Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yanakie bərzəxi
Yanakie bərzəxi Avstraliyanın Viktoriya (əyalət) ərazisində Vilson Promontori yarımadasını materikə birləşdirir. Bərzəx ərazisində Sandi Piont və Shallou İnlet şəhərçikləri vardır.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Hanak
Hanak — Ərdəhan ilinin Hanak ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. Əhalisi 2,880 nəfərdir (2021). Əhalisi türklərdən ibarətdir. Digər bir mənbəyə əsasən şəhər əhalisi Axısqa türklərindən ibarətdir.
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Anton Hanak
Anton Hanak (alm. Anton Hanak‎; 22 mart 1875[…], Brno, Sisleytaniya – 7 yanvar 1934[…], Vyana) — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş çex heykəltaraş. Anton Hanak Avstriya-Macarıstanda ən tanınmış heykəltaraşlardan biri kimi qəbul olunmuşdur. 1875-ci ilin 22 mart tarixində Avstriya-Macarıstan imperiyasının Brno şəhərində anadan olan Hanak 1889–1893-cü illər arasında Vyana şəhərində heykəltaraşlıq üzrə ali təhsil almışdır. Vyanada təhsil aldığı müddətdə Vyana Rəssamlıq Akademiyasında işləyən professor Edmund Hellmer ilə tanış olur. 1908-ci ildə Vyana Mədəniyyət Məktəbində heykəltaraşlıq işlərindən əlavə dərs deməyə başlamışdır. Avropanın bir çox şəhərində yerləşən heykəllərin müəllifi olan Anton Hanak 1934-cü ilin 7 yanvar tarixində ürək tutması nəticəsində vəfat etmişdir.
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Nanak Dev
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Sanak adaları
Sanak adaları (ing. Sanak Islands) — Alyaska körfəzindəki yaşayış olmayan adalar qrupudur və Şərqi Aleut adalarının bir hissəsidir. İnzibati cəhətdən onlar Alyaska ştatının bir hissəsidir. Qrupun ən böyük adası Sanakdır. Ən kiçik adası isə Katon adasıdır. Qrupa həmçinin kiçik Long adaları (Sanakın qərbində), Elma (Sanak və Katon arasında) və bir sıra çox kiçik adalar və riflər daxildir.
Sanak adası
Sanak adası (ing. Sanak Island, aleut. Sanaĝax) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. 1778-ci ildə Potap Kuzmiç Zaykov «Müqəddəs Vladimir» botunda Sanak adası sahilinə yan alır və adanın iqlimini, təbiətini və coğrafi yerləşməsini qeydə alır. Ada ətrafında iki gəmi qəzası qeydə alınmışdır: birinci 1906, ikinci 1943. Adanın Aleutca adınını ilk dəfə 1826-cı ildə Qavril Sarıçev xəritəyə qeyd etmişdir.
Yanan adam
Yanan adam festivalı (ing. Burning Man) — ABŞ-nin Nevada çölünün Black Rock bölgəsində hər il avqust ayının son həftəsi ilə sentyabr ayının ilk həftəsi arasında keçirilən festival. Festival ilk dəfə 1986-cı ildə Larri Harvey və dostları tərəfindən təşkil edilmişdir. Festivalda iştirak etmək üçün əvvəlcədən müraciət edərək qeydiyyata düşmək və bilet almaq lazımdır. Xüsusilə, gecələr böyük əyləncələr və mərasimlər təşkil edilir. Yanan adam fiquru festivalın əsas simvoludur. Təşkilatçılar festivalın musiqi və sənət festivalı olduğunu deyirlər. Hər il müxtəlif gündəmi olan festivalda 2011-ci ildə əsas gündəlik olaraq "keçid mərasimləri" mövzusu seçilmışdir. 2011-ci ildə festivala 50 mindən artıq insan qatılmışdır. Yanan adam festivalı keçirilir.
Yanar dağ
Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir.
Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilir Dünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Yanka Kupala
Yanka Kupala (əsl adı İvan Dominikoviç Lutseviç, belar. Іва́н Даміні́кавіч Луцэ́віч; 7 iyul 1882 – 28 iyun 1942[…], Moskva) — belarus şair, dramaturq, publisist, Belarus ədəbiyyatının klassiki, BSSR-in xalq şairi (1925), BSSR EA-nın (1928) və SSRİ EA-nın akademiki (1928), Birinci dərəcəli Stalin mükafatı laureatı (1941).
Yunak iyesi
Ərsun Yanal
Ərsun Yanal (17 dekabr 1961, İzmir) — Tükiyəli futbolçu. Ərsun Yanal 17 dekabr 1961-ci ildə Türkiyənin Buca şəhərində anadan olub. Futbolçu kimi Dənizlispor, Saraykoyspor, Manisaspor və Nazilli Belediyyespor-da çıxış edib. Baş məşqçi kimi Dənizlispor, Yeni Sahilspor, Ankaragücü, Gənclərbirliyi, Manisaspor, Trabzonspor ve Fənərbaxçada işləyib. Həmçinin 2004–05 sezonunda Türkiyə millisindədə işləyib. 2003–04 sezonunda Gənclərbirliyi ile Uefa Avropa Liqasında 1/4 mərhələsinə qədər yüksəlib. 2014–15 sezonunda ise Fənərbaxça ilə Super liqa cempionu olub. 2018–19 sezonundan etibarən Fənərbaxça da baş məşqçlik edir.
Yanan kol
Yanan kol və ya yanmamış kol — Tövratda və "Əhdi-ətiq"də qeydə alınmış hadisəyə aid edilən ifadə. "Çıxış" kitabının üçüncü fəslində Horiv dağında baş vermiş hadisə kimi təsvir edilmişdir. Bibliyada təqdim olunan hesaba görə, kol alov içində idi, lakin alov tərəfindən yandırılmamışdır və buna görə də hadisə belə adlandırılmışdır. Bibliyada verilən rəvayətdə yanan kol Musanın İsrail övladlarını Misirdən və Kənana aparmaq üçün Yahve tərəfindən təyin edildiyi yerdir. Bu kol ivrit dilində "seneh" (ivr. ‏סנה‎‏‎) kimi verilmişdir və bu söz xüsusilə moruğa aiddir. "Seneh" sözü "Sinay" haqqında söz oyunu olma ehtimalı da düşünülür. Rastafari hərəkatının bəzi nümayəndələri yanan kolun çətənə olduğuna inanırlar.
Altınəmək (Hanak)
Altınəmək — Türkiyənin Ərdəhan ilinin Hanak ilçəsində kənddir. Əhalisi 44 nəfərdir (2021). Kənddə müsəlman türkmənlər yaşayır.
Hanak ilçəsi
Hanak — Ərdəhan ilinin bir ilçəsidir. Mərkəzi Hanak şəhəridir. Sahəsi 647 km² və əhalisi 8,418 nəfərdir (2021). Əhalisi əsasən türklərdən (Axısqa türkləri və Dədəli türkmənləri) az sayda isə kürdlərdən ibarətdir. İlçə əhalisinin əksəriyyəti müsəlman olaraq Axısqa türkləri sünni hənəfi, Dədəli türkmənləri ələvi, Kürdlər isə sünni şafi məzhəbinə etiqad edirlər.
Yana (çay)
Yana (saxa Дьааҥы) — Saxa Respublikasında çay. Verxoyansk silsiləsindən başlanan Dulqalax və Sartanq çaylarının birləşməsindən əmələ gəlir. Delta (sahəsi 10200 km²) əmələ gətirərək Laptevlər dənizinin Yana körfəzinə tökülür. Uzunluğu 872 km, hövzəsinin sahəsi 238 min km²-dir. Çoxlu ada və dayazlıqlar var. Əsasən yağış suları ilə qidalanır. Oktyabrdan aprel-mayadək donmuş olur. Mühüm qolları Adıça və Bıtantay çaylarıdır. Verxoyansk şəhərindən mənsəbinədək gəmiçiliyə yararlıdır. Balıqla (durnabalığı, xarius, çir və s.) zəngindir.
Yana Alekseyeva
Yana Alekseyeva (30 oktyabr 1987) — Ukraynanı və Azərbaycanı təmsil edən qadın boksçu. Yana Zavyalova 2005-ci ilin mayında Norveçin Tonsberg şəhərində və 2006-cı ilin sentyabrında Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatlarını beşinci pillələrdə başa vurdu. 2007-ci və 2009-cu illərdə isə Yana Zavyalova Avropa Çempionatlarında bürünc medallara sahib oldu. Yana Zavyalova 2005-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını beşinci pillədə başa vursa da, 2006-cı ildə Hindistanda baş tutan Dünya Çempionatında birinci görüşdəcə məğlub oldu. 2008-ci ildə Çində baş tutan Dünya Çempionatında Yana Zavyalova növbəti dəfə medalın bir addımlığında mübarizəsini dayandırdı və turniri beşinci pillədə başa vurdu. 2010-cu ildə ana olduqdan sonra Yana Zavyalova bir müddət idmana fasilə verdi. 2011-ci ildə o, Yana Sidor adında beynəlxalq turnirlərdə mübarizə apardı. 2012-ci ildə Yana Sidor Çində baş tutan Dünya Çempionatında uğursuz çıxış elədi. Yana Sidor 2013-cü ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında Yana Alekseyeva adında mübarizə aparmağa başladı. Yana Alekseyeva 2014-cü ilin noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.
Yana Alekseyevna
Yana Alekseyeva (30 oktyabr 1987) — Ukraynanı və Azərbaycanı təmsil edən qadın boksçu. Yana Zavyalova 2005-ci ilin mayında Norveçin Tonsberg şəhərində və 2006-cı ilin sentyabrında Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatlarını beşinci pillələrdə başa vurdu. 2007-ci və 2009-cu illərdə isə Yana Zavyalova Avropa Çempionatlarında bürünc medallara sahib oldu. Yana Zavyalova 2005-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını beşinci pillədə başa vursa da, 2006-cı ildə Hindistanda baş tutan Dünya Çempionatında birinci görüşdəcə məğlub oldu. 2008-ci ildə Çində baş tutan Dünya Çempionatında Yana Zavyalova növbəti dəfə medalın bir addımlığında mübarizəsini dayandırdı və turniri beşinci pillədə başa vurdu. 2010-cu ildə ana olduqdan sonra Yana Zavyalova bir müddət idmana fasilə verdi. 2011-ci ildə o, Yana Sidor adında beynəlxalq turnirlərdə mübarizə apardı. 2012-ci ildə Yana Sidor Çində baş tutan Dünya Çempionatında uğursuz çıxış elədi. Yana Sidor 2013-cü ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycan bayrağı altında Yana Alekseyeva adında mübarizə aparmağa başladı. Yana Alekseyeva 2014-cü ilin noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.
Yana Batırşina
Yanina Batırşina (tatar. Янина Фархат кызы Батыршина; 7 oktyabr 1979, Daşkənd, Özbəkistan SSR) — Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu. Yana Daşkənddə anadan olub. Tatar və yəhudi köklərə (atası - tatar, anası - yəhudi) malikdir. Beş yaşından (1984) bədii gimnastika ilə məşğul olmağa başlayıb. İlk məşqçisi Valentina Andreyevna Çernova olub. Doqquz yaşında olarkən mürəkkəb seçimlərdən sonra Özbəkistan SSR yığmasına daxil olub. Bir il sonra SSRİ-nin gənclərdən ibarət yığmasına qəbul edilmişdir. SSRİ dağıldıqdan sonra valideynləri ilə birlikdə Rusiyaya köçmüş və burada İrina Viner-Usmanovanın rəhbərliyi altında, Rusiya yığmasının üzvü kimi Novoqor gimnastika mərkəzində idmanla məşğul olmağa davam etmişdir.
Yana Zinkeviç
Yana Zinkeviç (ukr. Яна Вадимівна Зінкевич) — Ukraynalı könüllü feldşer. Ukraynanın şərqindəki müharibə zamanı Ukrayna Könüllü Ordusunun (keçmiş "Sağ sektorun" Könüllü Ukrayna Korpusu) Əsgərlərinin Tibbi İdarəetmə və Reabilitasiya İdarəsinin rəisi. Hospitaller Tibb Batalyonunun komandiri. 2014-cü ildən başlayaraq ATO-nun aktiv fazasında o, şəxsən iki yüzdən çox yaralı ukraynalı əsgəri cəbhə xəttindən çıxarıb xilas edib. Yarandığı gündən 2700-dən çox yaralı ukraynalı əsgər və mülki vətəndaşı cəbhə xəttindən xilas edən Hospitallers tibbi batalyonunu qurub və indi də ona rəhbərlik edir. Əməliyyatdan və reabilitasiyadan sonra əlil arabasında hərəkət edir. IX çağırış Ukrayna Ali Radasının deputatıdır. Yana Zinkeviç 2 iyul 1995-ci ildə Rivne şəhərində anadan olub. Rivne "Kollegium" təhsil kompleksini bitirmişdir.
Yana Rıxlitska
Yana Mixaylovna Rıxlitska (ukr. Яна Миколаївна Рихліцька; 2 aprel 1993, Vinnitsa – 3 mart 2023, Baxmut[d], Donetsk vilayəti) — Ukraynalı könüllü, əsgər, Ukrayna Silahlı Qüvvələrinin 93-cü Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi, Rusiya-Ukrayna müharibəsi iştirakçısı. Yana Rıxlitska 2 aprel 1993-cü ildə Vinnitsada anadan olub. O, 2015-ci ildə Yaroslav Mudrik adına Milli Hüquq Universitetinin İqtisadiyyat və Hüquq fakültəsini bitirib. Tələbəlik illərində idmanla fəal məşğul olub, sambo və cüdo üzrə idman ustalığına namizəd olub. Rıxlitska İT sənayesində də çalışıb. Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan sonra o, aktiv könüllü fəaliyyətə başlayıb. 2022-ci ilin may ayında Yana Rıxlitska, 93-cü "Xolodnıy Yar" Əlahiddə Mexanikləşdirilmiş Briqadasının hərbi həkimi olub və Baxmutdakı stabilləşdirmə mərkəzində xeyli sayda insanın həyatını xilas edib. Yana Rıxlitska, 3 mart 2023-cü ildə Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında yaralıların təxliyəsi zamanı rus artilleriyasının atəşi nəticəsində həlak olub. Yana Rıxlitska böyüdüyü doğma şəhərindəki Qəhrəmanlar Xiyabanında dəfn edilib.