YEYİN [Aslan] canındakı üşütməni unudub yeyin addımlarla şəhərə qayıtdı (M.Hüseyn); BECİD (dan., zar.) Şövkət: Əyləş, dincini al, Kərim dayı, niyə belə becid yerimisən, lap ürəyin ağzına gəlir ki... (M.İbrahimov); CƏLD Xavər ərinin üzünə belə baxmayıb evdən çıxdı, cəld addımlarla yüyürüb getdi (B.Bayramov); ÇEVİK Usta çevik addımlarla perrona çıxdı (M.Hüseyn); İTİ Qəndab: Qönçə idi. İti addımlarla yeriyirdi (B.Bayramov); SÜRƏTLİ (çox yeyin) Tahirzadə sürətli addımlarla qabağa keçəndə hamı susdu (Mir Cəlal); YELLİ (dan.) Biqəm: Pah atonnan, zalım balası gör nə yelli gəlir (Anar); ƏLÜSTÜ (bax), SÜRƏTLƏ (bax).