Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb. == Olimpiada == === 38-ci Şahmat Olimpiadası. Drezden, Almaniya (2008) === === 39-cu Şahmat Olimpiadası. Xantı-Mansi, Rusiya (2010) === === 43-cü Şahmat Olimpiadası. ===
Almaniya-İtaliya futbol yığmalarının rəqabət tarixi
Almaniya və İtaliya yığmaları arasındakı futbol rəqabəti Avropanın iki ən maraqlı futbol yığması olan Almaniya və İtaliya arasında keçirilir və beynəlxalq səviyyədə davamlılığına görə yalnız Braziliyadan geri qalır. Ümumilikdə hər iki komanda bütün Avropa ölkələrinin birlikdə ümumi nəticəsindən çox — 8 dəfə FİFA Dünya Kubokunun qalibi və 14 dəfə bu turnirin finalçısı olublar. Onlar bir-birinə qarşı 5 dəfə Dünya Kubokunun finalında oynayıblar və bu oyunlar dünya futbolu tarixinə keçib. 1970-ci ildə bu iki ölkə arasında keçirilən "Əsrin oyunu" yarımfinal oyunu İtalyanın əlavə vaxtda qazandığı 4:3 hesablı qalibiyyəti ilə yadda qalmışdır, bu dramatik oyuna Mexiko şəhərində Azteca stadionunun (Estadio Azteca) girişində xatirə lövhəsi qoyulmuşdur. Almaniya milli futbol komandası həmçinin 3 dəfə UEFA Avropa Çempionatı kubokunu qazanmışdır, İtaliya milli futbol komandası isə bu titulu yalnız bir dəfə qazanmışdır. Bu iki ölkə Avropa Çempionatında 4 dəfə üz-üzə gəlmişdir, bunlardan üçü əsas hissədə heç-heçə (birində almanlar penaltilərdə qalib olmuşdur), biri isə italyanların qələbəsi ilə baş çatmışdır. Almaniyanın beynəlxalq çempionatlarda daha çox qalib olmasına baxmayaraq, İtaliya başa-baş keçirdikləri 34 oyuna 15 qələbə, 11 heç-heçə və 8 məğlubiyyətlə dominantlığını qoruyub saxlayır. Bundan başqa, Almaniya Avro-2016 dörddə bir mərhələsindəki oyuna qədər heç vaxt əsas oyunlarda İtalyanı məğlub edə bilməyib (almanlar italyanlar üzərindəki digər bütün qələbələri yoldaşlıq oyunlarında qazanıb). Bundan başqa, bu iki yığma arasında Avro-1996 qrup mərhələsində İtaliya turnirdən uzaqlaşdırıldı, həmin vaxt Almaniya artıq nokaut mərhələsinə vəsiqə qazanmışdı. Həmçinin İtaliya və Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) arasında hərəsinə 1 qələbə və 2 heç-heçə olmaqla 4 matç keçirilmişdir.
Azərbaycan milli futbol yığması
Azərbaycan milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı. Azərbaycan futbol komandasının ev oyunlarının əksəriyyəti Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir. Azərbaycan heç vaxt FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatında seçmə mərhələni keçməyib. Azərbaycan milli futbol komandasının tarixində ən çox oyun keçirən Rəşad Sadıqovdur. O, 111 oyunda 5 qol vurub. Azərbaycan milli futbol komandasının tarixində ən çox qol vuran oyunçu — Qurban Qurbanovdur. O, 68 oyunda 14 qol vurub. == Tarixi == === Erkən tarixi === Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb. Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil edirdilər.
Fransa milli futbol yığması
Fransa milli futbol yığması (fr. Équipe nationale de France de football) — Fransanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol yığması. == Tarixi == Komanda 1904-cü ildə yaradılmışdır. 1958-ci ildə ,dünya çempionatında 3-cü olublar .Bu nailiyyəti 1982 və 1986-cı illərdə yenə göstərmişdir. İlk dünya çempionluğunu isə 1998 də yaşayıblar . 2000-ci il Avropa çempionatında Italiyaya 2-1 qalıb gəldilər və qızıl medalları qazandılar. 2006 dünya çempionatında finala çıxdılar amma 80-ci dəqiqədə Zidan Marko Matareyziyə kəllə atdı və son 10 dəqiqəyə 1nəfər əskik keçirdilər. Penaltilər seriyasında isə 5-3 Fransa uduzdu.Bundan sonra komanda zəiflədir. 2016 avropa çempionatına ev sahibliyi etdiyinə görə birbaşa çıxış etdi Burada yenə finala çıxdılar amma əlavə vaxtda Portuqaliyaya 1-0 uduzdular . 2018-ci il Dünya çempionatında Xorvatiyanı 4-2 hesabı ilə məğlub edərək 2-ci dəfə dünya çempionu oldular.
Futbol üzrə Azərbaycan SSR yığmasının matçlarının siyahısı
== İstinadlar ==
Futbol üzrə Azərbaycan yığmasının oyunları
Futbol üzrə Azərbaycan milli komandası Azərbaycan SSRİ tərkibindən çıxdıqdan sonra beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında iştirak etməyə başladı. Millinin ilk görüşü 17 sentyabr 1992-ci ildə Gürcüstanın Gürcuaani şəhərində Gürcüstan komandası ilə yoldaşlıq oyunu olmuş və komandamız 6:3 hesabı ilə məğlub olmuşdur. Azərbaycanda keçirilən ilk oyunda da Gürcüstan komandası ilə 25 may 1993-cü ildə Gəncə şəhərində yoldaşlıq oyununda qarşılaşmış və 1:0 hesabı ilə qalib gəlmişdir. 1930-cu ildə FİFA dünya ölkələri arasında ilk futbol üzrə Dünya Çempionatı keçirmişdir. UEFA isə 1960-cı ildən Avropa Çempionatı keçirir. Azərbaycan 1994-cü ildən həm UEFA-nın, həm də FİFA-nın üzvü olduqdan sonra dünya və Avropa çempionatlarında çıxış etməyə başlamışdır. Millimizin ilk oyunu 1994-cü il sentyabrın 7-si Rumıniyada baş tutmuşdur. Meydan sahibləri 3:0 qalib gəlmişlər. 1994-cü ildə ölkədəki vəziyyəti əsas gətirən UEFA Azərbaycan millisinin ev oyunlarını ölkədə keçirilməsinə icazə verməmişdir. 1996-cı il Avropa çempionatının seçmə oyunlarında millimiz ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirmişdir.
Kosovo milli futbol yığması
Kosovo milli futbol komandası — Beynəlxalq müsabiqələrdə, müstəqil Kosovo Respublikasını təmsil edən futbol üzrə milli komanda. Kosovo Futbol Federasiyasının rəhbərliyi altında fəaliyyət göstərir. == Qısa tarixi == 1993-cü ildə Yuqoslaviyanın süqutundan sonra bölgə özünün müstəqil futbol komandasını təşkil etmişdir. Kosovonun ilk qeyri-rəsmi oyunu Albaniya yığmasına qarşı baş tutur. Bu oyun albanların 3:1 hesablı qalibiyyəti ilə bitmişdir. Hazır ki, vəziyyətə görə kosovolular olduqca az oyun keçirmişlır. Onların böyük qismi isə peşəkar komandalara qarşı baş tutmuşdur. Kosovonun ən böyük hesablı qalibiyyəti 7:1 nəticə olmuşdur. Bu zaman komandanı Muxarrem Saxiti idarə edirdi. Kosovonun ən böyük uğurlarından biri Şimali Kiprdə keçirilən yarışmada əldə edilmişdir.
Krım tatarlarının milli futbol yığması
Krım tatarlarının futbol yığması — futbol üzrə beynəlxalq turnirlərdə Krım tatarlarını təmsil edən yığma. Yığma NF-Boardun üzvüdür. Krımtatar futbol ittifaqı tərəfindən idarə edilir. == Qısa tarix == Krım tatarlarının futbol yığması 2006-cı ildə ELF Cup yarışmasında iştirak etmək məqsədi ilə Şimali Kipr Türk Cumhuriyyətinin futbol federasiyası tərəfindən təşkil edilmişdir. Komanda yarışda beş oyun keçirmişdir. Üstəlik turnirin finalına belə çıxmışdır. Final yarışmasında yerli komandaya 1:3 hesabı ilə məğlub olmuşlar. Onlar yarım finalda isə FİFA-nın üzvü olan Qığızıstan milli futbol yığmasını məğlub edə bilmişlər. Komandaya Rüstəm Osman rəhmərlik etmişdir. Onun komandasıns daxil idi: Qapıçılar: Narmin Rustemoviç Osmanov (Neftçi Fərqanə), Nəriman Yaqubov (Krımteplisa), Səid-Dövlət Əbdürrəhmanov (Medik Simferopol); Müdafiyəçilər: Arsen İsmailoviç Mustafaev (Feniks-İliçeves), Fevzi Sitsilmanoviç Əbukərimov (Krımgeofizika), Rizvan Reşatoviç Ablitarov (Dnepr Dneprpetrovsk), Denis Aleksandroviç Qolaydo (Tavriya; milliyətcə tatar deyildir.
Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığması
Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığması — Azərbaycanı beynəlxalq şahmat turnirlərində təmsil edir. Azərbaycan Şahmat Federasiyası tərəfindən idarə olunur.
Rusiya milli futbol yığması
Rusiya milli futbol yığması (rus. Национа́льная сбо́рная Росси́и по футбо́лу) — Rusiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol yığması.
Yunanıstan milli futbol yığması
Yunanıstan milli futbol yığması (yun. Εθνική Ελλάδος) — Yunanıstanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol yığması.
Şotlandiya milli futbol yığması
Şotlandiya milli futbol yığması (ing. Scotland national football team) — Şotlandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol yığması.
Figma
Figma — macOS və Windows üçün iş masası proqramları tərəfindən aktivləşdirilən əlavə oflayn funksiyalara malik interfeys dizaynı üçün birgə veb proqramdır. Figmanın funksiyalar dəsti müxtəlif vektor qrafik redaktoru və prototipləmə alətlərindən istifadə etməklə real vaxt əməkdaşlığı imkanı ilə istifadəçi interfeysi və istifadəçi təcrübəsi dizaynına fokuslanıb. Android və iOS üçün Figma mobil proqramı mobil və planşet cihazlarında real vaxt rejimində Figma prototiplərinə baxmaq və onlarla əlaqə saxlamağa imkan verir. Adobe 15 sentyabr 2022-ci ildə Figmanı təxminən 20 milyard dollara nağd pul və səhm şəklində alacağını elan etdi. == Tarix == Dylan Field və Evan Uolles 2012-ci ildə Braun Universitetində kompüter elmləri üzrə təhsil alarkən Figma üzərində işləməyə başladılar. Uolles qrafika üzrə təhsil alıb və Kompüter Elmləri Departamentinin Müəllim köməkçisi olub, Field isə CS Departamentinin Bakalavr Qrupuna sədrlik edib. Figmanın arxasında duran orijinal məqsəd "hər kəsin brauzerdə pulsuz, sadə, yaradıcı alətlər yaradaraq yaradıcı ola bilməsini" təmin etmək idi. Field və Uolles veb-əsaslı qrafik redaktor proqram təminatı üzərində qərarlaşmazdan əvvəl dronlar üçün proqram təminatı və mem generatoru da daxil olmaqla müxtəlif ideyaları yoxladı. Şirkətin ilkin əhatə dairəsi 2012-ci ildə Brown Daily Herald-da dərc olunan məqalədə qeyri-müəyyən bir şəkildə "istifadəçilərə onlayn olaraq özlərini yaradıcı şəkildə ifadə etməyə imkan verəcək texnoloji başlanğıc" kimi təsvir edilmişdir. Həmin məqalədə bildirilirdi ki, şirkətin ilk ideyaları 3D məzmunun yaradılması ətrafında fırlanır, sonrakı ideyalar isə fotoşəkillərin redaktəsi və obyektlərin seqmentasiyasına yönəlib.
Siqma
Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır. Σ hərfindən istifadə edilir: riyaziyyatda — Cəm. afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ). σ əlyazması istifadə edilir: ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök); ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası σ ( n ) {\displaystyle \sigma (n)} . fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik; kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
Altı siqma
Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir.
Vıhma
Vıhma (est. Võhma) — Estoniyanın mərkəzində, Vilyandimaa bölgəsində şəhər. Türi—Vilyandi dəmiryol qovşağı, həmçinin dəmiryol stansiyası var.
Yanma
Yanma – ekzotermik reaksiya nəticəsində ilkin maddələrin intensiv istilik ayrılması ilə müşayiət olunan, yandırılma məhsullarına çevrilməsi ilə gedən mürəkkəb fiziki-kimyəvi prosesdir. İlkin maddə qarışığının komponentlərində toplanmış kimyəvi enerji istilik şüalanması və işıq kimi də ayrıla bilər.İşıqlanan zona alov cəbhəsi və ya sadəcə alov adlanır. 1770-ci ilin əvvələrində Karl Şeele və Jozef Pristli oksigeni kəşf edənədək belə hesab olunurdu ki, yana bilən bütün cisimlər “floqiston” adlanan xüsusi başlanğıca malikdir ki, bu da yanma prosesində cisimdən çıxır və yalnız kül qalır. 1775-ci ildə Lavuazye göstərdi ki, əksinə, yanar maddəyə yanma zamanı havanın oksigeni birləşir, 1783-cü ildə isə Lavuazye və Laplas müəyyən etdilər ki, hidrogenin yanma məhsulu təmiz sudur. Bu kəşflər yanmanın təbiətinə müasir elmi baxışların əsasını qoymuş oldu. Yanma nəzəriyyəsinin inkişafında növbəti addım Millar və Le Şatelyenin 1880-ci illərdə apardıqları işlərlə əlaqədardır. 1890-cı ildə Mixelsen alovun boruda yayılması haqqında elmi iş dərc etdirdi və Bunzen lampasının nəzəriyyəsni təklif etdi. Müasir yanma nəzəriyyəsi öz başlanğıcını N.N. Semyonovun 1920-ci ildə istilik partlayışı üzrə apardığı işlərdən alır. 1931-ci ldə N.N. Semyonov tərəfindən əsası qoyulmuş Kimyəvi Fizika İnstitutu kimyəvi fizika və yanma üzrə aparıcı mərkəz oldu. 1938-ci ildə D.A. Frank-Kamenskiy istilik partlayışı nəzəriyyəsini və J.B. Zeldoviçlə birgə əvvəlcədən qarışdırılmış qarışıqlarda [8] laminar alovun yayılması nəzəriyyəsini inkişaf etdirdi.
Yarma
Yarma – dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, xırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çox xəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müxtəlif yarma növləri biri digərindən xarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toxumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, biokimyəvi xassələrinə, tərkibində olan zülalların, karbohidratların (xüsusilə nişastanın), yağların, mineral maddələrin, vitaminlərin miqdarına görə fərqlənirlər. Əhmədov Ə. I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Yaşma
Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Yaşma Xızı rayonunun Şuraabad inzibati ərazi vahidində qəsəbə, Bakı-Xaçmaz dəmiryolu xəttində stansiya. XIX əsrdə dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar stansiya kimi salınmış, Böyük Vətən müharibəsindən (1941-1945) sonra ətraf kəndlərin əhalisi hesabına yaşayış məntəqəsinə çevrilmişdir. Yerli tələffüz variantı Eşmə olan bu oykonim türk dillərindəki "əyri-üyrü çay yatağı", "qumsallıqda su mənbəyi", "qumluqda çeşmə" mənalarını bildirən əşnid sözü ilə əlaqələndirilir. Yerli məlumata görə, bu ərazinin keçmiş adı Eşməyeri olmuşdur. Tədqiqatçılara görə, bu termin eşilmək sözündən olub, dəniz sularının sahili yuması nəticəsində yaranmış sahəyə deyilir. Bu coğrafi termin qazaxlarda espe, qırğızlarda eşme variantında işlənir.
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Yatma
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Yonma
Yonma — səthlərin, profillərin və kanovların emalı üçün tətbiq olunan mexaniki emal üsuludur. Proses iskənə adlanan alətin köməyi ilə aparılır. Burada alət iskənələmə dəzgahında sərt bərkidilir. Baş və köməkçi hərkətləri isə üzərində pəstah bərkidilmiş stol yerinə yetirir. Frezləmə üsulunun inkişaf etdirilib istehsalatda tətbiqindən sonra iskənələməni sıxışdımağa başlamışdır. Bu prosesin üstün cəhəti onun ucuz başa gəlməsi, kəsmədə tenperaturun aşağı olması və səthin keyfiyyətinin yüksək olmasıdır. Mənfi cəhəti isə emalın uzun çəkməsi və dəzgahın böyük qabariti və boş gedişlərin sayıdır. Yonma əməliyyatı yonma dəzgahlarında aparılır. Bu dəzgahlar Yönəldicilərdən, Dəzgahın gövdəsindən, Mühərrik və sürətlər qutusundan, Stol, Ayaqlarınan ibarətdr.
Yılmaz
Yılmaz — Türk soyadı. Cem Yılmaz — Türkiyəli komediya ustası, aktyor Burak Yılmaz — "Qol kralı" ləqəbli türk futbolçusu Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı. Büşra Yılmaz – Türkiyə qadın romançısı. Özlem Yılmaz — Türk kino və teleserial aktyoru. Mustafa Yılmaz — türk şahmatçı, qrosmeyster (2012).
Yuma
Yuxa (ing. Yuha) — ABŞ ərazisində yerləşən Sonora səhrasının qərb hissəsini təşkil edən qumlu səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır (Arizona ştatı ABŞ və Aşağı Kaliforniya Meksika). Səhra Arizona ştatının cənub-qərbində, Hila çayından cənubda, Kolorado çayından isə şərqdə yerləşir. Səhranın cənubu Meksika sərhədinə yaxın Böyük səhra (ing. Great Desert, isp. Gran Desierto) adlandırılır. Yayı dəhşətli istiləri, qışı isə orta temperaturları ilə seçilir.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Maşın yığımı
Maşın yığımı hissələrin və düyümlərin maşının təyinatına cavab verən, müəyyən olunmuş ardıcıllıqla birləşməsi və bərkidilməsidir. Məmulun təşkiledici hissələrinin söküləbilən və sökülməyən birləşməsinə düyüm deyilir. Düyümün əsas xarakteri onun başqa elementlərdən yığılmasıdır. Düyümə daxil olan iki və daha artıq hissələr birləşməsinə altdüyüm deyilir. Altdüyümlər dərəcələrinə görə fərqlənirlər. Ən yüksək dərəcəli altdüyüm yalnız bir hissədən ibarət olur. Yığmanın başlandığı hissə və ya düyüm baza elementi adlanır. →Maşınqayırmada yığmaya sərf olunan əməktutumu məmulun ümumi əməktumunun 25÷30%-ni təşkil edir. Fərdi və kiçik seriyalı istehsalda isə daha çox çatdırma işləri tələb olunduğundan bu nisbət 40÷45%-ə qədər qalxa bilir. == Təsnifatı == Maşınqayırmada yığma ümumi və düyüm olaraq iki qrupa bölünür.
Məsud Yılmaz
Əhməd Məsud Yılmaz (türk. Ahmet Mesut Yılmaz; 6 noyabr 1947, İstanbul – 30 oktyabr 2020, İstanbul) və ya əmilərinin soyadı ilə Akçal. Əslən Rizə Çayeli Çataldərə/Cimil kəndindən) — hemşinli əsilli türk siyasətçisi. Azərbaycan suveren dövlət kimi onun dövründə Türkiyə Cümhuriyyəti tərəfindən rəsmən tanınmışdır. Ahmet Mesut Yılmaz 6 noyabr 1947-ci ildə İstanbulda anadan olub. İstanbul Oğlanlar litseyini bitirib. 1971-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsi Maliyyə və İqtisad Bölümündən məzun oldu. 1972–1974-cü illər arasında Almaniyanın Köln Universiteti İqtisadi və İctimai Elmlər Fakültəsində yüksək lisans çalışması etdi. 1975–1983-cü illərdə kimya, tekstil və çatdırma sahəsində, müxtəlif özəl şirkətlərdə idarəçi olaraq işləyib. 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rotadan çıxma
Rotadan çıxma ümumiyyətlə istiqamət dəyişdirmə deməkdir. Hər hansı bir istinad nöqtəsinə nisbətdə bir bucaqda hərəkət edən bir obyektin hərəkət bucağı dəyişdikdə o obyekt rotadan çıxmış sayılır. Aviasiya sahəsindəki “yaw” ifadəsinin Azərbaycanca ekvivalenti ilə uyğun gələn hərəkət adıdır, ancaq yalnız təyyarələrdə deyil, bütün nəqliyyat vasitələrində sağa və ya sola dönməyə aiddir. Təyyarələr quyruqlarındakı sükanları ilə və gəmilər isə gövdələrinin aşağı hissəsində olan sükanla dönürlər. Elmi dünyada qəbul edilən hər hansı bir nəzəriyyə və ya qanunu pozmaq və ya səhvini sübut etmək üçün də bu addan istifadə olunur. Məsələn, zamanda səyahət fizikanın iki əsas qanunu olan Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsinə ziddir. Həmçinin səbəb prinsipi ilə də ziddiyyət təşkil edir. Günlərin bir günündə kimsə zamanda səyahət etmiş olarsa, bu bütün məlum fizika qanunlarının əsasını təşkil edən kvant mexanikası və ümumi nisbilik nəzəriyyəsini məhv edəcək, beləliklə də bütün məlum fizika qanunları da etibarsız olacaqdır. Bunun sonunda Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsi rotadan çıxacaq, başqa sözlə etibarını itirəcəkdir.
Verxnyaya Pışma
Verxnyaya Pışma — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Mustafa Yılmaz
Mustafa Yılmaz (türk. Mustafa Yılmaz; 5 noyabr 1992, Kastamonu ili) — türk şahmatçı, qrosmeyster (2012). Mustafa Yılmaz 5 noyabr 1992-ci ildə Türkiyənin Kastamonu ilində anadan olub. Atası fizika müəllimi, anası isə evdar qadındır. Şahmat oynamağa yeddi yaşında başlayıb. Ona bu oyunun qaydalarını böyük bacısı — şahmatçı Ezgi Yılmaz Babaoğlu öyrədib. İlk ciddi uğuru 2002-ci il Avropa çempionatının (U-10 kateqoriyasında) bürünc medalı olub. Bu üçüncülük, Türkiyənin yaş kateqoriyalarında qazandığı ilk medal hesab olunur. 2009-cu ildə, 17 yaşında olarkən şahmat üzrə Türkiyə çempionu olmuş və bununla da ən gənc ölkə çempionu kimi tarixə düşmüşdür. Eyni ildə beynəlxalq usta adını qazanıb.
Cevdet Yılmaz
Cevdet Yılmaz (1 aprel 1967, Bingöl) – Türkiyə siyasətçisi, 4 iyun 2023-cü ildən Türkiyənın vitse-prezidenti.
Yılmaz Gruda
Yılmaz Qruda (14 iyul 1930, İstanbul – 25 iyul 2023, İstanbul) — türk teatr, kino və serial aktyoru, şair, dramaturq, teatr rejissoru, tərcüməçi və reklamçı. Onun alban atası Həsən qan davasına görə ölkədən qaçaraq İstanbulda məskunlaşır. Atası İstanbulda südçü olarkən anası Mediha Aytacla tanış olur və onlar evlənirlər. Yılmaz Qruda 1930-cu ildə anadan olub. Valideynləri onların evliliyinə qarşı olan ailələrin təzyiqi ilə boşandılar; Atası Ankaraya köçdü. Yılmaz Gruda Ankarada atası ilə yaşamağa başlayıb. Oxumağı sevən Qruda özü kitab yazmağa başladı; Zaman keçdikcə poeziyaya üz tutdu. Ankara Ticarət Liseyində təhsilini yarımçıq qoyub dövlət məmuru olan Qrudanın yazdığı şeirlər 1950-ci illərdə müxtəlif jurnallarda dərc olunmağa başladı. 1956-cı ildə girdiyi Cep Teatrında başlayan aktyorluq karyerası Ankara Dövlət Teatrının Kiçik Teatrında davam etdi . Ankara Meydan Sahnesi və Nisə Serezli ansambllarında da çalışıb .
Yılmaz Qruda
Yılmaz Qruda (14 iyul 1930, İstanbul – 25 iyul 2023, İstanbul) — türk teatr, kino və serial aktyoru, şair, dramaturq, teatr rejissoru, tərcüməçi və reklamçı. Onun alban atası Həsən qan davasına görə ölkədən qaçaraq İstanbulda məskunlaşır. Atası İstanbulda südçü olarkən anası Mediha Aytacla tanış olur və onlar evlənirlər. Yılmaz Qruda 1930-cu ildə anadan olub. Valideynləri onların evliliyinə qarşı olan ailələrin təzyiqi ilə boşandılar; Atası Ankaraya köçdü. Yılmaz Gruda Ankarada atası ilə yaşamağa başlayıb. Oxumağı sevən Qruda özü kitab yazmağa başladı; Zaman keçdikcə poeziyaya üz tutdu. Ankara Ticarət Liseyində təhsilini yarımçıq qoyub dövlət məmuru olan Qrudanın yazdığı şeirlər 1950-ci illərdə müxtəlif jurnallarda dərc olunmağa başladı. 1956-cı ildə girdiyi Cep Teatrında başlayan aktyorluq karyerası Ankara Dövlət Teatrının Kiçik Teatrında davam etdi . Ankara Meydan Sahnesi və Nisə Serezli ansambllarında da çalışıb .
Yusif Yılmaz
Yusif Yılmaz (1978, Güneysu[d], Rizə ili) — Türk alim, professor, həkim və Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru. Yusif Yılmaz 1978-ci ildə Rizə ilinin Güneysu ilçəsində anadan olub. 1996-2002-ci illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində təhsil alıb. 2002-ci ildə Uludağ Universitetinin Tibb fakültəsinə qəbul olub. 2007-ci ildə məzun olduqdan sonra daxili xəstəliklər uzmanı adını alıb. 2008-ci ildə Mərmərə Universitetinin Tibb Fakültəsinin Qastroenterologiya kafedrasında subixtisas təhsilinə başlayıb. 2011-ci ildə məzun olaraq qastroenterologiya uzmanı adını alıb. Həmin il dosent imtahanını uğurla verən Yusif Yılmaz 2012-ci ildə Mərmərə Universitetinin Tibb Fakültəsində işə başlayıb. 2022-ci il iyulun 8-də Rəsmi Qəzetdə dərc olunan Prezidentin sərəncamı ilə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru vəzifəsinə təyin edilib. Webometrics 2006 məlumatlarına görə, Dr.
Yılmaz Hun
Yılmaz Hun (1977, Aralıq, İğdır ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Yılmaz Hun 1977-ci ildə İğdır ilinin Aralıq ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İğdırda alıb. 2000-ci ildə Van Yüzüncü İl Universiteti Təhsil Bölməsindən məzun olub. Müəllim olaraq çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) İğdır nümayəndəsi, İğdır şöbəsinin sədri vəzifələrində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İğdır ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.
Necmettin Yılmaz
Necmettin Yılmaz (d.14 Dekabr 1994, Gümüşhane- ö.14 İyul 2017, Tunceli) PKK Terrorçu təşkilat tərəfindən şəhid edilən müəllim. 14 dekabr 1994-cü ildə Gümüşhanenin Torul mahalının Dəmirkapı kəndində Gülay və Hamit Yılmazın ikinci övladı olaraq dünyaya gəlib. İbtidai məktəbi Dəmirkapı İbtidai məktəbində, orta məktəbi Gümüşhane Bağlarbaşı Regional İnternat Orta Məktəbində, liseyi isə Gümüşhane Ali Fuat Kadirbeyoğlu Anadolu Liseyində bitirib. 2015-ci ildə Artvin Çoruh Universiteti Təhsil Fakültəsinin Sinif Müəllimliyi fakültəsini bitirib. Şanlıurfanın Siverek rayonundakı Çiftçibaşı İbtidai məktəbində cəmi 8 ay müəllim işləyərkən Tunceli-Ərzincan yolunun Pülümür mahalında avtomobili PKK terrorçuları tərəfindən yandırıldıqdan sonra PKK terrorçuları tərəfindən qaçırılıb. 14 iyun 2017-ci ildə yay tətilini keçirmək üçün məmləkəti Torula qayıdırdı. Onun cəsədi 27 gün sonra Tuncelidəki Pülümür çayında tapılıb.Yılmaz qaçırıldıqdan bir neçə saat sonra başından vurularaq öldürülüb.
Reyhan Yılmaz
Reyhan Yılmaz (18 noyabr 2001, Dənizli) ― görmə məhdudiyyətli türk paralimpiya qolbolçusu. O, Türkiyəni 2024 Yay Paralimpiya Oyunlarında təmsil edən milli komandanın üzvü olub. O, 2017-ci ildə Finlandiyanın Lahti şəhərində keçirilmiş Avropa Qolbol Çempionatında gümüş medal qazanıb. Yılmaz 2018-ci ildə İsveçin Malmö şəhərində keçirilən Qolbol üzrə Dünya Çempionatında da gümüş medalın sahibi olub.
Yılmaz Tunç
Yılmaz Tunç (1 fevral 1971, Ulus, Bartın vilayəti) — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26 və 27-ci çağırış deputatı (2007–2023), Türkiyə ədliyyə naziri (4 iyun 2023-cü ildən). == Təhsili və karyerası == İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. İstanbul Universiteti Sosial Elmlər İnstitutunun Maliyyə Hüququ Bölməsində magistr təhsilini tamamlayıb. Sərbəst hüquqşünas və İstanbul Vəkillər Kollegiyasının CMK (Ceza Muhakemesi Kanunu) xidmətinin əməkdaşı kimi çalışıb. 16 il Türkiyə Böyük Millət Məclisi Ədliyyə Komissiyasının üzvü, sözçüsü və sədr müavini vəzifələrində çalışdıqdan sonra 2020–2022-ci illər arasında Ədliyyə Komissiyasının sədri olub. O, 2022–2023-cü illərdə Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası Qrupunun sədr müavini vəzifəsində çalışıb. == Şəxsi həyatı == Ailəlidir və üç övladı var.
Birma
Myanma, rəsmi adı: Myanma İttifaqı Respublikası (1989-cu ilədək Birma İttifaqı, 1989–2010-cu illərdə Myanma Birliyi) — Cənub-şərqi Asiyada dövlət. Paytaxtı — Naypyida. "Myanma" sözü tərcümədə "cəld", "güclü" mənalarını verir və zümrüd mənasını verən "mya" sözündən götürülmüşdür. Myanmada insan və coğrafi məkan adlarının seçilməsinə ənənəvi olaraq Myanmalı astroloqların böyük təsiri olur. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən Birmalılar tərəfindən öz seçdikləri ad "Bama" istifadə olunur. 1989 cu ilədək ölkə rəsmi olaraq Birma Birliyi Sosialistik Respublikası və ya qısaca olaraq — Birma adlanırdı. Amma "Birma" adı alınma mənşəli olduğun üçün ölkə daxilində populyar deyil. 2010-cu ilin Oktyabr ayında ölkənin adı "Myanma İttifaqı"ndan "Myanma İttifaqı Respublikası"na dəyişdi. Həmçinin ölkənin gerbi və bayrağı da dəyişdirildi. Myanmanın paytaxtı — Naypyida şəhəri(Mandalay inzibati dairəsi) Pyinmana şəhərinin yaxınlığındakı kiçik bir kəndin yerində yaradılmışdır.
Doqma
Doqma, və ya doqmat (q.yun. δόγμα, δόγματος "rəy, qərar, hökm") — kilsənin təsdiqlədiyi doktrinanın mövqeyi, tənqidə (şübhəyə) məruz qalmayan məcburi və dəyişməz bir həqiqəti elan etmə ifadəsi. == "Doqma", "doqmat" ifadələrinin istifadə tarixi == Tarixdə "doqma" ifadəsinin bu terminin müasir anlayışından fərqli olaraq müxtəlif mənalarda işlədildiyi dövrlər olmuşdur. Qədim ədəbiyyatda, Siseron tərəfindən, doqma sözü, ümumiyyətlə məlum olduğu üçün inkaredilməz bir həqiqət mənasına sahib olan belə təlimləri ifadə edirdi. Origen və St. Isidore, Sokratın bəzi nəticələrini adlandırdı. Platon və Stoiklərin təlimlərinə "doqma" da deyilirdi. Ksenofona görə, "doqma" həm komandirlərin, həm də adi əsgərlərin hamının mübahisəsiz itaət etməli olduğu bir əmrdir. Herodianın "doqma" sında Senatın tərifi yer alır və bütün Roma xalqı sorğu-sualsız itaət etməlidir. Bu məna 70 tərcüməçinin yunan dilində tərcüməsində bu mənanı qoruyub saxladı, burada Daniel peyğəmbər, Ester, Makkabi peyğəmbərinin kitablarında δόγμα kəlməsi dərhal icra edilməli olan bir kral fərmanından və hər mövzu üçün qeyd-şərtsiz məcburi olan bir kral və ya dövlət qanunundan bəhs edir.
Enigma
Enigma — musiqi layihəsi, Mişel Kretu tərəfindən 1990-cı ildə yaradılmışdır. Mişel Kretu həm bəstəkar, həm də prodüserdir. Onun həyat yoldaşı, müğənni Sandra Kretudur. == Diskoqrafiya == 1990: MCMXC a. D. 1993: The Cross of Changes 1996: Le Roi Est Mort, Vive Le Roi!
Eniqma
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur. Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı.
Filma
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Maqma
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. == Geomorfoloji termin == Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. == Kimyəvi tərkibi == Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Riğza
Riğza (gürc. რიღზა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 840 m hündürlüktə, Suxumidən 100 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 399.
Vigna
Vigna (lat. Vigna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Əhalinin qidasının zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını yaxşılaşdırmaq üçün bir çox ölkələrdə dənli paxlalı bitkilərdən biri olan viqnanın səpilib becərilməsinə son vaxtlar maraq çox artmışdı. Viqnanın quru dənində 27% zülal, 62% karbohidrat, 1,3%yağlar vardır. Viqnanın dəni yaxşı bişməsi ilə başqa paxlalılardan fərqlənir. Bir çox ölkələrdə viqna çoxlu məqsədlərlə istifadə olunan bitki kimi becərilir. Əksər ölkədə viqnanın dəni ərzaq məqsədilə, yaşıl kütləsi isə ya heyvanın yemləndirilməsində, ya da yaşıl kübrə kimi sahələrin münbitlyinin yüksəldilməsində istifadə olunur. Heyvanlar üçün də viqna əhəmiyyətli bitkidir. O, otlaq üçün çox yaralıdır. Viqna, əsasən, tropik və subtropik mənşəli bitki olduğuna görə özünün boy və inkişafı üçün çoxlu istilik tələb edir.
Viqna
Vigna (lat. Vigna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Əhalinin qidasının zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını yaxşılaşdırmaq üçün bir çox ölkələrdə dənli paxlalı bitkilərdən biri olan viqnanın səpilib becərilməsinə son vaxtlar maraq çox artmışdı. Viqnanın quru dənində 27% zülal, 62% karbohidrat, 1,3%yağlar vardır. Viqnanın dəni yaxşı bişməsi ilə başqa paxlalılardan fərqlənir. Bir çox ölkələrdə viqna çoxlu məqsədlərlə istifadə olunan bitki kimi becərilir. Əksər ölkədə viqnanın dəni ərzaq məqsədilə, yaşıl kütləsi isə ya heyvanın yemləndirilməsində, ya da yaşıl kübrə kimi sahələrin münbitlyinin yüksəldilməsində istifadə olunur. Heyvanlar üçün də viqna əhəmiyyətli bitkidir. O, otlaq üçün çox yaralıdır. Viqna, əsasən, tropik və subtropik mənşəli bitki olduğuna görə özünün boy və inkişafı üçün çoxlu istilik tələb edir.
Yıgeva
Yıgeva (est. Jõgeva, alm. Laisholm‎) — Estoniyanın şərqində, Yıgavamaa bölgəsində şəhər. Əhalisi 6 mindən artıqdır. İlk dəfə olaraq, 1599-cu ildə Polşa mənbələrində Yagiva adı ilə qeyd olunmuşdur. Alman dilində şəhərin adı Laisholmdur. 1876-cı ilə Yıgevadan Tallindən Tartuya gedən dəmir yol xətti keçirdi. 1950—1991-ci illər arası Yıgeva rayonunun mərkəzi idi. 2000-ci ilə Yıgevanın 88,3% estonlar, 7,3% ruslar, 1,4% ukraynalılar, 0,9% finlər təşkil edirdi.
Cigna
Cigna korporasiyası — Şimali Amerika Sığorta Şirkətinin ana korporasiyası. == Tarixi == Cigna 1982-ci ildə Connecticut General Life Insurance Company (CG) və INA Corporation (Amerikada ilk səhm sığorta şirkəti olan ) birləşməsi nəticəsində yaranmışdır. Şirkətin adı, Cigna, birləşən şirkətlər, CG və INA hərflərinin qarışığıdır. 1871-ci ilin oktyabrında böyük Çikaqo yanğını iki gün ərzin də yandı, 2000 akr ərazini məhv etdi və İllinoys ştatında 100.000 insanı evsiz qoydu. İNA iddiaları tam ödəmək üçün yalnız 51 sığorta şirkətindən (ümumi 202 sığorta şirkətindən) biri olan 650.000 dollar ödəmişdir. 1990-cı illərin sonlarında yerli və beynəlxalq əmlakını və zərərçəkmiş biznesini Bermudada yerləşən ACE Sığorta şirkətinə satmazdan əvvəl Cigna AIG, Allianz və Sürix ilə müqayisə oluna bilən geniş beynəlxalq şəbəkəyə malik şirkətlər sırasında idi. Satışın arxasında duran strategiya əsas biznes üzərində cəmləşmək idi. O zamanlar Bermuda və Lloyds sığorta bazarının əsas oyunçusu olan ACE, digər tərəfdən, ənənəvi sığorta bazarında beynəlxalq şəbəkənin genişləndirilməsində maraqlı idi. Cigna 1997-ci ildə həyat sığortası əməliyyatlarının əksəriyyətini Lincoln National Corporation -a satdı. 2002-ci ildə o, gəlirlərin manipulyasiyası üçün Qiymətli Kağızlar Birjası Qanununu pozduğu iddia edildi.
Firma
Şirkət və ya Firma — iki və daha çox fiziki şəxs yaxud hüquqi şəxsin mülkiyyətdən istifadə etməklə, məhsul istehsalı və satışından və ya xidmət göstərilməsində sistematik olaraq gəlir əldə edən hüquqi şəxs
Ligia
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.
Riqpa
Riqpa (Tibet: རིག་པ་, Vayli: rig pa; hərf. "bilik") — dzoqçendə özülün biliyi. Riqpanın əksi – ma riqpa (hərf. "cəhalət"). Riqpa vəziyyətinə çatmış və orada davamlı olaraq istirahət edə bilən şəxsə Riqdzin və ya Riqma deyilir. == Bilik == Riqpa özülün biliyidir. Bu, həm də fundamental özül olan "təmiz məlumatlılıq" mənasına gəlmişdir.
Pinus nigra var. nigra
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.