Yalçın Elçin oğlu Rəhimov (25 iyul 2000; Ağsu rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Yalçın Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çaparlı, Ağsu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2022 2020 2020 2020 |
Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub.[1] Daha sonralar ailəsi ilə birlikdə Maştağanın Lahıc kəndində məskən saldıqları üçün Yalçın təhsilini Nardaran kəndinin 295 nömrəli məktəbində davam etdirmişdir. Məktəbdə oxuduğu müddətdə əlavə olaraq güləş, kikboksinq kimi idman növləri ilə, həmçinin üzgüçülüklə məşğul olan Yalçın müxtəlif yarışlarda iştirak etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub.