ARXALIQ

is. köhn. Yaxası düyməli, beli büzməli, ya büzməsiz üst paltar.
[Tubu:] Bilmirəm, bu bir arxalıq nə olubdur ki, budur, beş gündür onu tikib qurtara bilmirsən. Ə.Haqverdiyev.
Kişi arxalıq, çuxanı atıb, kostyum, qalstuk geymişdi, papağı çıxarıb fəs qoymuşdu. B.Talıblı.
[Tahirzadə] sərin xəzri alnına toxunanda arxalığının yaxasını açıb, dərindən nəfəs aldı. Mir Cəlal.

Этимология

  • ARXALIQ Paltar növüdür və arxa (dal) sözündən əmələ gəlib. “Arxaya geyilən” (çiyinə salınan) mənasını verir. Sözün başqa mənasıda var və rus dilindəki “чересс
ARXALI
ARXALIQLI
OBASTAN VİKİ
Arxalıq
Arxalıq — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib. Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur. == Xarici görünüşü == Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir.

Значение слова в других словарях