Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xıtaylar
Xitaylar(çin. 契丹, Pinyin=Qìdān; fars. ختن‎, Khitan), Kitanlar və ya Kidanlar,IV əsrdə yaşayan və mənşələri Monqolustan və Mançuriyadan olan köçəri Monqol xalqı.Onlar Liao sülaləsini və Qaraxitaylar dövlətini təsis ediblər. == Kidanlar dövləti == V-VI əsrlərdə indiki Monqolustan,Mancuriya və Uzaq Şərq arası ərazilərdə bəzi Türk,Monqol və Tunqus mənşəli tayfaların ittifaqı yarandı.İttifaq əsasında 698-ci ildə Mancuriyada ilk dövlət qurumu olan Bohay dövləti təşəkkül tapdı.Tədqiqatçılara görə bu qurum əsasən tunqus mənşəli Mohe tayfasının dövləti idi. Lakin onu qədim türk tayfalarının qurumu Sayanlar da vardır.924-cü ildəQaraxitaylar( əslində bu tayfanın adı Kitaydır.Çinin şimal əyalətlərindədə yaşadıqlarına görə əraziləri Kitay adlanırdı) Bohay dövlətini zəbt etdi.Sonrakı illərdə Kidanlara qarşı yerli tayfaların üsyanları oldu,və Kidanlar geri çəkilmək məcburiyyətində qaldılar.Bu vaxt Uzaq Şərqdə Çin mənbələrində Çurçen adlandırılan bir tayfa da yaşayırdı. Bu tayfa Sunqari,Ussuri və Amur çaylarının hövzələrində və Çanbaşyan dağlarında yaşayırdılar.Mənbələrə görə onlar 72 tayfadan ibarət idilər. X əsrin əvvələrində feodal Ambaqan Qarakidan tayfalarını birləşdirərək,qüvvətli tayfa ittifaqı yaratdı.927-947-ci illərdə Kidanlar Çinin şimalını işğal etdilər.Pekin şəhəri onların paytaxtı oldu.985-ci ildə Kidanlar Çurçenlərin yaşadığı ərazilərə qarət məqsədi ilə növbəti hərbi səfər təşkil etdilər.993-cü ildə bir mənbəyə görə 880 minlik Kidan ordusu Çurçenlərin şəhər və kəndləri dağıtdı. Çurçen tayfa ittifaqının başçısı Şilu Kidanlara qarşı mübarizəyə başladı.Onun oğlu Uqun-Ay (1021-1074-ci illər) qüvvətli dövlət yaratdı.Sonra onun yerinə keçən 19 yaşlı oğlu Xelibo (1074-1092-ci illər) və varisi Polaşu (1092-1094-cü illər) vaxtında Çurçenlərin qüdrətli dövləti ortaya çıxdı.Çin mənbələrində bu dövlət "Qızıl imperiya" adlanır.Onlar 1114-cü ildə Kidanları qovub Şimali Çindən çıxardılar.Kidanlar Yeloydaşı xanın başçılığı ilə Qaraxanilər dövlətinə hücuma keçdilər,Yeddi-Su əyaləti və Cənubi Qazaxıstanı işğal etdi.Mənbələrə görə onların miqdarı 40 min çadır,yəni 200 min nəfər idi.1137-ci ildə Yeloydaşı xan Səmərqənd,Buxara və Xarəzmi işğal etdi. 1141-ci ildə Kidanlar Mavəraünnəhrə daxil oldular.Bu dəfə Səlcuq sultanı Səncər Qaraxanilərin tərəfini saxladı.Qaraxanilərin Səmərqənd hakimi Mahmud xan və Sultan Səncərin birləşmiş qoşunları Katvan çölündə Kidanların ordusu ilə üz-üzə gəldilər.Vuruşma Səncərin məğlubiyyəti ilə bitdi və ordusundan 30 min nəfər döyüşçü öldürüldü. Səncər və Mahmud Tərməzə qaçdılar.Səncərin düşərgəsi və arvadı Türkan Xatun Qaraxitayların əlinə keçdi.
Xıy xıy
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
MIT
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
XMT
XMT - (ing. Transmit) – ardıcıl rabitədə verilənlərin ötürülməsini bildirmək üçün istifadə olunan siqnal. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xot
Xotanan, Xot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xotan türk tayfa adına cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlmişdir və «xotan tayfasının (Xotanların) yaşadığı yer» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 53 nəfər, 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 74 nəfər, 1904 - cü ildə 91 nəfər, 1914 - cü ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
Xıl
Xıl — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Hazırda kənd əhalisi 4312 nəfərdir.
Xırt
Xırt — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Xırt oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Yan silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, oykonimin əsli Sırtdır. Qədim türk dillərində sırt "sıra dağlar", "yal", "yayla", "qaya", "yüksək sıldırım sahil" və s. mənaları bildirir. Bu coğrafi termin Orta Asiya, Qazaxıstan, Sibir, Volqaboyu, Ural, Qafqaz, Kiçik Asiya, Balkan toponimiyasında da işlənir. Xırt tat dilinin Qonaqkənd ləhcəsində "sıldırım qaya, dağ" mənasını bildirir.
Xış
Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu, lakin hansı növ torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti olması ilə də onlar bir-birindən seçilirdi.Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə düzəltdirilirdi. == Azərbaycanda xış növləri == Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü "ulamalı xış", "qollu xış", "çatma xış", "işkilli xış" və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər etnoqrafik bölgələrində rast gəlinirdi. Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı Azərbaycanın ayrı-ayrı bölgələrində "ulama", "çilə", "çatma", "məsənə", "uzatma" və s.
MIT Press
MIT Press — elmi və texniki nəşrlərdə ixtisaslaşan Kembricdə (ABŞ, Massaçusetts) yerləşən Massaçusets Texnologiya İnstitutu (MIT) nəşriyyatı. MIT Press müntəzəm olaraq 30-dan çox jurnal nəşr edir. == Tarixi == 1926-cı ildə Massaçusets Texnologiya İnstitutu ilk nəşrini — M. Born İnstitutunda mühazirələr kursunu öz loqotipi altında nəşr etdi. 1932-ci ildə Ceyms Killianın təşəbbüsü ilə MIT-nin sponsorluğu ilə Texnologiyalar Mətbuatı yaradıldı. Sonrakı beş il ərzində nəşriyyatda səkkiz nəşr çap edildi . 1937-1962-ci illərdə Texnologiya Pressin nəşr və ticarət funksiyaları John Wiley & Sons tərəfindən yerinə yetirildi. 1962-ci ildən etibarən "MIT Press" müasir ad altında müstəqil bir nəşriyyat kimi fəaliyyət göstərir. 1960-cı illərin sonlarında nəşriyyatın jurnal şöbəsi yaradıldı. Kafedranın qurulmasından qısa müddət sonra nəşr olunan ilk jurnallar Fənlərarası tarix jurnalı idi.. == İstinadlar == == Xarici keçidlər == "MIT Press Journals" (ingilis).
Pıt-Yax
Pıt-Yax — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir
Sıt içkisi
Sıt (сыть, bəzən канун)-Bal qatılmış sudur. == Haqqında == Bişmiş balı ilə qarışdırılır. Bundan çox vaxt slavyan xalqlarının milli şirniyyatlarını hazırlayan zaman istifadə edirlər.Sıta batırılmış bulkuları kanun adlandırırdılar. == Ənənəsi == Qədim Rusiyada sıt çox məşhur içki idi, hansı ki, onu yeməkdən sonra qəbul edirdilər. Sıt sözündən tox oluncaya qədər yemək, və ya başqa cür toxuq artıq şirin sıtın vaxtıdır.Sıtın hazırlanmasının bir resepti kimi qaynayan suya balı qataraq,boçkanın içərisinə qoymaqdan ibarətdir. Balın suda həll olmasından sonra soyumasını gözləmək lazımdır.Bəzən onları hazırlayan zaman 30°C-yə qədər qaynadılmış su balın üzərinə düşür.Bəzən ocaqda hazırlanan sıta dada görə bir çox otlar əlavə edilirdi.
XBT-10
XBT -10 — Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu yenidən işlənmiş variantı. XBT-10 hər biri xəstəliyin vəziyyəti və kodu olan yarımbölmələrdən təşkil olunmuş 21 bölmədən ibarətdir. I sinif. Bəzi infeksion və parazit xəstəliklər II sinif. Yeniyaranmışlar III sinif. Qan, qan əmələgətirən orqanlar və immun mexanizminə cəlb edilmiş orqanların finksiyasının pozulması IV sinif. Endokron sisteminin, qidalanma və maddələr mübadiləsinin pozulması xəstəlikləri V sinif. Psixi pozğunluq və davranışlardakı pozğunluq VI sinif. Sinir sistemi xəstəlikləri VII sinif. Göz və göz aparatı xəstəlikləri VIII sinif.
XII David
David Baqrationi (gürc. დავით ბაგრატიონი), yaxud Regent David (gürc. დავით გამგებელი; 1 iyul 1767, Tiflis – 13 may 1819, Sankt-Peterburq) — Kartli-Kaxetiyanın regenti. XII Georginin böyük oğlu. == Həyatı == 1767-ci ildə Tiflisdə doğulan David Kartli-Kaxetiya çarı XII Georginin böyük oğludur. Rusiyada böyüyüb təhsil almış, 1799-cu ildə vəliəhd elan olunmuşdu. Atasının ölümündən sonra regent olmuş, lakin 1801-ci ildə I Pavelin Kartli-Kaxetiyanı ilhaq etməsi ilə onun taxt-tacı ələ almasının qarşısı alınmışdı. Fransa maarifçiliyi ideyalarından təsirlənən David, Volteri gürcü dilinə tərcümə etmişdir. XII David 13 may 1819-cu ildə Sankt-Peterburqda vəfat etmiş və Aleksandr Nevski monastırında dəfn olunmuşdur.
XII Georgi
XII Georgi (10 noyabr 1746, Telavi – 28 dekabr 1800, Tiflis) — cəmi 2 il (12 yanvar, 1798 - 28 dekabr, 1800) hökmdarlıq etmiş Kartli-Kaxetiyanın son kralı . == Gəncliyi == 10.11.1746də Telavidə II İrakli və Anna Abaşidzenin ilk övladı olaraq dünyaya gəlmişdi. Böyük qardaşı Vaxtanq Baqartioniın 1756-cı ildə ölümündən sonra vəliəhd elan olunmuşdu. 1766-cı ildə Lori mahalı və Pəmbək mahalının idarəsi ona tapşırıldı. Qardaşı Levon Baqrationi ilə birlikdə 1777-ci ildə üsyan edan Ksani eristavlığını ələ keçirmişdi. == Hakimiyyəti == Atasının ölümündən sonra 12 yanvar 1798-ci ildə çar elan olmuş, I Pavel tərəfindən 22 fevral 1799-cu ildə təsdiq edilmiş, 5 dekabr 1799-cu ildə isə tac qoymuşdu. Atasından fərqli olaraq o çox sevilən və hörmət edilən biri deyildi. Qardaşı Aleksandr Baqrationi onun taxtına iddia edirdi və Dağıstana qaçmışdı. İran şahı Fətəlinin təhdidlərindən çəkinən çar Rusiya ilə daha da yaxınlaşmış və taxtdan əl çəkmək fikrində idi. Onsuz da xəstə olan çarın yerinə kimin gələcəyi haqda indidən əyanlar müzakirə edir biri oğlu Davidi, digəri isə İulonu dəstəkləyirdi.
XII Karl
XII Karl (isv. Karl XII; 27 iyun 1682[…] – 11 dekabr 1718[…]) — 1697-1718-ci illərdə İsveç kralı, hakimiyyətinin çox hissəsini Avropada uzunmüddətli müharibələrdə iştirak etməklə keçirmiş sərkərdə. XII Karl 15 yaşında XI Karlın atasının ölümündən sonra taxta çıxdı. Latın, alman, fransız dillərini bilirdi və atası XI Karlın siyasətini davam etdirməyə çalışırdı. Hakimiyyətə gəldikdən üç il sonra İsveç Danimarka, Saksoniya və Rusiyanın daxil olduğu koalisiyanın hücumuna məruz qaldı. Karl orduya rəhbərlik etdi və əvvəlcə bir sıra parlaq qələbələr qazandı, lakin 1709-cu ildə Poltavada ağır məğlubiyyətə uğradı və sonra bir neçə il Osmanlı imperiyasında fəxri əsir kimi qalmağa məcbur oldu. O, Norveç qalalarından birinin mühasirəsi zamanı həlak oldu. Döyüşdə ölən sonuncu Avropa monarxıdır. Onun inadkarlığına heyran olan yeniçərilər XII Karla “Dəmir baş” ləqəbi vermişdilər. == Hakimiyyəti == === Danimarka kampaniyası === 1700-cü ildə anti-İsveç koalisiyası Baltikyanı ölkələrdə hərbi əməliyyatlara başladı.
XII Klement
XII Klement (Latınca: Clemens XII) (d. 7 aprel 1652 - ö. 6 fevral 1740) — Roma papası. == Həyatı == == Mənbə == Loughlin, James (1908). "Pope Clement XII". In Herbermann, Charles.
XII Lev
XII Lev (lat. Annibale Sermattei della Genga;2 avqust 1760 və ya 22 avqust 1760 – 10 fevral 1829[…], Roma) - Roma papası.
XII Lüdovik
XII Lüdovik (fr. Louis XII) və ya Orleanlı Lüdovik (fr. Louis d'Orléans) (d. 27 iyun 1462 — ö. 1 yanvar 1515) — Fransa və Neapol kralı. Atası V Çarlzın nəvəsi Orleanlı Çarlz, anası isə Klevezli Mariya idi. Lüdovik 1498-ci ildə ata şəcərəsindən qohumu olan Fransa kralı VIII Çarlzın geridə varis qoymadan vəfatının ardından taxta çıxdı. Taxta çıxmadan öncə, qohumu olan XI Lüdovik şikəst və sonsuz olan qızı Jannanı onunla zorla evləndirdi və bununla da, Valua sülaləsinin Orlean qolunu qurutmağı planlaşdırdı. Orleanlı Lüdovik Fransa monarxiyasına qarşı aparılan və Dəlisov müharibə kimi tanınan qarşıdurmada ayaqlanan zadəganlardan biri idi və 1488-ci ildə baş tutan döyüşlərdən birində əsir düşdü. Buna baxmayaraq çox keçmədən VIII Çarlz tərəfindən azadlığa buraxıldı.
XII Piy
XII Piy (Eucenio Paçelli; 2 mart 1876, Roma - 9 oktyabr 1958) - Roma Papası (1938-58). Sələfin antikommunist siyasətini gücləndirdi. 1949 il "Munificentissimus Deus" apostol konstitusiyasında Bakirə Məryəmin meracı haqqında ehkam təsis etdi. "Divino Afflante Spiritu" (1943) və "Humani Generis" (1950) ensiklikalarında Bibliya mətnlərinin daha diqqətli yozmaları haqqında arzu irəli sürmüşdür. 1899 ildə keşiş, sonra kanonik hüququ və kilsə diplomatiyası professoru olmuşdur. 1904 ildən sonra arxiyepiskop Pyetro Qasparriyə kanonik hüququnun yeni kodifikasiyasında kömək etmişdir (1917 ildə dərc olunmuşdur). 1914 ildə Qasparrini fövqəladə kilsə işləri papa departamentinin katibi vəzifəsində əvəz etmiş, Bavariyaya apostol nunsisi, 1920 ildə isə Almaniyaya birinci papa nunsisi təyin olunmuşdur. 1924 və 1929 ildə Paçelli Vatikan və iki alman dövlətlər (Prussiya və Bavariya) arasında sazişlər əldə etdi. Bundan sonra o, Romaya çağırılmış kardinal və Müqəddəs Taxtın dövlət katibi təyin edilmişdir. Bu vəzifələrində o, XI Piyin siyasəti keçirmişdi.
XII legion
12-ci İldırımla silahlanmış legion (Legio duodetsima Fulminata) — Yuli Sezar tərəfindən e.ə.58-ci ildə yaradılan və Qall müharibələri zamanı, e.ə.49-cu ilədək onu müşayiət etmiş Roma legionu. Bu legionun eramızın 5-ci əsrində Fərat çayının Meliten şəhəri (müasir Malatya, Türkiyə) yaxınlığındakı hissəsini mühafizə etdiyi məlumdur. Legionun rəmzi ildırım idi. Sonrakı əsrlərdə legion daha çox yanlış olaraq "İldırımsaçan legion" (Legio Fulminatrix) adlandırılmışdır. 1930-cu illərdə Qobustanda XII Legionun əsgəri tərəfindən üzərində latın dilində "IMP DOMITIANO CAESARE AVG GERMANICO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS XII FVL" (tərc. "Lusius Yulius Maksimus, XII Fulminata Legionu, Müqəddəs Sezar Germanik Domisianın rəhbərliyi altında") sözləri yazılmış qaya parçası aşkar edilmişdir.
XII əsr
== Şəxslər ==
XIV Benedikt
XIV Benedikt (lat. Benedictus XIV; d. 31 mart 1675 - ö. 3 may 1758) — Roma papası. == Xarici keçidlər == Healy, Patrick (1907).
XIV Klement
XIV Klement (lat. Giovanni Vincenzo Antonio Ganganelli;31 oktyabr 1705[…] – 22 sentyabr 1774[…], Roma) — Roma papası.
XIV Lüdovik
XIV Lüdovik (fr. Louis XIII de France; 5 sentyabr 1638[…], Sen-Jermensk sarayı[d] – 1 sentyabr 1715[…], Versal sarayı) — Fransa kralı. 1643-1715-ci illərdə hakimiyyətdə olmuşdur. == Daxili siyasəti == 1643-cü ildə XIII Lüdovik öləndən sonra taxta 4 yaş 8 aylıq olan XIV Lüdovik və ya əsl adı ilə Louis çıxmışdı. O 1638-ci ildə XIII Lüdovik və Anna Avstriyalının oğlu kimi dünyaya gəlmişdi. Onun yaşı çatmadığından isə dövləti İtalyalı olan Kardinal Culio Mazarini idarə edirdi. Bu zaman Fronda kimi məşhur olan üsyan başvermişdi. Bu üsyan 1648-1653-ci illərdə baş vermişdi. Üsyanın səbəbi isə Kardinal Rişelyenin zadəganların nüfuzunu qıraraq məclisin gücünü məhdudlaşdırma siyasətinin Kardinal Mazarini tərəfindən davam etdirilməsi idi. Üsyana təkan verən səbəblərdən digərləri isə bu zaman yaşanan qiymət artımı, qıtlıq və sair kimi səbəblər oldu.
XIV əsr
== Şəxslər ==
XIX əsr
XIX əsr — XVIII əsrdən sonra, yəni 1800-cü ilin son günündən sonra başlayır. İlk günü 1801-ci ilin 1 yanvar tarixi, XIX əsrin son günü isə 1900-cü ilin 31 dekabrıdır. XIX əsrdən sonra isə XX əsr gəlir.
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən (ikilik kod) hansısa biri deməkdir. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir baytın tək qiyməti 0 və ya 1-dir. Bir çox kompüter sistemlərində 8 bit bir baytdır. Bəzi sistemlərdə səkkiz bit bir bayt yerinə oktet olaraq istifadə edilir. Bir baytın yarısı (dörd bit) nibbl adlandırılır. Əsas informasiya vahidi bayt, minimal informasiya vahidi isə bitdir. 1 bit = 1 dərəcə (0 və ya 1); 1 bayt = 8 bit; 1 kilobayt = 1024 bayt; 1 meqabayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt 1 giqabayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt 1 terabayt = 1024 Gbayt.
Git
Git (/ɡɪt/ ) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlarHit kompüter oyunlarında zərbənin loru dildə adı.AdlarHit — ingilis ad və soyadı Edvard Hit (1916—2005) — Böyük Britaniyanın Baş Naziri (1970—1974) Lecer Hit (1979—2008) — Avstraliyalı aktyorKompüter və internetHit (internet) — brauzerin veb-serverə müraciəti.
Jit
JİT (just in time,just-in-time) 1.(“vaxtında” ,“məqamında”) komponentləri anbarda saxlamadan istehsalın təşkili texnologiyası. Başqa sözlə, lazım olan komponentləri dəqiq vaxtda kiçik partiyalarla istehsal yerinə çatdırmaq hesabına aralıq ehtiyatların minimuma endirilməsi. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Tit
Tit (imperator)
Xiv
Xiv (tab. Хив) — Dağıstan Respublikası, Xiv rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xiv rayonunun və Xiv kənd sovetliyinin mərkəzidir. Xiv kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Xiv kəndi Çıraq -çay və Rapak-çay arasında olan vadidə yerləşir. Mahaçqaladan 207,3 km cənubda, Belici dəmiryolu stansiyasından 58 km qərbdədir. == Tarixi == Xiv kəndi tabasaranlıarın ən qədim kəndlərindən biridir. Onun tarixi hələdə çox az araşdırılmışdır. Onun salınması haqqında məlunmat yoxdur. Əsasən özdənlərdən ibarət kənd idi.
Xişt
Xeşt – İranın Fars ostanının Kazirun şəhristanının Xişt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,332 nəfər və 2,257 ailədən ibarət idi.
XİN
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsi ilə həyata keçirir. == Tarixi == Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Amanda Pit
Amanda Pit (ing. Amanda Peet, 11 yanvar 1972) — amerikalı kino və televiziya aktrisadır.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Bit bazarı
Bit bazarı (alm. Flohmarkt‎, fr. Marché aux puces, ing. Flea market, Car boot sale, Swap meet, fin Kirpputori) — insanların köhnə, işlənmiş və ya sadəcə olaraq faydalı olmayan əşyaları satıb aldıqları yer. Həm də bit bazarında antikvarlar, əntiq əşyalar, kolleksiya əşyaları və digər xüsusi maraq doğuran mallar satılır və alınır. Mallar adətən olduqca ucuzdur və onların keyfiyyəti istehsal yeri, üsul (əldə qayırma və ya zavod), bu anda əşyanın populyarlığı, habelə birja bazarının özünün ölçüsü kimi bir neçə amildən asılıdır. Bəzən bir bit bazarında malların qiyməti bütövlükdə şəhər üzrə orta qiymətlərdən asılı ola bilər. "Bit bazarı" adı və anlayışı fransızcadan gəlir. Bu tip bazar çox vaxt mövsümi olur. Bununla belə, son illərdə bu cür bazarların "formal" və "daimi" olmasıda müşahidə olunur.
Bit cərəyanı
Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. 1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi. "Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen Qinzberq və Vilyam Berrouz olmuşdur. 1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı.
Bit doldurma
Bit doldurma (Bit stuffing) – ötürülən verilənlər axınına əlavə bitlərin artırılmasıdır. Bu ona görə edilir ki, hər hansı xüsusi bitlər ardıcıllığı yalnız qəti müəyyənləşdirilmiş mövqelərdə dursun. Məsələn, HDLC, SDLC və X.25 kimi verilənlərin ötürülməsi protokollarında bir sətirdə ardıcıl altı ədəd 1 yalnız kadrın (verilənlər blokunun) başlanğıcında və sonunda gələ bilər. Ona görə də axında ardıcıl beş bitin qiyməti 1 olursa, bit doldurma vasitəsilə axına qiyməti 0 olan bit əlavə edilir. Artırılmış sıfırlar qəbuledici stansiya tərəfindən uzaqlaşdırılır, bununla da verilənlərin ilkin şəkli bərpa edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bit müstəvisi
Bit müstəvisi– kompüter qrafikasında: birlikdə pikselin rəngini göstərən çoxqatlı bit toplusunun bir “qatı”; Ənənəvi olaraq pikseli göstərən bitlər ardıcılllığı yaddaşın bir baytında saxlanılır. Bit müstəvilərində isə pikselin bütün bitləri yaddaşın müxtəlif sahələrində saxlanılır; götüntünün hər bir pikselinin birinci informasiya biti bir sahədə (müstəvidə, qatda), ikinci bitlər qrupu başqa sahədə və s. saxlanılır. Bir bit müstəvisi vasitəsilə iki rəngi (adətən, ağ və qara), iki bit müstəvisi vasitəsilə dörd rəngi və s. göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Erta Kit
Erta Mae Kit (ing. Eartha Kitt; 17 yanvar 1927[…] – 25 dekabr 2008[…]) — ABŞ aktyoru. == Həyatı == 17 yanvar 1927-ci ildə Nortda doğulub. 25 dekabr 2008-ci ildə Vestonda vəfat edib.
Fil Hit
Fillip Cerrod "Fil" Hit (ing. Phillip Jerrod "Phil" Heath) - ABŞ-nın peşəkar bodibilderi. Mister Olimpiya (2011-2017).