Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
WiFi
Wi-Fi (ing. Wireless Fidelity — "simsiz dəqiqlik") və ya Vayfay — Wi-Fi Allianceın ticarət markası. IEEE 802.11 standartları əsasında simsiz şəbəkə yaratmaq üçündür. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. "IEEE 802.11" standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş notbuk, netbuk, cib kompüteri, smartfonlar, veb-kamera sahibləri "Wi-Fi" birləşmədən istifadə edə bilərlər.Kompyuterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. IEEE 802.11 standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş notbuk, cib kompüteri, veb kamera sahibləri Wi-Fi birləşmədən istifadə edə bilərlər.
Half-Life
Half-Life (fiziki termin: yarımçevrilmə dövrü) — Valve tərəfindən yaradılan və elmi-fantastik janrda olan, dünyanın ən məşhur oyunlarından biridir. Oyun elmi-fantastik janrda özünəməxsus yer tutmuş və tənqidçilər tərəfindən ən yüksək rəylər almışdır. Half-Life seriyasından ilk oyundur. 2001-ci ildə Gearbox Software studiyası oyunu Sony PlayStation 2-yə portlaşdırır. Bir müddətdən sonra Half-Life həmçinin Sega Dreamcast platformasına da çıxır.Half-Life — süjeti tamamilə oyun məkanında inkişaf edən ilk oyundur (video çarxlardan istifadə etməyərək). Oyun nəşrçiləri süjetin və ümumiyyətlə oyun dünyasının novator stilini yüksək qiymətləndirmişlər. Oyunun başqa güclü tərəfi, düşmənin süni intellekti (AI) göstərilir. Half-Life müttəfiqlərin yarandığı ilk oyundur. Bir çox nəşriyyatçılar xüsusilə qeyd edirlər ki, Half-Life atıcı janrında inqilab etmiş və onun inkişafında yeni mərhələnin təməlini qoymuşdur.Oyun dövri mətbuatdan çoxlu sayda müsbət rəylər almışdır. 50-dən çox oyun nəşrçiləri Half-Life-ı "İlin oyunu" adına layiq görmüş PC Gamer isə üç dəfə "bütün zamanlar ərzində yaradılan ən mükəmməl oyun" elan etmişdir.Uğur dalğasında bir neçə əlavələr buraxılıb: Half-Life: Opposing Force (OpFor), Half-Life: Blue Shift (BS) və PS2-versiyası üçün eksklüziv addon — Half-Life: Decay.
Life (jurnal)
Life — üç amerikan jurnalının adıdır: 1883–1936-cı illərdə yumoristik və ümumi mövzuları olan jurnal.Taym jurnalının yaradıcısı Henri Luis bu jurnalı sonradan pulla almışdır. 1936-cı ildən 1972-ci ilə qədər həftəlik xəbər jurnalı. Los Angeles Times, The Miami Herald və The Washington Post qəzetlərinə əlavə kimi 2004-cü ildən 2007-ci ilə qədər mövcud olmuş həftəlik jurnal. == Tarixi == "Life" 1883-cü ildə Con Mitçell tərəfindən yaradılmışdır. 53 il əyləncəli,illustrasiyalı bir jurnalı kimi nəşr edilmişdir. Life jurnalının ilk nəşri zamanı devizi belə olmuşdur: "Həyat var — ümid var". Bu jurnalda çox tanınmış yazıçılar,redaktorlar və karikaturaçılar çalışmışdır. 1918-ci ildə Mitçellin ölümündən sonra Çarlz Qibson jurnalı 1 mln.$ almışdır. Həmin dövrdə dünya artıq dəyişmişdi. Bu dövr artıq "şən" 90-cı ilər deyildi.
Perfect Life
Perfect Life (azərb. Əla həyat‎) — Almaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Levina "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı Lindsi Rey, Lindi Robbins və Deyv Basselt tərəfindən bəstələnmişdir.
Encyclopedia of Life
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Fly-by-wire
Uzaqdan idarəetmə sistemi və ya Fly-by-wire əl ilə idarə edilən uçuş idarəetmələrini elektron interfeyslə əvəzləyən inkişaf etmiş bir uçuşu idarəetmə sistemidir. Bu sistemdə, təyyarə pilotdan asılı olmayaraq sadə bir kompüter tərəfindən idarə olunan süni intellektə sahibdir. Bu missiya kompüteri sürət, hündürlük, hava, təyyarənin texniki məlumatları, çəki və rəqəmsal mühitdə bir çox vacib məlumatları (data) birləşdirərək təyyarəyə ən təhlükəsiz uçuşu təmin edir. Bu texnologiya, yeni nəsil təyyarələr adlanan və uçuşa nəzarət səthlərinin hərəkətinin side-stick adlanan qol ilə təmin olunduğu təyyarələrdə mövcuddur. == İşləmə sistemi == Fly By Wire sistemində 2 və ya daha çox kompüter var (Airbus a320 seriyasında 5 kompüter var, F22 Raptorda isə hər biri 180 mb olan 7 kompüter var). Konsoldakı joystick bir məlumat daxiletmə vasitəsidir. Belə ki; Joysticki yuxarı çəksək, yuxarı əmrini kompüterlərə veririk. Joystickdəki həssas sensorlar qolu sıxma nisbətinə görə rəqəmsal məlumatları sistemə göndərir. Sistem bir növ sinir sisteminə bənzəyən bir məlumat xəttinə (data line) malikdir. Pilot qolu yüzdə 25 nisbətində sıxdıqda; təyyarə təkbaşına bu əmri həyata keçirmir.
Half-Life: Decay
Half-Life: Decay (azərb. Parçalanma‎) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir. Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır. Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı.
Half-Life (seriya)
Half-Life (azərb. yarımçevrilmə dövrü‎) — Valve korporasiyası tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın rəsmi simvolu yunan hərfi - λ lyambdadır. Seriya oyunlarının əksəriyyətinin süjeti fizik Qordon Frimanın macərası əsasındadır. Ssenari cərəyan etdikcə oyunçu anlayır ki, yalnız doktor Friman Planeti gəlmələrin əsarətindən xilas etməyə qadirdir. Seriya xüsusi düşünülmüş dizaynı, xüsusi oyun prosesi və qeyri-adi tarixçə forması ilə fərqlənir. Qəhrəman təkbaşına ətrafda baş verən hadisələrə varmalı, faktları açmalı və özü oyun dünyasında nələrin baş verdiyini anlamalıdır. Seriyanın bir çox oyunu dövrünün ən yaxşı oyunu seçilmiş və bütün zamanlar ərzində yaradılmış ən mükəmməl videooyunlar sırasına daxil olmuşdur. == Nəzər == Seriya oyunlarının çoxusunun süjeti oyunçuya doktor Qordon Frimanı qəhrəman obrazı kimi təqdim edir. Friman insanlar ilə inkişaf etmiş yüksək texnologiyalı və Yeri ələ keçirmək istəyən gəlmələr arasında böyük müharibəyə cəlb olunmuş olur.
Half-Life 2
Half-Life 2 (stilləşdirilmiş yazım — HλLF-LIFE 2, qısaldılmış HL2) — Valve tərəfindən 2004-cü ildə yaradılan, özləri və Sierra Entertainment tərəfindən nəşr edilən elmi-fantastik birinci şəxs atıcı janrında olan oyundur. Half-Life oyununun sikvelidir. Seriyanın ilk oyunu olan Half-Life kimi, bu oyun da atıcılıq, tapmacalar və hekayə kimi xüsusiyyətləri özündə birləşdirir və nəqliyyat vasitələri və fizika əsaslı oynanış kimi xüsusiyyətləri əlavə edir. Oyunçular, qravitasiya silahı kimi silahlardan istifadə edərək, Aliks Vans ilə birlikdə "Kombayn" adlı yadplanetli ordusuna qarşı mübarizə aparan Qordon Frimanı idarə edərək oynayırlar. Oyun geniş tanınmış və bir çox mükafat və 45-dən çox "İlin Oyunu 2004" adlarını qazanmışdır. 2012-ci ildə Half-Life 2, on ilin ən yaxşı oyunu olaraq Spike VGA 10 (Spike Video Game Awards) mükafatına layiq görülmüşdür. İnkişaf altı il davam etdi, bu müddət ərzində oyunun mənbə kodu hətta oğurlanaraq internetdə yerləşdirilib. Oyun geliştiricilərin əsas texnoloji nailiyyətləri, oyunçuların təəccüblü bir xarakter animasiyası, rəqiblərin inkişaf etmiş süni intellekti, real fizika və kölgə salma təmin edən Source oyun mühərriki hesab edilə bilər. Havok Physics fizika mühərrikinin dəyişdirilmiş bir versiyasının istifadəsi ilə xarici aləmlə oyunçuların görünməmiş bir səviyyədə qarşılıqlı əlaqəsi əldə edildi. Bu günə qədər Steam servisi vasitəsi ilə satışlar da daxil olmaqla oyunun 12 milyondan çox nüsxəsi satılıb.
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One və Xbox 360 platformaları üçün nəşr edilən interaktiv macəra oyunudur. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun əsas mövzusu 18 yaşlı tələbə-fotoqraf Maks Kolfildin (ing. Max Caulfield) zamanda səyahət edə bilməsini kəşf etməsindən və aldığı hər bir qərarın Kəpənək effekti yaratmasından təşkil olunmuşdur. Yaşadığı şəhərə (Arkediya Bey) yaxınlaşan böyük fırtınanı öngörən Maks, şəhərin yox olmasının qarşısını almaq üçün məsuliyyəti üzərinə götürür. Oyunçunun oyun boyunca aldığı qərarlar oyunun gedişatına təsir edir və müəyyən vaxt müddətində alınan qərarların yenidən dəyişdirilməsi üçün oyunçuya zamanı geriyə almaq haqqı verilir. Life is Strange-in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır.
Metropolitan Life Tower
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. == Müasir dövrdə == 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
The Daily Wire
The Daily Wire — ABŞ mühafizəkar xəbər və mülahizə saytı. Sayt 2015-ci ildə ABŞ siyasi şərhçisi Ben Şapiro tərəfindən təsis edilmişdir. O, hal-hazırda saytın baş redaktoru, Maykl Noulz idarəedici redaktoru, Ceremi Boreynq isə baş əməliyyat direktorudur. Saytn baş qərargahı ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsinin ərazisinə daxil olan San-Fernando vadisinin Şerman-Ouks rayonunda yerləşir.
World Wide Web
Ümumdünya hörümçək toru və ya Ümumdünya Şəbəkəsi (ing. World Wide Web, qısaca: WWW və ya veb) — internet üzərindən məlumat mübadiləsini təmin edən informasiya sistemi. Bu, İT mütəxəssisləri və həvəskarlarından başqa istifadəçilərə də müraciət etməsi üçün nəzərdə tutulmuşdur. Ümumdünya hörümçək toru sənədlərə və digər veb-resurslara "Hypertext Transfer Protocol" (HTTP) xüsusi qaydalarına uyğun olaraq internet üzərindən daxil olmaq imkanı verir.Sənədlər və endirilə bilən media veb-serverlər vasitəsilə şəbəkəyə təqdim edilir və onları veb-brauzerlər kimi proqramlar vasitəsilə əldə etmək mümkündür. Ümumdünya internetdəki serverlər və resurslar vahid resurs lokatorları (URL) adlanan simvol sətirləri vasitəsilə müəyyən edilir və yerləşdirilir. Orijinal və hələ də çox yayılmış sənəd növü "Hypertext Markup Language" (HTML) ilə formatlanmış veb-səhifədir. Bu işarələmə dili sadə mətni, şəkilləri, quraşdırılmış video və audio məzmunu, mürəkkəb istifadəçi qarşılıqlı əlaqəsini həyata keçirən skriptləri (qısa proqramları) dəstəkləyir. HTML dili həmçinin digər veb resurslarına dərhal çıxışı təmin edən hiperlinkləri (yerləşdirilmiş URL-lər) dəstəkləyir. Veb naviqasiyası və ya veb-sörfinq bir çox veb-saytlarda bu cür hiperlinkləri izləmək üçün istifadə olunan ümumi təcrübədir. Veb proqramlar proqram təminatı kimi fəaliyyət göstərən veb-səhifələrdir.
Lust for Life
Lust for Life — amerikalı müğənni Lana Del Reyin 21 iyul 2017-ci ildə Polydor və Interscope Records tərəfindən buraxılan beçinci studiya albomu. Albomun prodüserliyini Rick Nowels, Kieron Menzies, Emile Haynie, Boi-1da, Max Martin, Benny Blanco və Metro Boomin etmişdir. Bəzi treklərdə The Weeknd, ASAP Rocky, Stivi Niks, Şon Lennon və Playboi Carti qonaq ifaçı kimi yer alıb.
American Life (Madonna albom)
American Life Madonnanın doqquzuncu studiya albomu. 22 aprel 2003 ildə Maverick Records tərəfindən nəşr olundu və Warner Bros Records tərəfindən dağıdıldı.
Color of Your Life
Color of Your Life (azərb. Həyatının rəngi‎) — Polşanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Mixal Şpak "Color of Your Life" mahnısı ilə Polşanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 8-ci yeri tutmuşdur. Mahnının musiqisi Endi Palmer, sözləri isə Kamil Varenə aiddir.
Half-Life: Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Half-Life: Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir.2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. == Oyun prosesi == Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur. İtirilən zireh faizləri Qara Mezanın çox yerində rast gəlinən həm xüsusi HECU cihazları, həm də batareyalar vasitəsilə bərpa etmək olar.
Half-Life (oyun seriyası)
Half-Life (azərb. yarımçevrilmə dövrü‎) — Valve korporasiyası tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın rəsmi simvolu yunan hərfi - λ lyambdadır. Seriya oyunlarının əksəriyyətinin süjeti fizik Qordon Frimanın macərası əsasındadır. Ssenari cərəyan etdikcə oyunçu anlayır ki, yalnız doktor Friman Planeti gəlmələrin əsarətindən xilas etməyə qadirdir. Seriya xüsusi düşünülmüş dizaynı, xüsusi oyun prosesi və qeyri-adi tarixçə forması ilə fərqlənir. Qəhrəman təkbaşına ətrafda baş verən hadisələrə varmalı, faktları açmalı və özü oyun dünyasında nələrin baş verdiyini anlamalıdır. Seriyanın bir çox oyunu dövrünün ən yaxşı oyunu seçilmiş və bütün zamanlar ərzində yaradılmış ən mükəmməl videooyunlar sırasına daxil olmuşdur. == Nəzər == Seriya oyunlarının çoxusunun süjeti oyunçuya doktor Qordon Frimanı qəhrəman obrazı kimi təqdim edir. Friman insanlar ilə inkişaf etmiş yüksək texnologiyalı və Yeri ələ keçirmək istəyən gəlmələr arasında böyük müharibəyə cəlb olunmuş olur.
Half-Life 2: Deathmatch
Half-Life 2: Deathmatch — Valve tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan multipleyerli videooyun. Deathmatch 30 noyabr 2004-cü ildə buraxılıb. "Half-Life 2" oyununun multipleyer versiyasıdır. Oyun rəqəmsal distributer olan Steam sistemi vasitəsilə yayımlanır və bir neçə kolleksiya qutularına daxildir. Deathmatch həmçinin The Orange Box yığımında da var. Müəyyən dövrlərdə xüsusi promo-aksiyalar keçirilirdi ki, bunun sayəsində ATI, sonradan isə nVidia istifadəçiləri oyunu pulsuz əldə edirdilər. == Geympley == === Deathmatch === Deathmatch rejimi Quake, Doom və ya Unreal Tournament daxil olmaqla bu tip müxtəlif oyunlara xas özündə çoxlu xüsusiyyətlər birləşdirir. Bu xüsusiyyətlər arasında ən əsaslarına daxildir: ani respawn, silahda konkret nöqtəlik, fəzada sürətlə hərəkət və xüsusi ləvazimatlar (sprint, fənər və bu kimi başqa alətlər). Deathmatch-da hədəf sadədir: oyunçu digər oyunçuları öldürməli və bununla da maksimum xal qazanmalıdır. Bu zaman oyunçu özü-özünü təsadüfən öldürdükdə xal itirir.
It's My Life
It's My Life (Azərbaycanca: Bu mənim həyatımdır) — Rumıniyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Life Is a Dream
Həyat bir xəyaldır Pedro Calderon de la Barca'nın 1635 - ci ildə çıxan və Barokun ədəbi hərəkatına aid bir teatr əsəridir. Əsas mövzu, insanın fərz edilən bir taleylə aparılmadan həyatını konfiqurasiya etmək azadlığıdır. Bir yuxu kimi həyat anlayışı çox qədimdir, Hindu düşüncəsində, Fars mistisizmində, Buddist əxlaqında, Judeo-Xristian ənənəsində və Yunan fəlsəfəsində istinadlar var. Bu səbəbdən hətta ədəbi bir mövzu olaraq qəbul edilmişdir.
Life Thru a Lens
Life Thru a Lens, İngilis müğənni Robbi Vilyamsın Take That'dən ayrıldıqdan sonra çıxardığı ilk albomdur. Öz tərzini tapmaq onun üçün ağrı verici bir süreçti. Londra'dakı Maison Rouge studiyalarında albom qeydinə başladığı il, qısa müddət sonra Guy Chambers'la tanış oldu. Albom İngiltərə'də 8x Platin'le sertifikalandı.
No Game No Life
No Game No Life (ノーゲーム・ノーライフ, Nōgēmu Nōraifu, azərb. Oyun yox, həyat yox‎) və ya qısaca NGNL — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 avqust 2016-ci ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. 15 iyul 2017-ci ildə "No Game No Life Zero" adlı film adaptasiyası buraxılmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Seriya "Boşluq" (空白, Ku:haku, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir.
This Is My Life
This Is My Life - İslandiya təmsilçisinın 2008 Avroviziya Mahnı Müsabiqəsindəki ifa etdiyi mahnı.
Ayfe
Ayfe (qəd. irl. Aífe) və ya Aoyfe (irl. Aoife) — kelt mifologiyasında personaj, Kuxulin tərəfindən məğlub edilən qadın döyüşçü. == Təsviri == Ayfe Kuxulini döyüş sənətində öyrədən Skataxın rəqibi idi. Hər şeyi öyrəndikdən sonra ona oğul doğmuş Ayfeyə qalib gəlmişdir. Bundan sonra onun göstərişlərinə əməl edərək ona Konla adını vermiş, atasının üzüyünü təqdim etmiş və atasının adını açıqlamasını qadağan edərək onu Kuxulini axtarmağa göndərmişdir. Ardınca Konlanın öz oğlu olduğundan xəbərsiz olan Kuxulin təkbətəkə döyüşdə onu öldürmüş, sonradan taxdığı üzük ilə onu tanımışdır.
Cift
Cift (lat. Placenta) — süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş; 15-20 sm, qalınlığı mərkəzi hissəsində 3 sm və vəzni 500 q olan bir üzvdür. Cift dölə baxan və uşaqlıq divarına bitişik iki səthə malikdir. Dölə baxan səthi basıq və hamardır özüdə su qişası ilə örtülmüşdür. Bunun ortasından göbək ciyəsi — lat. funiculus umbilicalis başlanır. Ciftin uşaqlıq divarına bitişik səthi qabarıqdır və dərin şırımlar vasitəsilə bir çox paycıqlara (lat. cotyledones) bölünmüşdür.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Diff
Diff - İki fayl arasında fərqi tapıb, ekrana vermək üçün utilitdir. İlk versiyası 70-ci illərdə Unix əməliyyat sistemində yazılmışdır.
Gifu
Gifu (岐阜市, Gifu-shi) — Gifu prefekturasının inzibati mərkəzidir. Bir şəhər olmaqdan əvvəl, o, keçmiş Atsumi mahalının bir hissəsi idi. Lakin başlanğıcda regionda əsas şəhər sayılırdı. == Tarixi == Şəhərin bütün tarixi Yaponiya mərkəzində yerləşmə yerinin nəticəsidir. Edo dövründə Gifu və qonşu şəhərlər Naqoya limanının yaxınlığında yerləşdiyi üçün çiçəklənməyə başlayırlar. Son zamanlarda, şəhər iqtisadiyyatının ixtisaslaşmada moda sənayesinə dəstək idi, amma indi şəhər sənayesinin inkişafı üçün yollar axtarır. === II Dünya müharibəsi === Müharibə zamanı yaxınlığında yerləşən aviasiya mərkəzi və iri sənaye mərkəzi şəhər ilə birlikdə Kakamigahara bombalanmışdır. Şəhərin əhəmiyyətli hissəsi Kano, qonşu şəhərləri ilə birləşməsi vasitəsilə əldə edilmişdir. Gifunun bu coğrafiya səbəbiylə, şəhər mərkəzində göydələnlər zonası ilə birgə, ətraflarda xurma bağları və Çiyələk sahələri çoxalmışdır. == İqtisadiyyat == Tarixən Gifu'da tekstil inkişaf etmişdir, lakin son illərdə şəhər iqtisadiyyatına sektorun əhəmiyyəti azalmışdır.
Kafe
Kafe (fr. Café) — ictimai yeməkxana və istirahət yeridir. Kiçik restorana oxşayan, ancaq məhsullarının çeşidi az olan bu yemkxana oraya gələn insan kontiqentinə görə gənclik, uşaq və s. bölünür. Bundan əlavə yemək çeşidinə görə dondurma kafesi, şirniyyat kafesi də olur. Kafelər ayrı-ayrı binalarda, əsasən restoranlardan fərqli olaraq binalara yaxın tiklilərdə yerləşirlər. Bəzən zolların kənarında da yerləşir. İqlimdən asılı olaraq dənizkənarı, çaykənarı kafelər fəaliyyət göstərir. Yay vaxtı kafelər yerləşən binaların kənarında açıq səma altında da kafelər işləyirlər. SSRİ dağıldıqdan sonra bu ad getdikcə az işlədilməyə başlamışdır.
Kofe
Qəhvə (ərəb. قهوة‎‎‎ – "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir. == Tarixi == İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır.
Lifa
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. == Hekayə == Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
Lift
Lift (ing. lift — qaldırmaq) — ya da asansor şaquli yerdəyişmələr üçün istifadə olunan nəqliyyat vasitəsi. == Etimologiya == Lift sözü fransızca "ascenseur" sözündən götürülmüşdür. Ascenseur mexaniki yüksəliş cihazı deməkdir. Bu sözü ilk işlədən şəxsin 1867-ci ildə Léon Edoux olduğu bildirilir.. 19-cu əsrdə bəzi mədən və fabriklərdə kömür və lazımi materialların daşınması üçün yük liftlərindən istifadə olunurdu. İnsanların təhlükəsizliyinə təhlükə yaratmayan ilk liftlər 19-cu əsrin ortalarında tikilmişdir. Bu dövrə qədər şəhərlərdəki binalar insanların pilləkənlərlə qalxa biləcəyi hündürlükdə, ən çoxu beş-altı mərtəbədə tikilirdi. Bu təhlükəsiz liftlər buxarla işləyirdi. Bu liftlərdə buxar mühərriki tambur fırlanırdı və liftin kabinəsini çəkən kəndir, makaralı balıqçı çubuqlarında olduğu kimi bu barabana sarılırdı.
Line
Line (azərb. Xətt‎) — Latviyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Triana Park "Line" mahnısı ilə Latviyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Triana Park qrupunun vokalisti Aqnese Rakovska, Kristaps Erqlis və Kristians Rakovskis tərəfindən bəstələnmişdir.
MiFi
MiFi mobil Wi-Fi hotspot kimi çalışan simsiz marşrutizatordur. Novatel Wireless şirkəti tərəfindən təqdim edilən bu cihaz mobil telefon xəttinə qoşularaq 5-ə qədər qurğunu internet ilə təchiz edə bilir. MiFi ətrafında 10 metrə qədər məsafədə yerləşən və Wi-Fi ilə təchiz olunmuş istənilən cihaz (kompüter, notebook, planşet, mobil telefon və s.) bu marşrutizator vasitəsilə internetə qoşula bilər. == Tarixi == MiFi qurğusu ilk dəfə 2009-cu ildə ABŞ-də Novatel Wireless şirkəti tərəfindən təqdim edilmişdir. Hazırda dünyanın bir çox mobil operatorları öz istifadəçilərinə MiFi cihazını və müvafiq xidməti təklif edirlər. Müxtəlif modifikasiyalarda satışda olan bu qurğular istifadədə çox rahatdırlar. == Xüsusiyyətləri == Daxili akkumulyatorla təchiz edilmiş MiFi qurğuları 4 saata qədər aktiv iş rejimində çalışırlar. Qurğunun 5.7Mb/s-ə qədər ötürmə və 7.2Mb/s-ə qədər yükləmə sürəti var. MiFi qurğusunun həmçinin mikro-SD slotu vardır, ki 16 GB-a qədər yaddaş kartı qoşula bilər. Bu da müxtəlif sənədlərin (musiqi, video, şəkil və s.) yaddaşda saxlanmasına imkan verir.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida HüseynovaAida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas)Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor.DigərAida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Binə
Binə (dağ) — Şərur rayonu ərazisində dağ. Binə (Xəzər) — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (Xocavənd) — Bakının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. == Civənin tarixi == İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). == Civə təhlükəlidir == .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Cizə
Cizə, ə l - C i z ə (الجيزة) – Misirdə şəhər. Qahirənin cənub-qərbində şəhərətrafı. Cizə mühafazasının inzibati mərkəzi. Əhalisi 3,6 mln. (2012); Əhalisinin sayına görə Qahirə və İsgəndəriyyə şəhərlərindən sonra ölkənin üçüncü şəhəri. Nil çayının sol sahilində port. Nəqliyyat qovşağı; Metro xətti ilə Qahirəyə bağlanır. Turizm mərkəzidir. == Tarixi == Cizə yaxınlığında fironların IV sülaləsinin nümayəndələri Xeops (Xufu), Xefren (Xafra) və Mikerinin (Menkaurun) e.ə. 3-cü minilliyin 1-ci yarısında tikilmiş və ellinizm dövrü ədəbiyyatında Dünyanın yeddi möcüzəsi sırasına daxil edilmiş əzəmətli Memfis nekropolu qalmışdır.