Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mentuhotep (xəzinədar)
Mentuhotep — Qədim Misirin dövlət xadimi və On ikinci xanədan fironu I Senusretin maliyyə işləri (xəzinədar) mənsubu. Menhotep Orta padşahlıq dövründə ən yaxşı təsdiq olunmuş məmurlarından biridir. Karnakda onu katib kimi göstərən bir sıra heykəllər mövcuddur. Bunlara görə ona bütün kral işlərinə nəzarətçi titulu verilmişdir ki, bu da onun Karnakdakı məbədin tikintisinə nəzarət etməkdə iştirak etdiyini göstərir. El-Liştdə onun I Senusret piramidasının yanında böyük bir məzarı var idi. Tapılan zaman o, ciddi zədələnmişdi, lakin burada yüksək keyfiyyətli relyef qalıqları və heykəl parçaları vardı. Qəbrin olduğu yerdə hələ də biri sındırılmış, digəri yaxşı qorunmuş, qranitdən hazırlanmış və parlaq rənglənmiş interyeri olan iki sarkofaq var idi. Abidosda Mentuhotepin adına böyük bir stel ucaldılıb. Üzərində bir sıra rəsmi titullar, o cümlədən vəzir titulları yazılmışdır. Mentuhotepin türbəsində vəzir titulu yoxdur.
Sobexotep (xəzinədar)
Sobexotep — eramızdan əvvəl 1950-ci ildə kral I Senusretin dövründə qədim Misir xəzinədarı. Xəzinədar, sarayın hər cür malla təmin edilməsinə cavabdeh olan kral sarayında aparıcı məmurlardan biri. Sobekhotep yalnız mərmərin çıxarıldığı Orta Misirdəki Hatnubda qaya kitabəsində təsdiqlənir. Yazı I Senusretin hakimiyyətinin 22-ci ilinə aiddir. Xəzinədar titulunun yanında Sobexotep kral möhürü və yeganə dostu titullarını daşıyır. Onun vəzifədəki varisi, ehtimala görə Mentuhotep idi.
Xəzinədar Əli Paşa
Xəzinədar Əli Paşa (ö. 1700) — Osmanlı sultanı II Əhməd və II Mustafanın dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Moreyalı olub, Misir bəylərbəyi Sərxoş Əhməd Paşanın kəndxudası olmuşdur. Paşanın vəfatının ardından öncə naib, 1694-cü ilin sentyabrından etibarən isə vəzirlik rütbəsi ilə Misir bəylərbəyi olaraq bölgəni idarə etmişdir. 1695-ci ilin iyununda təqaüdə ayrılsa da, həmin ilin sonlarında Trabzon valisi oldu. 1697-ci ilin avqustunda Belqradın mühafizəsiylə vəzifələndirildi. Ancaq 1700-cü ildə yayılan vəba epidemiyası səbəbilə anidən vəfat etdi. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Taqanroq xəzinədarlıq binası
Taqanroq xəzinədarlıq binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbədən ibarət olan bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, ev 86. == Tarixi == Taqanroq şəhəri Qreçeskaya küçəsində ev 86 ünvanında yerləşən bina 1830-cu ildə inşa edilmişdir. 1871-ci ildə binada Azov-Don Kommersiya bankı yerləşirdi. Binanın ilk sahibi italiyalı dövlət qulluqçusu misiqiçi Ruoko olmuşdur. Onun evində adətən qastrolda olanartist və musiqiçilər qalırdılar. 1873–1875-ci illərdə binanın sahibi polkovnik Aleksandr Qavriloviç Remi olmuşdur. O, sonradan hətta general-mayor rütbəsinə qədər yüksələ bilmişdir.
Xəzinəvar
Xoznavar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 45 km məsafədə yerləşir. Kəndin qədim adı Xaznavar, Xandzaberd olmuşdur. Toponimin ilkin, qədim formasına (Xaznavar//Xandaberd) əsasən bu qənaətə gəlirik ki, kəndin adı qədim türk tayfalarından biri olan gencək (>xazna >xandza) etnonimi ilə Azərbaycan dilində «möhkəmləndirilmiş istehkamı olan kənd», «qala» mənasında işlənən var birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Vadi əl-Xəznədar döyüşü
Vadi əl-Xəznədar və ya Üçücü Homs döyüşü — qərbi Suriyada Homs qəsəbəsinin şimal-şərqindəki Vadi əl-Xəznədarda Məmlük sultanlığı və Monqol imperiyasının qolu olan Elxanlı dövləti və onlara yardım edən Kilikiya çarlığı ilə Gürcüstan çarlığı arasında 22–23 dekabr 1299-cu ildə edilən, Suriyaya olan monqol axınları içərisində monqol zəfəri ilə nəticələnən tək savaşdır. Bu döyüşdən sonra daha öncəki 4 döyüşdə uduzan monqollar özlərinə inam qazandılar, cənuba irəliləmiş və 1303-cü ildə yenə Məmlüklərlə Marj əl-Səffar döyüşünü etmişdirlər. Ancaq orada da məğlubiyyətə uğrayan Elxanilər Suriya axınlarına son verərək Suriyanı tərk etmişdirlər. == Döyüş == Monqol ordusunun mərkəz hissəsində olan Qazan xan döyüş başladığında hiyləyə əl ataraq ordusunun sağ cinahına komandnalıq edən Qutluqşaha Məmlük ordusunu aldatmaq üçün kös çaldırmışdır. Bu yanılğıya aldanan Məmlüklər Qazan xanın bu tərəfdə olduğunu düşünürək hücumlarını monqol ordusunun sağ qanadına cəmləşdirmişdir. Bu sayədə həm Qazan xan qorunmuş, həm də Məmlük ordusunun qurulan tələyə çəkilməsi mümkün olmuşdur. Başda üstün olan məmlüklərin monqollar tərəfindən sol qanad bölmələrinin dağıdılması ilə monqollar üstünlük qazanmağa başlamışdır. Buna rəğmən, günorta boyunca döyüşən məmlüklər ertəsi günə qədər sıralarını qorumağı bacarmışdır.Ancaq ertəsi gün olan 23 dekabr 1299-cu ildə monqolların və yardımcı erməni, gürcü bölmələrinin məmlüklərin orta cinahını dağıtması ilə yaxında monqolların qələbə qazanacağı sezilməyə başladı. Axşama doğru məmlüklər məğlubiyyəti qəbul edərək və daha çox itki verməmək üçün döyüş meydanından cənuba doğru geri çəkilməyə başladı. == Nəticə == Dəməşqə doğru qaçan məmlüklər yolda 12.000 yolda müstəqillik istəyən 12.000 nəfərlik Dürzi və Maruni oxçusu ilə qarşılaşmış və onlarla döyüşməyə məcbur olmuşdur.
Xəzinələr adası
Dəfinələr adası — Şotlandiyalı yazıçı Robert Louis Stevensonun məşhur macəra romanıdır. Bütün romanların bəlkə də ən çox müzakirə olunanıdır. Tropik adalar, X işarəli xəzinə xəritələri ilə tək gözü kor, bir əli qancalı, çiynində tutuquşu ilə yaddaşımızda canlandırdığımız dəniz döyüşçüsü anlayışları Dəfinələr Adası romanının böyük təsiri olmuşdur. == Haqqında == Kitabda İngiltərədə bir işçinin oğlu olan Jim Hawkins'in əlinə keçən bir xəzinə xəritəsi üzərinə çıxdığı xəzinə axtarışı mövzu edilir. Müəllif, əsəri 30 yaşında olarkən yazmağa başlamış və romançı kimi ilk müvəffəqiyyətini bu kitabla əldə etmişdir. İlk on beş bölüm 1881 də, müəllifin həyat yoldaşı və ögəyoğlu ilə birlikdə yaşadığı Şotlandiya yaylaqlarından biri olan Braemar'da yazıldı. Kitabı yazıçıya ögəy oğlu sifariş etmişdi. Ayrı bir kitab olaraq 1883-ci ildə çıxan bu əsər, daha əvvəl 1881-1882 illərdə bir uşaq jurnalında seriallar halında nəşr olunmuşdur. = Personajlar = Cim Hokins (Jim Hawkins) — kitabın əsas qəhərmanı. Əhvalatlar onun dili ilə danışılır.