Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xaldlar
Xaldlar (yun. Χάλδοι) —Tunc dövründə Qara dənizin cənub-şərqi sahillərində (indiki Türkiyə ərazisi) məskunlaşmış xalq. Eyni dövrdə dil baxımından onlara yaxın olan hattlar da onların yanında yaşayırdılar. Mesopotamiyada yaşamış xaldeylər ilə qohumluq məsələsi açıq qalır. Xaldların tarixi ilə bağlı əsas mənbələr Homer, Strabon və Ksenofonun əsərləridir. Qədim yunan müəllifləri dəmir döymə sənətinə ilk yiyələnmiş xalqlar sırasında qərbdə qonşuları olan xaliblər ilə yanaşı xaldların, mossiniklərin və tibarenlərin adını çəkmişdilər. Strabonun qeyd etdiyi kimi, "[...] xaldlar qədimdə xaliblər adlanırdılar". A. Saqonun fikrinə görə, xaldlar ölkəsi Arazın şimalında və əvvəllər Urartuya tabe olan torpaqlarda, xüsusən də Zivin çayı vadisi ərazisində, Qars ilə Tuşpa arasındakı yolda yerləşmiş ola bilərdi. Roma imperiyası dövründə xaldlar Pont vilayətinin bir hissəsi olan Pont Kappadokiyasında yaşayan xaliblərin bilavasitə qonşusu kimi xatırlanırdı. XX əsrin birinci yarısına aid elmi ədəbiyyatda xaldların urartuların ali tanrısı Xaldinin adını daşıyan tayfaların qalıqları olması ehtimalı dəfələrlə qeyd olunmuşdur, lakin sonradan bu fərziyyənin kökündən yanlış olduğu qəbul edilmişdir.
Gülzar
Gülzar (Kirman)
Gülzar (Kirman)
Gülzar (Deh Taziyan, Qəriyət əl Ərəb) — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,131 nəfər və 1,164 ailədən ibarət idi.
Gülzar (Mərənd)
Gülzar (fars. گل زار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (38 ailə).
Gülzar (Təbriz)
Gülzar (fars. گلزار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (18 ailə).
Gülzar Abdullayeva
Abdullayeva Gülzar Rza qızı (1914, Şahsevən[d], Qaryagin qəzası – 1 may 1993, Şahsevən[d], Beyləqan rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). 1947-ci ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Azərbaycan SSR Ali Sovetinin (IV–V çağırış) deputatı olmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.39.
Gülzar Mustafayeva
Gülzar Əliheydər qızı Mustafayeva (1958) — AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya elmlər doktoru. == Həyatı == Gülzar Əliheydər qızı Mustafayeva 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Yaminov Heydər Əliyansar oğlu AZNeft mədənləri idarəsində quyuların yeraltı təmiri ustası olmuşdur. Anası Yaminova Ədilə Əliyansar qızı evdar qadın olmuşdur. Gülzar Əliheydər qızı Mustafayeva 1976-cı ildə Bakı şəhəri 204 saylı orta məktəbi bitirmişdir. 1982–ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1982-ci ildən AMEA Zoologiya İnstitutunun “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin elmi əsasları“ laboratoriyasının laborantı və dissertantı olmuşdur. 1990-ci ildə “Şərqi Azərbaycanın afelinidləri (Hymenoptera, Aphelinidae) və onların faunası, ekologiyası, təsərrüfat əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (Bakı) . 2017-ci ildə “Azərbaycanda kənd təsərrüfatı , park-dekorativ bitkilərinə zərər verən bərabərqanadlılar (Homoptera: Coccoidea, Aleurodidea, Aphidoidea), onların parazit və yırtıcıları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == G. Ə. Mustafayeva 1982 - 1985-ci illərdə “Faydalı həşaratların introduksiyası və və akklimatizasiyası “ laboratoriyasında laborant, kiçik elmi işçi, 1990 - 2018-ci illərdə isə “Faydalı cücülərin introduksiyası və bioloji mübarizınin elmi əsasları“ laboratoriyasında böyük elmi işçi vəzifəsində calışmışdır.
Gülzar Qurbanova
Gülzar Qurbanova (24 iyul 1970) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Gülzar Qurbanova 24 iyul 1970-ci ildə anadan olmuşdur. Moskvada kinematoqrafiya institutunu bitirib. Azərbaycanlı aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır. Ssenarist Mailə Muradxanlının gəlinidir. == Fəaliyyəti == Yuğ Dövlət Teatrının aktrisasıdır. Kinoda 20-dən çox obraz yaradıb. == Ad və mükafat == "Yarımçıq xatirələr" filminə görə "Ən yaxşı qadın rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015-ci il) Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar Artisti (2011) 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Filmoqrafiya == Qəm pəncərəsi (film, 1986)(tammetrajlı bədii film)(rol:Xudayarın qızı) İmtahan (film, 1987)(tammetrajlı bədii film)(rol: Qumru) Ölsəm...
Gülzar Rzayeva
Rzayeva Gülzar Lətif qızı (13 yanvar 1950, Yevlax) — Ali məhkəmənin hakimi. == Həyatı == Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1973). 1973-1977-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında vəkil, 1977-1981-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, 1981-1985-ci illərdə Əzizbəyov rayonunun xalq hakimi, 1985-1987-ci illərdə Əzizbəyov rayon xalq məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, milli məsələlər üzrə Ali Məhkəmə kollegiyasının sədri işləmişdir. 2000-ci ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədr müavini olub, 2005-ci ildən 2010-cu ilə qədər Səbail rayon məhkəməsinin sədri vəzifəsində çalışıb. Hal-hazırda Ali Məhkəmənin hakimidir.
Gülzar İbrahimova
İbahimova Gülzar Hidayət qızı (21 dekabr 1958, Aldərə, Meğri rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005). AYB Prezident təqaüdçüsü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, H. Zərdabi mükafatçısı. == Həyatı və yaradıcılığı == Gülzar İbrahimova 1958-ci il 21 dekabrda Zəngəzur mahalının Mehri rayonu Əldərə kəndində müəllim ailəsində anadan olub. 1959-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. (1965–1975) Oktyabr (Yasamal) rayonundakı 13 saylı orta məktəbdə oxuyub. 1977-ci ildə AzXTİ — nin (indiki İqtisadiyyat Universiteti) sənayenin planlaşdırılması fakültəsinin axşam şöbəsinə daxil olub və 1982-ci ildə bitirib. Ailəlidir. 1978-ci ildən 18 il Bakı 1 saylı tikiş fabrikində çalışıb. Həmin fabrikdə əvvəl hesablayıcı-texnik, sonra iqtisadcı-mühəndis, iqtisadcı-hüquqşünas vəzifələrində işləyib. Daha sonra komsomol komitəsinin raykom hüquqlu katibi işləyərək 10000-dən çox gəncə rəhbərlik etmişdir.
Gülzar İmaməliyeva
Gülzar İmaməliyeva (d. 5 dekabr 1907, Qroznı-ö.1997) – həkim-infeksionist, Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim, tibb elmləri doktoru, professor. == Həyatı == İmaməliyeva Gülzar Manaf qızı 5 dekabr 1907-ci ildə Çeçenistanın Qroznı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə tibb elmləri doktoru, 1967-ci ildə isə professor adını qazanmışdır. Gülzar İmaməliyeva 1997-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Gülzar İmaməliyeva Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim olaraq bilinir. O. 1973-cü ildən Azərbaycan Dövlət Tibb İnstutunun infeksion xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı, əsasən, brusellyoz xəstəliyinin və endemik qayıdan yatalağın müalicəsi və profilaktikasına həsr olunmuşdur. Alim 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Məhəmmədrza Gülzar
Məhəmmədrza Gülzar (21 mart 1977, Tehran) — İranlı gitaraçı və kinoaktyor.Tehranda doğulmuş azərbaycanlı aktyordur.
Rakhi Gülzar
Rakhi Gülzar (15 avqust 1947, Ranaqxat[d]) 15 avqust 1947-ci ildə Hindistanda anadan olub. Əsasən hind dilində olan filmlərdə rol alıb. Təxminən 50 il ərzində 100-ə yaxın filmdə oynayıb. “Ən yaxşı qadın rolu”na görə Hindistanın “Filmfare Awards” milli mükafatının laureatı olub. 16 dəfə “Filmfare” mükafatına namizəd olub və bu onu aktrisalar arasında ən çox mükafata layiq görülən qadın aktrisa kimi tanıdıb. Rakhi “Utancaq”(1971), “Məhəbbət həyatdır” (1976), “Keçmşin kölgəsində” (1977), “Anlayışsızlıq” (1978), “Kölgəli xoşbəxtlik” (1981), “Qan qohumluğu” (1983), “Sevginin gücü” (1984) “Əriyən buludlar” (1985) filmlərində Şaşi Kapurla çəkilib. Onun digər tərəf-müqabili Amitabh Baççan olub. Birlikdə “Məhəbbət həyatdır” (1976), “Taleyin allahı” (1978), “Andlar və vədlər” (1978), “Qisas” (1979), “Qara daş” (1979), “Bir yağışlı gecə” (1981) «Təkrarolunmaz” (1982) filmlərinə çəkiliblər. Rakhi həmçinin “Ram və Lakhan” (1989), “Ölümlə oyun” (1993), “Zalım” (1993), “Karan və Arcun” (1995) və “Sərhəd” (1997) filmlərində də iştirak etmişdir.
Xaldar (Piranşəhr)
Xaldar (fars. خالدار‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (55 ailə).
Gülzar İbrahimova (professor)
Gülzar İbrahimova (tam adı:İbrahimova Gülzar İsaxan qızıAzərbaycan Respublikası) — Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor == Həyatı == 1982-ci ildə Kürdəmir şəhər 1 nömrəli orta məktəbi əla qiymətlərlə, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1980-1986-cı illərdə müxtəlif olimpiadalarda (Odessa, Almaata) orta məktəb şagirdləri (fizika, riyaziyyat) və universitet tələbələrin arasında uğur qazanmış, 1982-1987-ci illərdə Tələbə Elmi Cəmiyyətinin sədri və fakültə elmi şurasının üzvü olmuşdur. 2003-cü ildə “Ag-Ga-S (Se, Te) sistemlərində faza tarazlıqları, gümüşün xalkoqallatlarının və xalkotallatlarının termodinamik xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən Qadın Problemləri üzrə Dövlət Komitəsi (indiki AQUPDK) ilə əməkdaşlıq edir və qadın məsələləri üzrə elmi araşdırmalar aparmışdır. 2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisə seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsindən namizəd kimi iştirak etmişdir. 2011 -ci ildə 23.00.02. - «Siyasi institutlar, etnosiyasi konfliktologiya, millii və siyasi proseslər» ixtisası üzrə «XIX-XX əsrlərdə Azərbaycanda qadın syasəti» doktorluq dissertasiyası BDU-nun Beynəlxalq münasibətlər fakültəsində yaradılmış birdəfəlik Şurada müdaiə edilmişdir.İlk dəfə olaraq Heydər Əliyevin qadın məsələlərinə münasibətini və Mehriban Əliyevanın coxşaxəli əməlı fəaliyyətini elmi tədqiqata cəlb etmişdir. Müəllif aparılan tədqiqatın nəticələrinə aid “Heydər Əliyev və Azərbaycan Qadını” adlı 17 ç.v. həcmində (Bakı:Adiloğlu, 2007) və “Azərbaycan Qadını:Tarix və Gerçəklik” adlı 31,25 ç.v. həcmində (Bakı: Elm, 2009) 2 monoqrafyanın, “Beynəlxalq münasibətlərin proqnozlaşdırılması” adlı dərsliyin (İstanbul: İksad, 2019), 1 kitabın redaktoru və 1 kitabın tərtibcisi olmaqla yanaşı beynəlxalq münasibətlərə və siyasətə aid 18 tədris-metodik işlərin, fənn proqramlarının və 170-dən çox elmi məqalə və tezisin müəllifidir.
Xuməzar
Xuməzar-İranın Fars ostanının Məməsəni şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,643 nəfər və 1,283 ailədən ibarət idi.
Xullar
Xullar (lat. Gobiidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinə aid heyvan fəsiləsi. Bunların əsas xüsusiyyəti qarın üzgəclərinin yaxınlaşması və hətta sorucu disk əmələ gətirərək qovuşmasıdır. Bu suyun güclü hərəkəti zamanı balığa bir yerdə durmağa imkan verir.Birinci bel üzgəci adətən kiçik olur,şaxələnməyən şüalardan ibarətdir. Xırda balıqlardır.İri növlərin maksimal ölçüsü 300-350,kiçik növlərin ölçüsü isə 50 mm-ə çatır. Dünya okeanında aşkar edilmiş 1800 növ xulkimilər 200 cinsə aiddir. Xəzər dənizində indiyə qədər qeydə alınmış 36 növ və yarımnövdən 28-i endemik hesab edilir. Sistematik baxımdan onlar dünya okeanının az öyrənilmiş balıqları sayılır. Bu səbəbdən hər il yeni növlər aşkar edilir, ya da əksinə, əvvəllər təsvir edilmiş formalar birləşdirilir. Bu hər şeydən əvvəl həmin fəsilənin sistematikasında istifadə edilən zahiri əlamətlərin böyük dəyişkənliyi və ayırd edilməsinin çətinliyi ilə bağlıdır.
Xuzdar
Xuzdar — Pakistanın Bəlucistan əyalətində şəhər. Şəhər Pakistanın ən böyük 45-ci şəhəridir. 1952-ci ilin oktyabr ayından 1955-ci ilədək Bəlucistan Ştatının paytaxtı, 1955-ci ildə isə Bəlucistanın inzibati mərkəzi olub. Brahui dilinin ən çox yayıldığı şəhərdir.
Kütburun xullar
Kütburun xulları (lat. Proterorhinus) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cins nümayəndələrinin xarakterik xüsusiyyətləri yuxarı dodaq üzərində asılı uzun anten şəklində olan bığcıqdır. == Növləri == Mərmər xul (Proterorhinus marmoratus) — Qara dənizin duzlu sularında yaşayır. Proterorhinus nasalis — Xəzər dənizinin cənubunda yayılmışdır. Proterorhinus semilunaris — Qara dənizin qərb hissəsinə tökülən çaylarda yaşayır. Proterorhinus semipellucidus. Xəzər dənizinin hövzəsinə aid şirin sularda yayılmışdır. Proterorhinus tataricus — Krımın Çornaya çayında yayılmışdır. == İstinadlar == == Xarici keçidlər == Stepien C. A., Tumeo M. A. (2006) Invasion genetics of Ponto-Caspian gobies in the Great Lakes: a "cryptic" species, absence of founder effects, and comparative risk analysis.
Qamçılı xullar
Qamçılı xullar (lat. Mesogobius) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar əsasən Qara dəniz və Xəzər dənizlərində yayılmışdır. == Növləri == Cinsə aşağıdakı növlər daxildir: Mesogobius batrachocephalus (Pallas, 1814) Mesogobius nigronotatus (Kessler, 1877) (?
Xuzdar rayonu
Xuzdar rayonu — Pakistanın Bəlucistan əyalətində rayon. İnzibati-mərkəzi Xuzdar şəhəridir. Əsası 1974-cü ildə qoyulub.
Xulda qapıları
Xulda qapıları — (İbranicə: שערי חולדה, Sha'arei Hulda) Hasmona dövründə Qüds Məbədi kompleksinə aparan Yerusəlimin Köhnə Şəhərinin Qapılarından biri idi və Mişnada belə adlandırılmışdır. Bu termin hazırda Qüdsün Köhnə Şəhərində yerləşən, xeyli genişləndirilmiş Herodian Məbədi dağının bir hissəsi kimi tikilmiş Xulda qapıları kimi tanınan Üçlü Qapı və Qoşa Qapı kimi iki sonrakı qapı dəstinin qalıqları üçün istifadə olunur. Hər iki darvaza dəsti Məbədin Cənub Divarına qoyulmuşdu və yeraltı tağlı rampalar vasitəsilə Məbədin dağının esplanadasına çıxış imkanı vermişdi. Hər ikisi orta əsrlərdə divarlarla əhatə olunmuşdu. Qərb dəsti qoşa tağlı qapıdır (Qoşa Qapı), şərq hissəsi isə üç tağlı darvazadır (Üçlü Qapı). Qapıların xaricində və içərisində görünən bir neçə Herod memarlıq elementi hələ də var, halbuki bu gün gördüyümüz digər şeylərin əksəriyyəti sonradan, müsəlman dövrünə aid əsərlərdir. == Etimologiya == "Xulda qapıları" adı Mişnadakı Məbəd dağının təsvirindən götürülmüşdür. Ad üçün iki mümkün etimologiya verilir: "Xulda" ibrani dilində "köstəbək" və ya "siçan" deməkdir və bu qapılardan çıxan tunellər bu heyvanların istifadə etdiyi dəlikləri və ya tunelləri xatırladır. Alternativ olaraq, mümkün xalq etimologiyasında, Birinci Məbəd peyğəmbəri Xuldanın bu ərazidə məhkəmə apardığı və həqiqətən də onun məzarının bəziləri tərəfindən burada qoyulduğu deyilir. == İdentifikasiya == Alimlər arasında qəbul edilən rəy belədir ki, Mişnanın təsviri Hasmona dövründə Məbəd dağının müqəddəs ərazisinə aiddir.
Xudkar Məhəllə (Talış)
Xudkar (fars. خودكارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (21 ailə).