Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yahudi dili
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit ] ( dinlə) və ya [ʕivˈrit ] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Yahudi məhəlləsi
Yəhudi məhəlləsi (ərəb. حارة اليهود‎‎; ivr. ‏הַרֹבַע הַיְהוּדִי‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.
Mahu
Mahu — Gədəbəy və Şəmkir rayonları ərazisində çaydır. Şəmkir çayının sağ qoludur. Yerli əhali arasında Mahısuyu adlanır. Çay başlanğıcını Mahı dağından aldığına görə həmin dağın adını daşıyır. Dağın adı isə Mahı antroponimi ilə bağlıdır.
Oahu
Oahu – Havay adaları qrupuna daxil olan ən böyük ada. Adada Havayın paytaxtı Honolulu yerləşir. Oahuda yaşayanların sayı 800 000 nəfəri ötüb. Bu da ümumi Havay adalarının əhalisinin 80%-ni təşkil edir. Oahu adası vulkan mənşəlidir. Uzunluğu 77 km, eni isə 48 km-dir. "Oahu" sözünü yerli dildən cəmləşən kimi tərcümə etmək olar. Amerika Birləşmiş Ştatlarının yeganə kral sarayı olan İolaniyə, kral Kamexamexa və kraliça Liliokarininin abidələri, senat, qubernator iqamətgahı, Pörl-Harbor xatirə kompleksi adada yerləşir. == Mənbə == Zamanın dayandığı yer Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine == İstinadlar == Vikianbarda Oahu ilə əlaqəli mediafayllar var.
Hişam Mahu
Hişam Mahu (12 iyul 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Mahu Nitsa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 20 may 2017-ci ildə Lyon klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Anastasios Donisi əvəz etmişdir. Liqa 1 görüşündə Nitsa rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 6 yanvar 2018 tarixində yenilənib == Şəxsi həyatı == Mahu Fransada anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır.
Oahu stenojinası
Oahu stenojinası nanə fəsiləsinin ümumi adı ilə tanınan nadir çiçəkli bitki növüdür Stenojin kanehoana O, Havay adalarına endemikdir, burada yalnız Oahu adasındakı Waianae silsiləsindən məlumdur. Bu, ABŞ-nin federal siyahıya alınmış nəsli kəsilməkdə olan növdür.Son məlum fərdlər 1996-cı ildə öləndə bu bitkinin nəsli kəsilməkdən qorxurdular. 2000-ci ildə altı bitki kəşf edildi, lakin 2005-ci ilə qədər onlar da öldü. 2004-cü ilə qədər vəhşi təbiətdə yalnız bir fərd qalmışdı, dörd metrdən çox uzanan çox böyük bir bitki, əslində birlikdə böyüyən birdən çox fərd ola bilər. Bu bitkidən şlamlar yığılmışdır. Bu Havay nanəsi uzunluğu 1 və ya 2 metrə çata bilən yunlu üzümdür. Yünlü yarpaqların uzunluğu 14 santimetrə, eni 4,8 santimetrə qədərdir. Bitki uzunluğu 4 santimetrdən çox ola bilən boru çiçəkləri istehsal edir. Onlar bənövşəyi-çəhrayı dodaqlarla ağ və ya sarımtıldır. Bitki vegetativ şəkildə çoxalır, gövdələrin substratla təmasda olduğu yerdə köklənir və yeni, klonlanmış bitkilər yetişir.
Qreys Vahu
Qreys Wahu Kenyatta (bilinmir və ya 1897 – aprel 2007) — Keniyanın ilk prezidenti Jomo Kenyatta'nın ilk həyat yoldaşı idi. Qeydlər göstərir ki, Vahu, daha sonra Johnstone Kamau kimi tanınan Kenyatta ilə 1917 və ya 1919-cu illərdə evləndi. Jomo Kenyatta ilə iki övladı var: Peter Muigai Kenyatta (1922-1979) və Margaret Wambui Kenyatta (1928–2017). Grace Wahu Keniyada 2007-ci ilin aprelində 110 yaşında vəfat etdi.
Yaku Meyte
Yaku Meyte (11 fevral 1996-cı ildə Parisdə anadan olub) — Ridinq klubundan icarə əsasında Liqa 1 təmsilçilərindən olan Sojo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Karyerası == === Klub === ==== Pari Sen-Jermen ==== Meyte öz peşəkar karyerasında debütünü PSJ klubu ilə 9 aprel 2016-cı ildə etmişdir. O, 91-ci dəqiqədə Liqa 1 komandalarından olan Genqam klubu ilə qarşılaşmada Jan-Kevin Oqustini əvəz etmişdir. Həmin görüşdə PSJ Genqama səfərdə 2-0 hesabı ilə qalib gəlmişdir. ==== Ridinq ==== 29 iyul 2016-cı ildə Meyte İngiltərə klublarından olan Ridinq klubu ilə üç illik müqavilə imzalamışdır. Meyte Ridinq klubu ilə debütünü 9 avqust 2016-cı ildə EFL Kubokunda Plimut Arqli klubuna qarşı oyunda etmişdir. Meyte klubu ilə ilk qolunu isə 21 yanvar 2017-ci ildə Çempionşip görüşündə Derbi Kauntri klubu ilə oyunda vurmuşdur. Həmin görüşdə Ridinq rəqibinə 3-2 hesabı ilə məğlub olmuşdur.7 iyul 2017-ci ildə Meyte Liqa 1 təmsilçilərindən olan Sojo klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. === Milli komanda === Meyte Fransada anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuarlıdır.
Yasu şəlaləsi
Yasu şəlaləsi (安の滝, Yasu no taki) – Yaponiyanın Akita prefekturasının Kitaakita şəhərinin Ani rayonunda yerləşən şəlalə. Yoneşiro çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Şəlalənin iki səviyyəsi var. Böyük hissəsi 60 metr hündürlükdən, kiçik hissəsi 30 metr hündürlükdən tökülür. Səviyyələr arasında birinci şəlalənin töküldüyü kiçik gölməçə yerləşir və gölməçəni asanlıqla ayaqla keçmək olar.
Ahu (Ərdəbil)
Ahu (fars. اهو‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (21 ailə).
Ahu Tonqariki
Ahu Tonqariki —Ahu Tonqariki Sakit okeanda Şərqi Polineziyada Rapa Nui adasında (Pasxa adası) arxeoloji ərazidir. == Tarixi == Ahu Tonqariki, Rapanuinin şərq konfederasiyası olan Hotu İtinin əsas mərkəzi və paytaxtı idi. Moai Ahu Tonqariki adada vətəndaş müharibəsi zamanı devrilmişdi. 1960-cı ildə Çili sahillərində zəlzələ nəticəsində yaranan sunami Ahu Tonqariki bölgəsini basdı. Ahu Tonqariki əsasənv XX əsrin 90-cı illərində əhəmiyyətli dərəcədə bərpa olundu. Ahu arxeoloqlar Klaudio Kristino və Patrisiya Varqasın başçılıq etdiyi şoxprofilli qrup tərəfindən bərpa edilmişdir. Beş illik layihəyə daxil olan bərpa işləri Çili hökumətinin Tadano Limited şirkəti və Çili Universiteti ilə rəsmi razılığı əsasında həyata keçirilib. == Təsviri == Ahu Tonqariki Pasxa adasındakı ən böyük ahudur. Bu ahu Pasxa adasının cənub sahilində, iki sönmüş — Rano Raraku və Poika vulkanlarının yaxınlığında yerləşir. Ahu Tonqariki moaisinin demək olar ki, yarısı hələ də Rano Rarakunun yamaclarında basdırılır.
Ahu Tuğba
Ahu Tuğba 13 avqust 1955 İstanbul) - Alban əsilli Türkiyə kino aktrisası . Əsl adı Tuğba Çetin'dir. Varlı bir ailənin yeganə övladı idi. Orta məktəbdə oxuyarkən kino aləminə gəldi. Məktəbi bitirdikdən sonra Kanadanın Konkordia Üniversitetinin İngilis Dili fakültəsinə qəbul oldu amma kino aktrisalığa olan marağı üzündən təhsilini yarımçıq buraxmalı oldu. Türk kinosunda 80-ci illərin seks simvollarından biri olmuşdur.Ümumilikdə 6 dəfə ailə qurub. İlk evliliyini 1981ci ildə Mustafa Ulusoy ilə qurub.1991 ci ildə Alban əsilli Amerikalı həkim Timmy Alejtanij ilə qurduğu evliliyindən Anjelin adında 1992 təvəllüdlü bir qızı vardır.
Matyu Ben Rahu
Matyu Ben Rahu (11 dekabr 1995) — Mərakeşli üzgüçü. Matyu Ben Rahu Mərakeşi 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Matyu Ben Rahu birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:59.9 saniyəlik nəticə ilə 39-cu yeri tutdu və yarışı başa vurdu.
Yau Tsim Mong
Yau Tsim Mong — Honkonqun 18 inzibati ərazi dairələrindən biridir. Koulundan cənub-qərbdə yerləşir. Çimsayev, Çimsayev-ist, qərbi Koulun, Monkok, Yaumatey, Cordan və Taykokçey şəhərləri burada yerləşir. == Tarixi == İnzibati ərazi dairəsi iki qədim dairənin Ya-Şim və Monq-Kokun birləşdirilməsinindən yaranıb və adı da bu iki dairənin adından götürüb. == Əhalisi == 2006-cı ilin məlumatına əsasən burada 281 min nəfər əhali yaşayır (hindlilər, nepallılar, pakistanlılar, banqladeşlilər, lankiylər, koreyalılar və nigeriyalılar kimi immiqrantlarda burada məskunlaşmışdır). === Dini === Burada Tin xau və Şuy Yuet məbədləri həmçinin, ingilis kilsəsi Sent-Endryu, katoliq kilsəsi Rozari, Sent-Frensis kilsəsi, xristianların Monq-Kokdakı dini mərkəzləri, Koulun məscidi var. == İqtisadiyyatı == Burada əsas gəlir gətirən sahələr ticarət, turizm, nəqliyyat, restoran biznesi və maliyyə xidmətləridir. Burada Həyat Ridjen Honkonq, Ritu-Karlton, Peninsula, İnterkontinental, Şeraton, Royal Plaza, Sülh və s. otellər vardır. Həmçinin «Wharf Holdings», «Sino Land», «GCL-Poly Energy Holdings», «Bossini International», «City`super», «Neo-Neon Holdings» şirkətləri, o cümlədən «Golden Harvest» kinostudiyası, HSBC, Bank of China, Morgan Stanley, Credit Suisse, Deutsche Bank ve s.
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.
Aamu
Aamu (q.misir 𓂝𓄿𓅓𓅱 ꜥꜣmw) — Qədim Misirdə Qərbi Asiyadan olan əcnəbilər üçün istifadə edilən ümumi ad. Bu ad ümumi olaraq "Qərbi Asiyadan olanlar" kimi tərcümə olunur, lakin başqa alimlər "Aamu"nun kənanlılar və ya amoritlər olduğunu təklif etmişlər.E.ə. II minillikdə Misirə səfər edən İbrahimin "Aamu" və ya "Retcenu" ilə əlaqəli olduğunu düşünənlər var. Devid Rohl İbrahimi "Aamu" adı ilə eyniləşdirməyi təklif etmişdir. Bəziləri bu adı "Aramu" kimi oxumağı təklif etmiş və aramilərə bağlamışdır.
Baku
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Cahi
Cahi (zərdüştilik) — zərdüştilikdə "şəhvət" iblisi. Cahi (Qədim Misir) — Qədim Misirdə "Retcenu"nun cənub vilayəti üçün istifadə edilən ad.
Fadu
Fadu (port. fado, lat. fatum — tale) — ənənəvi portuqal musiqisinin xüsusi janrı. Janrın emosional yükü, portuqalca "saudadi" (port. saudade) adlandırılan, tənhalıq, nostalji, kədər və məhəbbət əzabının mürəkkəb ahəngindədir. Janrına görə portuqal gitarasının müşayiəti altında ifa olunan lirik solo nəğmənin bir növüdür. 27 noyabr 2011-ci ildə fadu YUNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Gahru
Gahru— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,093 nəfər və 1,464 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Kafu
Marcos Evangelista de Morais (port. Marcos Evangelista de Moraes ; 7 iyun 1970, San Paulo) — Braziliyalı keçmiş professional futbolçu. Uzun müddət Braziliya milli futbol komandasının oyunçusu olub. Braziliya millisi ilə ikiqat dünya çempionu olub (1994, 2002). 2002 və 2006-cı illərdə dünya çempionatında milli komandanın kapitanı olub. Dünya Kubokunda ardıcıl üç final oyununda oynayan ilk və indiyə qədər bunu bacaran yeganə futbolçu (1994, 1998, 2002). İkiqat "Libertadores Kuboku"nun və San-Paulu ilə Qitələrarası Kubokun qalibi, Braziliya çempionu. ikiqat İtaliya çempionu, Milanla "UEFA Çempionlar Liqası"nın qalibi. 1994-cü ilin Cənubi Amerikanın ən yaxşı futbolçusu. Braziliyanın ən yaxşı oyunçularından biri kimi FIFA 100 siyahısına daxil edilmişdir.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Kahı
Kahı (lat. Lactuca sativa) – süddəyən cinsinə aid bitki növü.Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür. Qəbizliyi aradan qaldırar.
Kalu
Kalu (Bostanabad)
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu.
Lahc
Lahc (ərəb. لحج‎) - Yəmən Xalq Demokratik Respublikasında şəhər. Lahc mühafəzəsinin inzibati mərkəzidir.
Lamu
Lamu — Keniyadakı Lamu arxipelaqının bir hissəsi olan Lamu adasında kiçik bir şəhər. Şəhər UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin sahilində Lamu qalası yerləşir. Lamuda o cümlədən 1900-cü ildə tikilmiş Riyadha məscidi də daxil olmaqla 23 məscid var. == Tarix == === Erkən tarix === Şəhərin əsl adı Amudur və ərəblər tərəfindən Əl-Amu (آامو)\, Portuqalca isə "Lamon" adlandırılır. Portuqaliyalılar Amu ərazidəki baş yaşayış məntəqəsi olduğu üçün bütün adaya bu adla müraciət edirdilər. Lamu adasındakı Lamu şəhəri Keniyanın daimi yaşanılan ən qədim şəhəridir və Şərqi Afrika sahilləri boyunca orijinal suahili yaşayış məntəqələrindən biri olmuşdur. Şəhərin 1370-ci ildə qurulduğu güman edilir.Bu gün Lamu əhalisinin əksəriyyəti Müsəlmandır.Şəhər ilk dəfə 1441-ci ildə Məkkəni ziyarət edən Lamulu bir hakimlə görüşən ərəb səyyahı Əbu-əl-Mahasini tərəfindən yazılı şəkildə qeyd edilmişdir. 1506-cı ildə Portuqaliya donanması Lamunu mühasirəyə almaq üçün bir gəmi göndərdi və bir neçə gün sonra donanma şəhər başçısını illik 600 metikal dəyərində xərac ödəməyə razı olmağa məcbur etdi. Portuqaliyanın bu hərəkəti, Hindistanın Okean sahili boyunca ticarətə nəzarət etmək üçün müvəffəqiyyətli missiyasına səbəb oldu.
Cadu
Cadugər, bir çox dində və mifologiyada pis məqsədlərlə istifadə etdiyi sehrli gücləri olduğuna inanılan insan. Qədim mədəniyyətdə qara paltarlı, iti uclu papağı olan, süpürgə ilə uçan bir qadın olaraq təsvir edilir Cadugərlik, ilə yaxından əlaqəlidir. Hər falçı bir cadugər ola bilməz, ancaq, cadugər çox yaxşı bir falçıdır. Mistisizim ilə məşğul olan insanlar cadugərliyi belə izah edirlər:"Cadugərlər; pisniyyətli, bədbin və dağıdıcıdırlar. Mistik elmlərlə məşğul olmaqları onları inanılmaz sehrli güclərlə təmin edir. Hadisələrin ged falçılıqişini və insanların həyatını, zərər verərək dəyişdirə bilərlər. Məqsədləri çox böyük zənginliyə nail olmaqdır. Bu da , sadəcə digər insanlara zərər verərək əldə oluna bilər. Onlara təsadüfən rast gəlmiş birinə rahatlıqla əzab verə bilər, xəstəlik verə bilər, hətta , öldürəbilərlər. Toplu olaraq yaşayan qadınlardan ibarətdir və Qara Kraliça adlanan istedadlı liderləri vardır." Mistisizimlə məşğul olan çox insan(islam dini ilə məşğul olanlarda daxil olmaqla) mistik elmlərdə dahiləşmiş və pisniyyətli bu qadınlara, yəni cadugərlərə inanırlar.
Qyaru
Qyaru (yap. ギャル) — yapon dilindən ingilis dilinə "girl" sözünün transliterasiyası. Termin 1970-ci illərin "GALS" cins markasından irəli gəlir. Submədəniyyətin bir növü. Qyaruların müxtəlif növləri var: «oya o nakaserru» (親を泣かせる, «valideynlərini ağladan»), «daraku cöqakusey» (堕落女学生, «deqenerativ məktəblilər»).,kişi qyaruları "gəruo" adlandırırlar. Qyaru Yaponiyanın küçə dəbinin əhəmiyyətli hissəsinə dönüb..
Çyau
𐕟 (səslənməsi /tsˈ/, transkripsiyası C̣', c̣') — Alban əlifbasının 48-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ծա́ւ (Cáw) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert hərfin əsl adının "C̣’aw" ola biləcəyi ehtimalını müdafiə edir. Digər tədqiqatçılardan Sergey Muravyev bu hərfi ermənicə Ր (r) hərfi ilə bənzətmişdir. Aşot Abramyan bu hərfi /c/ səsi ilə izah etmişdir. Sinay palimpsestlərində əsasən alb. 𐕌𐕒𐕡𐕟𐕒𐕡𐕙 (muc̣'ur) 'müqəddəs' sözündə rast gəlinmişdir (udi muc'ur).