Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yanalaq düzü
Yanalaq düzü — Füzuli rayonunun Kərimbəyli kəndinin qərb tərəfində yerləşən düz. Bu düz bir çox tarixi hadisələrə səhnə olub. Elxanlılar zamanı daxili çəkişmələrə görə hərbi-köçəri əmirlər burda savaşıblar. Bu düzdə Əmir Teymurla Əmir Yarəhməd Qaramanlının vuruşu baş verib. 1812-ci ildə Kotlyarevski Abbas mirzənin üzərinə gedərkən qoşunlarından bir hissəsini burada saxlayıb. Yanalaq düzü Arazbar el-obaları üçün qışlaq yeri idi. 1822-ci ildə Qaradağ vilayətiində Hacıəlili elinin qolu olan Kərimbəyli obası bu yurdda məskunlaşdı.
Yanardağ
Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir.
Yanardağ təpəsi
Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir.
Adaptiv yanaşma
Adaptiv yanaşma — insan psixikasının fəaliyyətinə və prinsiplərinə dair neofreydçi nəzəri baxışlardan biridir. Bu yanaşma, genetik yanaşma ilə yanaşı, Ziqmund Freydin metapsixologiya sahəsindəki ilkin inkişaflarına əlavə olaraq, 1940-cı illərin əvvəllərində ingilis psixoanalitiki Edvard Qlover tərəfindən tərtib edilmişdir. Adaptiv yanaşma müxtəlif psixososial amillərin insan psixikasına təsirini nəzərdə tutur. Bu yanaşmaya görə, insanın qəbul etdiyi istənilən qərarlar, hətta nevrotik qərarlar da (məsələn, iddia) fərdin ətraf mühitlə qarşılıqlı əlaqə təcrübəsinə əsaslanır. Ümumiyyətlə, adaptiv nöqteyi-nəzər nəzərə alır ki, insan ətraf mühitə uyğunlaşma prosesini heç vaxt dayandırmır (uyğunlaşma prinsipcə mövcudluğun ayrılmaz hissəsi kimi əldə edilir) — müvafiq olaraq, fərdlərin ətraf mühitin təsiri altında dəyişməsi faktı fiziki və sosial mühit nəzərə alınır.
Kibernetik yanaşma
Kibernetik yanaşma – kibernetik yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər bir məqsədyönlü davranış idarəetmə kimi nəzərdən keçirilir. Geniş, kibernetik mənada idarəetmə – süni obyektlər və canlı orqanizmlərin idarə olunması haqqında müxtəlif elmlərdə toplanmış metod və üsulların ümumiləşdirilməsidir. İdarəetmə dedikdə mühitin, idarəetmənin obyekti adlandırılan bir hissəsinə məqsədyönlü təsirin təşkili prosesi başa düşülür. Bu proses zamanı obyektlə qarşılıqlı təsirdə olan subyektin tələbatları ödənilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sistemli yanaşma
Sistemli yanaşma – mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur. Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.
Fəal-xüsusi yanaşma
Temperamentin strukturuna fəal-xüsusi yanaşma — temperament xüsusiyyətlərinin necə təsnif və təşkil oluna biləcəyi modelini təsvir edən nəzəriyyə. Bu yanaşma, fəaliyyətin üç spesifik aspekti ilə əlaqəli əlamətləri ayırmağı təklif edir - fiziki, sosial-şifahi və zehni. Məsələn, insan uzun və/və ya gərgin fiziki işi uğurla yerinə yetirə bilər, lakin ünsiyyətdən çox tez yorulur və ya əksinə. Sürətli danışan insan fiziki obyektləri idarə etməkdə o qədər də sürətli olmaya bilər. Bu yanaşma yetkinlərin temperamentinin tədqiqində işlənib hazırlanmışdır və buna görə də Qərbdə uşaq psixologiyasında ümumi deyildi (burada temperament əsasən uşaqlarda fərdi fərqlərlə əlaqələndirilir). Bu yanaşmadan fərqli olaraq, temperamentin bütün digər modellərinə “enerjili” xüsusiyyətlər (məsələn, Fəaliyyət və ya Ekstraversiya) daxildir, lakin davranışın bu üç spesifik aspektinin tənzimlənməsi ilə bağlı enerji əlamətlərinin növləri arasında fərq qoyulmur. == Tarixi == Bu fikri ilk irəli sürən zehni əməliyyatlar zamanı yorğunluğu tədqiq edən Dodc olmuşdur. Dodc, fiziki və zehni səylərin müxtəlif sinir prosesləri tərəfindən tənzimləndiyini təklif etdi. Üç fərqli fəaliyyət növünə (fiziki, sosial-şifahi və zehni) aid olan davranış aspektlərini nəzərdən keçirmək ideyası həm neyroanatomik, həm də neyrokimyəvi cəhətdən dəstəklənmişdir. Tədqiqatın temperament əlamətlərinin neyrokimyasına inteqrasiyası 12 temperament əlamətinin tənzimlənməsində monoamin neyrotransmitterlərin, neyropeptidlərin və hormonların rolunu təsvir edən Funksional Temperamental Ansamblın neyrokimyəvi modelinin əsasını təşkil etdi.
Holokosta aşağıdan-yuxarıya yanaşma
Holokosta aşağıdan-yuxarıya yanaşma — Holokostun səbəblərinə baxış zamanı istifadə olunan yanaşma. Bu yanaşma adətən Holokostu başa düşmək üçün funksionalizmə qarşı intensionalizm müzakirəsi kimi tanınan ümumi müzakirələr çərçivəsində aparılır. Funksionalistlər yəhudilərin öldürülməsi qərarının zamanla "kumulyativ radikallaşma" adlı konsepsiya ilə inkişaf etdiyi arqumentini təmsil edirlər. İntensialistlər, digər tərəfdən, Son həllin başdan-başa baş verməsi üçün nəzərdə tutulduğuna inanırlar və bu fikri sübut etmək üçün antisemitizm mövzusundan istifadə edirlər. Funksionalizmə qarşı intensionalizm mübahisəsində aşağıdan yuxarıya yanaşma funksionalist baxış bucağından yaranmışdır. Bu yanaşma Holokostu izah etmək üçün istifadə edilən çoxsaylı arqumentlərdən biri kimi ən yaxşı şəkildə müəyyən edilmişlərdən biridir. Bu mülahizə əsasən aşağı rütbəlilərə və onların Son həll adlanan planı həyata keçirmək üçün daha yüksək rütbələrə təzyiq göstərməsinə yönəlmişdir.
Yanacaq
Yanacaq — ədədi qiymətcə 1 kq yanacağın tam yanması üçün sərf olunan istilik miqdarına deyilir. 1 kq yanacaq tam yanarkən sərf olunan istilik miqdarı yanacağın kütləsindən və növündən asılıdır.Bu zaman sərf olunan istilik miqdarı aşağıdakı düsturla hesablanır: Q = qm Burada q - yanacağın xüsusi yanma istiliyi ,m - yanacağın kütləsi , Q - yanacağın tam yanması nəticəsində sərf olunan istilik enerjisidir."Yanacağın Xüsusi Yanma İstiliyi" hər bir yanacaq üçün müvafiq olaraq təcrübələrlə müəyyən edilmişdir.Lakin buna baxmayaraq bir çox mənbələrdə bununla əlaqədar bəzi fərqliliklər aşkar olunub.Ona görə də hələ ki, bəzi yanacaqların "Xüsusi Yanma İstiliyi" dəqiq olaraq müəyyən deyil.Sadəcə olaraq dərsliklərdə və ya Fizika üçün nəzərdə tutulmuş təcrübə kitablarında bu təxmini olaraq,yəni dəqiq nəticəyə ən yaxın götürülmüşdür. Yanacağın yanması prosesi qısa müddət sürən, maddənin molekullarına və atomlarına xaricdən istilik enerjisi vasitəsilə parçalanması prosesidir.Yanacaq sadəcə təbiətdə deyil,bizim orqanizmimizdə də baş verir.Fərqlisi isə odur ki, orqanizmimizdəki yanacaq bədənimizə daxil olan karbohidratlar və ya zülallardır. Təbiətdə ən geniş yayılmış yanacaq növləri sırası ilə aşağıdakılardır: Neft Təbii qaz Daş kömür Qonur kömür Yanar şist Torf Quru ağac odunu. Aqreqat halına görə yanacaqlar aşağıdakı qruplara bölünür: Bərk yanacaqlar Quru ağac Yanar şist Sapropel Torf Bitumlu qum Bərk raket yanacağı kömür(daş kömür, boz kömür) Odun Maye yanacaqlar Neft yanacaqları (dizel yanacağı, soba yanacağı, mazut, kerosin, benzin) Yağlar Spirtlər Maye raket yanacağı Efirlər Qazoyl Mazut Qaz yanacaqlar Təbii qaz (metan) Neftlə birlikdə çıxan qazlarPropan, Butan və s. Metan, təbii qaz, kerogen qazı, mədən qazı, bataqlıq qazı, bioqaz Hidrogen Sıxılmış təbii qaz(CNG) Bərk yanacağın qazlaşdırılması məhsulları Tonka (yanacaq) Bioyanacaq Faydalı qazıntılar Yanacaq-energetika sənayesi Alternativ enerji üzrə böyük imkanlara malik nadir ölkə...
Yapalaq
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Adi yapalaq
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Boz yapalaq
Boz yapalaq (lat. Bubo cinerascens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Boyu 37–39 sm, qanadlarının uzunluğu 94–104 sm-dir. Yaşayış məskəni meşələr, böyük parklardır. Gecələri hərəkətlidir, gündüzləri ağaclarda istirahət edərək keçirir. Səsi çox nəzərəçarpandır.
Hipergolik yanacaq
Hipergolik yanacaq, hipergolik impuls, hipergolik reaksiya və ya hipergolik propellant, ətrafdakı temperatur və təzyiq kimi fiziki dəyərlərdən asılı olmayaraq başqa bir kimyəvi birləşmə ilə birləşdirildikdə qəfildən parlaya və alovlanma qabiliyyətinə malik yüksək reaktiv və yanıcı birləşmələrə verilən ümumi addır. Hipergolik yanacaq, xüsusilə atmosfer xaricindəki tətbiqlərdə raketlərin hipergolik mühərriklərlə oksigendən müstəqil şəkildə yanmasını təmin edir. Burada istifadə olunan impulslardan biri yanacaq, digəri isə yüksəldici və ya oksidləşdirici adlanır. Ümumiyyətlə, müasir kosmik tətbiqlərdə ən çox istifadə olunan hipergolik yanacaqlar asimmetrik dimetil hidrazin və diazot tetraoksid birləşməsindən ibarətdir. == Tarixi == Sovet tədqiqatçısı Valentin Qluşko 1931-ci ildə hipergolik yanacaqla raket mühərrikini sınaqdan keçirdi. Əvvəlcə mühərriklərin "kimyəvi alovlanması" üçün karbon disulfidində həll olunan fosforun kerosin / azot turşusunun mühərriklərə yüklənməsinidə istifadə edilmişdir. 1935-ci ildən başlayaraq, Alman Aeronavtika İnstitutunun professoru O. Lutz 1000-dən çox öz-özünə atəş açan eksperimentlər aparmışdır. O, Walter şirkətinə konsentrat hidrogen peroksid ilə alovlanan C-Stoffun inkişafında kömək etdi. BMW müxtəlif aminlər, ksilidinlər və anilinlərin birləşməsi ilə hipergolik turşu qarışığı yandıran mühərriklər hazırladı. Hiperqolik propellanlar, 1940-cı ildə ABŞ-da GALCIT və Navy Annapolis tədqiqatçıları tərəfindən müstəqil olaraq üçüncü dəfə kəşf edildi.
Tonka (yanacaq)
Raket yanacağı TQ-02 (Samin) — Almaniyada İkinci Dünya müharibəsi dövründə inkişaf etdirildi və alman adı “Tonka-250” idi. Bu bir sıra anti-təyyarə, balistik raketlərdə, eləcə də raket daşıyici larında istifadə edilmişdir. TQ-02 raket yanacağının tərkibi ksilidin C6H4CH3NH2 və texniki trietilamin (C2H5)3 qarışığıdır. Yanacağın tərkibində olan trietilamin və ksilidin (6 izomer) – zəhərli və kanserogen maddələr qrupuna aid olmasına görə ətraf mühitə, sakinlərin sağlamlığına zərər verən və yeraltı suların çirklənməsi ilə nəticələnə bilən təhlükə mənbəyidir. TQ-02 yanacağı giqroskop, havadaki oksigenlə vaxtaşırı oksidləşir və bu prosesin katalizatorları kimi işıq, yüksək temperatur, rütubət və mis ionlarının iştiraki qeyd edilir.Əvvəllər yararsız vəziyyətə düşmüş “Samin” açıq tipli sobalarda yandırırdılar. Bu üsul ətraf mühitin çirklənməsi ilə nəticələnirdi. Bununla bağlı adı çəkilən yanacaqdan trietilamin (88-92 °C) və ksilidenlər (220-224 °C) ayrılırlar. Yanacağın rektifikasiya ilə ayrılması nəticəsində az miqdarda dietilaminin qarışığı ilə 43% texniki trietilamin və 41% ksilidinin qarışıq izomerləri alınır. Atmosfer təzyiqində 220 °C qovulan ksilidenlərdə parçalanma prosesi müşahidə olunur. Odur ki, həmin bu proses 80-82jC 10 mm/cs-da vakuumda aparılır.
Təbii yanacaq
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bugünkü enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Yaşamaq hüququ
Yaşamaq hüququ (ing. Right to life) — İnsanın ən mühüm təbii hüquqlarından biri. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Yaşamaq hüququ insanın mövcudluğu ilə bağlıdır və onu insana heç kəs vermir. Bu hüquq, sadəcə insanın doğulması faktı ilə yaranır. Hər bir şəxs psixobioloji catışmazlığa malik olub olmamasından, habelə şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir. Yaşamaq hüququnun konstitusion təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Yaşamaq hüququ ölüm cəzasının məhdudlaşdırıcısı kimi çıxış edir. İnsanın yaşamaq hüququ beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilmiş və beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır. Ümumiyyətlə, insan və vətəndaş hüquqları, onun əsas azadlıqları problemi mürəkkəb və çoxplanlı xarakterə malikdir.
Anamaq (Mərənd)
Anamaq (fars. انامق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,494 nəfər yaşayır (389 ailə).
Yanacaq-Energetika Sənayesi
Yanacaq-energetika sənayesi — Yanacaq və energetika sənayelərinin adı. Müxtəlif növ enerji hasilatı, istehsalı və istifadəsi ilə əlaqədardır.Dünyada energetika resurslarının istehsalı və istehlakı daima artır.Energetika resursları istehlakında böyük fərqlər var.Dünya əhalisinin 15%-i yaşayan İEÖ-lər (İnkişaf Etmiş Ölkələr) dünya energetika və resurslarının demək olarki, 60%-ni, dünya əhalisinin 5%-i yaşayan ABŞ isə 25%-dən çoxunu istehlak edir.İOÖ-lərdə (İnkişafda Olan Ölkələr) istehsal olunan yanacaq və enerjinin böyük hissəsi ABŞ-yə, Qərbi Avropa və Yaponiyaya daşınır. Birinci dünya müharibəsindən sonra avtomobil və aviasiyanın inkişafı, sənayedə daxili yanacaq mühərriklərinin tətbiqi ilə əlaqədar neft və qazın rolu artmışdır.Bu həm də neftin qiymətinin ucuz olması ilə əlaqədar idi.Lakin 1960-cı illərdə yaradılan OPEK, neft hasilatını öz əlinə almış və neftin qiymətini bir neçə dəfə qaldırmışdır.Neftin ölçü vahidi Bareldir.(1 barel = 159 litr). Dünyanın yanacaq energetika balansında dəyişikliklər hər bir ölkənin ayrı-ayrı energetika resursları ilə təmin olunan Norveç, İsveç,Finlandiya və Kanada üçün su enerjisinin, neft və təbii qaz resursları ilə zəngin İran körfəzi sahili dövlətləri üçün bu resursların yüksək çəkisi səciyyəvidir. Respublikamızın da yanacaq-energetika balansının strukturunda neft və təbii qaz üstünlük təşkil edir. Dünya neft hasilatının 35%-i OPEK ölkələrinin payına düşür.Dünya bazarında neftin qiymətinin sabit saxlanılması, hasil edilən neftin dünya bazarında tələbatdan artıq olmaması məqsədilə OPEK, bu quruma daxil olan hər bir ölkə üçün neft hasilatı üzrə öhdəlik (kvota) verir.OPEK ölkələri bütün ixrac tədarükünün 50%-dən çoxunu təmin edir.Bu rəqəm dünya iqtisadiyyatının OPEK ölkələrinin neftindən nə dərəcədə asılı olduğunu göstərir. Neft ehtiyatları əsasən Yaxın və Orta Şərqdə (xüsusilə İran körfəzində) olduqca yüksək təmərküzləşmişdir.Ona görə də bu regionu "neft kranı" adlandırırlar.Qərbi Sibir,Qvineya körfəzi,Cənub-Şərqi Asiya, Karib dənizinin Cənubi Amerika sahilləri də əsas neft regionlarıdır.Bundan başqa Şimal dənizi, Xəzər dənizi və Meksika körfəzindəki yeni neft yataqlarının mənimsənilməsi, bu bölgələrin də neft sənayesindəki əhəmiyyətini artırırır.XXI əsrin başlanğıcından etibarən Xəzər hövzəsində yerləşən Qazaxıstan,Türkmənistan eləcə də respublikamız neftin iri ixracatçılarına çevrilir.Neftin ən böyük idxalçıları Qərbi və Şərqi Avropa ölkələri, ABŞ və Yaponiyadır. Dünyada neftin əsas hissəsi nəhəng tankerlərlə və boru kəmərləri vasitəsi ilə daşınır.XXI əsrin əvvəllərində neft daşınmasın üçün daha sərfəli olan yeni boru kəmərləri, o cümlədən 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilmişdir. Neft və qaz üzrə mühəndis neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı ilə məşğul olur. Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu profillərə bölünür: neft və qaz yataqlarının qazılması, neft və qaz hasilatı obyektlərinin istismarı, boru kəməri obyektlərinin tikintisi, geoloji kəşfiyyat texnologiyaları və s.
Yanacaq doldurma məntəqəsi
Yaşamaq (film, 1952)
Yaşamaq (生きる, Ikiru) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1952-ci il istehsalı Yaponiya dram filmi. Baş rolda Takaşi Şimura oynayır. Film Tokio bürokratiyasının çatışmazlıqlarından və həyatın mənasından bəhs edir. Ssenari Lev Tolstoyun 1886-cı ildə yazdığı "İvan İlyiçin ölümü" novellasından təsirlənib. Filmin əsas mövzularına yaşamağın yolu, bürokratiyanın çatışmazlıqları və Yaponiyada ailə həyatıdır. Bu mövzular akademiklər və tənqidçilər üçün mövzu olmuşdur. Film tənqidçilər tərəfindən bəyənilmiş, Kinema Cunpo və Mayniçi mükafatlarını qazanmışdır. 2007-ci ildə televiziya filmi remeyki çəkilmişdir. Filmin baş qəhrəmanı Kanci Vatanabe adlı orta yaşlı dövlət məmurudur. O, öz bürokratik vəzifəsində 30 il boyunca monoton həyat tərzi keçirib.
Yaşamaq uğrunda mübarizə
Yaşamaq uğrunda mübarizə — Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır, lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalırlar. Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərlə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır . Var olmaq mübarizəsi konsepsiyası, yaşamaq üçün lazımlı qaynaqlar uğrunda rəqabət və ya döyüşə aiddir. İnsan cəmiyyətinə və ya təbiətdəki orqanizmlərə müraciət edə bilər. Konsepsiya qədimdir və mövcudluq uğrunda mübarizə termini 18-ci əsrin sonlarında istifadə olunurdu. 17-ci əsrdən etibarən bu konsepsiya populyasiyanı aşan insanla əlaqələndirildi; bu məsələ Tomas Robert Maltusun Binjamin Franklinin Bəşəriyyətin Artması, Ölkələrin Yenidənqurma və s. ilə əlaqəli müşahidələrinə əsaslanan əhali prinsipinə dair Bir məqalədə sərt şəkildə göstərilmişdir .
Yaşamaq gözəldir, qardaşım!
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir. Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) Газета "Советская культура", 5 августа 1967 г.
Anlamaq istəyirəm (film, 1980)
Anlamaq istəyirəm filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir. Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir. Filmdə əsas rolları Revaz Çxikvişvili, Həmidə Ömərova, Mikayıl Kərimov, Mayya İsgəndərova, Həsən Məmmədov və Həsənağa Turabov ifa edirlər. Film AZTV- də dublyaj olunmuşdur. == Məzmun == İki nəfər — Çinarə (Həmidə Ömərova) və Rüstəm (Revaz Çxikvişvili) tələsmədən sahil bağında addımlayır, nə barədə isə söhbət edirlər. Vaxt var idi ki, onlar bir-birilərini sevir, bir arzu ilə yaşayırdılar: xoşbəxt olmaq! Lakin Çinarə başqasına ərə gedir, sonra başa düşür ki, xoşbəxtlik üçün nə içi xarici mebellə dolu mənzil, nə gələcəyi parlaq olan ər, nə də qayğısız həyat lazım deyilmiş. Xoşbəxtlik üçün yalnız o özü, sevgilisi Rüstəm, bu coşub daşan, bəzən də mürgüləyən dəniz, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılar, dəniz kənarında topla oynayan körpə gülüşləri, bir də sevgilinin şirin, ürək açan sözləri gərəkmiş: "Sən mənim səadətim, sən mənim qəlbim, sən mənim səmam...
Yaşamaq yanğısı (film, 1956)
"Yaşamaq yanğısı" (ing. Lust for Life) — rejissor Vinsent Minnellinin 1956-cı ildə İrvinq Stounun eyniadlı əsəri əsasında lentə aldığı film. Film dünya şöhrətli holland rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir. Film Vinsent Van Qoqun tərcümeyi-halının ümumi cizgilərini göstərərək, eynilə İrvinq Stounun romanının süjet xəttini özündə əks etdirir. Vinsent van Qoqun dəhşətli dərəcədə incəsənətə mübtəla olması onu məcazi mənada nəfəsini kəsir və məhv etməyə başlayır. Din əleyhinə çıxış edən insanlar onun Allaha məhəbbətini heç cür qəbul edə bilmirlər. Buna görə də onlar rəssamı ictimai fəallıqda və kömür sənayesində çalışan kasıbların qayğısına qalmaqda ittiham edirlər. Bütün bunlardan cana doyan rəssam ata evinə qayıdır. Orada dəlicəsinə sevdiyi qadın tərəfindən rədd edilir. Sonra isə bir fahişə ilə dostluğa başlayır.
Qarabağda yanacaq anbarında partlayış
Qarabağda yanacaq anbarında partlayış — 25 sentyabr 2023-cü ildə Azərbaycanın Xankəndi şəhəri yaxınlığında yerləşən Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbənin yanacaqdoldurma məntəqəsində baş verən partlayış. Hadisə nəticəsində ən azı 125 nəfər həlak olmuş və 300 nəfər yaralanmışdır. Partlayışdan bir həftə əvvəl Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bu zaman 28 mindən çox etnik erməni regionu tərk etməyə başlamışdı. Regionu tərk etmək istəyən insanların yanacaqdoldurma məntəqələrinə axın etmişdi. Partlayış anında stansiyada yüzlərlə insan toplaşmışdı. Partlayışdan sonra Azərbaycanda yerli xəstəxanalar hazır vəziyyətə salınmış, yaralıların təxliyəsi üçün danışıqlara başlanılmışdır. Qarabağın erməni sakinlərinin nümayəndələri bu təklifdən imtina etmişdilər. Birləşmiş Ştatların Milli Təhlükəsizlik Şurasının sözçüsü Edriyenn Votson zərərçəkənlər üçün başsağlığı vermiş və regiona humanitar yardımın çatdırılmasına ehtiyac olduğunu söyləmişdir.