Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Xalqın xidmətçisi
"Xalqın xidmətçisi" (ukr. Слуга народу, rus. Слуга народа, bəzən "Millətin xidmətçisi" kimi tərcümə olunur) — efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira komediyası janrında çəkilən Ukrayna televiziya serialı. Serial orta məktəbdə işləyən otuz yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) hekayəsindən bəhs edir. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir. Serialın prodüser şirkəti "Kvartal 95"-dir, hansı ki baş kişi rolunu canlandıran Vladimir Zelenski tərəfindən qurulmuşdur. Serial Ukraynanın real siyasətinə çox təsir etmişdir; 31 mart 2018-ci ildə serialla eyniadlı siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Bundan əlavə, serialda Ukrayna Prezidenti rolunu canlandıran Zelenski 21 aprel 2019-cu ildə həqiqətən Ukrayna Prezidenti seçildi. Vasili Petroviç Qoloborodko (Vladimir Zelenski): Ukrayna prezidenti, keçmiş orta məktəb tarix müəllimi Yuri İvanoviç Çuyko (Stanislav Boklan): Ukraynanın baş naziri Pyotr Vassilyeviç Qoloborodko (Viktor Saraykin): Vasilinin atası Mariya Stefanovna Qoloborodko (Nataliya Sumska): Vasilinin anası Svetlana Petrovna Saxno (Yekaterina Kisten): Vasilinin bacısı, vergi xidmətlərinin keçmiş 1-ci müavini Olqa Yuryevna Mişçenko (Yelena Kravets): Vasilin keçmiş həyat yoldaşı, Mərkəzi Bankın direktoru, daha sonra Baş nazir vəzifəsinə keçdi Sergey Viktoroviç Muxin (Yevgeni Koşevoy): Xarici İşlər Naziri, keçmiş aktyor Oksana Skovoroda (Olqa Jukovtsova); Sergey Muxinin hiper effektiv köməkçisi və işləyici Mixail İvanoviç Sanin (Yuri Krapov): Maliyyə Naziri İvan Andreyeviç Skorik (Aleksandr Pikalov): Müdafiə naziri, keçmiş kapitan Mixail Aşotoviç Tasunyan (Mixail Fatalov): Ukrayna Gizli Xidmətinin (SBU) rəhbəri Nataşa Saxno (Anna Koşmal): Vasilin qardaşı qızı Anna Mixaylovna (Qalina Bezruk): Vasilin sevgilisi "Xalqın xidmətçisi" Ukraynada 1+1 kanalında yayımlandı. Studiya həmçinin bütün bölümləri pulsuz olaraq "Youtube"a yerləşdirdi.
Yalqız Ağac
Yalqızağac (Salmas) Yalqızağac (Mərənd) Elat Yalqızağac (Mərənd) Yalqızağac (Miyanə) Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Əliabad-i Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Yalçın Adıgözəlov
Yalçın Vasif oğlu Adıgözəlov (4 noyabr 1959, Bakı) — Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2012). Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olmuşdur. Tanınmış musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir. İki oğlu, bir qızı var. 8 yaşında konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə A. Y. Kopeleviç və B. L. Qusliserin sinfində təhsil almağa başlamışdır. 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir (professor R. Atakişiyevin sinfi). 1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K. M. Usmanovun sinfi). 1984-cü ildən 1989-cu ilədək Leninqrad konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınmış professor İlya Musinin sinfində təhsil almışdır. 1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule‎) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçmişdir.
Yalçın Cavadov
Yalçın Dadaşzadə
Yalçın Nəsirov
Yalçın Canhəsən oğlu Nəsirov (23 yanvar 1976, Astara rayonu – 24 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı şəhid olmuşdur. 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.
Yalçın Osmanov
Yalçın Rzayev
Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri. Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var .
Yalçın Rzazadə
Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri. Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var .
Yalçın Rəhimov
Yalçın Elçin oğlu Rəhimov (25 iyul 2000; Ağsu rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. Daha sonralar ailəsi ilə birlikdə Maştağanın Lahıc kəndində məskən saldıqları üçün Yalçın təhsilini Nardaran kəndinin 295 nömrəli məktəbində davam etdirmişdir. Məktəbdə oxuduğu müddətdə əlavə olaraq güləş, kikboksinq kimi idman növləri ilə, həmçinin üzgüçülüklə məşğul olan Yalçın müxtəlif yarışlarda iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub. 2023-cü ilin mayında Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən "Burla Xatun" küçəsinin adı dəyişdirilərək şəhid Yalçın Rəhimovun adı verilib.
Yalçın Əfəndiyev
Yalçın Əfəndiyev (riyaziyyatçı)
Yalçın Əlizadə
Yalçın Mustafa oğlu Əlizadə (17 yanvar 1940, Kirovabad – 2 dekabr 2023) 1999–2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor. Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncədə anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirmiş, sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdir. 1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmış, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlamışdır. Yalçın Əlizadə 2023-cü ilin dekabrın 2 -də 83 yaşında vəfat edib. "Yasamal" qəbiristanlığında dəfn olunub. Ailəlidir, iki övladı, dörd nəvəsi var. "Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılmış, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olmuşdur. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir. Yalçın Əlizadə 1974–1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979–1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur.
Şövkət Yalqun
Şövkət Yalqun 7 fevral 1993-cü ildə Artuşda anadan olan Çin Super Liqasında Quanjou FK-da oynayan uyğur futbolçudur. Şövkət Yalqun 2012-ci ilin yanvar ayında 100.000 yuan qonorarla Çin Super Liqasının tərəfdaşı Qunajou FK-ya transfer olundu. 2012 liqası mövsümü üçün qeydiyyatdan keçmək üçün Memet Ali adından istifadə etdi. Böyük debütü 30 Mart 2012-ci ildə "Şanxay Şenhua FK" ilə səfərdə 1-0 məğlub edərək 81-ci dəqiqədə Qao Linin əvəzinə çıxmaqla etdi. Ancaq, italyan menecer Marsello Lippi komandaya rəhbərlik etdikdən sonra ehtiyat komandada oynamağa göndərildi. Şövkət 2012 mövsümündə altı liqada meydana çıxdı. 2013-cü ilin əvvəllərində Şövkətin oynadığı komanda liqada qeydiyyatdan keçən zaman Ali üçün fərqli bir addan istifadə etdiyini bildirəndə yaş mübahisəsinə qarışdı. Komanda bu barədə Çin Futbol Birliyinə məlumat verdi. 2013-cü ilin mart ayında yaş saxtalaşdırılmasına görə üç aylıq qadağa aldı. 10 iyul 2013-cü ildə komandanın "Dalian Ruylonq"u 7-1 məğlub etdiyi 2013 Çin FA Kubokunun dördüncü turunda meydana qayıtdı.
Yalçın Ayhan
Yalçın Ayhan (1 may 1982, Şişli, İstanbul ili) — türk keçmiş futbolçusudur. Beşiktaş öz infrastrukturundan çıxdı. 1998-ci ildə "İstanbulspor" a transfer olunub. 2001-ci ildə bu komandada peşəkar olub. 2001–2005-ci illər arasında bu komandada çıxış edən Yalçın 54 matçda meydana çıxıb və 5 qol vurub. Yalçın 2002–2003-cü illər arası transfer dövründə Çanaqqala Dardanel ilə icarə müqaviləsi imzalayıb. Burada 16 matç keçirən Yalçın 4 böyüklərin diqqətini çəkib. İcarə müqaviləsi başa çatan Yalçın 500 min avroya 3 illiyə "Qalatasaray"a transfer olunub. O, ilk oyununu dekabrın 3-də Ümit Karanın yerinə Ankaraspor matçında "6" nömrə ilə keçirib. Yalçın "Qalatasaray"la 5 oyun keçirib və bundan sonra komandada Riqobert Sonq, Stjepan Tomas kimi adların olması səbəbindən oynamaq şansı tapa bilməyib.
Semih Yalçın
Semih Yalçın (1958, Gəmərək, Sivas ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Semih Yalçın 1958-ci ildə Sivas ilinin Gəmərək ilçəsində anadan olub. Ankara Universiteti Dillər, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Ankara Universitetinin Tarix İnstitutunda magistr, Ərciyəs Universitetinin Sosial Elmlər İnstitutunda isə PhD dərəcələri alıb. Qazi Universitetinin Elm və Ədəbiyyat Bölməsində yardımçı dosent, dosent və professor elmi adları alıb. Təhsil Elmləri İnstitutunun rəhbəri, İncəsənət və Elmlər Bölməsinin Tarix şöbəsinin müdiri vəzifələrində çalışıb, bir müddət səhiyyə nazirinin müşavirinin müavini olub. Kitabları və məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavinidir. 2011-ci ildə Qaziantep ilindən, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Yalçın (soyad)
Yalçın — soyad. Semih Yalçın — müəllim və siyasətçi; Yalçın Ayhan — türk keçmiş futbolçusu Güvən Yalçın — Türkiyə futbolçusu. Şənay Aybükə Yalçın — musiqi müəlliməsi.
Yalçın Küçük
Yalçın Küçük (1 iyul 1938, İskəndərun) — Türkiyə sosialist yazıçısı, iqtisadçısı, tarixçisi və media eksperti. O, Türkiyə tarixində son Osmanlı və Cümhuriyyət dövrləri, sovet iqtisadi inkişafı ilə bağlı marksist baxış bucağından tarixi araşdırmaları və həmçinin Türkiyədə kriptoiudaizm (sabbatiançılıq) və Ədalət və İnkişaf Partiyasının tənqidi ilə tanınır. Yalçın Küçük 1938-ci ildə İskəndərunda anadan olmuşdur. Atasının soyu türkman, anası isə qafqazlıdır. Kabataş Liseyinə, ardından Ankara Universitetinə qəbul olmuşdur. 1960-cı ildə politologiya fakültəsini bitirmişdir. Yalçın Küçükün ilk işi Dövlət Planlama Şurasında olmuş və orada uzunmüddətli planlaşdırma şöbəsinə rəhbərlik etmişdir. 1966-cı ildə Yaxın Şərq Texniki Universitetində vəzifəyə qəbul ollmuşdur. 1971-ci il çevrilişindən sonra işdən çıxarılmışdır. O, çevrilişdən əvvəl "Yön", "Emek", "Ant" kimi solçu nəşrlərdə Türkiyədə "sosialist inqilabı" və sosialist idarəçiliyinə çağırışlar yazmışdı.
Yalçın Rəfiyev
Yalçın İlqar oğlu Rəfiyev (tam adı:Rəfiyev Yalçın İlqar oğlu;) — COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini == Həyatı == Yalçın İlqar oğlu Rəfiyev 9 fevral 1987-ci ildə Şəmkir şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər” fakültəsinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2010-2011-ci illərdə İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində Ali Kursunda, 2014-2016-cı illərdə isə Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” proqramı üzrə magistr proqramında təhsil alıb. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == === Diplomatik fəaliyyəti === Peşəkar fəaliyyətə 21 sentyabr 2007-ci il tarixində Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsində referent vəzifəsində başlayıb. 2009 – 2011-ci illərdə XİN-in Təhlükəsizlik Problemləri İdarəsinin attaşesi; 2011 – 2013-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin üçüncü katibi; 2013– 2015-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin ikinci katibi; 2016 – 2017-ci illərdə AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin birinci katibi; 2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi; 2018-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini; 2019-cu il sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2021-ci il tarixli sərəncamı ilə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” rütbəsi verilib. == Təltifləri == 9 iyul 2019-cu il tarixində Diplomatik xidmət orqanlarındakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı təltif olunub.
Edip Semih Yalçın
Semih Yalçın (1958, Gəmərək, Sivas ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Semih Yalçın 1958-ci ildə Sivas ilinin Gəmərək ilçəsində anadan olub. Ankara Universiteti Dillər, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Ankara Universitetinin Tarix İnstitutunda magistr, Ərciyəs Universitetinin Sosial Elmlər İnstitutunda isə PhD dərəcələri alıb. Qazi Universitetinin Elm və Ədəbiyyat Bölməsində yardımçı dosent, dosent və professor elmi adları alıb. Təhsil Elmləri İnstitutunun rəhbəri, İncəsənət və Elmlər Bölməsinin Tarix şöbəsinin müdiri vəzifələrində çalışıb, bir müddət səhiyyə nazirinin müşavirinin müavini olub. Kitabları və məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavinidir. 2011-ci ildə Qaziantep ilindən, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Şənay Aybükə Yalçın
Şenay Aybüke Yalçın (3 sentyabr 1994, Çorum – 9 iyun 2017, Qozluq, Batman ili) — musiqi müəlliməsi. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində musiqi müəllimi təyin olunan Yalçın 2017-ci ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) bələdiyyə sədrinə hücumu zamanı güllənin bədəninə dəyməsi nəticəsində dünyasını dəyişmişdir. Ölümü ciddi rezonans doğurmuş, xatirəsinə müxtəlif təhsil müəssisələrinə onun adı verilmiş, onun həyatından bəhs edən film 2023-cü ildə işıq üzü gördü. 3 sentyabr 1994-cü ildə Çorum ilinin Osmancıq ilçəsində anadan olub. Valideynləri Xocalı soyqırımından bəhs edən cizgi filmində bir qızın ölümündən təsirlənmiş, həmin obrazının adı olan Aybükəyə, nənəsinin adı Şənayı əlavə edib, qızlarını Aybükə Şənay adlandırılmışdır. Körfez Anadolu Liseyini bitirmişdir. Bu müddət ərzində Edremit Mədəniyyət İncəsənət Dərnəyində musiqi təhsili almışdır. Daha sonra Nəcməddin Ərbakan Universitetinin Musiqi müəllimliyi Bölməsindən məzun olmişdur. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində Anadolu Liseyinə müəllim olaraq təyin olunmuşdur. 9 sentyabr 2017-ci il tarixində uşaqlara qiymətləndirmə şəhadətnamələrini payladıqdan sonra dostları ilə birgə maşına əyləşmiş və yola düşmüşdür.
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Xalqın seçimi mükafatı
People's Choice Awards (azərb. "Xalqın seçimi" mükafatı‎) — ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat. 1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər ABŞ-nin "Gallup" ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir.
Yalqız Ağac (Qürvə)
Yalqız Ağac (fars. يالغوز آغاج‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,123 nəfər yaşayır (256 ailə). Əhalisini kürdlər təşkil edir.
Yalçın Əfəndiyev (kinorejissor)
Yalçın Heydər (Əliheydər) oğlu Əfəndiyev (24 iyul 1937, Bakı – 10 dekabr 2019, Bakı) — Azərbaycan kinorejissoru, Azərbaycan Respublikasının xalq artisti (2007). Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Hələ 9-cu sinifdə oxuyarkən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq üçün Moskvaya getməyi arzulayıb, lakin valideynlərinin təkidi ilə Geoloji coğrafiya fakültəsinə daxil olub. Həmin illərdə ÜDKİ-də ilk dəfə ali təhsilli qrup təşkil olunacağını eşidib. Artıq ali təhsili olduğu üçün həmin təhsil ocağına düşməyə şansı yaranıb və ÜDKİ-yə daxil olub. Orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləyib. Daha sonra Süleyman Dəmirəl haqqında kinojurnal çəkib. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib.
Yalçın Əfəndiyev (professor)
Yalçın Əfəndiyev (Əfəndiyev Yalçın Rafiq oğlu; d. 1971. Bakı, Azərbaycan SSR, SSRİ) — Professor. Hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru Texas Aqrar‑Texniki Universitetinin hesablama elmləri kafedrasının müdiri. Əfəndiyev Yalçın Rafiq oğlu 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Əslən Qazax rayonundandır. Bakının 82 nömrəli orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə Respublika olimpiadasında iki dəfə uğurla çıxış edərək 1987-ci ildə I dərəcəli diplom, 1988-ci ildə isə riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diplomunu alıb. Məktəbi qızıl medalla bitirmişdir. 1993-cü ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-də təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
Yanğın fotoqrafiyası
Yanğın fotoqrafiyası — Yanğınla mübarizə əməliyyatları zamanı şəkil çəkmə. Bu şəkilləri çəkən insanlara yanğın fotoqrafları deyilir. Yanğın fotoqrafiyası təhlükəli hallara yaxın olmağı ehtimal etdiyindən yanğınsöndürənlər təcili hadisə səhnələri, əməliyyatları, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi bacarıq və məlumatlara malik olmalıdırlar. Yanğında fotoşəkil çəkmək üçün yanğınsöndürmə qoruma cihazlarını geyinmək tələb olunur. Yanğın fotoqraflarının işi bir çox proqramları əhatə edir. Bunlara aiddir: Araşdırma Təlim Yanğının qarşısının alınması İşçi təhlükəsizliyi və sağlamlığı Hadisədən sonrakı təhlillər Fövqəladə hallarda ictimaiyyətin fikirlərini yaxşılaşdırmaq Xilasedicilərin aidiyyəti hisslərinin gücləndirilməsi Yanğın çəkən fotoqraf yanğınsöndürmə şöbələri tərəfindən birbaşa istismar edilə bilər və ya edilə bilməz. Fotoşəkil üçün bir haqqı olan xüsusi bir fotoqrafiya xidməti təqdim edirlər. Təhlükəsiz perimetersə giriş yanğınsöndürənlər üçün bir problem ola bilər, beləliklə onlar otaqdakı yanğın səhnələrinə çıxışın yaxşılaşdırılması üçün yerli yanğın şöbəsi ilə yaxşı əlaqələr qururlar. Belə çıxış, yanğınsöndürmə şöbəsinin təqdirinə əsasən, əlavə təlim və digər tədbirlər tələb edə bilər. Böyük şöbələr tez-tez Nyu-York və Çikaqo şəhərlərində olanlar kimi peşəkar foto xidmət vahidlərinə malikdirlər.
Yanğın fırtınası
Alov fırtınası, yanğın fırtınası, alov tornadosu və ya yanğın tornadosu — bir çox yanma mərkəzinin birləşdiyi zaman meydana gələn atmosfer hadisəsidir. Belə bir yanğın fırtınası, vulkanik püskürmə və ya bir ərazinin bombalanması nəticəsində baş verə bilər. Ayrı-ayrı yanma ocaqları geniş bir mərkəzə birləşdirilir. Üstündəki hava təbəqəsi çox qızır və nəticədə yuxarıya doğru qalxmağa başlayır. Bu proses yanmanın ətrafından gələn soyuq hava kütlələrini özünə çəkir. Beləliklə alovları daha çox yuxarıya qaldırır və nəticədə beş kilometrə qədər yüksəkliklərə çata biləcək sabit mərkəzli cərəyanlar yaradırlar. 500-800 ˚C-ə qədər qızdırılan hava kütləsi qasırğa sürətində fırlanır. Alov tornadosunun mərkəzinin yaxınlığında olan hər şey yanır və ya əriyir. 1666-cı ildəki Böyük London Yanğını, 1812-ci ildəki Böyük Moskva Yanğını, 1871-ci ildəki Böyük Çikaqo Yanğını və 1917-ci ildəki Selanik yanğınları zamanı yanğın fırtınası hadisələri qeydə alınmışdır. Bu fenomen həmçinin, 2014-cü ildə Meksikada və 2016-cı ildə ABŞ-də baş vermiş meşə yanğınları zamanı da müşahidə edilmişdir..
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Basqın
Qaçqın
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Yalman oyk, sadə. Göyçay r-nunun Ləkçılpaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Yanqon
Yanqon — Myanmada şəhər, Andaman dənizi sahilindən 30–40 km aralı, Yanqon çayı sahilində yerləşir. 6 noyabr 2005-ci ilədək Myanmanın paytaxtı olmuşdur və bu ölkənin ən iri iqtisadi və mədəniyyət mərkəzidir. İqlimi tropik, musson tiplidir. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Qış sarayında yanğın
Qış sarayında yanğın — Rusiya çarlarının Sankt-Peterburqdakı iqamətgahı 17 dekabr 1837-ci ildə, divar arası alovlanma səbəbindən baş vermişdi. Üç gün müddətində yanan sarayın alovları 50–70 verst (50–75 km/30–45 mil) məsafədən görünmüşdü. Yanğında otuz gözətçinin ölməsinə baxmayaraq, demək olar ki, sarayda olan bütün eksponatlar, Hərbi qalereya və Feldmarşallar zalındakı portretlər, həmçinin Böyük saray kilsəsindəki dəyərli əşyalar xilas edilmişdi. Yanğın, qığılcımın nəfəslik vasitəsiylə Feldmarşallar zalının taxtadan olan qoşa divarı arasına düşməsi nəticəsində baş vermişdi. Bundan sonra divarlar daxildən yanmağa başlamış və alov Kiçik taxt zalının damına keçmişdi. Quru taxtadan inşa edilmiş və yağlı boya ilə bəzədilmiş daxili divarlar, qısa zamanda alışmağa başlamışdı. Hadisə baş verən zaman imperator ailəsi Mixail teatrında idi, bu zaman, bir yavər o dövrün nazirlərindən biri olan Şahzadə Volkonskiyə yaxınlaşaraq hadisə haqqında məlumat verir. Şahzadə yavərə tapşırıqlar verərək, sakit şəkildə tamaşanı izləməyə davam edir. Saat yarım sonra yavər yenidən qayıdır və bu zaman nazir I Nikolayla danışmağa məcbur olur. Yanğının Ermitaj binasına keçməsinin qarşısını ala bilmək üçün I Nikolay təcili şəkildə birləşdirici dəhlizin uçurulmasını və damın sökülməsini əmr etdi.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Plaqin
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.