Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abdulla Tahirzadə
Abdulla Mahmud oğlu Tahirzadə (19 yanvar 1896, Vartaşen, Nuxa qəzası – 2 noyabr 1978, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Abdulla Tahirzadə 19 yanvar 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında anadan olmuşdur. İlk təhsilini Ağdaşda alan Tahirzadə orta təhsilini İstanbulda xeyriyyə məktəbində davam etdirmişdir. Daha sonra o, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. Orada Ali İqtisad Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. 1923-cü ildə vətənə qayıdan Abdulla Tahirzadə Azərbaycanın orta ixtisas və ali məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir. == Repressiya dövrü == Abdulla Tahirzadə 1949-cu ildə repressiyaya məruz qalmışdır. O, 1949-cu ilin may ayında Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilmişdir. Beş il müddətinə islah-əmək düşərgəsində sürgündə olan Abdulla Tahirzadə 1953-cü ildə azad edilmişdir. O, iki il Cambulda (Qazaxıstan) müəllim işləmişdir.
Nofəl Tahirzadə
Nofəl Şərif oğlu Tahirzadə — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, memar, rəssam və dissident. Nofəl Şərif oğlu Tahirzadə 5 sentyabr 1955-də Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Beşinci babası Məhəmmədtahir ağa Nəzirməhəmməd oğlundan (XIX yüzilin başlanğıcı) üzübəri bütün babaları xalqı savadlandırmaqla, yurddaşlarını Allah yoluna çağırmaqla məşğul olub – mollalıq və müəllimlik edib. Ata babası Molla Yusif Baba oğlu (1899-1962) müdrik el ağsaqqalıydı, ana babası Molla Çərkəz əfəndiyəsə (1882-1970) təkcə Qəbələ mahalında yox, ətraf bölgələrdə də sonsuz ehtiram vardı. Atası – “Xalq maarifi əlaçısı” Şərif Tahirli (1929) 42 il millət balalarına savad verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 11 kitabın müəllifi olan Şərif müəllimi respublikada daha çox satirik şair kimi tanıyırlar. Anası Ruqiyyə xanım (1929-1992) yüksək təhsil almasa da övladlarının oxumasıyçün əlindən gələni etmiş geniş dünyagörüşlü və hədsiz qayğıkeş qadındı. Nofəl Şərif müəllimin 4 övladından ikincisiydi. Ona 7 yaşınacan hamı «Afər» deyib, ancaq birinci sinifdə jurnal yazılanda üzə çıxıb ki, gerçək adı Nofəlmiş. Babası Yusif doğum şəhadətnaməsini alanda «Afər» yerinə «Nofəl» yazdırıbmış.
Nərmin Tahirzadə
Nərmin Tahirzadə (1921, Konstantinopol – 17 yanvar 2012) — Əməkdar elm xadimi. Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Atası - o zamankı Şəki qəzasının Xaçmaz kəndindən olan Tahirzadə Abdulla Mabud oğlu həmin vaxt İstanbul Universitetində təhsil alırdı. Abdulla Tahirzadə 1923-cü ildə təhsilini bitirərək Bakıya dönüb. Üç yaşlı Nərmin isə Azərbaycana bir il sonra - 1924-cü ildə anası ilə birgə gəlib. İxtisasca müəllim olan valideynləri Bakının ali və orta məktəblərində dərs deyib. Atası 1978-ci, anası isə 1987-ci ildə vəfat edib. 1939-cu ildə orta məktəbi bitirən Nərmin Tahirzadə Azərbaycan Dövlət Universitetinin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya daxil olub. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi" kafedrasında assistent və müəllim işləyib. 1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilib.
Taleh Məhərzadə
Ədalət Tahirzadə
Ədalət Şərif oğlu Tahirzadə (23 may 1951, Xırxatala, Qutqaşen rayonu) — pedaqoq, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Respublikasının sabiq təhsil naziri müavini. Ədalət Şərif oğlu Tahirzadə 23 may 1951-ci ildə Qutqaşen rayonunun Xırxatala kəndində anadan olub. 1958-ci ildə Xırxatala kənd səkkizillik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini 1968-ci ildə Qəbələ rayonunun Zarağan kənd orta məktəbində başa vurub. Orta məktəbi bitirdikdən sonra 1968–1969-cu dərs ilində Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1974–1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində türk dili (Azərb. dili) və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra Qəbələ rayonunun Kiçik Pirəlli kənd orta məktəbində 1977-ci ilin sentyabr ayından 1978-ci ilin dekabr ayınadək Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. 1977-ci ildə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına daxil olub, 1978-ci ilin dekabrından əyani şöbəyə keçirilib.
Kərim Tahirzadə Behzad
Kərim Tahirzadə Behzad (1888-1963) - Təbrizdə Məşrutə hərəkatının fəal iştirakçılarından biri, mühəndis və memar. O, İctimaiyyun-Amiyyun (İran Sosial-Demokrat Partiyası) təşkilatının üzvü idi. İstanbul və Berlində memarlıq sahəsində təhsil almışdır. Elmi ədəbiyyatda cənubi Azərbaycanın “Molla Nəsrəddin”-i adlandırılan “Azərbaycan” (1907) satirik jurnalında, eyni zamanda “Əncümən”, “Həşərtül ərz” və digər satirik mətbuatda məhsuldar şəkildə çalışmış azərbaycanlı rəssam Hüseyn Behzad Tahirzadə və onun qardaşı Kərim Behzad haqqında hər hansı bir məlumat, yazılmış elmi və ya publisistik məqalə, demək olar ki yoxdur. == Əsərləri == Kərim Tahirzadə Behzad, Azərbaycan dər Ninzəte Azərbaycan, Tehran (tarixsiz). == Mənbə == "Kərim Tahirzadə Behzad". Dövrün memarlığı. 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2012. Eta, Əli.
Mirzə Həsən Tahirzadə
Tahirzadə Mirzə Həsən Mirzə Nəsir bəy oğlu — Qafqaz müsəlmanlarının IV Şeyxülislamı; Sankt-Peterburq Universitetinin müəllimi, İslam hüququ üzrə mütəxəsis. Mirzə Həsən Tahirzadə 1837-ci ilin 30 may tarixində Şuşa qəzasının Cavanşir sahəsinin Kəngərli obasında (müasir Tərtər rayonunun Kəngərli kəndi) anadan olmuşdu. İbtidai təhsilini atası Mirzə Nasir bəy Tahirzadədən almışdır. Sonra Təbriz şəhərində "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdi. Doğma yurduna dönəndən sonra 8 aprel 1859-cu ildə Qapanlı obasında molla kimi dini fəaliyyətə başlamışdı. 21 iyun 1893-cü ildı Tiflisdə vəfat etmişdir. Onu Qafqaz müsəlmanlarının şeyxülislamı vəzifəsində Əbdüssəlam Axundzadə əvəz etmişdir. 6 avqust 1873-cü ildə imtahandan keçərək Zaqafqaziya Şiə Ruhani idarəsinin qərarı, Yelizavetpol Ruhani məclisinin sərəncamı ilə axund titulu almışdı. Elə həmin il 21 avqustda imperatorun əmri ilə Qafqaz eskadronunun leybqvardiyasının 4-cü vzvoduna axund təyin edilmişdi. 1878-ci ilədək qvardiyada ruhani kimi xidmət etmişdi.
Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə
Tahirzadə Mirzə Həsən Mirzə Nəsir bəy oğlu — Qafqaz müsəlmanlarının IV Şeyxülislamı; Sankt-Peterburq Universitetinin müəllimi, İslam hüququ üzrə mütəxəsis. Mirzə Həsən Tahirzadə 1837-ci ilin 30 may tarixində Şuşa qəzasının Cavanşir sahəsinin Kəngərli obasında (müasir Tərtər rayonunun Kəngərli kəndi) anadan olmuşdu. İbtidai təhsilini atası Mirzə Nasir bəy Tahirzadədən almışdır. Sonra Təbriz şəhərində "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdi. Doğma yurduna dönəndən sonra 8 aprel 1859-cu ildə Qapanlı obasında molla kimi dini fəaliyyətə başlamışdı. 21 iyun 1893-cü ildı Tiflisdə vəfat etmişdir. Onu Qafqaz müsəlmanlarının şeyxülislamı vəzifəsində Əbdüssəlam Axundzadə əvəz etmişdir. 6 avqust 1873-cü ildə imtahandan keçərək Zaqafqaziya Şiə Ruhani idarəsinin qərarı, Yelizavetpol Ruhani məclisinin sərəncamı ilə axund titulu almışdı. Elə həmin il 21 avqustda imperatorun əmri ilə Qafqaz eskadronunun leybqvardiyasının 4-cü vzvoduna axund təyin edilmişdi. 1878-ci ilədək qvardiyada ruhani kimi xidmət etmişdi.