Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəzəz soğanı
Gəzəz
Gəzəz (fars. گزاز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır.
Xəzəl
Xəzəl — yerə tökülən köhnə yarpaqlar xəzəl adlanır. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Xəzər
Xəzər dənizi (az-əbcəd. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Xəzz
Xəzz — Xəzərlərdə ölkənin müsəlman toplumunun başçısına verilən titul. İqamətgahı əhalisi müsəlmanlardan ibarət olan Xəzəran şəhərində idi.
Binə (Xəzər)
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Elşən Xəzər
Elşən Xəzər (29 mart 1973, Bakı) — Azərbaycan şairi, meyxanaçısı. Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olmuşdur. Əsli Cəlilabaddandır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kütləvi rejissorluq» fakültəsini bitirmişdir. 1995-ci ildən meyxanaya başlayıb.
Mirzə Xəzər
Mirzə Mikayılov Kərim oğlu (29 oktyabr 1947, Göyçay – 31 yanvar 2020, Münxen) – dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975–1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib. Mirzə Xəzər 1976–1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür.
Xəzər TV
Xəzər Televiziyası — 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri. Xəzər TV 5 oktyabr 2007-ci ildə "Ailənizin Xəzəri" sloqanı ilə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olmuşdur. Yayım həyatına "Xəbərlər" proqramı ilə başlayıb. 2009-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında 2000 m²-ə yaxın ərazini əhatə edən studiyaların təmir-tikinti işinə start verdi. 2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı. İlk studiya verilişi "Xəzərin sahilində" adı ilə efirə çıxıb. 2010-2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək "Aramızda qalsın" və "Qayınana" seriallarını efirə təqdim etdi.[mənbə göstərin] 2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü.[mənbə göstərin] 1,2 hektar ərazidə, 6750 m²-lik tikinti hissəsində, 25.000 m² bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m²-lik 5 çəkiliş studiyası, 1000 m²-lik böyük şou studiyası, 250 m²-lik 3, 500 m²-lik 1, 250 m²-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var. 2016-cı ildə "AGB" reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə etdi.[mənbə göstərin] 2017-ci il sentyabrın 18-də "Xəzər TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.
Xəzər Televiziyası
Xəzər Televiziyası — 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri. Xəzər TV 5 oktyabr 2007-ci ildə "Ailənizin Xəzəri" sloqanı ilə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olmuşdur. Yayım həyatına "Xəbərlər" proqramı ilə başlayıb. 2009-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında 2000 m²-ə yaxın ərazini əhatə edən studiyaların təmir-tikinti işinə start verdi. 2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı. İlk studiya verilişi "Xəzərin sahilində" adı ilə efirə çıxıb. 2010-2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək "Aramızda qalsın" və "Qayınana" seriallarını efirə təqdim etdi.[mənbə göstərin] 2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü.[mənbə göstərin] 1,2 hektar ərazidə, 6750 m²-lik tikinti hissəsində, 25.000 m² bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m²-lik 5 çəkiliş studiyası, 1000 m²-lik böyük şou studiyası, 250 m²-lik 3, 500 m²-lik 1, 250 m²-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var. 2016-cı ildə "AGB" reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə etdi.[mənbə göstərin] 2017-ci il sentyabrın 18-də "Xəzər TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.
Xəzər Universiteti
Xəzər Universiteti — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır "Xəzər"in Sorağında. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Bundan sonra Xəzər Universiteti bir neçə dəfə yenidən akkreditasiya edilmiş və fəaliyyətinə lisenziya verilmişdir: 10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. 4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. Təhsil Nazirliyinin 10 iyul 2002-ci il tarixli lisenziyası (seriya AB, № 019019) ilə bütün mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyinin 15 fevral 2011-ci il tarixli lisenziyası (qeydiyyat nömrəsi 112, № 070976) ilə bütün mövcud və bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən 25 fevral 2016-cı il tarixdə fəaliyyətinə müddətsiz lisenziya (№ 088871) verilmişdir.
Xəzər Waterfront
Xəzər Waterfront — Bakı bulvarında inşa ediləcək ticarət-əyləncə mərkəzi. Mərkəz Bakı bulvarının qərb hissəsində, parkın yeni hissəsi ilə köhnə hissəsinin birləşdiyi yerdə, Əl Oyunları sarayının yaxınlığında inşa edilir. ilkin olaraq “Xəzər Waterfront” layihəsi adlandırılan tikili 3,5 hektar ərazini əhatə edir. Tikili "Sydney Opera House" həndəsi formalı olmaqla, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alov görüntüsündədir. 120,000 m² ümumi sahəsi olan bina 9 mərtəbəli olacaq. İkimərtəbəli zirzəmi avtodayanacaq kimi nəzərdə tutulub, цst hissə isə 7 mərtəbədən ibarət olacaq. Ьərkəzdəki alova bənzəyən tikilinin hündürlüyü 70 metrə çatacaq. Hazırda ərazidə tikinti-quraşdırma işləri davam etdirilir.
Xəzər Xaqanlığı
Xəzər xaqanlığı (türk. Hazarlar; başq. Хазарлар; tatar. Хәзәрләр, Xäzärlär; ivr. ‏כוזרים‏‎, Kuzarim; ərəb. خزر‎, Xazar; ukr. Хоза́ри, Chozáry; rus. Хаза́ры, Hazáry; fars. خزر‎, Xazar; yun. Χάζαροι) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövləti.
Xəzər adaları
Xəzər Adaları — 2015-ci ildən tikintisi dayandırılmış, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən , 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri. Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır Layihənin 2020–2025-ci illərdə başa çatması gözlənilirdi.
Xəzər alçası
Xəzər alçası (lat. Prunus caspica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Rusiyada (Dağıstan) təbii arealı vardır. Qubada, Samur-Dəvəçi ovalığında, Lənkərandan orta dağ qurşağına qədər meşələrdə rast gəlinir. Azərbaycanın nadir bitkisidir.VU D2. Aşağı və orta dağ qurşaqlarında meşələrdə, kolluqlarda, meşələrin kənarlarında, dağ çayların kənarlarında yayılmışdır. Azərbaycanda dar bir arealı vardır. Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz, tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.
Xəzər anası
Xəzər anası (yaxud Xəzər madonnası) Alimlər tərəfindən "Xəzər madonnası" adlandırılan - əlində körpə uşaq olan qadın təsvirli, orijinal mis medalyondan ibarətdir.(bütpərəstliklə xristianlığın simbiozu kimi) Arxeoloqlar tərəfindən Sulak arxası Qumuqda(Şimali Dağıstan), xəzər şəhərləri Bələncər(Çiri Yurd), erkən orta əsr (7-9-cu əsrin əvvəli) katakombaların birində tapılıb. Ona bənzəri Kislovodsk ərazisində də tapılıb. M.M.Mamayev bunu xristian müqəddəs anası(madonna) kimi izah edir. Lakin deməyə əsas var ki, həmin medalyonun təsvirinin anlam süjeti bir qədər fərqlidir. -Xəzər anası "Обряды и культы Древнего и Средневекового Дагестана". Сб. статей. Махачкала.1986. С.90-109.
Xəzər andızı
Xəzər andızı (lat. Inula caspica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Gövdəsi düz, çılpaq, çiçək qrupunda qalxanvari-budaqlı, 30–50 sm hündürlükdə çoxillik ot bitkisidir. Yarpaqlar lansetvari və ya xətti-lansetvari, kənarlardan düz, çılpaq, alt tərəfdən və kənarlardan nahamar, yuxarı yarpaqlar oturaq və əsasında küt qulaqcıqlarla, çılpaq ya da xırda təpəciklidir. Örtücük 15–22 mm diametrində, çöl yarpaqcıqları qısa, qabıqlı, kənardan təpə hissəsi tükcüklü, daxili pərdəli, ensiz xətlidir. Qılçıq çiçəkləri ensiz, çıxsaylıdır. Toxumcaları tükcüklüdür. Çiçəkləmə və meuvəgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir.
Xəzər aterini
Xəzər aterini (lat. Atherina caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinin aterin cinsinə aid heyvan növü. Xəzərin hər yerində yayılmışdır. Sara yarmadası, Böyük Qızılağac körfəsi, Kür dili rayonlarında üstünlük təşkil edir. Kürün mənsəbində, az miqdarda Kiçik körfəzdə, Qumbaşı çayında, Lənkəran çaylarında, Uzbay vadisi göllərində, duzluluğu 60 %-ə çatan Kaydak körfəzində qeydə alınır. D VIII,1 10–15, A 11–16, qəlsəmə dişiciklərinin sayı 19–26, orta hesabla 22–23, fəqərələrinin sayı 44–48 olur. Yan xətti yoxdur. Bədəninin yanları boyu gümüşü rəngdə zolaq uzanır. Qarnı girdələşmiş şəkildədir. Ağzı böyükdü və ucda yerləşir.
Xəzər atı
Xəzər atı — Xəzər dənizinin şimal- şərq, şimal və qərb sahilləri boyu ərazilərdə yayılmış at cinsi. Qərb ippoloji ədəbiyyatında Kaspi ponisi kimi tanınır. Xəzər atı əsasən, monqol,türk və fars mənşəli atlarla yerli atların qarışması nəticəsində meydana gəlmişdir. Sonralar Quba yorğası və Şirvan atlarının təsiri geniş vüsət almışdır. Bu atlar kiçik və bəzən də orta boylu olmaqla, çox möhkəm bədən quruluşuna malikdir. Boynu qısa və aşağı çıxışlı, beli qısa,sağrısı qısa, gövdəsi enli,başı nisbətən iri, gözləri kiçik, ayaqları qısa olur. Tükləri uzun və sıxdır. Yal-quyruğu bol tüklüdür. Bu atlar yemə az tələbkar olmaqla çox dözümlüdürlər. Rəngləri əsasən kəhər, tünd kəhər,boz olur.
Xəzər bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəzər dağı
Xəzər dağı — Füzuli rayonunun ərazisində qərar tutan dağ. Xəzər oronimi özündə xəzər etnonimini əks etdirir. Görünür, Azərbaycan ərazisində məskunlaşmış xəzər ailələri əvvəlcə maldarlıqla məşğul olmuşlar və həmin dağlarda onların yaylaqları yerləşmişdir. Bir sözlə Xəzər oronimi etnotoponimdir. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.348.
Xəzər dermatolitonu
Xəzər dermatolitonu (Dermatolithon capsicum (Foslie) Zaberzh. (Melobesia caspica Foslie, Litholepis caspica Foslie)) - qırmızı yosunlar şöbəsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. Nazik və ya kifayət qədər qalın qabıqlar əmələ gətirir, cavan olduqda yuvarlaq, yaşlandıqca qeyri-müəyyən çevrə formasını alır. Qabıqlar birqatlıdır, çox vaxt bir-birinin üzərinə söykənmiş olur və buna görə çoxqatlı görünür. Tallom bütün aşağı səthi ilə süxura yapışır. Hipotali hüceyrələri köndələn kəsikdə (14)23 – 34 sm hündürlükdə və 11-17 sm enindədir; hüceyrələrin uzunluğu eninə bərabərdir və ya iki dəfə ondan böyükdür. Konseptakul tetrasporangili, spermatangi və karposporlarla birgə 315 sm diametrindədir və hündürlüyü 143 mm. Tetrasporanginin hündürlüyü 46-65 sm və qalınlığı 26-37 sm; karposporlar demək olar ki, şarvaridir, 31-46 (63) sm diametrindədir.
Xəzər dili
Xəzər dili — Orta əsrlərdə, Mərkəzi Asiyalı yarı köçəri Türk boyu olan Xəzərlərin danışdığı dildir. Xəzər dili Türk dillərində biri olmasına baxmayaraq, hansı Türk dilləri qrupuna aid olması hələ də mübahisəlidir. Xəzərlərin idarə etdiyi bölgələrdə Fars, Ural, Slavyan və Şimali Qafqaz xalqlarının yaşaması, dövlətin çox millətli və çox dilli olduğunu göstərir. Antropoloji işlərə görə idarəçi sinfin daxili asiyalı olduğu və Monqoloid olaraq təbir edilən xüsusiyyətlərə sahib olduqları ortaya çıxmışdır. Bu dövlətin rəhbərlərinin ən azından bir Türk və ya Asiya mənşəli dildə danışmış olduqlarına çox böyük bir dəlildir. 10-cu əsrdə yaşamış ərəb yazıçısı İstəxri xəzərlərin türklərin və farsların danışdıqları dillərdən fərqli bir dildə danışdıqlarını, ancaq Bulqar dilləri ilə yaxın olduğunu qeyd etmişdi. Eyni zamanda müəllif Dərbənd, Dağıstanda Xəzərlərlə yanaşı dağlarda yaşayan xalqların dillərinin oxşar olduğunu qeyd etmişdi. Məsudi xəzərlərin türk olduğunu və türk dillərində Sabir, farscada isə Xəzər adlandığını yazmışdır. Əl-Biruni Bolqarlar və Sabirlər haqqında yazdığı məqalələrin birində bu cəmiyyətlərin dillərinin türk dilləri və Xəzər dillərinin qarışığı olduğunu qeyd etdi. Xəzərlərdən günümüzə qədər gələn iki sənəd var və bunlar İvrit dilində yazılmışdır.
Xəzər dövləti
Xəzər xaqanlığı (türk. Hazarlar; başq. Хазарлар; tatar. Хәзәрләр, Xäzärlär; ivr. ‏כוזרים‏‎, Kuzarim; ərəb. خزر‎, Xazar; ukr. Хоза́ри, Chozáry; rus. Хаза́ры, Hazáry; fars. خزر‎, Xazar; yun. Χάζαροι) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövləti.
Xəzər dənizi
Xəzər dənizi (az-əbcəd. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Xəzər Xəbər (jurnal)
Xəzər Xəbər jurnalı
Xezer Piz
Xezer Piz (29 sentyabr 1975) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. Xezer Piz Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Xezer Piz Olimpiadanın qalibi olub.
Xezer Simmons
Xezer Simmons (25 may 1970) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. Xezer Simmons Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Xezer Simmons Olimpiadanın qalibi olub.
Xəzər-problemə nəzər (film, 1977)
Bakı Xəbər (qəzet)
Bakı-Xəbər — Gündəlik ictimai siyasi-qəzet. "Bakı-Xəbər" 2003-cü il sentyabrın 4-dən Azərbaycanın paytaxtı Bakı şəhərində çap olunmağa başlamış gündəlik ictimai-siyasi, analitik qəzetdir. 2004–2005-ci illərdə öz dövriliyini artıraraq həftədə hətta yeddi dəfə çap olunsa da, hazırda həftədə beş dəfə fasiləsiz çap olunan az sayda Azərbaycan qəzetlərindən biridir. Qəzet 2003-cü ilin avqustunda və 2005 ci il mayın 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi, 2014-cü il mayın 6-da və 2016-cı il dekabrın 28-də isə redaksiyanın hüquqi ünvanının dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən MMC kimi qeydiyyata alınıb. Azərbaycan dövlət büdcəsinə vergi ödəyicisidir. "Bakı-Xəbər"in təsisçisi və baş redaktorun ictimai-siyasi xadim Aydın Alqulu oğlu Quliyevdir. "Bakı-Xəbər" qəzeti 2003-cü ildə rəsmi şəkildə müstəqil qəzet kimi təsis olunsa da, formal olaraq müxalif partiya qəzeti kimi fəaliyyətə başlayıb. 2007-ci il sentyabrın 4-dən siyasi partiyalı kursdan siyasi təmayülsüz müstəqil qəzet mövqeyinə keçid edib. Azərbaycan Mətbuat Şurasının üzvüdür. Azərbaycan, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı, VI mərtəbə Tel.: +994-12-510-87-40; +994-12-510-87-39; +994-12-510-87-38.
Euro Xəbər (qəzet)
"Euro Xəbər" (qəzet) — 22 iyul 2004-cü ildə nəşr olunmuş qəzet. “Euro Xəbər” qəzeti “Belçika-Azərbaycan Evi” diaspor təşkilatının bilavasitə rəhbərliyi və təşkilatın sədri Bülənt Gurcamın iştirakı ilə “AzAvroBel” LTD firması tərəfindən təsis olunub. Qəzet fəaliyyətinə 2004-cü ildə başlayıb və ilk nömrəsi Milli mətbuatımızın ildönümü günü-22 iyulda işıq üzü görüb. Qəzetin ilk adı “Euxəbər” olub, sonradan “Euro Xəbər” adı ilə əvəz edilib. “Euro Xəbər”in kommersiya direktoru Məsum Ağayev, baş redaktoru isə Bülənt Gürcamdır. Qəzetin Bakı bölməsinə ayrı-ayrı vaxtlarda təcrübəli jurnalistlər - Nəsib İsmayılov, Cəlal Tağıyev və Novruz Novruzov redaktorluq etmişlər. “Avropaya addım-addım” devizi ilə nəşrə başlayan “Euro Xəbər” qəzeti Azərbaycan diasporunun yaranması və inkişafında böyük həcmdə səmərəli işlər görüb. Baş redaktor Bülənt Gürcam daim diaspor dəyərlərinin yüksək tutulması uğrunda yazılar çap etdirmişdir. Müstəqil Azərbaycanın Avrointeqrasiya yolunda irəlilədiyi bir vaxtda yaranan “Euro Xəbər” bu istiqamətdə də əməli fəaliyyət göstərmiş, “Belçika-Azərbaycan Evi” ilə birlikdə azərbaycanlıların müxtəlif xalqlarla qaynayıb-qarışması, digər dövlətlərdə yaşayan vətəndaşlarımızın həmin ölkələrin cəmiyyət həyatına alışmaları və ictimai-siyasi və humanitar sahədə fəaliyyətləri üçün təbliğat aparmışdır. Xüsusilə, Qədim Türk sivilizasiyasının tarixindən, ayrı-ayrı görkəmli türk dövlət xadimlərinin və sərkərdələrinin həyatından tarixi faktlar dərc edilmişdir.