Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) — qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Laiklik
Laisizm və ya laiklik (fr. laïcité sözündən) — dövlətin dininə və dilinə baxmayaraq ictimai sahədə hər kəsə eyni hüqüqların verilməsində daha fəal rol oynadığı siyasət və prinsiplər. == Türkiyədə == Türkiyə Respublikası milli dövlət kimi qurulmuşdur. Başqa sözlə, cəmiyyət öz müqəddəratını həll etmək səlahiyyətinə malikdir. Millətin tərifi nə irqdir, nə də ümmət. Millət öz hüquqlarını düşüncə əsasında nizamlayan cəmiyyətdir. Bu baxımdan millətin qeyd-şərtsiz suverenliyi dövlətin "laik" olması deməkdir. Bəzi dairələr Türkiyə qanunlarında sekulyarizmin heç bir tərifinin olmadığını iddia edirlər. Halbuki, Konstitusiyanın 24-cü maddəsində sekulyarizm rasionalist fəlsəfənin təhlilinə uyğun olaraq müəyyən edilmişdir.
Xanik
Xanik (Bəradost dehistanı)
Xainlər qəbiristanlığı
Xainlər Qəbiristanlığı — İstanbulun Pendik mahalında, Ballıca kəndinin yaxınlığında, Təpəörəndə yerləşən qəbiristanlıq. 15 iyul 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd edərkən həyatını itirən əsgərlərin dəfn edilməsi məqsədiylə qurulmuşdur. Qəbiristanlığa ilk dəfn adam Acıbadem Mahalle muhtarını öldürən Kapitan Mehmet Karabekir'e.
Əvinlik (Miyanə)
Əvinlik (fars. اونليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,647 nəfər yaşayır (477 ailə).
Yaponiyada şahinlik
Takaqari (鷹狩) – ənənəvi yapon şahinçiliyi. Yaponiyada saray əyanlarının və döyüşçülərin idman növü olmuşdur. Tokuqava İeyasu kimi hərbi xadimlər və daymyolar takaqari ilə siyasi məqsədlərlə məşğul olmuşdurlar. == Tarixi == Yaponiyada şahinçilik idmanı V–VI əsrlərdə ortaya çıxmışdır. Həmin dövrə aid kofunlarda gildən hazırlanmış şahinçi fiqurları tapılmışdır. 720-ci ilə aid "Nihon Şoki" əsərində şahinçilik ilə bağlı bacarıqlar və təchizatların Koreyadan idxal olunduğu göstərilir. Əsərdə göstərilir ki, İmperator Nintoku qırqovul ovunda istifadə olunacaq şahinlərə təlim keçmək üçün Koreyada yerləşən Pekçe krallığından adam gətizdirmişdir. Heyan dövründə takaqari saray əyanlarının məşğuliyyəti olsa da, Kamakura dövründə (1185–1333) döyüşçülər də şahinçilik ilə məşğul olmağa başlamışdırlar. XVI əsrdə takaqari həm saray əyanlarının, həm daymyoların məşğuliyyəti olmuşdur. Daymyolar üçün şahinçiliklə məşğul olmaq sahib olduğu əraziləri gəzmək və bu ərazilərin ona aid olduğunu göstərmək mənasını daşıyırdı.
Xalik Məmmədov
Xalik Rəfi oğlu Məmmədov (28 iyun 1958, Kakalos, Astara rayonu) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti (2007–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri (2023-cü ildən). == Həyatı == Məmmədov Xalik Rəfi oğlu 28 iyun 1958-ci ildə Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. 1984-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektrik ixtisası üzrə bitirmişdir. "Personalın idarə olunmasında motivasiyanın rolu" mövzusunda elmi işi sayəsində İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 8 elmi məqalənin müəllifidir. Əmək fəaliyyətinə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda başlamışdır. Energetik, Enerji təchizatı sexinin rəis müavini, 1985–1991-ci illər ərzində Yeni Bakı Neftayırma Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991–1992 illərdə Bakı şəhəri Nizami rayonu XDS İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavini, Yeni Bakı Neftayırma Zavodu nəzdində "Azinteroyl" Müştərək Müəssisəsinin texniki direktoru, 1992–1994-cü illər ərzində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat şöbəsinin baş mütəxəssisi, 1994–2005-ci illərdə "Azərneftyanacaq" İstehsalat Birliyində (daha sonra "Azərneftyanacaq" Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu adlandırılmışdır) kadrlar şöbəsinin rəisi, 1996-cı ildən baş direktorun müavini, direktorun rejim və kadrlar üzrə müavini vəzifələrində çalışmışdır. 2005-ci ilin noyabr ayından SOCAR-da İşlər İdarəsinin rəisi və 2007-ci ildən isə SOCAR-ın Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse prezidenti, 2021-ci ildən 2023-cü ilə qədər Dövlət Neft Şirkətinin Vitse prezident vəzifəsində çalışıb. Səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə Əməkdar mühəndis fəxri adına layiq görülmüş və II dərəcəli Əmək Ordeni ilə təltif olunmuşdur. 1986–1992-ci illər ərzində Azərbaycan Həmkarlar İttifaqı Şurasının Rəyasət heyətinin üzvü, 1990–1992-ci illər ərzində Ümumittifaq Həmkarlar İttifaqı Konfederasiyasının (ÜİHİK) üzvü, ÜİHİK-in Əməyin Mühafizəsi və Ekologiya Komissiyasının Əməyin mühafizəsi üzrə alt komissiyasının sədri seçilmişdir.
Xanik (Bəradost dehistanı)
Xanik (fars. خانيك‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (26 ailə).
Xatınlı
Xatınlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Xatınlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Kür çayı sahilində olan Xatınlı kəndinin əhalisinin 1930-1936-cı illərdə Xunni düzündə həmin kəndə məxsus əkin yerlərində məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların bir qismi oykonimi etnotoponim hesab edir. Bəzi tədqiqatçılar isə oykonimi Atabəy Özbəyin sonralar isə Cəlaləddin Xarəzmşahın zövcəsi Mehri Cahan Xatunun (XIII əsr) adı ilə bağlayırlar. Xatun "xan arvadı, xan qadını" mənasındadır. == Tarixi == Kənd XX əsrin 30-cu illərində kolxoz islahatı ilə əlaqədar Kür çayının sağ sahilindən indiki əraziyə köçürülmüşdür. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti ticarət, əkinçilik, heyvandarlıq və tikinti işləridir. Bakı-Tbilisi-Ceyhan neft kəməri kəndin ərazisindən keçir.
Xmilnık
Xmilnık— Ukraynanın Vinnitsa vilayətində regional əhəmiyyətli şəhər, Xmilniki rayonunun inzibati mərkəzi, milli əhəmiyyətli balneoloji kurort. Vinnitsa rayonundan 67 kilometr uzaqlıqda, Vinnitsa rayonunun şimal-qərbində yerləşir. 1448-ci ildə Magdeburg qanununu aldı. == Gəzinti == 4 pravoslav kilsəsi. (1801-1910) türk məscidi. == Məşhur insanlar == Boriseviç, İqor Vladimiroviç - rus immunoloq, mikrobioloq, tibb elmləri doktoru, professor. Dvorkis, Dmitri Vladimiroviç - 1992-ci ildən 2000-ci ilə qədər Ukraynanın Verkitsa şəhərinin Vinnitsa bələdiyyə başçısının III çağırışının Xalq müavini. Zdebski, Anatoli Dmitriyeviç - Sovet raketləri zabiti. Nayko, Sergey Fedoroviç - "Rusiya Federasiyasının əməkdar artisti", pedaqogika üzrə aparıcı mütəxəssislərdən biri, professor. Stessel, Anatoli Mixayloviç - rus general-adyutant (1904), general- leytenant (24 aprel 1901), Rus-Yapon müharibəsi zamanı Port-Artur komandiri.
Xanlıq
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi. Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular. Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır.
Xanılı
Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.[mənbə göstərin] == Toponimikası == Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.
Xatınlı bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qoçbuynuz Xanlıq
Qoçbuynuz Xanlıq — Qarabağ qrupunun xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən biri[]. == Ümumi məlumat == 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Qoçbuynuz xanlıq", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı.
Xanlıq (Qubadlı)
Xanlıq — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xanlıq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə adlandırılmışdır. Oykonim "xana məxsus mülk (malikanə)" mənasındadır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək İşkanadzor adı verilib. Kənddə Azərbaycandan köç etmiş ermənilər məskunlaşıb, 2003-cü ildə burada 211 nəfər əhali yaşayırdı. “Azərkosmos” Xanlıq kəndində ermənilər tərəfindən yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə 2019-cu ildə əldə olunmuş təsvirini yayımlayıb. 2020-ci ilin 25 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.
Xanlıq (dövlət)
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi. Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular. Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır.
Xanlıq xalçaları
Xanlıq xalçaları — Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan xovlu xalça. == Ümumi məlumat == Xalçaların Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçalar Azərbaycanın cənubunda, Qubadlı rayonundan 18 km cənub-şərqdə yerləşən Xanlıq kəndinin adı ilə əlaqədar olaraq belə adlandırılır. Xanlıq – Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuşlar və öz yüksək keyfiyyəti ilə seçilirlər. XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər, Süleymanlı, Daşkəsən kəndlərində toxunan xalçalar dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi. "Xanlıq xalçası"nın orijinal nümunələri xüsusi sifarişlə toxunmuş mürəkkəb kompozisiyalı xalını özündə əks etdirir. Məsələn, XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasında "xan qızı" kimi tanınan "Xanlıq xalçası" toxunmuşdur. == Bədii analiz == "Xanlıq xalçaları" müxtəlif kompozisiyalı və müxtəlif təsvirli olur. I variant "Xanlıq xalçası"nın orta sahəsinin kompozisiyasını böyük göl təşkil edir. Onun aşağı və yuxarı hissələrində iki qübbə yerləşir, orta sahənin dörd küncü boyunca isə simmetrik formada dörd ləçək düzülmüşdür.
Xanlıq xalçası

Xanlıq Şükür
Xanlıq Şükür (1872, Şuşa – 1927, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyatı == Xanlıq Şükür 1872-ci ildə Şuşada yoxsul kəndli ailəsində anadan olmuşdur. Çox gənc yaşlarında valideynləri vəfat etmiş, babası Rövşənin himayəsində böyümüşdür. İbtidai təhsil ala bilmiş, erkən çağlardan oxumağa həvəs göstərmişdir. Şükürün xanəndə kimi inkişafında Xurşidbanu Natəvanın böyük rolu olmuşdur. Belə ki, o, Şükürün ifasını bəyənmiş və onun saraya gətirilməsini əmr etmişdir. Xanlıq Şükür Natəvanın yaratdığı və rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclislərində iştirak etmiş, şairlərin oxuduğu şeirləri dinləmiş və Hacı Hüsü, Məşədi İsi, Həsənçə, Sadıqcan kimi musiqiçilərdən muğamın incəliklərini öyrənmişdir. Xanlıq Şükürün ilk müəllimi Hacı Hüsü olmuşdur. Hacı Hüsü Xanlıq Şükürə Şərq muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini öyrətmiş, onun xanəndə kimi formalaşmasında mühüm rol oynamışdır. Gənc yaşlarından xan sarayında yaşadığı üçün Şuşa əhalisi Şükürə "Xanlıq Şükür" deyə müraciət etmişdir.
Xanlıq (dəqiqləşdirmə)
Xanlıq — xırda feodal dövləti. Xanlıq (Qubadlı) — Qubadlı rayonunda kənd. Xanlıqpəyə — Şuşa rayonunda kənd.
Xanlıq dövrü
Azərbaycan xanlıqları, Qafqaz xanlıqları, Xanlıqlar və ya Xanlıqlar dövrü — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla, digər xanlıqlar məhz sırf 1747-ci ildə Nadir şah Əfşarın qətlindən və Əfşar imperiyasının parçalanmasından sonra meydana gəlmişdir. Beləliklə, Azərbaycanın dərin siyasi parçalanma və daxili müharibə şəraitində də olsa, yarıməsrlik müstəqillik dövrü başladı. XIX əsrin əvvəllərində xanlıqlar mərhələ-mərhələ Qacar Dövlətinin və Rusiya imperiyasının işğalına məruz qalmışdırlar. == Arxa plan == Nadir şah Əfşarın qəfil sui-qəsd nəticəsində öldürülməsi ilə onun nəhəng Əfşarlar imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII əsrin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət 14 dəfə əldən-ələ keçmiş və dövlətin paytaxtı 6 dəfə dəyişdirilmişdi.
Xanlı tayfası
Xanlı, Xanlu və ya Xalu tayfası — İranda yaşayan kiçik türk tayfalarından biri. == Haqqında == Tayfa əsasən Kerman əyalətində yaşamışdır. 1957-ci ilə aid İran ordusu sənədlərinə əsasən tayfa Bərdsir və Masiz ətraflarında yaşamaqda imiş. Bu yerlər Kermanın cənub-qərbində yerləşməkdə idi. Qacarlarla Zəndlər arasında hakimiyyət mübarizəsi gedərkən onlar Lütfəli xan Zəndi Ağa Məhəmməd xan Qacar qarşısında dəstəkləmiş, buna görə də, Ağa Məhəmməd xan qardaşı oğlu və xələfi Fətəli xan Qacara onları tabe otməyi əmr etmişdir. Bərdşiri mühasirəyə alan Fətəli xan əhalinin müqavimət göstərməsinə heyran qalmış, onları məğlub etdikdən sonra da bu heyrətinə və tayfanın cəsarətinə görə xanlarının qızı ilə evlənmişdir. Hakim ailə ilə bu qohumluğuna görə tafyaya xanlı deyilməyə başlanmışdır. Xanlı və ya Xanlı deyilən tayfa adı sonradan qısaldılmış və Xalu halına düşmüşdür. Tayfa hal-hazırda qismən oturaq yaşamaqdadır. Tayfanın yaylaqları Sircan şəhristanının Rabor və Bəft məntəqələrində yerləşir.
Qoçbuynuz Xanlıq xalçaları
Qoçbuynuz Xanlıq — Qarabağ qrupunun xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən biri[]. == Ümumi məlumat == 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Qoçbuynuz xanlıq", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı.
Xanlıq Muxtar karvansarası
Xanlıq Muxtar karvansarası — Şuşa şəhəri M. F. Axundov küçəsi 29 ünvanında yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. == Tarixi == Karvansara Şuşa şəhərində XVIII əsrdə Xanlıq Muxtar tərəfindən tikilmişdir. Xanlıq Muxtarla bağlı tarixdə yazılı çox məlumat olmasa da, Xan sarayında xidmət etmiş, şəhərin hörmətli şəxslərindən olduğu bilinir. XIX əsrin sonlarına yaxın Şuşada fəaliyyət göstərən 10 karvansaradan biri də Xanlıq Muxtar karvansarası idi. Şəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir.
Xanlıq Muxtar karvansarayı

Xanik (Sumay-i Şimali dehistanı)
Xanik (fars. خانيك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (47 ailə).