Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yanakie bərzəxi
Yanakie bərzəxi Avstraliyanın Viktoriya (əyalət) ərazisində Vilson Promontori yarımadasını materikə birləşdirir. Bərzəx ərazisində Sandi Piont və Shallou İnlet şəhərçikləri vardır.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Yana
Yana (çay, Oxot dənizi hövzəsi) — Rusiya Federasiyasının şimali–şərqində, Maqadan vilayətində çay. Yana (çay, Laptevlər dənizi hövzəsi) — Saxa Respublikasında çay.
Anton Hanak
Anton Hanak (alm. Anton Hanak‎; 22 mart 1875[…], Brno, Sisleytaniya – 7 yanvar 1934[…], Vyana) — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş çex heykəltaraş. Anton Hanak Avstriya-Macarıstanda ən tanınmış heykəltaraşlardan biri kimi qəbul olunmuşdur. 1875-ci ilin 22 mart tarixində Avstriya-Macarıstan imperiyasının Brno şəhərində anadan olan Hanak 1889–1893-cü illər arasında Vyana şəhərində heykəltaraşlıq üzrə ali təhsil almışdır. Vyanada təhsil aldığı müddətdə Vyana Rəssamlıq Akademiyasında işləyən professor Edmund Hellmer ilə tanış olur. 1908-ci ildə Vyana Mədəniyyət Məktəbində heykəltaraşlıq işlərindən əlavə dərs deməyə başlamışdır. Avropanın bir çox şəhərində yerləşən heykəllərin müəllifi olan Anton Hanak 1934-cü ilin 7 yanvar tarixində ürək tutması nəticəsində vəfat etmişdir.
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. == Həyatı == Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Nanak Dev
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Sanak adaları
Sanak adaları (ing. Sanak Islands) — Alyaska körfəzindəki yaşayış olmayan adalar qrupudur və Şərqi Aleut adalarının bir hissəsidir. İnzibati cəhətdən onlar Alyaska ştatının bir hissəsidir. Qrupun ən böyük adası Sanakdır. Ən kiçik adası isə Katon adasıdır. Qrupa həmçinin kiçik Long adaları (Sanakın qərbində), Elma (Sanak və Katon arasında) və bir sıra çox kiçik adalar və riflər daxildir.
Sanak adası
Sanak adası (ing. Sanak Island, aleut. Sanaĝax) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. == Tarixi == 1778-ci ildə Potap Kuzmiç Zaykov «Müqəddəs Vladimir» botunda Sanak adası sahilinə yan alır və adanın iqlimini, təbiətini və coğrafi yerləşməsini qeydə alır. Ada ətrafında iki gəmi qəzası qeydə alınmışdır: birinci 1906, ikinci 1943. Adanın Aleutca adınını ilk dəfə 1826-cı ildə Qavril Sarıçev xəritəyə qeyd etmişdir.
Yanan adam
Yanan adam festivalı (ing. Burning Man) — ABŞ-nin Nevada çölünün Black Rock bölgəsində hər il avqust ayının son həftəsi ilə sentyabr ayının ilk həftəsi arasında keçirilən festival. == Tarixi == Festival ilk dəfə 1986-cı ildə Larri Harvey və dostları tərəfindən təşkil edilmişdir. Festivalda iştirak etmək üçün əvvəlcədən müraciət edərək qeydiyyata düşmək və bilet almaq lazımdır. Xüsusilə, gecələr böyük əyləncələr və mərasimlər təşkil edilir. Yanan adam fiquru festivalın əsas simvoludur. Təşkilatçılar festivalın musiqi və sənət festivalı olduğunu deyirlər. Hər il müxtəlif gündəmi olan festivalda 2011-ci ildə əsas gündəlik olaraq "keçid mərasimləri" mövzusu seçilmışdir. 2011-ci ildə festivala 50 mindən artıq insan qatılmışdır. == Mənbə == Yanan adam festivalı keçirilir.
Yanar dağ
Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi.Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. == Xüsusiyyətləri == Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən "sualtı qayadan qalxan od"dan söz açaraq yazır.
Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilirDünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Yanka Kupala
Yanka Kupala (əsl adı İvan Dominikoviç Lutseviç, belar. Іва́н Даміні́кавіч Луцэ́віч; 7 iyul 1882 – 28 iyun 1942[…], Moskva) — belarus şair, dramaturq, publisist, Belarus ədəbiyyatının klassiki, BSSR-in xalq şairi (1925), BSSR EA-nın (1928) və SSRİ EA-nın akademiki (1928), Birinci dərəcəli Stalin mükafatı laureatı (1941).
Yunak iyesi
Ərsun Yanal
Ərsun Yanal (17 dekabr 1961, İzmir) — Tükiyəli futbolçu. == Həyatı == Ərsun Yanal 17 dekabr 1961-ci ildə Türkiyənin Buca şəhərində anadan olub. Futbolçu kimi Dənizlispor, Saraykoyspor, Manisaspor və Nazilli Belediyyespor-da çıxış edib. Baş məşqçi kimi Dənizlispor, Yeni Sahilspor, Ankaragücü, Gənclərbirliyi, Manisaspor, Trabzonspor ve Fənərbaxçada işləyib. Həmçinin 2004–05 sezonunda Türkiyə millisindədə işləyib. 2003–04 sezonunda Gənclərbirliyi ile Uefa Avropa Liqasında 1/4 mərhələsinə qədər yüksəlib. 2014–15 sezonunda ise Fənərbaxça ilə Super liqa cempionu olub. 2018–19 sezonundan etibarən Fənərbaxça da baş məşqçlik edir. == Uğurları == Türkiyə Super Liqası Çempion (1): 2014–15.
Yana (çay)
Yana (saxa Дьааҥы) — Saxa Respublikasında çay. Verxoyansk silsiləsindən başlanan Dulqalax və Sartanq çaylarının birləşməsindən əmələ gəlir. Delta (sahəsi 10200 km²) əmələ gətirərək Laptevlər dənizinin Yana körfəzinə tökülür. Uzunluğu 872 km, hövzəsinin sahəsi 238 min km²-dir. Çoxlu ada və dayazlıqlar var. Əsasən yağış suları ilə qidalanır. Oktyabrdan aprel-mayadək donmuş olur. Mühüm qolları Adıça və Bıtantay çaylarıdır. Verxoyansk şəhərindən mənsəbinədək gəmiçiliyə yararlıdır. Balıqla (durnabalığı, xarius, çir və s.) zəngindir.
Yana Alekseyeva
Yana Alekseyeva (30 oktyabr 1987) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Yana Alekseyeva 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Alekseyeva 1/32 final mərhələsində Macarıstan nümayəndəsi Vivien Ksombora (3:0), 1/16 final mərhələsində Almaniya təmsilçisi Taşena Bugara (3:0), 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Yuliya Tsiplahovaya (3:0), 1/4 final mərhələsində Avstriya təmsilçisi Şeley Vatsa (3:0), 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Estelle Mosseliya (2:1) qalib gəldi və final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İrlandiya təmsilçisi Keti Teylora məğlub oldu (0:3) və Dünya Çempionatının gümüş medalına sahib oldu.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə aparan Yana Alekseyeva, turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Mira Pothoneni 3:0, 1/4 final mərhələsində isə Rusiya təmsilçisi Zinaida Dobrıninanı 3:0 hesabı ilə məğlub eləsə də, 1/2 final mərhələsində İrlandiya nümayəndəsi Keti Teylora məğlub oldu (1:2) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Yana İvanovna Alekseyeva "Tərəqqi" medalı ilə təltif edildi.Daha sonra Yana Alekseyeva 2016-cı ilin 8-18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Alekseyeva 1/16 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Çantelle Kameronu (3:0), 1/8 final mərhələsində Türkiyə təmsilçisi Gülsüm Tatarı (3:0), 1/4 final mərhələsində İsveç nümayəndəsi Aqnes Alexussonu (3:0), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Keti Teyloru (3:0), final görüşündə isə İtaliya nümayəndəsi İrma Testanı (2:1) məğlub elədi və olimpiya lisenziyasına sahib oldu.Yana Alekseyeva 2016-cı ilin 18-28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Alekseyeva 1/16 final mərhələsində Tacikistan nümayəndəsi Mavzuna Çoriyevanı (3:0), 1/8 final mərhələsində isə Yeni Zelandiya təmsilçisi Alexis Pritçardı (2:0) məğlub eləsə də, 1/4 final mərhələsində Fransa təmsilçisi Estele Mosselliyə məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.Daha sonra Yana Alekseyeva 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Çin nümayəndəsi Yin Yunhuaya məğlub olan (0:3) Yana Alekseyeva olimpiadanı beşinci pillədə başa vurdu.Yana Alekseyeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Alekseyeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Türkiyə nümayəndəsi Esra Yıldız ilə üz-üzə gəldi və rəqibinə 1:2 hesabı ilə məğlub oldu.
Yana Alekseyevna
Yana Alekseyeva (30 oktyabr 1987) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Yana Alekseyeva 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Alekseyeva 1/32 final mərhələsində Macarıstan nümayəndəsi Vivien Ksombora (3:0), 1/16 final mərhələsində Almaniya təmsilçisi Taşena Bugara (3:0), 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Yuliya Tsiplahovaya (3:0), 1/4 final mərhələsində Avstriya təmsilçisi Şeley Vatsa (3:0), 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Estelle Mosseliya (2:1) qalib gəldi və final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İrlandiya təmsilçisi Keti Teylora məğlub oldu (0:3) və Dünya Çempionatının gümüş medalına sahib oldu.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə aparan Yana Alekseyeva, turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Mira Pothoneni 3:0, 1/4 final mərhələsində isə Rusiya təmsilçisi Zinaida Dobrıninanı 3:0 hesabı ilə məğlub eləsə də, 1/2 final mərhələsində İrlandiya nümayəndəsi Keti Teylora məğlub oldu (1:2) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Yana İvanovna Alekseyeva "Tərəqqi" medalı ilə təltif edildi.Daha sonra Yana Alekseyeva 2016-cı ilin 8-18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Alekseyeva 1/16 final mərhələsində Birləşmiş Krallıq nümayəndəsi Çantelle Kameronu (3:0), 1/8 final mərhələsində Türkiyə təmsilçisi Gülsüm Tatarı (3:0), 1/4 final mərhələsində İsveç nümayəndəsi Aqnes Alexussonu (3:0), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Keti Teyloru (3:0), final görüşündə isə İtaliya nümayəndəsi İrma Testanı (2:1) məğlub elədi və olimpiya lisenziyasına sahib oldu.Yana Alekseyeva 2016-cı ilin 18-28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Alekseyeva 1/16 final mərhələsində Tacikistan nümayəndəsi Mavzuna Çoriyevanı (3:0), 1/8 final mərhələsində isə Yeni Zelandiya təmsilçisi Alexis Pritçardı (2:0) məğlub eləsə də, 1/4 final mərhələsində Fransa təmsilçisi Estele Mosselliyə məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.Daha sonra Yana Alekseyeva 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Çin nümayəndəsi Yin Yunhuaya məğlub olan (0:3) Yana Alekseyeva olimpiadanı beşinci pillədə başa vurdu.Yana Alekseyeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Alekseyeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Türkiyə nümayəndəsi Esra Yıldız ilə üz-üzə gəldi və rəqibinə 1:2 hesabı ilə məğlub oldu.
Yana Batırşina
Yanina Batırşina (tatar. Янина Фархат кызы Батыршина; 7 oktyabr 1979, Daşkənd, Özbəkistan SSR) — Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu. == Həyatı == Yana Daşkənddə anadan olub. Tatar və yəhudi köklərə (atası - tatar, anası - yəhudi) malikdir. Beş yaşından (1984) bədii gimnastika ilə məşğul olmağa başlayıb. İlk məşqçisi Valentina Andreyevna Çernova olub. == Atletika Karyerası == Doqquz yaşında olarkən mürəkkəb seçimlərdən sonra Özbəkistan SSR yığmasına daxil olub. Bir il sonra SSRİ-nin gənclərdən ibarət yığmasına qəbul edilmişdir. SSRİ dağıldıqdan sonra valideynləri ilə birlikdə Rusiyaya köçmüş və burada İrina Viner-Usmanovanın rəhbərliyi altında, Rusiya yığmasının üzvü kimi Novoqor gimnastika mərkəzində idmanla məşğul olmağa davam etmişdir.
Yana Burçeska
Yana Burçeska (mak. Јана Бурческа; d. 6 iyul 1993, Skopye, Makedoniya Respublikası) — Makedoniya müğənnisi. O, Makedoniya Respublikasını 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Yana Burçeska 2011-ci ildə Makedoniya Respublikasında təşkil olunan Macedonian Idol məharət yarışmasında iştirak etmiş və beşinci yeri qazanmışdır. 2016-cı ilin noyabr ayında Makedoniya Respublikasının MRT telekanalı Yana Burçeskanın ölkəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Yananın müsabiqədə ifa edəcəyi mahnı olan "Dance Alone" 2017-ci ilin mart ayında təqdim edilmişdir. Uzun məşqlərdən sonra müğənni 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinalında üçüncü nömrə altına səhnə almışdır. Nəticədə Yana 18 ölkə təmsilçisinin mübarizə apardığı yarımfinalda 69 xalla 15-ci yeri tutaraq, finala adlaya bilməmişdir. Avroviziya 2017-də Makedoniya Respublikası üçün hazırlanmış reklam çarxında Yananın uşaq gözlədiyi bəlli olmuşdur.
Yana Kudryavtseva
Yana Kudryavtseva — 30 sentyabr 1997-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. Rusiyalı bədii gimnastdır. Rusiyanın 2015 Avropa Oyunlarında təmsil etmişdir. 7 qat Avropa Çempionu, 12 qat isə Dünya Çempionudur. 2015-ci ildə Avropa Oyunlarında Bakıda 5 mümkün qızıl medaldan 4 qızıl medalı qazanmışdır. == Həyatı == Yana Kudryavtseva 30 sentyabr 1997-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. == Karyerası == Yana Kudryavtseva karyerasının ən böyük uğurlarını Dünya Çempionatlarında qazanmışdır. O 2013-cü ildən başlayaraq 12 dəfə Dünya Çempionu olmuşdur. 2 dəfə isə gümüş medal qazanmışdır. Yana Kudryavtseva həmçinin Avropanında ən güclü gimnastıdır.
Yana Marinova
Yana Marinova (tam adı: Yana Marinova, bolq. Яна Маринова; 17 avqust 1978, Sofiya) — Bolqarıstan aktrisası. == Həyatı və fəaliyyəti == Yana Marinova 17 avqust 1978-ci ildə Sofiyada anadan olmuşdur. Ali təhsilini iqtisadiyyat ixtisası üzrə almışdır. 22 yaşında evlənmişdir, bir oğlu var. Bolqarıstanın bədii filmləri və serialları ilə yanaşı, xarici istehsalı olan filmlərdə də rol almışdır. Müxtəlif televiziya şoularına rəhbərlik edir. Bəzi kinolarda kaskadyor kimi çıxış edir. Məzun olduqdan sonra keçmiş "Dauntaun", indiki "Qafqaz" restoranının meneceri işləmişdir. Bir müddət model işləmiş və 2004-cü ildə Miss Bolqarıstan yarışmasında iştirak etmişdir.Aroma kosmetikanın reklam üzlərindən biridir.
Yana Molodezki
Yana Molodezki (1 yanvar 1996-cı ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Yana Nikitina
Aktrisa == Həyatı == Yana Vitalyevna Nikitina 1975-ci il avqustun 15-də Bakıda anadan olub.Bakıda 9 №-li orta məktəbi bitirib.Daha sonra Bakı Slavyan Universitetinin filologiya fakultəsində təhsil alıb.Gənc yaşlarından teatr və televiziyada çalışıb.Yana Nikitina əsl şöhrəti “Şən və Hazırcavablar” klubu Parni iz Bakudakı çıxışları ilə qazanıb.O,bu komandada yeganə xanım iştirakçı olub.O,1994-cü ildən iştirak etdiyi bu komanda ilə 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.Azərbaycanda və Rusiyada serial və filmlərə çəkilib.Evlidir,bir oğlu var.Hal-hazırda həm Azərbaycan,həm də Rusiyada kastinq-direktoru,film və seriallarda rejissor və produser kimi çalışır. == Filmoqrafiya == Graf Krestovsky (film, 2004) (TV şərhçisi) Milli bomba (film, 2004) (Yekaterina xüsusi müxbir) Əlvida, cənub şəhəri (film, 2006) (Valya) Barbados (film, 2011) (Valya) Bir kəndin sevinci (2012) (Nadya) Qorxma, mən səninləyəm!
Yana Salat
Yana Salat (d. 6 aprel 1979) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Yana Salat, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Yana Salat, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.