Taleh Oqtay oğlu Məhərzadə (10 dekabr 1995, Qaynaq, Tərtər rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Taleh Məhərzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1995 |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2020 (24 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi • Laçın döyüşləri |
Təltifləri |
Məhərzadə Taleh Oqtay oğlu 10 dekabr, 1995-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub.[1].9 illik orta məktəbi bitirib. 2013-cü ildə hərbi xidməti bitirdikdən sonra ailəsi ilə təsərüffatda çalışıb.Subaydır.[2]
Taleh Məhərzadə 2013-cü ildə həqiqi hərbi xidmətdə olub.2020-ci ildə müddətdən artıq hərbi xidmətə yazılıb. Azərbaycan Ordusunun əsgəri olan Taleh Məhərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, müharibənin ilk günündən döyüşlərdə fəal iştirak edib və ilk şəhidlərdən olub. Sentyabr ayının 28-i Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Taleh Məhərzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[6]