaclar və Yaponiyanın isti, rütubətli yay və qarlı qışlar da daxil olmaqla dörd fərqli fəsli təsir göstərmişdir. İlk bağlar bayramların, oyunların və açıq havada konsertlərin keçirildiyi yerlərə bənzəyirdi.
Ermənistan–Yaponiya münasibətləri
Ermənistan—Yaponiya münasibətləri — Ermənistan və Yaponiya arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yaponiya arasında ikitərəfli münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə qurulmuşdur. Ermənistan Prezidenti Robert Köçəryan 2001-ci ilin dekabrında Yaponiyaya rəsmi səfər etmiş, burada Yaponiyanın imperatoru və baş naziri ilə görüşmüşdür. Ölkənin ən qısa zamanda Tokioda səfirlik açmağı planlaşdırdığını bildirmişdir. Yaponiyada təxminən 20 ilə 100 arasında erməni əsilli insanın yaşadığı deyilir. == Tarix == 1918-ci ildə Ermənistan müstəqil bir dövlət olaraq qurulur və 1920-ci ilə qədər mövcud olur. Yeni dövləti tanıyan ölkələr arasında Yaponiyada olur. Diana Abqar Ermənistanın Yaponiyadakı ilk səfiri olur. Çağdaş Ermənistan və Yaponiya arasında münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə quruldu. Bundan əvvəl münasibətlər Sovet İttifaqı vasitəsilə həyata keçirilirdi.
Estoniya–Yaponiya münasibətləri
Estoniya–Yaponiya münasibətləri (est. Eesti-Jaapani suhted; yap. 日本とエストニアの関係) — Estoniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr arasında əlaqələr Yaponiya-Baltik Əməkdaşlıq Dialoqu vasitəsilə inkişaf edir. == Tarixi == Yaponiya 6 mart 1919-cu ildə Estoniyanın müstəqilliyini de fakto tanımışdır. Yaponiyanın da daxil olduğu Antanta Ali Şurası 26 yanvar 1921-ci ildə Estoniyanın müstəqilliyini de yure tanıdığını açıqlamışdır. Yaponiya tərəfindən 1921-ci ildə Riqaya göndərilmiş müvəqqəti işlər vəkili Estoniya üçün də nəzərdə tutulmuşdu. 1935-ci ildə Voldemar Puhk Yaponiyanın Tallin şəhərindəki ilk fəxri konsulu təyin edilmişdir. 1939-cu ildə Yaponiya hökuməti tərəfindən Tallində yaradılmış diplomatik nümayəndəlik 1940-cı ilə qədər fəaliyyət göstərmişdir. === 1991-ci ildən sonra === Estoniya ilə Yaponiya arasında diplomatik əlaqələr 10 oktyabr 1991-ci ildə bərpa edilmişdir.
Gürcüstan–Yaponiya münasibətləri
Gürcüstan–Yaponiya münasibətləri — Yaponiya və Gürcüstan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 3 avqust 1991-ci ildə, Gürcüstanın müstıəqilliyini elan etməsindən bir gün sonra qurulmuşdur. Yaponiya Tiflisdəki səfirliyini ancaq 2009-cu ildə açmışdır. == İqtisadi əlaqələr və maliyyə yardımları == Yaponiya Gürcüstana iqtisadi və mədəni inkişafın müxtəlif layihələrinin həyata keçirilməsində maliyyə yardımı göstərir. İki ölkə arasındakı ticarət balansı əsasən Yaponiyanın xeyrinədir. Yaponiyadan Gürcüstana əsasən avtomobil və sənaye məhsulları, Gürcüstandan Yaponiyaya isə ərzaq və kimyəvi maddələr ixrac olunur. == Hərbi əməkdaşlıq == 2011-ci ilin fevral ayında Gürcüstan Xarici İşlər Nazirinin müavini Nikoloz Vaşakidze Yaponiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Bürosunun xarici işlər üzrə baş direktoru Hiroşi Oe ilə görüşmüşdür. Görüşdə tərəflər Gürcüstan və Yaponiya arasında hərbi əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmişdilər. == Yaponiyanın Cənubi Osetiya və Abxaziya brəsindəki rəsmi bəyanatları == Yaponiya Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya olan ərazi iddialarını dəstəkləyir. 27 avqust 2008-ci ildə Yaponiyanın Xarici İşlər Naziri Masahiko Kumura, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini rəsmi olaraq tanımasından sonra Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyən rəsmi bir bəyanat vermişdir.
Havay adaları yaponları
Havay adaları yaponları (ハワイの日本人, Hawai no nihonjin) və ya nadir hallarda Kepani (ケパニ) – Havay adalarında ikinci ən böyük etnik qrup. Yaponlar ilk dəfə Havay adalarına 5 may 1806-cı il tarixində İnavaka-maru gəmisinin göyərtəsində gəlmişdirlər. İlk yapon imiqrant qrup isə 1866-cı ildə amerikalı Yucin Miller Van Ridin başçılığı altında Havay adalarına şəhər plantasiyalarında işləmək məqsədilə yerləşmişdir. 1869-1885-ci illərdə Havay adalarına immiqrasiya qadağan olunmuşdur. Qadağandan sonra 153 nəfər yapondan ibarət ilk qrup 8 fevral 1885-ci ildə Havay adalarına gəlmişdir. 1920-ci ildə onlar Havay əhalisinin 43%-ni təşkil edirdilər. 2000-ci ilin statistikasına görə isə indi bu rəqəm 16,7% təşkil edir. ABŞ qarışıq milliyətə malik insanları ayrıca saydığından, yaponmənşəli insanların əsl sayının daha çox olduğu güman olunur. Hazırda Havay adalarındakı yapon məktəbləri dövlət tərəfindən tələb olunan məcburi təhsilin ən yüksək pilləsi olan tamamlayıcı təhsili də verir. Havay Yapon Məktəbi "Rainbow Gakuen" həftəsonu tamamlayıcı yapon məktəbidir.
Katayans yapon heyvası
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar. Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər.
Konstitusiya Günü (Yaponiya)
Konstitusiya Günü— Yaponiyanın dövlət bayramı. Hər il 3 mayda - 1947-ci ildə Yaponiya Konstitusiyasının qəbul edilməsinin ildönümündə qeyd edilir. Yapon qızıl həftəsinin bir hissəsidir. Bu gündə Yaponiya Parlamentinin qapıları hər bir kəsin üzünə açıq olur. Burada Yaponiya üçün demokratik və pasifist konstitusiyanın əhəmiyyəti haqqında mühazirələr oxunur. Qəzetlərin ilk səhifələri adətən konstitusiyaya, eləcə də onun doqquzuncu maddəsinə həsr olunur. == İstinadlar == == Xarici keçidlər == День Конституции Японии (rus.) calend.ru saytında. Constitution Memorial Day Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine (ing.) Kids Web Japan saytında.
Koreya Yaponiyanın hakimiyyəti altında
Koreya Yaponiyanın hakimiyyəti altında — 1910-1945-ci illərdə Koreyanın Yaponiya İmperiyasının müstəmləkəsi olması dövrü. Koreya bu dövrdə suverenliyə sahib olmamışdı, yarımadadakı hakimiyyət yapon general-qubernatoruna məxsus idi. Müstəmləkə dövrü yüksək iqtisadi artım templəri, müasir Koreya mədəniyyətinin yaranması, müasir Koreya sənayesinin təməllərinin formalaşması, orta ömür uzunluğunun demək olar ki, iki dəfə artması (23.5 ildən 43 ilədək) və müasir ibtidai təhsilin geniş yayılması ilə yadda qaldı. Eyni zamanda, bu dövrün ilk və son onilliklərində müstəmləkə hakimiyyəti əhali ilə bağlı sərt avtoritar siyasət yürütdü və bu müddət ərzində koreyalılara qarşı ayrı-seçkilik edildi. Yaponiyanın hakimiyyəti altında olan Koreyanın tarixini üç mərhələyə ayırılır: Birinci mərhələ (1910-1919) İkinci mərhələ (1919-1930) Üçüncü mərhələ (1930-1945) 1910-cu ildə Yaponiya marşalı Terauti Masatake Koreyanın ilk general-qubernatoru təyin edildi. O, yarımadanın modernləşdirilməsi üçün qətiyyətli siyasət yürütməyə başladı. Beləliklə, onun əmri ilə Koreyada bir neçə min məktəb açıldı, burada, xüsusən də yapon dili və yapon ədəbiyyatı öyrənildi. Terauti Koreyada torpaq islahatı həyata keçirdi: Torpaq kadastrı yaradıldı, lakin o, yazılı sənədlər əsasında tərtib edildi, Koreyada torpaq münasibətləri çox vaxt adi qanunlar ilə tənzimləndi. Koreya mənbələrinə görə, bu Koreya kəndlilərinin əhəmiyyətli bir hissəsi tərəfindən torpaq itkisinə səbəb oldu. 1939-cu ildə yapon general-qubernatoru "Adların dəyişdirilməsi haqqında qanun" verdi.
LiSA (yapon musiqiçi, 1987)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.
Mavi göl (Yaponiya)
Microsoft Yaponiya
Microsoft Yaponiya (rəsmən Microsoft Yaponia məhdud şirkəti — yap. 日本マイクロソフト株式会社 Nihon Maikurosofuto Kabushiki Kaisha) — ABŞ-nin Microsoft şirkətinin Yaponiyada olan ofisidir.
Misir–Yaponiya münasibətləri
Misir–Yaponiya münasibətləri (ərəb. العلاقات المصرية اليابانية‎; yap. 日本とエジプトの関係) — Misir ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Misir səfiri Yaponiya ilə olan münasibətləri "çox güclü dostluq" kimi təsvir etmişdir. Hər iki ölkədə qarşılıqlı səfirliklər fəaliyyət göstərir. Hər iki ölkə arasında güclü ticarət əlaqələri var. İki ölkə arasındakı münasibətlərin tarixi XIX əsrə qədər gedib çıxır. Lakin müasir münasibətlərin əsası 1922-ci ildə qoyulmuşdur. Həmin il Yaponiya Misirin müstəqilliyini tanımışdır. Bundan sonra ölkələr arasında səmimi münasibətlər davam etmişdir.
Monqolların Yaponiya yürüşləri
Monqolların Yaponiya yürüşləri (yapon元寇 Genkō) 1274 və 1281 — Xubilay xanın Yaponiyaya təşkil etdiyi yürüşləri. XIII əsrdə bir çox ölkələr kimi Yaponiya da monqol hücumuna məruz qaldı. Ölkənin adada yerləşməsi monqolların istila niyyətlərini dayandıra bilmədi. Onlar iki dəfə, 1274 və 1281-ci illərdə Yapon adalarına genişmiqyaslı yürüş cəhdi etdilər. Birinci dəfə idi adət etdikləri atlı qoşunla deyil hərbi-dəniz donanması qüvvələri ilə buna nail olmaq istəyirdilər ki, bu da onların Çin və Koreya kimi istila etdikləri ölkələrin dəniz təcrübəsinə arxalanmadan mümkün deyildi. Monqollar həmçin müsəlman dənizçilərini də bu işə cəlb etmişdilər. Bunlardan biri monqolların dənizdə çinli Sun imperiyasına qarşı üstünlüyünü təmin etmiş, Zuançjoudan olan ərəb ya da iranlı əsilli - müsəlman Pu Şouqen idi. Yaponiyaya yürüş planı barədə Xubilay xana yaxın olan italyan-venesiyalı Marko Polo da xəbərdar idi. “Siyuy” (Çindən qərbdəki ölkədən) dan olanlar, o cümlədən qeyd edilən avropalı, ərəb və iranlı, eləcə də türklər – qarluqlar, kanqllar, qıpçaqlar, uyğurlar, bir sıra tətqiqatçılar tərəfindən türklərə aid edilən – cəlairlər və naymanlar, semu(çin dilindən tərcümədə “rəngligözlülər”, çinlilərin özlərindən seçilən Mərkəzi və Qərbi Asiya və Avropa sakinlərinə verdikləri ad), Çingiz xanın nəvəsi və Çinin Yuan sülaləsinin ilk imperatoru Xubilayın ordusunun mühüm hissəsini təşkil edirdilər. Yaponiyaya yürüş məhz onun adı ilə bağlı idi.
Mumlu yapon yalançı yastıcası
Mumlu yapon yalançı yastıcası (lat. : Ceroplastes japonicus Green.)-Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Rusiyada, Abxaziyada qeydə alınmışdır. Zərərverici iqlim dəyişikliyinə qarşı olduqca dözümlüdür. Elə bu xüsusiyyətinə görə də asanlıqla yayılmasına və öz arealını yaratmasına imkan yaranır. Yastıca Abşeron yarımadasında da geniş yayılmışdır. Aparılan müşahidələrə əsasən (Novxanı, Binəqədi, Buzovna, Mərdəkan və Şüvəlan kəndləri) Abşeronun quru subtropik iqliminə çox yaxşı dözür. Bu da yastıcanın bitkilər üçün daha da qorxulu zərərverici olmasına gətirib çıxarır. Mumlu yapon yalançı yastıcası qorxulu karantin zərərvericidir.
Mədəniyyət günü (Yaponiya)
Mədəniyyət günü (yap. 文化の日 (Bunka no hi) - 1948-ci ildən etibarən hər il noyabrın 3-ü qeyd edilən Yaponiyanın milli dövlət bayramı. Mədəniyyət günü ilk dəfə bayram kimi noyabrın 3-ü 1948-ci ildə, müharibədən sonra Yaponiyada qəbul edilən konstitusiyanın (3 noyabr 1946) xatirəsinə, dünyada ölkənin mədəniyyətini tanıtmaq və yaymaq məqsədilə “azadlıq və sülh” şüarı ilə keçirilmişdir. 1868-ci ildən II Dünya Müharibəsinədək bu gün imperator Meici`nin (Mutsuhito (睦仁)) doğum günü kimi qeyd edilir və bayram Tençō-setsu (天長節) adlandırılırdı. 1912-ci ildə imperator Meicinin vəfatından sonra 1927-ci ilədək, demək olar ki, bayram öz aktuallığını itirir. Nəhayət 1927-ci ildə imperatorun doğum günü xüsusi bayrama çevrilir və Meici-setsu (明治節) adlandırılır. Meici-setsu 1948-ci ildə Mədəniyyət günü kimi qeyd olunmağa başlasa da. hakim dairələr indiki bayram günü ilə imperatorun doğum gününün əlaqəsinin olmadığını iddia edirlər. Günümüzdə bayram müxtəlif səpkidə keçirilən bədii əsərlərdən sərgilər, səhnələr, paradlarla müşayiət olunur. Demək olar ki, Yaponiyada muzeylərin əksəriyyəti üçün noyabrın 3-ü məhz “açıq qapılar günü” kimi keçir.
Mərkəzi Asiya üstəgəl Yaponiya
Mərkəzi Asiya üstəgəl Yaponiya dialoqu – Yaponiya ilə Mərkəzi Asiyada yerləşən dövlətlər (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) arasında yeni əməkdaşlıqlar yaratmaq məqsədilə irəli sürülən siyasi təşəbbüs. Məqsəd Yaponiya ilə Mərkəzi Asiya arasında əlaqələri yeni səviyyəyə qaldırmaqdır. Neytrallığını qoruyan Türkmənistan sadəcə müşahidəçi qismindədir. Yaponiya Qazaxıstan Qırğızıstan Tacikistan Özbəkistan Türkmənistan Dialoq 28 avqust 2004-cü ildə Qazaxıstanın Astana şəhərində Yaponiya və Mərkəzi Asiya ölkələrinin nazirlərinin görüşündə elan olunmuşdur. Buraxılan birgə bəyannamədə tərəflərin 4 istiqamətdəki baxışları əks olunmuşdur: fundamental prinsiplər və dəyərlər, əlaqələrin genişləndirilməsi, regionlararası əməkdaşlıq və beynəlxalq arenada əməkdaşlıq. Bəyannaməyə əsasən dialoqun əsas hədəfləri bunlardır: Mərkəzi Asiyada sülh, stabillik və demokratiyanı gücləndirmək. Regionun iqtisadi fondlarını, islahatları və sosial inkişafı gücləndirmək. Regionlar arası əməkdaşlığı gücləndirmək. Mərkəzi Asiya ilə qonşu regionlar arasında yaxşı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi. Digər regional məsələlərə hörmətlə yanaşan Yaponiya-Mərkəzi Asiya əməkdaşlığı.
Niderland Ost-Hindin yapon işğalı
Yaponiya İmperiyası İkinci Dünya müharibəsi zamanı 1942-ci ilin martından 1945-ci ilin sentyabrın sonuna qədər davam edən indiki İndoneziya olan Niderland Ost-Hindini işğal etdi. Bu dövr İndoneziya tarixində ən böyük böhranlardan biri idi. Niderland Ost-Hindi 1819-cu ildən Hollandiya koloniyası olmuşdur, lakin Hollandiyanın özü 1940-cı ildə Almaniya tərəfindən işğal edilmişdi və bu səbəbdən Yapon İmperator Ordusuna qarşı öz koloniyasını müdafiə etmək imkanları az idi və üç aydan az Borneoda ilk hücumlardan sonra Yapon donanması və ordusu holland və müttəfiq qüvvələrini ələ keçirdi. Başlanğıcda indoneziyalıların əksəriyyəti Hollandiya müstəmləkə ustalarından yaponları xilaskar kimi qarşıladı. İndoneziyalılar Yapon müharibəsi səyləri üçün daha çox çətinliyə düçar olması gözlənildiyini anladılar. 1944–1945-ci illərdə Müttəfiq birliklər əsasən İndoneziyanın Yava və Sumatra kimi ən sıx hissələrinə irəliləyə bilmirdilər. Beləliklə, İndoneziyanın əksər ərazisi hələ 1945-ci ilin avqustunda təslim olduğunda Yapon işğalı altında idi. Xüsusilə Yava və daha az dərəcədə Sumatrada yapon təhsilli bir çox gənc indoneziyalıları öyrədib, silahlandırıb və millətçi liderlərinə siyasi dəstək verdi. Beləliklə, Hollandiya müstəmləkə rejimi məhv edilməsi və İndoneziya millətçiliyinin asanlaşdırılması ilə yapon işğalı Sakit okean bölgəsində Yaponiyanın təslim olunduğu günlər ərzində İndoneziya müstəqilliyinin elan edilməsi üçün şərait yaratdı, lakin Hollandiyalılar Ost-Hindi (indiki İndoneziya) geri almağa çalışdılar və beş il davam edən diplomatik, hərbi və ictimai mübarizənin nəticəsi olaraq, Hollandiyada 1949-cu ilin dekabrında İndoneziya suverenliyini tanıdılar. İşğal İndoneziyada Hollandiya üçün ilk ciddi problem idi və Hollandiya müstəmləkə hakimiyyətini sona çatdırdı və sonunda, dəyişikliklər son dərəcə çox və qeyri-adi idi ki, sonrakı mərhələ İndoneziya Milli İnqilabı mümkün olmayan bir şəkildə yalnız üç il içərisində Hollandiyadan fərqli olaraq yaponlar indoneziyalıların kənd səviyyəsinə qədər siyasiləşdirilməsinə kömək etdi.
Nikka Yuko yapon bağı
Nikka Yuko yapon bağı (日加友好日本庭園, Nikka Yuko Nihon Teyen) – Kanadanın Alberta əyalətinin Letbric şəhərində, Henderson gölünün kənarında yerləşən yapon bağı. Bağ 1971-ci ildə Vinsent Messi mükafatına layiq görülmüşdür. Bağ 1967-ci ildə Letbricdə yaşayan yapon icmasının töhfələrini və Kanada–Yaponiya dostluğunu qeyd etmək münasibətilə yaradılmışdır. Bağın adı "ni" (yapon dilində "nihon" "Yaponiya" deməkdir), "ka" ("Kanada" sözünün qısaltması) və "yuko" (yapon dilində "dostluq" deməkdir) sözlərinin birləşməsindən yaranmışdır. Albertada yapon bağı ideyasının təşəbbüskarları kanadalı buddist keşişi Yutetsu Kavamura, onun həyat yoldaşı Yoneko və "Lethbridge Herald" qəzetinin naşiri Kleo Movers olmuşdur. Şəhərin turizm təşkilatının meneceri Kurt Steyner ideyanı eşitdikdən sonra onu təbliğ etmək qərarına gəlmişdir. Bağın dizayneri Osaka Universitetinin memarı Tadaşi Kubo olmuşdur. Onun universitetdən həmkarı Masami Suqimoto da bağın tikintisində iştirak etmişdir. Bağ həm Yaponiya, həm də Kanada mədəniyyətinin xüsusiyyətlərini daşıyır. Cənubi Alberta təbiətinin mənzərəsini nümayiş etdirməklə yanaşı yapon fəlsəfəsinin elementlərini özündə birləşdirir.
Norveç–Yaponiya münasibətləri
Norveç–Yaponiya münasibətləri — Norveç ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. 2016-cı ilin məlumatına görə Yaponiyada 424 Norveç vətəndaşı, Norveçdə isə 1123 Yaponiya vətəndaşı yaşayır. 2014-cü ildə Yaponiyadan Norveçi ziyarət edən turistlərin sayı 61.924 nəfər olmuşdur. Norveçlə Yaponiya arasında ikitərəfli əlaqələr 1905-ci ilin noyabrında qurulub. Norveçlə Yaponiya arasında iqtisadi əlaqələrdə dəniz məhsulları, gəmiçilik və neft sənayesi ön plandadır. Ölkələr arasında tədqiqat və texnologiya arasında əməkdaşlıq müqavilələri də imzalanıb. 1999-cu ildən (2006-cı il istisna olmaqla) Norveç-Yaponiya ticarət münasibətlərində Yaponiya idxalında artım müşahidə olunur. Yaponiyanın Norveçə ixrac etdiyi əsas məhsullar motorlu nəqliyyat vasitələri (2016-cı ildə 43 %), dəmir və polad məhsulları (təxminən 14%) təşkil edir. Norveçin Yaponiyaya ixrac etdiyi məhdullar arasında isə balıq məhsulları (2016-cı ildə 44%), neft məhsulları (təxminən 20%) və qeyri-dəmir metalları (təxminən 8%) var. 2005-ci ildə Norveç-Yaponiya münasibətlərinin 100 illiyi münasibətilə hər iki ölkədə bəzi mədəni tədbirlər keçirilmişdir.
Nyu-York yaponları
Nyu-York yaponları (ニューヨークにおける日本人) – ABŞ-nin Nyu-York şəhərindən olan yapon əsilli şəxslər. Bu qrupa həm yapon immiqrantlar, həm də Nyu-York şəhərində doğulmuş yapon əsilli şəxslər daxildir. Nyu-York şəhərinə ilk yapon mühacirlər XIX əsrin sonuncu rübündə gəliblər. Onlar əsasən kişilərdən və orta sinifdən olan işçilərdən ibarət idilər. 1876-cı ildə altı yapon biznesmen ticarətlə məşğul olmaq üçün Nyu-York şəhərinə gəlmişdir. Növbəti 20 il ərzində şəhərə yapon iş adamları gəlməyə davam etmiş və bəziləri şəhərin daimi sakini olmuşdurlar. Buna baxmayaraq, yaponların Nyu-Yorka miqrasiyası ABŞ və Yaponiya hökumətləri tərəfindən məhdudlaşdırılmış şəkildə davam etmişdir. 1890–91-ci illərdə Nyu-York şəhərində 600 yapon yaşayırdı. Onların yarısından çoxu Bruklində yaşayır və Bruklin donanma verfində işləyirdi. 1890-cı illərin ortasından etibarən şəhərdə yaponların sayı artmağa başlamışdır.
Nəhəng yapon salamandrası
Nəhəng yapon salamandrası (lat. Andrias japonicus) — Andrias cinsinə, Suda-quruda yaşayan quyruqlular fəsiləsinə aid olan növ. Ölçülərinə görə dünyanın ikinci ən böyük salamandralarıdır. Rekord isə 1,8 m uzunluqlu Nəhəng çin salamandrasıdır İlk dəfə 1820-ci ildə alman realist janrında əsərlər yazan Filip Frans fon Zimbold tərəfindən qeydə alınmışdır. Bu zaman o, Yaponiyanın Naqasaki prefekturasına daxil olan Deşima adasında yaşayırdı. O, ovlanmış salamandranı Hiderlandın Leyden şəhərinə göndərmişdir. Yaponlar onların ətindən yararlanır və onu dilekates hesab edirlər Bu növ salamandralar Yaponiya adalarının endemik canlısıdır. Onlar əsasən Honşu adasının qərbi, Şikoku bütün ərazisində və Kyuşuda yayılmışlar. Nəhəng yapon salamandrası xariçi görünüş baxımından Nəhəng çin salamandrasına (lat. Andrias davidianus) bənzəsədə yalnız başında olan ziillərinə görə fərqlənir.
Qazaxıstan–Yaponiya münasibətləri
Qazaxıstan–Yaponiya münasibətləri (yap. 日本とカザフスタンの関係; rus. Казахстанско-японские отношения) — Qazaxıstan ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr Mərkəzi Asiya üstəgəl Yaponiya formatında daha da güclənir. İkinci dünya müharibəsindən sonra SSRİ tərəfindən bir çox yapon müharibə əsiri Qazaxıstana gətirilərək Paxta-Aral, Karlaq, Almatı kimi düşərgələrdə işlədilmişdir. Karağandı vilayətində yerləşən Karlaq düşərgəsində 15 min yapon müharibə əsiri saxlanılmışdır. Paxta-Aral düşərgəsinə ilk yapon müharibə əsirləri 1944-cü ildə gətirilmişdir və 1947-ci ildə 2225 yapon müharibə əsiri buradan Almatı düşərgəsinə köçürülmüşdür. Paxta-Aral düşərgəsində 57 yapon müharibə əsiri ölmüşdür. Qazaxıstandakı müharibə əsirləri arasında ən məşhuru 1948-ci ildə bura gətirilmiş və ömrünün sonuna qədər Qazaxıstanda yaşamış Ahiko Tetsuro olmuşdur. Qazaxıstandakı yapon müharibə əsirlərinin çoxu 1950-ci illərdə Yaponiyaya qayıda bilmişdir.
Qırğızıstan–Yaponiya münasibətləri
Qırğızıstan–Yaponiya münasibətləri (yap. 日本とキルギスの関係; rus. Киргизско-японские отношения) — Qırğızıstan ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr Mərkəzi Asiya üstəgəl Yaponiya formatında daha da güclənir. Qırğızıstan ilə Yaponiya arasında diplomatik əlaqələr 26 yanvar 1992-ci ildə qurulub. Yaponiyanın Qırğızıstandakı səfirliyi 27 yanvar 2003-cü ildə Bişkek şəhərində açılıb. Qırğızıstanın Yaponiyadakı səfirliyi isə 22 aprel 2004-cü ildə Tokio şəhərində açılıb. 2015-ci ildə Yaponiya baş naziri Şinzo Abe Qırğızıstanda səfərdə olmuşdur. Qırğızıstan baş nazirləri Tursunbek Çınqışev 1992-ci ildə, Apas Cumaqulov 1994 və 1996-cı illərdə, Amanqeldı Muraliyev 2000-ci ildə, Qurmanbek Bakıyev 2001-ci ildə Yaponiyada olmuşdur. Qırğızıstan prezidentlərindən Askar Akayev 1993, 1998 və 2004-cü illərdə, Qurmanbek Bakıyev 2007-ci ildə, Almazbek Atambayev 2013-cü ildə, Sooronbay Jeenbekov isə 2019-cu ildə Yaponiyaya səfər etmişdir.
Qızıl məbəd (Yaponiya)
Kinkaku məbədi – Kiotoda yerləşən qədim məbədlərdən biri. Hərfi tərcümədə Qızıl pavilyon məbədi deməkdir. Tikilinin üzəri təmiz qızıldan örtülüb. 1394-cü ildə Yaponiyanın III imperatoru Sequn Yoşimitsu taxt-tacdan əl çəkdikdən sonra ömrünü sakit bir guşədə başa vurmağı qərara almış və Kinkaku məbədinin tikintisinə başlamışdır. Yoşimitsunun vəfatından sonra imperator Kinkaki bu məbədin tikintisini başa çatdırmışdır. Məbədin hər mərtəbəsinin öz adı vardır və özünəməxsus bəzədilmişdir. Binanın ikinci və üçüncü mərtəbələri, üzərinə yapon lakı çəkilmiş nazik qızıl təbəqə ilə örtülmüşdür. Kinkaku məbədi Yaponiyanın nadir incilərindən biridir. 1397-ci ildə inşa edilib. Bir neçə dəfə bina tamam yandırılıb.
Rusiyada yaponşünaslıq
Rusiyada yaponşünaslığın (rus. Японоведение в России) tarixi XVII əsrə qədər gedib çıxır. Rusiyada Yaponiyaya maraq ilk dəfə XVII əsrdə yaranmışdır. Həmin dövrdə Sibir ərazisi və Sakit okean sahilləri Rusiya imperiyasının ərazisinə çevrilmiş və Şərqi Asiya ölkələri ilə əlaqələr qurulmağa başlanmışdır. XVIII əsrdə Kamçatka sahillərində qəzaya uğrayan yapon dənizçilər Yaponiya haqqında əsas informasiya mənbəyi idilər. Onlar 1736-cı ildə Sankt-Peterburqda açılan, 1754-cü ildə İrkutska köçürülən yapon məktəbində dil təlimçiləri kimi işləmişdirlər. XIX əsrdə Rusiyaya Yaponiyaya olan maraq böyüməyə davam etmişdir. Yaponiyaya səyahət edən dənizçi Vasili Qolovnin və romançı İvan Qonçarov Yaponiya haqqında kitablar yazmışdır. 1855-ci ildə Rusiya–Yaponiya münasibətlərinin qurulmasından sonra Rusiya Xarici Ofisində yaponşünaslara tələb yaranmışdır. 1870-ci ildə Sankt-Peterburq Universitetinin Şərq dilləri fakültəsində yapon dili tədris olunmağa başlanmışdır.

Значение слова в других словарях