Xoznavar — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.[2]
Kənd | |
Xoznavar | |
---|---|
erm. Խոզնավար | |
39°37′17″ şm. e. 46°21′21″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Gorus rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.600 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 45 km məsafədə yerləşir. Kəndin qədim adı Xaznavar, Xandzaberd olmuşdur[3].
Toponimin ilkin, qədim formasına (Xaznavar//Xandaberd) əsasən bu qənaətə gəlirik ki, kəndin adı qədim türk tayfalarından biri olan gencək (xazna, xandza) etnonimi ilə Azərbaycan dilində "möhkəmləndirilmiş istehkamı olan kənd", "qala" mənasında işlənən var[4] birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 86 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə kənddə yaşayan azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. 1918-ci ildən sonra burada yalnız ermənilər yaşayır.