Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırxıncı
Qırxıncı — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Xılxına
Xılxına — Azərbaycan Respublikasının Ağstafa rayonunun Xılxına kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Düzqışlaq kənd Sovetindən Xılxına kəndi Qarahəsənli kənd Sovetinin tərkibinə verilmişdir. 1808-ci ilə aid arxiv sənədlərində kəndin adı Xılxınna variantında qeydə alınmışdır. Oykonim xıl (tat. "dərə" deməkdir) və xınna ("xunan" sözünün tarixən dəyişmiş forması) komponentlərindən düzəlib, "xunan dərəsi" mənasındadır. Tarixi mənbələrin məlumatına görə, xunanlar hələ çox qədimdən Azərbaycanın qərb bölgəsində, Kür çayı boyunca yaşamışlar. Tədqiqatçılar Tovuz rayonu ərazisindəki Torpaqqalada və onun ətrafında qədim Xunan şəhərinin və Xunan qalasının yerləşdiyini iddia edirlər. Bu gün Tovuz rayonu ərazisində mövcud olan Xunanyurd, Xunanarx, Xunanyol, Xunan təpəsi, Xunan dərəsi, Xunan düzü, Ulu Xunan düzü, Xınnakirən, Hunanlar kimi coğrafi obyektlər xunanların bu ərazidə yaşadıqlarından xəbər verir. Mənbələrə görə, monqol istilaları zamanı Xunan şəhəri viran edilmiş, əhalisi Tovuzun başqa yerlərinə səpələnmişdi. Xunan qaçqınlarının bir hissəsi Xınna dərəsi adlanan ərazidə məskunlaşmışdı.
Xılxına livası
Xılxına livası — 1727cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Xılxına idi. Xılxına livası (Xılxına şəhəri, Xılxına, Həsənsu, Tavus, Axıncı, Əsrik nahiyəsi, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm nahiyələrinə bölünürdü.
Xılxına qəzası
Xılxına — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. Xılxına qəzası Qarabağ bəylərbəyliyinə bağlı idi. Mərkəzi Xılxına kəndi olub, 9 nahiyəni birləşdirirdi.
Xılxına şəhəri
Xunan şəhəri — orta əsrlərdə indiki Azərbaycan ərazisində mövcud olmuş şəhər. Şəhər indiki Xılxına Ağstafa rayonu nun Düzqışlaq inzibati ərazi vahidliyində kənd. (1606) Gəncə-Qarabağ əyaləti 8 livaya (sancağa) Xılxına livası nın və 1727-ci ildə Xılxına livası mərkəzi. 1727-ci ildə 153 ailədən ibart şəhər idi.
Qırxıncı simfoniya (Motsart)
Simfoniya No.40 Sol minor, K.550 — bəstəkar Volfqanq Amadey Motsartın ən məşhur əsərlərindən biri. Əsər 39-cu simfoniyadan üç həftəö sonra, 1788-cü ilin 31 iyulunda tamamlanmışdır. Simfonik orkestrə fleyta, iki qoboy, iki klarnet, iki faqot, iki valtorna, birinci və ikinci skripka, alt, violonçel və kontrabas daxildir. Simfoniya klassik sonata-simfonik dövrdür. Dörd hissədən ibarətdir: Allegro Andante Menuetto ― Trio Allegro assai Birinci, ikinci və dördüncü hissələr sonata şəklində, üçüncü - üçlü bir kompleks üç hissəli formada yazılmışdır. Birinci hissə, 4/4 miqdarında, bənövşələrin harmonik rəqəmləri ilə başlayır, alt və kontrabas tərəfindən dəstəklənir, sonra skripkaların əsas hissəsi: Birinci hissənin musiqisi folklorun təsiri ilə qeyd olunur. Xüsusilə, Serbiya xalqı arasında məşhur olan kiçik rəqsdə əsas partiyaya çox yaxın bir mövzu səslənir. Y.A.Kremlev, "Slavyan folkloru Vyana intonasiyalarının musiqi fondunda ciddi rol oynadığı üçün bu faktın özü, ümumiyyətlə, təəccüblü heç nə yoxdur" deyə yazır " Mi-bemol major və 6/8 nisbətində yavaş ikinci hissə. Üçüncü hissə (minuet), G minor açarında, 3/4 ölçüsü var. Mürəkkəb ritmik yazı ilə hərəkətli bir sürətlə, orta hissədən (trio) fərqli olaraq, G Major-da eyni düymədə yazılmış, daha rahat bir templə, sətir və külək qrupları (klarnet olmadan) mübadilə olunur.
Zirinc
Zirinc (lat. Berberis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi. Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı. Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar. Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur.
Adi zirinc
Adi zirinc (lat. Berberis vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Avropa, Aralıq dənizyanı ölkələri, İran və Kiçik Asiyada yayılmışdır. Avropada təsvir edilmşdir. Boyu 1,5 m-ə qədər olan şaxələnmiş koldur. Boreal coğrafi tipinin Avropa sinfinin Avropa-meşə qrupuna aiddir. Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Rusiya və Qafqazda yayılmışdır. Adi zirinc Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir. == Botaniki təsviri == Adi zirinc may-iyunda çiçəkləyir. Salxım şəklində düzülmüş açıq sarı rəngli ətirli çiçəkləri vardır.
Girdəmeyvə zirinc
Müxtəlifayaq zirinc (lat. Berberis heteropoda) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Göyümtül zirinc
Göyümtül zirinc (lat. Berberis candidula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,8-1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, biraz yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli, ellipsvaridir, uzunluğu 2-3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu,salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.
Hamar zirinc
Hamar zirinc (lat. Berberis levis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Afrikadır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Uzunsov ellipsvari yarpaqları üstdən parlaq, altdan isə ağımtıl rəngdə olur. Gövdəsi və budaqları hamardır, üzərində 3-5 bölümlü, sarımtıl-qəhvəyi rəngli, nazik, uzun tikanları vardır. Çiçəkləri sarıdır. Göyümtül-qara meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi gözəllik verir. Toxumla çoxaldılır. == Ekologiyası == Torpağa tələbkar, quraqlığa davamlıdır.
Lansetvarı zirinc
Lansetvari zirinc (lat. Berberis gilgiana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada geniş yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, budaqları az tüklü, erkən yaşlarında qırmızı-qonur, sarı, yaşlı nümayəndələrdə isə al-qırmızı-qonur rəng alan kol bitkisidir. Budağın üzərindəki iynələr əsasən 3 hissəli, uzunluğu 0,5-2,5 sm-ə qədərdir. Yarpaqların uzunluğu 2,5-4,5 sm-dir, yumurtaşəkilli-ellipsvaridir, uzunsovdur, ucu biz, kənarları dişlidir. Üst tərəfdən tutqun-yaşıl, bir az tüklü və ya çılpaq, alt tərəfdən isə boz-yaşıl rəngli və tüklüdür. Çiçəkləri parlaq yaşıl, diametri təxminən 0,6 sm-dir, uzunluğu 2,5-3,5 sm olan sıx salxımlara yığılmışdır. Meyvələri uzunsov-yumurtaşəkilli, uzunluğu 1 sm-ə qədər olub, al-qırmızıdır. == Ekologiyası == Soyuğa, küləyə, kölgəyədavamlı olub, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.
Müxtəlifayaq zirinc
Müxtəlifayaq zirinc (lat. Berberis heteropoda) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Palıdyarpaq zirinc
Palıdyarpaq zirinc (lat. Berberis ilicifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Çilidə və Argentinada yayılmışdır. Hündürlüyü 3 m-ə çatan koldur. Cavan budaqları qırmızı-qəhvəyi, yaşıl budaqları isə boz-sarı rəngli olub üzəri tükcüklərlə örtülmüşdür. Budaqlarının üzərində 0,4-1,2 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları yarımdairəvi, uzunluğu 2-5 sm, eni 1-2 sm-dir. Üst tərəfdən parlaq, boz-yaşıl, alt tərəfdən isə açıq yaşıldır. Yarpaqlarının kənarı mişardişli, uc hissəsi isə tikanlıdır. Avqustdan dekabr ayına qədər ardıcıl çiçəkləyir, 3-7 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Sikkəvari zirinc
Sikkəvari zirinc (lat. Berberis nummularia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbiətdə növün arealı Orta Asiyanı (Tyan-Şan,Pamir-Alay), Özbəkistanı və İranı əhatə edir. Yaqnoba çayından təsvir edilmişdir. Hündürlüyü 4 m-dək, çox budaqlıdır, budaqları qonur və ya al qırmızıdır, cavanlıqda göyümtül olub, iynələri üç yerə bölünmüş və ya sadədir. Çətiri enli, şaxələnmiş, əyilmiş budaqlıdır. Qabığı cavanlıqda göyümtül, sonradan qonurdur. Yarpaqları dərili, təxminən yumru, uzunluğu 3-4 sm-dək, eni 3 sm-dək, kənarları bütöv və ya yuxarı hissəsi bir az dişli, ucunda iynəli, bünövrəsi pazşəkilli-daralmışdır. İynələri sadə və ya üçhissəlidir. Payızda al-qırmızı-narıncıdır.
Sıxçiçək zirinc
Tamkənarlı zirinc (lat. Berberis integerrima) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Qafqazda və Türkiyədə yayılıb. Hündürlüyü 4 m-ə çatan çoxşaxəli koldur. Qopartikanları alt budaqlarda sadədir. Cavan budaqlarının qabığı sarımtıl rənglidir. Yarpaqları tərd-yumurtavari və ya uzunsovdur, saplağa tərəf daralandır, üst hissədəkilər tamkənarlı, aşağıdakılar yuxarı yönəlmiş tikanlı-dişlidir. Çiçəkləri çoxçiçəkli sıx salxımlarda yerləşir. Giləmeyvələri yumurtavari, girdədir, bəzən bir qədər uzunsov olur, uzunluğu 5-6 mm-dir, təqribən çiçək saplağına bərabərdir, turşdur. Aprel-may aylarında çiçəkləyir.
Tamkənarlı zirinc
Tamkənarlı zirinc (lat. Berberis integerrima) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Qafqazda və Türkiyədə yayılıb. Hündürlüyü 4 m-ə çatan çoxşaxəli koldur. Qopartikanları alt budaqlarda sadədir. Cavan budaqlarının qabığı sarımtıl rənglidir. Yarpaqları tərd-yumurtavari və ya uzunsovdur, saplağa tərəf daralandır, üst hissədəkilər tamkənarlı, aşağıdakılar yuxarı yönəlmiş tikanlı-dişlidir. Çiçəkləri çoxçiçəkli sıx salxımlarda yerləşir. Giləmeyvələri yumurtavari, girdədir, bəzən bir qədər uzunsov olur, uzunluğu 5-6 mm-dir, təqribən çiçək saplağına bərabərdir, turşdur. Aprel-may aylarında çiçəkləyir.
Uzunsov zirinc
Uzunsov zirinc (lat. Berberis oblonga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir. Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir.
Ziyilli zirinc
Ziyilli zirinc (lat. Berberis verruculosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni Qərbi Çindir. Hündürlüyü 1,5 m, eni 1,5 m-ə qədərdir, zoğları çox miqdarda ziyillərlə örtülmüşdür, uzunluğu 2 sm-ə qədər, nazik, üç yerə bölünmüş iynəli həmişəyaşıl koldur. Qabığı sarı-qonur, uzunluğu 1-2 sm-ə çatır. Yarpaqları növbəli yerləşir, uzunluğu 2,5 sm-ə qədər, yumurtavari və ya ellipsvaridir. Çiçəkləri tək, iri, qızılı-sarı, 1-2 ədəddir. Meyvələri oval, qara, bənövşəyi-qara, göyümtül çalarlıdır, uzunluğu 1,2 sm-ə qədərdir. Çox miqdarda nazik kökləri olan, yaxşı şaxələnmiş, üst kök sistemi vardır. Bütün normal, məhsuldar, zəif turş və ya qələvi torpaqlara davamlıdır.
Çoxçiçəkli zirinc
Çoxçiçəkli zirinc (lat. Berberis polyantha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Qərbi Çində Sıçuan əyalətinin qərbində yayılmışdır. Hündürlüyü 4 m-dək olan, düzdayanan gövdəli, çılpaq və ya xırda tükcüklü budaqlıdır. Zoğları bozumtul-qonur və ya tutqun qonurdur. Yarpaqları yumurtavari, uzunluğu 1,5-3 sm, ucu yumru, xırda dişli və ya kənarları bütöv, üstü tutqun yaşıl, alt tərəfi parlaq, bozumtuldur. İynələri tək və ya 3 hissəli, uzunluğu 1-2 sm-dir. Çiçəkləri parlaq sarı, xırda, diametri 0,5 mm, uzunluğu 8 mm, eni 3-4 mm-dir. Meyvəsi sentyabrda yetişir. Qışa davamlılığı aşağıdır.
İtitikanşəkilli zirinc
İtitikanşəkilli zirinc (lat. Berberis lycium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Cənubi və Orta Avropada, Krımda, Qafqazda, İranda, Şərqi Sibirdə, Şimali Amerikada rast gəlinir. Hündürlüyü 3 m olan həmişəyaşıl koldur. Budaqlari tükcüklü, sarımtıl-boz və ya bozdur. İynələri 3 yerə bölünmüş, uzunluğu 2 sm-dir. Yarpaqları lansetvari və ya tərs yumurtavari, uzunluğu 2-5 sm, biz və ya küt, ucu biz, bütöv və ya az dişli, üstdən açıq-yaşıldır. Çiçəkləri parlaq sarı, salxımlarda 10-20 ədəd, əsasən uzunsov, bəzən sallaq formadadır, uzunluğu 10 sm-dir, bəzən qısas və çətirşəkilli çiçək qruplarına yığılmışdır. Meyvələri ellipsvaridir, uzunluğu 1,2 sm, al-qırmızıdır. Qışa, istiyə davamlıdır, kasıb torpağa dözür, çox nəmişliyi sevmir, işıqsevəndir.
Şümşadyarpaq zirinc
Şümşadyarpaq zirinc (lat. Berberis microphylla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Cənubi Amerikada, Argentina, Çili və Magellan boğazından Maldivə qədər yayılmışdır. Hündürlüyü 3 m-ə çatan, həmişəyaşıl, qonur, tükcüklü zoğları olan yığcam koldur. Çoxsaylı zoğları və enli, şaxələnmiş çətiri olan iynəli koldur. Kök sistemi möhkəmdir, köçürülməni yaxşı keçirir. Yarpaqları sadə iri, qırmızımtıl-yaşıl, ellipsvari, yumurtavari formalı, ucu biz, kənarları xırdadişli bütöv olub, uzunluğu 5 sm-dəkdir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. İynələrin uzunluğu 1,5 sm-dəkdir. Çiçəkləri sarı-narıncı, 1-2 ədəd yığılmış, uzunluğu 2,5 sm-dək olan çiçək saplaqlarında yerləşir.
Əyilmiş zirinc
Əyilmiş zirinc (lat. Berberis aggregata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Qərbi Çində yayılmışdır. Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları bir az künclü, çılpaq, sarımtıl-qonur və ya tünd qonurdur. İynələri əsasən sadə, bəzən 2,5 sam-dək uzunluqdadır. Yarpaqları enli, oval və qısa, uzunluğu 3 sm-ə qədər olan biz, dişli, üstü tünd-yaşıl təxminən çılpaq, alt tərəfi tükcüklü və parlaq yaşıl, salxımlara yığılmış çiçəkləri ilə fərqllanir. Çiçəkləri açıq-sarı, diametri 0,9 sm-dəkdir. Meyvələri oktyabrda yetişir. Torpağa tələbkar deyil, quraqlığa, soyuğa davamlıdır.