Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xucin
Xucin (fars. خوجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,720 nəfər yaşayır (773 ailə).
Xunan
Xunan (çin. sadə. 湖南, pinyin: Húnán ; , rəsmi olaraq: çin. sadə. 湖南省, pinyin: Húnán Shěng) — Çin Xalq Respublikasında əyalət. Ərazisi 211854.69 km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 65.700.762 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 66.389.300 nəfər, inzibati mərkəzi Çanqşa şəhəridir.
Andrey Lunin
Andrey Alekseyoviç Lunin (ukr. Андрій Олексійович Лунін, 11 fevral 1999, Krasnoqrad[d], Xarkov vilayəti) — İspaniyanın Real Madrid klubunda və Ukrayna millisində qapıçı mövqeyində çıxış edən oynayan ukraynalı peşəkar futbolçudur. Andrey xarkov futbolunun yetirməsidir. 2005–2010-cu illərdə Krasnoqrad UGİM-ində, 2007-ci ildən həm də paralel olaraq həftə sonlarından etibarən Xarkov Arsenalında oynayırdı. 2010–2014-cü illərdə isə Xarkovun digər təmsilçisi Metallistin akademiyasında futbolun sirrlərinə yiyələndi. 2016-cı ilin yayında gənclər idman məktəbini bitirdikdən sonra Dneprin eyniadlı klubunun ehtiyat komandasında oynadı. İlk dəfə əsas komandanın heyətində Lunin 17 yaşında start heyət oyunçusu olaraq 16 oktyabr 2016-cı il tarixində Ukrayna Premyer Liqasında Lvovun Karpatı klubu ilə matçda çıxdı. Mövsümün qalan hissəsində klubun liqada və klub yarışlarında cəmi 25 matçda oynamasına baxmayaraq ilk seçim qapıçısı idi, lakin mövsümün sonunda maliyyə pozuntuları səbəbindən Dnepr birbaşa Ukrayna İkinci liqasına (futbolun üçüncü səviyyəsi) düşdü və Luninin də daxil olduğu bir çox oyunçunun klubdan ayrılmasına icazə verildi.
Xunan qalası
Xunan qalası — erkən orta əsrlərə aid alban abidəsi. Orta əsr müəlliflərinin məlumatlarında Xunan qalasının Kür və Ehram çaylarının kəsişməsində yerləşdiyi qeyd olunmuşdu. X əsr ərəb coğrafiyaşünas-səyyahı əl-Müqəddəsi ərazi bütövlüyündən danışarkən Xunanın Arran tərkibində olmasını göstərmişdi. Digər tərəfdən orta əsr müəlliflərindən Məsud ibn Namdar Xunan qalasını Arran sərhədlərinin dayağı adlandırmış, Əl-İstəxri isə Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu qeyd edirdi. Əl-Istəxrinin məlumatına görə, Bərdədən Gəncəyə 9 fərsəng, Gəncədən Şəmkirə 10 fərsəng, Şəmkirdən Xunana 21 fərsəng, Xunandan Qala ibn Qandamana 10 fərsəng, Qala ibn Qandamandan Tiflisə 12 fərsəngdir. Tiflisə yol Kür çayının sağ sahili ilə gedirdi. Tədqiqatçı N.M.Quliyevin məlumatına görə Əl-Istəxrinin Xunanı Qala-at-turab adlandırması təsadüfi deyil. “Turab” sözü ərəb dilində “torpaq” deməkdir. Görünür, Istəxri Xunan qalası ilə maraqlanarkən onun Xunandan başqa türkdilli digər adını - Torpaqqala eşitmişdir ki, onu ərəb dilində Qala-ət-Turab (“böyük təpə üzərində qala”) adlandırmışdır. M.Kalankatlı “Alban tarixi” əsərində Xunan qalasının adını çəkərək, yazırdı ki, Aran Araz çayından başlayaraq Hunan (Xunan) qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır..
Xunan şəhəri
Xunan şəhəri — orta əsrlərdə indiki Azərbaycan ərazisində mövcud olmuş şəhər. Şəhərin qalıqları 2011-ci ilin may ayında Qazax rayonun İkinci Şıxlı kəndi yaxınlığında Kür və Xram çaylarının kəsişdiyi yerdə tapılıb.
Xuniq (Əhər)
Xuniq (fars. خونيق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 783 nəfər yaşayır (167 ailə).
İvan Bunin
İvan Alekseyeviç Bunin (rus. Иван Алeксeeвич Бунин; 22 oktyabr 1870, Voronej, Rusiya imperiyası – 8 noyabr 1953[…], XVI arondisman (Paris)[d], Fransa) — rus yazıçı, şair, tərcüməçi, Peterburq Elmlər Akademiyasının fəxri akademiki (1909), Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısı (1933). İvan Alekseyeviç Bunin Nobel mükafatına layiq görülən ilk rus yazıçısıdır. Mərkəzi Rusiyada, Voronej yaxınlığında doğulmuşdu. Atası kökləri XIV əsr Litva cəngavərlərinə gedib çıxan qədim zadəgan nəslindən idi. Lakin təhkimçilik hüququnun ləğvindən sonra təsərrüfatlarını yarıtmaz şəkildə idarə etdiklərindən Buninlər demək olar ki, tam müflis vəziyyətə düşmüşdülər. Gələcək yazıçı ilk təhsilini evdə almış, 11 yaşında isə Yeletsk gimnaziyasında oxumağa başlamışdı. Ailənin maddi vəziyyəti ağırlaşdığından gimnaziyanı yarımçıq buraxmağa məcbur olmuşdu. Sonrakı təhsil həyatında qardaşı Yuli mühüm rol oynamışdı. Ruhən aristokrat olan İvanla Yuli Bunin fərqli adamlar idi.
Hugin və Munin
Huqin və Munin (q.skan. düşüncə və ağıl) — German-skandinav mifologiyasında Odinin bir cüt quzğunlarının adlarıdır. Hugin "düşünən" Munin isə "yadda saxlayan" deməkdir. Bu quzğunlar Midqard dünyasını uçub gəzərək baş verənlərdən Odini agah edirlər.
Huqin və Munin
Huqin və Munin (q.skan. düşüncə və ağıl) — German-skandinav mifologiyasında Odinin bir cüt quzğunlarının adlarıdır. Hugin "düşünən" Munin isə "yadda saxlayan" deməkdir. Bu quzğunlar Midqard dünyasını uçub gəzərək baş verənlərdən Odini agah edirlər.
Çjen Xenin ekspedisiyası
Çjen Xenin ekspedisiyası (ənənəvi çincə 鄭 和 下 西洋, sadələşdirilmiş 郑 和 下 西洋, pinyin: Zheng He xia Shanxi, sanki: "Çjen Xe Qərb Okeanına gedir") — Min sülaləsindən olan imperatorlar Çju Di və Çju Çjantszinin dövründə böyük Çin donanmasının 1405–1433-cü illərdə Cənub-Şərqi Asiya və Hindistan okeanına yeddi səyahəti. Ekspedisiyanın rəhbərləri imperiya hərəmağaları ("əsas səfirləri" çjenşi 正 使 rütbəsi ilə) və tək Çjen Xe və ya birlikdə Çjen Xe və Van Çzinxun idi. Donanma siya ətrafında ən mühüm ticarət yollarının izlədi, ilk üç səyahət zamanı Cənubi Hindistana, növbəti dörd səfəri zamanı isə Fars körfəzi sahilinə çatmışdı. Donanmanın ayrı ayrı eskadraları isə Ərəbistan dənizinin Ərəbistandakı və Afrika sahillərindəki bir çox limanını ziyarət etmişdi. Güman edilir ki, bu səyahət əsas məqsədi Min imperiyasının nüfuzunu artırmaq və dənizkanarı ölkələrin Çin sistemi ilə ənənəvi vassal münasibətlərinə daxil edilməsi idi. XIV əsrin ilk yarısında Min İmperiyasının taxtında oturan imperatorlar Çju Di və onun nəvəsi Çju Çjanzinin dövrləri 300 il çəkən Min sülaləsi üçün son dərəcə qeyri-adi zaman kəsiyi idi. Sələfləri və xələfləri ilə müqayisədə Çju Di və Çju Çjanzinin rejimləri daha enerjili idilər, son dərəcə məsrəfli hərbi və diplomatik fəaliyyət göstərirdilər ki. bu da öz növbəsində Min dövlətinin nüfuzunun artmasına, daha da möhkəmlənməsinə öz töfhəsini verirdi. Çju Dinin iyirmi illik hakimiyyəti zamanı onun səfirləri Çinin bütün yaxın və uzaq qonşularına səfər etmiş, mümknü olarsa imperatorun hakimiyyətini tam, mümkün olmazsa isə formal olaraq qəbul edilməsinə çalışmışdılar.
Əsədabad-i Xurin
Əsədabad-i Xurin (fars. اسدآباد خورين‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 86 nəfər yaşayır (17 ailə).
Cavad xanın dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir. Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib.
Pənah xanın imarəti
Pənahəli xan sarayı və ya Pənah xanın imarəti — Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.
Qazan xanın islahatları
XIII əsrin 80–90-cı illərində Hülakilər dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. İşğal altındakı ölkələrin müdhiş dağıntılara məruz qalması, arası kəsilməyən feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kənd təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi həyatının tənəzzülünə gətirib çıxarmışdı. XIII–XIV əsrlərdə Azərbaycanda mövcud olan hüquq mənbələrinin içərisində Elxani hökmdarı Mahmud Qazan xanın verdiyi fərmanlar mühüm yer tutur. Qazan xana qədərki hökmdarlar – Hülakü xan, Abaqa xan, Arqun xan və Keyxatu xanın hakimiyyəti illərində də bu və ya digər məsələlərlə bağlı müxtəlif səpkidə fərmanlar vermişdilər. Başlıca cəhət odur ki, Qazan xanın fərmanları istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyi ilə seçilir və daha mühüm əhəmiyyət daşıyırdı. 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olan Qazan xan yerli feodalları öz tərəfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-iqtisadi və hüquqi həyatını əhatə edən bir sıra islahatlar həyata keçirdi. Bu islahatlar onun vermiş olduğu 40-a yaxın fərmanında öz təzahürünü tapmışdı. Qazan xan islahatlarının tənzimlədiyi münasibətlər sistem baxımından aşağıdakı bölgü ilə ayrıla bilər: İslam dininin qəbulu və möhkəmləndirilməsi barədə qanunvericilik; hərbi iş və qoşun saxlanılmasına dair qanunvericilik; təsərrüfat iqtisadiyyatının idarə edilməsi barədə qanunvericilik; torpaq və rəiyyətin hüquqları barədə qanunvericilik; ticarət-maliyyə qaydaları barədə qanunvericilik; saraydaxili idarəçilik barədə qanunvericilik; daxili qayda-qanunlara əməl edilməsi sahəsində qanunvericilik; ədalət mühakiməsi və mülkiyyət tələbləri haqda qanunvericilik. Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi güdürdü.Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi.
Qazan xanın məzarı
Qazan xanın məzarı — Burla xatun və Dədə Qorqud kimi Qazan xanın da məzarı Azərbaycan ərazisindədir. Onun məzarı qədim dövrlərdən ziyarətgah kimi məşhur olub. Qazan xanın məzarı Təbriz yaxınlığında, Acdərə çayının sahilində yerləşib. Məzrı məşhur səyyah Adam Oleari ziyarət edib.
Çingiz xanın qəbri
Ölümündən 800 il keçdikdən sonra da Çingiz xanın qəbrinin axtarışları davam edir. Hazırda bu iş üçün nəinki yeni texnologiyalara əl atılır, hətta dünyanın bir çox yerlərindən mütəxəssislər də cəlb olunur. Həvəskar arxeoloqlar Google xəritəsində kosmik sputniklərdən çəkilmiş şəkillərdən yararlanırlar. Ümumən istəklərinin nəticə verəcəyini söyləmək mümkündür. Hərçənd onu da deyək ki, axtardıqları heç də asan başa gələn deyil və illər ərzində ona çatmağa hesablanmış bütün cəhdlər uğursuzluğa düçar olub. Ümumən Böyük Monqol imperiyasının banisinin qəbri çoxlarına sakitlik vermir. Müəyyən qisim dünyanın fatehinin ölüm səbəbini bilmək istəyir. Bəziləri qəbirdəki xəzinənin axtarışındadır (belə bir ehtimal var). Amma qəbrin yerini müəyyənləşdirmək sanki açılması mümkün olmayan sirdir. Bu məqsədə çatmaq üçün təkcə insanlar deyil, belə desək, təbiət də çox çalışıb.
Banin
Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı Əsədullayeva (təxəllüsü: Banin (fr. Banine); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Azərbaycan əsilli fransız yazıçı, memuarçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir.
Benin
Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir. Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. Olivin Süxur Aksessor minerallar Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Cenin
Cenin (ərəb. جنين‎) — Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən şəhəri, Fələstin Milli Administrasiyasının (PNA) eyni adlı vilayətinin inzibati mərkəzi. Roma dövründə qəsəbə samariyalı Ginae kəndi kimi tanınırdı. 12-ci əsrdə Yakut əl-Həməvi Cenini "çoxlu bulaqlar olan kiçik gözəl şəhər" kimi təsvir etmişdir. Osmanlı imperiyası dövründə Cenin eyniadlı naxiyanın (nahiyənin) mərkəzi idi, 1596-cı il siyahıyaalınmasına görə burada 8 təsərrüfat var idi. 1882-ci ildə əhalisi 3 minə yaxın idi, 2 ailə xristian, qalanları müsəlman idi. 1922-ci ildə əhalinin sayı 2637 nəfər idi, onlardan 7 yəhudi, 108 xristian, 215 hindu və sikx, qalanları isə müsəlman idi. Şəhər 1930-cu illərdə Fələstinin İngiltərənin nəzarəti altında olduğu zaman şöhrət qazanmışdı. 1938-ci ilin yayında yerli ərəb Cenində ingilis müstəmləkəçi məmurunu öldürdü. Qətldə şübhəli bilinən yaraqlı qaçmaq istəyərkən tutularaq güllələnib.
Furin
Furin (風鈴, azərb. "külək zəngi"‎) – Yaponiyada istifadə olunan ənənəvi külək zəngləri. Əsasən, şüşə və metaldan, bəzən isə keramika və bambukdan hazırlanır. Furinlər binaların pərvazından asılır və külək əsəndə səs çıxarırlar. Yayın simvollarından biri hesab olunur. Küləki tutması üçün aşağı hissəsinə lələk və ya kiçik dördbucaqlı kağız yapışdırılır. Furinlərin mənşəyi Çində istifadə olunmuş, senfutaku adlı fal əşyası ilə bağlıdır. Çində istifadə olunmuş bu külək zəngi meşəyə aparılaraq bambukdan asılırdı və çıxardığı səsə əsasən öncəgörmələr edilirdi. Heyan dövründə bu əşya Yaponiyaya çatmış və buddist məbədlərinin elementinə çevrilmişdir. Tezliklə Heyan dövrünün zadəganları şər ruhları qovmaq üçün qoruyucu tilsim kimi evlərində furin asmağa başlamışdırlar.
Pənah xanın sarayı (Şuşa)
Bu saray Şuşa şəhərinin ilk böyük tikilisi sayılır. Əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa qalasının ən hündür yerində, Pənahəli xan özünə saray inşa etdirmişdi. Hal-hazırda ermənilər bu möhtəşəm abidəni məhv etmişlər. Sarayın yalnız bəzi divarlarının xarabalığı müşahidə edilir. Şuşada inşa edilmiş səkkiz qəsrdən yalnız ikisi dövrümüzə çatmışdır ki, onlardan biri Pənahəli xanın qəsridir. Strateji və əlçatmaz nöqtədə inşa edilən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.
Çingiz xanın ağ buludu
Çingiz xanın ağ buludu — Çingiz Aytmatovun yazdığı kitab. Povestdə totalitar dövlət marağı, һökmdar һökmü ilə əbədi bəşəri dəyərlər – insan taleyi, adi adamların böyük sevgisi üz-üzə qoyulur. Bu qarşıdurmada sevməyə və öz sevgisinin cəzasını çəkməyə məһkum olunmuş insanlığın tarixi dəһşətli bir faciə kimi qavranılır.
Keyxatu xanın Anadolu yürüşü
Keyxatu xanın Anadolu yürüşü — 1291-ci ildə Elxani Hökmdarı Keyxatu xanın Anadolu bəyliyi olan Qaramanoğulları bəyliyi üzərinə yürüş. Keyxatu xanın Anadoludan getməsindən istifadə edən Qaramanoğulları bəyliyi, Sultan Qiyasəddin Məsudun Qeysəridə olduğunu fürsət bilərək Xəlil Bahadırın rəhbərliyi altında Konyanı mühasirəyə aldılar. Səlcuqlu qoşunları Qaramanlılarla başa çıxa bilməyəcəyini anlayaraq Keyxatu xandan kömək istədi. Keyxatu 1291-ci ilin 31 avqustunda 20 minlik ordu ilə Anadoluya yürüşə başladı. Yürüşün məqsədi Konyanı mühasirəyə alan Qaramanoğullarını cəzalandırmaq idi. Konyanın II Məsudun qardaşı və Sahib Ataoğulları tərəfindən gücləndirilməsinə baxmayaraq, Qaramanoğulları Keyxatunun Kayseriyə qədər gəlməsinə qədər şəhərin mühasirəsini dayandırmadılar. Keyxatu ordusunu iki yerə parçaladı və bir hissəsini Məntəşəyə göndərib, digər hissəsi ilə Qaramanoğullarının paytaxtı Ereğliyə yürüşə başladı.Onun növbəti hədəfi Əşrəfoğulları bəyliyi idi. Burada o, 7 min qadın və uşağı qul edərək Konyaya göndərmişdi. Kayseriyə qayıtdıqdan sonra Səlcuqlu ordularının müşayiəti ilə IV Kılıç Arslanın Şimali Anadoluya keçmiş tərəfdarlarını cəzalandırmaq üçün Göktay və Giray noyanlarını göndərdi. Bundan istifadə edən Əşrəfoğulları və Qaramanoğulları yenidən Konyanı mühasirəyə aldılar.
Bican bəy (Rüstəm xanın oğlu)
Bican bəy (Bezhan, Bizhan) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Şah Süleyman Səfəvi (1666–1694) dövründə Təbriz bəylərbəyliyinin qubernatoru vəzifəsini daşımışdır. Bican Saakadze nəslinin bir fərdi olan keçmiş sepahsalar ( baş komandan) Rüstəm xan Sipəhsaların (1588 - 1 mart 1643) oğlu və sonrakı sepahsalar və divanbəyinin (kansler, baş ədliyyə) Rüstəm xanın əmisi idi. Bican bəy babasının adını daşıyırdı. Qardaşı Səfiqulu xan (vəfatı 1679-cu il) Səfəvi sıralarında da nüfuzlu vəzifələr tuturdu. İtalyan səyyahı Qemelli Karerinin sözlərinə görə Bicanın ailəsi həmişə şahın sevimlilərindən biri olmasına baxmayaraq, Bicanın özü baş vəzir Şeyxəli xan Zəngənəin (1669-1689) hakimiyyəti dövründə "rüsvayçılığa" məruz qalmışdı. Şeyxəli xan onu "dəli" və "sərxoş" olduğunu iddia edərək Şah Süleymanı "şübhəli" etdi. Kareri əlavə edir ki, yalnız güclü qardaşı oğlu Rüstəm xanın vasitəçiliyi ilə şah nəhayət ağlı başında olduğuna əmin ola bildi. Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran".
Hüseyn xan (Səlim xanın oğlu)
Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi.
Nadir xanın Azərbaycana yürüşü (1730)
Nadir xanın Azərbaycana yürüşü (1730) — Nadir xanın 1729-cu ildə əfqanları məğlub edib İsfahana daxil olmasından sonra başlatdığı və Osmanlı imperiyasına qarşı olan böyük yürüşün bir hissəsidir. Bu yürüşün tərkib hissəsi kimi birinci Qərbi İran əraziləri, daha sonra isə Cənubi Azərbaycan əraziləri Osmanlı ordularından təmizlənmişdir. 1722-ci ildə əfqanların üsyan qaldıraraq Gülnabad döyüşündə qələbə qazanaraq Səfəvi imperiyasının paytaxtı İsfahanı 6 aylıq mühasirədən sonra ələ keçirməsi dövlətin daxilində böyük çaxnaçmalara səbəb oldu. Bundan istifadə edən Osmanlı imperiyası Səfəvi imperiyasının qərb torpaqlarına müdaxilə etdilər. Osmanlı imperiyası ilə birlikdə, Çar Rusiyası da Səfəvi imperiyasının şimal torpaqlarına hərbi müdaxiləyə başladılar. Nəticədə imperiyanın qərb torpaqlarını ələ keçirən Osmanlı imperiyası İstanbul müqaviləsi ilə Qafqazı Rusiya ilə öz arasında paylaşdırmağa razı oldu. İsfahanda Səfəvi taxtına əyləşən Hotaki əfqanlarının hökmdarı Mir Mahmud Hotaki çevrilişlə öz əmisinin oğlu Əşrəflə əvəzləndi. Osmanlının qərbə doğru daha çox genişlənməsini dayandırmaq üçün Əşrəf onların üzərinə yürüşə çıxdı və bir çoxlarının təəccübünə səbəb olacaq şəkildə onları məğlub etməyi bacardı. Daha sonrakı diplomatik münasibətlər nəticəsində Osmanlı imperiyasının Əşrəfi yeni şah kimi tanıması müqabilində, Əşrəf də onların Qərbi İranda və Qafqazda ələ keçirdiyi bölgələrin Osmanlı mülkü kimi tanıdı. Nadir və Əşrəf arasında qızışan mübarizənin sonunda ölkənin taleyinə aydınlıq gətiriləcəkdi.
Nadir xanın Mesopotamiyaya birinci yürüşü
Nadir xanın Mesopotamiyaya birinci yürüşü və ya Nadirin Mesopotamiyaya 1732–1733-cü illər yürüşü — 1730–1736-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı baş vermiş hərbi münaqişə. II Təhmasibi 1730-cu ildə həyata keçirdiyi və Qafqazı Osmanlılardan geri almağı məqsədləyən yürüşü fəlakətlə nəticələndi və Kirmanşah sülhü imzalandı. Sülhün şərtlərinə görə Qafqaz üzərində Osmanlı hakimiyyəti II Təhmasib tərəfindən tanındı. Bu məğlubiyyət və alçaldıcı sülh Nadirin qəzəbinə səbəb oldu və o, 1732-ci ildə II Təhmasibi taxtdan endirdi. Bundan sonra Osmanlılar üzərinə Nadirin yeni hücumu baş tutdu. II Təhmasibin imzaladığı sülhlə Qafqazda Osmanlı hakimiyyəti qısa müddətlik də olsa tanındıqdan sonra Nadirin Osmanlının hakimiyyəti altındakı İraqa hücum edəcəyi gözlənilmirdi. Eksvortinin bildirdiyinə görə, Nadir Bağdadı ələ keçirməklə Osmanlı üçün danışıqlarda üstünlük qazanmaq və onu Qafqazın geri qaytarılması şərtilə istifadə etməyi planlayırdı. Lakin Bağdadın olduqca böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətini nəzərə aldıqda, onun Nadir xan üçün sadəcə başqa bir bölgə ilə dəyişdirilmək üçün mübadilə vasitəsi kimi görülməsi şübhəlidir. Osmanlı imperiyası mümkün Nadir xanın hücumunu İraqdan gözləməsə də, hər ehtimalı nəzərə alaraq oradakı ordularını da hazır vəziyyətə gətirmişdi. Nadir Osmanlı ordusunu qəfil ovlamaq üçün gözlənilənin əksinə Qəsri-Şirin bölgəsində Zohab möhkəmləndirilmiş məntəqəsinə hücum etmək əvəzinə bir qədər döyüşçü ilə qarlıq və çətin keçilən yollardan istifadə edərək Osmanlı qarnizonunun arxasına keçməyi bacardı.
Səfiqulu xan (Rüstəm xanın oğlu)
Daha sonra Səfiqulu xan (vəf. 1679) kimi tanınan Səfiqulu bəy 1664-cü ildən 1666-cı ilə qədər Məşhəd bəylərbəyi və 1674-1679-cu illərdə İrəvan (həmçinin Çuxursəəd kimi də tanınır) bəylərbəyi olan gürcü mənşəli Səfəvi məmuru və qulam. Saakadze nəslinin bir fərdi olan Səfiqulu keçmiş sepahsalar (baş komandan) Rüstəm xan Sipəhsaların oğlu (1588 - 1 mart 1643) və vaxtilə Təbriz bəylərbəyliyinin qubernatoru (bəylərbəyi) olan Bican bəyin qardaşı idi. Səfiqulu xan da bir müddət divanbəyi (kansler/baş ədliyyə) kimi xidmət etdi. Səfiqulunun Saakadze nəslinin başqa bir yüksək vəzifəli nümayəndəsi və atasının adını daşıyan Rüstəm xan adlı bir oğlu vardı. Bournoutian, George A. A Brief History of the Aghuankʻ Region, by Esayi Hasan Jalaleantsʻ. Mazda Publishers. 2009. səh. 128.
Türkan xatun (İbrahim Tamğaç xanın qızı)
Türkan xatun və ya Cəlaliyə xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı İbrahim Tamğaç xan idi. 1068. ildə Mərv şəhərində böyük bir şənliklə Türkan xatun və I Məlikşah nikahlandı. Türkan xatunun böyük bir cehizi var idi. O, Mərv şəhərindəki Səlcuq sarayına cehizindən başqa min türk qul və cariyə gətirmişdir. 1094. ildə İsfahanda vəfat etmişdir. Davud xan vəliəhd elan edildikdən bir il sonra uşaq yaşda 1084. ildə vəfat etdi.
Kubin
Kubin — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsinin adı talış dilindəki ku "dağ" və bin "alt", "dib" komponentlərindən yaranmışdır (Dağdibi kəndi). Əhalisi 561 nəfərdir.
Kuhin
Kuhin (azərb. Köhün Gədiyi, کؤهون گَدیگی‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Kuhin bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,398 nəfər və 388 ailədən ibarət idi. Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
Lupin
Arsen Lupen (fr. Arsène Lupin) — Moris Leblanc tərəfindən yaradılmış fransız fantastik personajıdır. Personaj centlmencəsinə oğurluq cinayətlərini törətmək və cinayət tapmacalarını həll etmək üçün maskalardan istifadə etmək, müxtəlif şəxsiyyətlər yaratmaq və ələ keçirmək istedadı ilə tanınır. Qəhrəman ilk dəfə 1905-ci ilin iyulunda Je sais tout jurnalında nəşr olunan "Arsen Lupenin həbsi" adlı qısa hekayədə ortaya çıxır. Onun yaradıcısı Maurice Leblanc bu qısa hekayəni həmin il nəşr olunan "Arsen Lupen, centlmen-oğru" kolleksiyasında tutur. Personajın oxucular arasında artan uğuru ilə üzləşən onun sərgüzəştləri 1905-ci ildən yazıçının ölümünə qədər yəni, 1941-ci ilə kimi 18 (on səkkiz) roman, 39 (otuz doqquz) hekayə və 5 (beş) pyesdə əks olunub. Onun bir çox sərgüzəştləri Belle Epoque Fransası və Arsen Lupenin öz müəllifinin düşüncəsi yolu ilə getdiyi dövrlərdə cərəyan edir: Lupenin ilk romanlarındakı anarxist rəğbətləri Böyük Müharibə zamanı yazılan əsərlərdə vətənpərvər Lupen olur. Hər şeydən əvvəl, o, detektiv olmaq üçün yavaş-yavaş oğru olmaqdan çıxır. İdmançı və təcrübəli döyüşçü olmaqla yanaşı, o, həmçinin maskalanmaq və hər hansı bir müəmmanın öhdəsindən gəlmək üçün istifadə etdiyi fərasət və bacarıqlarını nümayiş etdirmək qabiliyyətinə malikdir. Üstəlik, onun uşaq və cazibədar tərəfi, həvəslə istehza edən, işgəncəli və sirli bir xarakterlə birləşərək, onu centlmen-oğru simasını təcəssüm etdirən məşhur bir personaj etdi.
Ağababa (Buyin)
Ağababa — İranın Qəzvin ostanında kənd.. Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 39 km şimal-qərbdədir.
Cuqin (İcrud)
Cuqin (fars. جوقين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,557 nəfər yaşayır (568 ailə).
Quanin
Quanin (G, Gua) nuklein turşularını formalaşdıran dörd əsasdan biridir. Digər üç əsas adenin, sitozin və timindir (RNT-də urasil). DNT-də quanin sitozinlə rabitə yaradır. Quanin nukleozidi quanozin adlanır. Quaninin kimyəvi düsturu C5H5N5O-dur. Purin törəməsidir. Quaninin ilk təcrid edilməsi barədə 1844-cü ildə Alman kimyaçısı Julius Bodo Unger (1819–1885), quano adı ilə tanınan və gübrə mənbəyi kimi istifadə edilən dəniz quşlarının ifrazatından əmələ gələn mineral kimi əldə etmişdir; quanin 1846-cı ildə adlandırıldı. 1882-1906 illəri arasında Fişer quruluşu təyin etdi və sidik turşusunun quaninə çevrilə biləcəyini də göstərdi.
Günən
Günən — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən «güney» sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Ermənistan SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Qunib
Qunib (avar. Гъуниб) — Dağıstanda kənd, Qunib rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi Qunib kəndi olan Qunib kənd inzibati ərazi dairəsini təşkil edir. Qunib Mahaçqaladan 172 km cənub-qərbdə, təxminən 1500 m yüksəklikdə, Qunib yaylasında yerləşir. Kənd 1862-ci ildə rus hərbi istehkamının tikintisi ilə əlaqədar yaranmışdır. İstehkam yaylanın zirvəsində yerləşən və 1859-cu ildə dağıdılmış keçmiş Qunib kəndinin (avarca Quni-meer — daş yığını) adı ilə adlandırılmışdır. İstehkam Qunib rayonunun mərkəzi idi. 1895-ci ildə burada Samur alayının və Terek-Dağıstan qalası artilleriyaçılarının kazarmaları, habelə dövlət qulluqçuları, tacirlər və istefada olan hərbçilərin 29 evi, pravoslav kilsəsi və poçt məntəqəsi yerləşirdi. Keçmiş Qunib kəndi Şeyx Şamilin alınmaz qalası idi və 25 avqust 1859-cu ildə ruslar tərəfindən ələ keçirilmişdi. 1928–1937-ci illərdə və 1963-cü ildən eyniadlı rayonun inzibati mərkəzidir.