Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xuk
Xuk (fars. خوك‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Xuk (Şot)
Xuk (fars. خوك‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Xuko gölü
Xuko (adıq Хыкъуэ) — Krasnodar diyarının cənubunda yerləşən tektonik mənşəli göl. Göl Soçi şəhərinin Lazarevski rayonunda, Adıgey Respublikası sərhəddindədir. Göl yaxınlığında, Adıgey ərazisində Xuko dağı var (1901 m). == Etimologiyası == Xuko adıge dilində delfin mənasını verir. Eyni adlı dağın zirvəsindən gölə baxdıqda delfin formasını xatırladır. Adıge dilindən sözün digər tərcüməsi «dəniz oğlu» deməkdir. Bu tərcümə daha etibarlı hesab olunur. Məhs adıqlar inanırlar ki, göl qədim dənizin qalığıdır. == Coğrafi mövqeyi == Xuko gölü Böyük Qafqaz silsiləsində, suayrıcı xəttə yaxın ərazidə yerləşir. Göl Pşexaşxe və Şae çaylarının yataqları arasındadır.
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. == Nümunə == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xok
Xok — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. == Toponimikası == Arazboyu düzənlikdədir. Qədim yaşayış məntəqələrindəndir. Bəzi tədqiqatçılara görə, oykonim türk dillərindəki "çəmən, otlaq" mənasında işlənən xok/xak sözü ilə əlaqədardır. Toponimin İran dillərindəki xak (torpaq) sözündən olmasını da güman etmək olar.Qıvraq və Yeni Kərki arasında yerləşən bu kənd füsunkar gözəllikləri ilə insanların marağını cəlb edir. == Əhalisi == Əhalisi 5234 nəfərdir.
Xub
Xub — Pakistanın Lasbela rayonunda şəhər.Şəhər Pakistanın 49-cu böyük şəhəridir. == İqtisadiyyat == Xub iqtisadi cəhətdən Bəlucistanın ən böyük sənaye şəhərlərindən biridir. Xub, Kəraçi ilə yaxınlığı səbəbindən bir ticarət mərkəzi olaraq ortaya çıxır. Bazar və bazarlar da müxtəlif çeşidli mallarla doludur. Neft emalı zavodları, Müxtəlif şirkətlər, Güc Layihələri üzrə işlər, Bosicor Neft Emalı Zavodları Kəraçi yaxınlığındakı Hubda yerləşir.
Xum
Hum – Xorvatiyada yaşayış məntəqəsi. 2011-ci ilin nəticələrinə əsasən burada cəmi 23 insan yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi də var. Hum kifayət qədər qədimdir və onun haqqında ilk qeydlər 1102-ci ilə gedib çıxır.
Xur
Xur — İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,370 nəfər və 1,360 ailədən ibarət idi.
Alan Kuk
Alan Kuk (23 mart 1966) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Alan Kuk Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Alan Kuk Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Aşağı Xuc
Aşağı Xuc – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Aşağı Xuc oyk, mür. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Yaşayış məntəqəsi XIX əsrdə Orta Xuc kəndinə məxsus qışlaq yerində bina edilmişdir. Toponimi, əsasən mənşəcə qıpçaqlardan olan kuç tayfasının adı ilə əlaqələndirirlər. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər iki kənddən fərqləndirmyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 563 nəfər əhali yaşayır.
Bord xun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Ceymi Kuk
Ceymi Robert Kuk (8 iyul 1985, Şeffild, Yorkşir və Hamber[d]) – İngiltərəli gitaraçı və bəstəkar. O indi-rok qrupu Arctic Monkeys-in üzvü kimi tanınır.
Ceyms Kuk
Ceyms Kuk (27 oktyabr 1728 – 14 fevral 1779[…]) — ingilis dəniz səyyahı. Bütün materiklərə ayaq basmış ilk insan. Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir. == Birinci ekspedisiya (1768–1771) == Ceyms Kukun birinci ekspedisiyasının (1768–1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq idi. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza C.Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qvineya adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi. == İkinci ekspedisiya (1772–1775) == İkinci ekspedisiya (1772–1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini keçmişdir. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun Cənub torpaqlarının olmadığı qənaətinə gəlir.
Deyl Kuk
Deyl "Apollo" Kuk (ing. Dale "Apollo" Cook) — ABŞ aktyoru və idmançısıdır. Taekvondo üzrə 7-ci dərəcəli qara kəmərə sahibdir. == Həyatı == Deyl Kuk 1958-ci ildə Talsa şəhərində doğulmuşdur. Əvvəllər Taekvondo, sonralar isə Karate idman növü ilə məşğul olmuşdur. Onun bu idman növlərinin hər birindən qara kəməri vardır. 1977-1996-cı illər boyu bir çox yarışmalar keçirmişdir. Yarışmaları tərk etdikdən sonra karate üzrə müəllim fəaliyyətinə başlamışdır. Həmçinin, Deyl Kukun qardaşı Con Kuk da idmanla məşğuldur.
Frederik Kuk
Frederik Albert Kuk (ing. Frederick Albert Cook; 10 iyun 1865[…], Hortonvill[d], Nyu-York ştatı – 5 avqust 1940[…], Nyu-Raşel[d], Nyu-York ştatı) - 1908-ci il 21 apreldə Şimal qütbünə ayaq basdığını iddia edən amerikalı tədqiqatçı, fizik və etnoqraf. Ondan, təxminən, bir il sonra - 1909-cu il aprelin 6-da Şimal qütbünə çatdığını iddia edən Robert Pirinin də Kukun da iddiaları illərlə müzakirə mövzusu olmuşdu. Kukun ekspedisiyası Şimali Amerika Arktikasında kəşf edilən yeganə ada olan Mien adasını ilk dəfə tədqiq etmişdi. == İstinadlar == == Mənbə == Osczevski, Randall J. "Frederick Cook and the Forgotten Pole". Arctic. 56 (2). 2003: 207–217. doi:10.14430/arctic616. ISSN 0004-0843.
Girdə xul
Girdə xul (lat. Neogobius melanostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir. == Morfoloji əlamətləri == Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür.
Huk qanunu
Huk qanunu — cismin deformasiyası zamanı yaranan elastiklik qüvvəsi, bu deformasiyanın ölçüsü ilə düz mütənasibdir. Huk qanunu 1660-cl ildə ingilis alimi Robert Huk tərəfindən kəşf olunmuşdur. F= -kx Huk qanunu ancaq kiçik deformasiyalarda doğrudur mütənasiblik həddini aşdıqda, gərginliklə deformasiya arasındakı asılılıq qeyri xətti olur. == Nazik çubuqlar üçün Huk qanunu == Nazik çubuğun dartılmasında Hüq qanunu aşağıdakı kimi yazılır: F = k Δ l . {\displaystyle F=k\Delta l.} Burada F {\displaystyle F} — qüvvə , Δ l {\displaystyle \Delta l} — mütləq uzanma я, а k {\displaystyle k} — elastiki modul . Elastikiyyət əmsalı materialın xassəsindən və ölçülərindən asılıdır. Aşkar şəkildə çubuğun ölçülərini istifadə edərək elastikiyyət əmsalını aşağıdakı kimi yazmaq olar. (kəsiyinin en sahəsi S {\displaystyle S} və uzunluq L {\displaystyle L} ) k = E S L . {\displaystyle k={\frac {ES}{L}}.} E {\displaystyle E} birinci növ elastiklik modulu və ya Yunq modulu və materialın mexaniki xarakterikdir. ε = Δ l L {\displaystyle \varepsilon ={\frac {\Delta l}{L}}} en kəsiyindəki normal gərginlik σ = F S , {\displaystyle \sigma ={\frac {F}{S}},} σ = E ε .
Keyt Kuk
Keyt Hirabayasi Kuk (ing. Keith Hirabayashi Cooke) – Amerika aktyoru, kaskadyor və döyüş sənətləri ustasıdır. Anası şotland əsilli amerikanlı, atası isə yapon əsilli amerikanlı olub. Uşu, Taekvondo və Karate ilə məşğul olub. Keyt Kuk 5 qat dünya çempionu, 6 qat beynəlxalq çempion olmuşdur. Həyat yoldaşı Syuzandır. Onların Cek adında övladı vardır. Məşq edəndə çox vaxt İngilis ifaçısı Fil Kollinsin "I Dont Care Anymore" mahnısı ilə məşq edir. == Turnirlər == 1987 WAKO: silahlar üzrə çempion. 1985 Black Belt Magazine: ilin turnir iştirakçısı.
Kuk-Karauk
Kuk-Karauk şəlaləsi (başq. Күк-Ҡарауыҡ) — Başqırdıstanın Kuk-Karauk çayı üzərində yerləşən şəlalə. 1965-ci ildə təbiət abidəsi elan edilmişdir. İşembay yasaqlığı ərazisində yerləşir. Yerləşməsi: Makar kəndindən 7 km aralıda, RZ16 yolu üzərində, Makar meşə təsərrüfatı ərrazisində, 46-cı məhəllədə yerləşir. Şəlalə kaskad xüsusiyyətinə maliksir. Hündürlüyü 10–12 metrdir. Yay ayları suyun azalması ilə tamamən yoxa çıxır. Turizm ərazisidir. Kuk-Karaukdan bir qədər aralıda Kalik-uskan qayası və Salavat və Ziqanovka mağaraları yerləşir.
Kuk adaları
Kuk Adaları — Sakit okeanın cənubunda, Polineziyada yerləşən eyni adlı arxipelaq və özünüidarə üsulu olan dövlət qurumu. Yeni Zelandiya ilə müstəqil assosiasiya şəklindədir. == Fiziki-coğrafi xarakteristika == Kuk Adaları iki qrup vulkan və mərcan mənşəli adalardan ibarətdir. Onlar Sakit okeanda 2,2 mln. km² əraziyə səpələnir. Adalar 1770-ci ildə Ceyms Kuk tərəfindən kəşf edilmişdir. Kuk adaları 6 mərcan mənşəli atolldan və 9 vulkan mənşəli adalardan təşkil olunur. Əhali ən böyük ada olan Rarotonqada yaşayır Şimalda Kiribati, şərqdə Fransa Polineziyası, Niuye, Amerikan Samoası, qərbdə Tokelau və cənubda neytral Sakit okean suları ilə sərhəddir. == Əhali == 1971-ci ilin siyahıya almaya görə Kuk adalarında 21 322 nəfər adam yaşayırdı. O zamandan başlayaraq, adaların əhalisi tədricən azalır.
Kuk boğazi
Kuk boğazı (ing. Cook Strait) — Yeni Zelandiyada ada. O, Şimal və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Uzunluğu 170 km, eni isə ən dar yerdə 22 km təşkil edir. Dərinliyi 87 m-dir. Kuk boğazında cənub yarımkürəsinin cənub qütbünə ən yaxın paytaxt şəhəri olan Vellinqton şəhəri yerləşir. Maori dilində Raukava və ya Raukava Moana kimi adlandırılır. Bu ərazilərə ayaq basan ilk avropalı Abel Tasman olmuşdur. Boğazı ilk dəfə üzüb keçən isə Ceyms Kukdur.
Kuk boğazı
Kuk boğazı (ing. Cook Strait) — Yeni Zelandiyada ada. O, Şimal və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Uzunluğu 170 km, eni isə ən dar yerdə 22 km təşkil edir. Dərinliyi 87 m-dir. Kuk boğazında cənub yarımkürəsinin cənub qütbünə ən yaxın paytaxt şəhəri olan Vellinqton şəhəri yerləşir. Maori dilində Raukava və ya Raukava Moana kimi adlandırılır. Bu ərazilərə ayaq basan ilk avropalı Abel Tasman olmuşdur. Boğazı ilk dəfə üzüb keçən isə Ceyms Kukdur.
Kürən xul
Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. == Yayılması == Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir. == Morfoloji əlamətləri == D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır.
Luk Russe
Luk Kameron Russe (7 sentyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bristol Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == === Bristol Rovers === Russe öz karyerasına Bristol Rovers klubunun U-10 gənclər akademiyasında start vermişdir. 2017-ci ilin iyul ayında o, Portuqaliyada keçirilən mövsüm öncəsi məşqlərdə iştirak etmək üçün əsas komandaya çağırılmışdır.O, öz peşəkar karyerasında debütünü 29 avqust 2017-ci ildə Uikomb Uonderers klubuna qarşı EFL Trofi görüşündə etmişdir. O, 71-ci dəqiqədə Biron Muru əvəz etmiş və komandası 5-1 hesabı ilə qalib gəlmişdir. 31 oktyabrda Russe turnirdə Vest Hem Yunayted U-23 klubuna qarşı oyunda 90 dəqiqə meydanda mübarizə aparmış və komandası rəqibinə 3-1 hesabı ilə məğlub olmuşdur.
Luk Steyn
Luk Steyn (7 iyun 1993, Harare) — Zimbabveli dağ-xizək idmançısı. Luk Steyn Zimbabveni 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Qış Olimpiya Oyunlarında iştirak edən ilk Zimbabveli idmançıdır. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. 2008-ci ildən bu idman növü ilə məşğul olmağa başlamışdır. == Karyerası == Luk Steyn Zimbabvenin paytaxtı olan Harare şəhərində anadan olmuşdur. Lakin iki yaşı olarkən ölkəni tərk edərək İsveçrəyə yollanmışdır. Steyn burada qar və xizək idmanı ilə məşğul olmağa başlamışdır. === 2014 Olimpiya Oyunları === Luk Steyn birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi.
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Rük
Rük — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.Kəndin dəniz səviyyəsindən hündürlüyü təqribən 1620-1630 metrdir == Toponimikası == Rük oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim qədim türk dillərindəki uruq (ailə, tayfa; daya¬nacaq) sözünün təhrif olunmuş forması hesab edilir və “düşərgə, yaşayış məskəni” kimi izah olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 301 nəfər əhali yaşayır. Əhalisi tatlardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Rük kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
Tük
Saç və ya tük — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Yük
Yük — daşınılan və nəql edilən əmtəə. Yüklər daşınma üsuluna görə ( dəniz, dəmir yolu, avtomobil, hava və s.), rejiminə görə (temperatur, rütubətlilik, və s. ), həmçinin qabaritlərə, gözlənilməz situasiya və s. görə fərqlənirlər. Həmçinin ballast da yük adlana bilər.
Bill Dük
Bill Dük (26 fevral 1943) — 26 fevral 1943-cü ildə Poukipzi şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Etel Luis və Uilyam Henri Dük (böyük) ailəsində anadan olub. Datçess Kommuniti kollecində aktyorluq və yazıçılıq üzrə təhsil alıb. Daha sonra aktyor sənətinin incəliklərini Boston Universitetində, ardınca Nyu-Yorkun Universiteti nəzdində Tiş ali məktəbində və Amerika Kino-İncəsənət İnstitutunda mənimsəyib. Xarizmatik xarici görünüş və ədaya malik aktyoru, rejissorlar başlıca olaraq döyüş filmlərinə çəkib. Çəkildiyi lentlərdə daha çox mənfi obrazlar yaradıb. 80-ci illərdə ABŞ teleməkanında bir sıra səs-küylü seriallara, o cümlədən "Hill-Strit blüzü" və "Mayami Polisi" seriallarına rejissorluq edib. Kinoda aktyor debütü 1976-cı ildə baş tutub. "Avtoyuyucu" adlı filmdə radikal müsəlman inqilabçı Əbdül Məhəmməd Əkbər roluna çəkilib. 1980-ci ildə "Amerikalı jiqolo" melodramında homoseksual sutenyor rolunu oynayıb.