– Əlində qırmızı xal-xal çamadan; Gedir kənd yoluyla cavan bir oğlan.
□ Xal-xal olmaq – 1) parça-parça olmaq, tikə-tikə olmaq, parçalanmaq. Vaza əlimdən düşüb xal-xal oldu.
– Təzə ay göydə yandı; Ucu qıyqac dayandı; Buludlar oldu xal-xal. ;
2) üzərində xallar əmələ gəlmək, xallarla örtülmək, xal kimi olmaq.
Oğlanın solğun yanaqları qızarıb xalxal oldu.
…Divarların suvağı xalxal olmuş, yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı.
Məmmədsadıq kösövləri yağışdan xal-xal olan ocağın qırağından tərpəndi.