YANAŞMAQ

f.
1. Yaxınına, yanına gəlmək; yaxınlaşmaq, yanbayan olmaq. O, mənə yanaşıb qolumdan tutdu. Birisi ona yanaşıb nə isə dedi.
– Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi.
Tamam mənə yanaşıb dedi: – Gələcəksən, burada şad görüşəcəyik. S.S.Axundov.
O, Nazlıya yanaşdı, əlini onun çiyninə qoyaraq: – Nazlı! – dedi. H.Nəzərli.

2. Yan almaq, kip yaxınlaşmaq, yaxınlaşıb dirənmək. Gəmi körpüyə yanaşdı.
3. Bir məsələyə və s.-yə bu və ya digər münasibət göstərmək. İşə ciddi yanaşmaq lazımdır. Müəllifin dediklərinə tənqidi yanaşmalı.
– Onlar məsələyə təşkilatın mənfəəti nöqteyi-nəzərindən yanaşdılar, sən isə belə yanaşmadın. M.S.Ordubadi.

Синонимы

  • YANAŞMAQ YANAŞMAQ (bir şeyin, bir kəsin yanma gəlmək) Alo kişi irəliyə yeriyib danışanlara yanaşdı və hündürdən söyləndi
  • YANAŞMAQ yaxınlaşmaq

Антонимы

  • YANAŞMAQ YANAŞMAQ – UZAQLAŞMAQ Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi (M.S.Ordubadi);

Этимология

  • YANAŞMAQ Əsli yanlaşmaq olub, “yan almaq, yanı ilə getmək” deməkdir. Təhrif nə­ticəsində söz yanaş formasına düşüb
YANAŞMA
YANBAŞ

Значение слова в других словарях