YANAŞMAQ (bir şeyin, bir kəsin yanma gəlmək) Alo kişi irəliyə yeriyib danışanlara yanaşdı və hündürdən söyləndi... (S.Rəhimov); YAXINLAŞMAQ Onlar kəndə yaxınlaşmış, yorğun atları yavaş-yavaş sürürdülər (M.Hüseyn); YAN ALMAQ Bu zaman qatar sürətini azaldıb fit verə-verə stansiyaya yan aldı (A.Şaiq); YANLAMAQ ...Müəllim tez Meracı yanlayaraq qabağa göndərdi (Ə.Vəliyev); YAXLAŞMAQ Ana! Əl çəkəsi deyilik səndən! Deyərək, öz oğlu yaxlaşdı ona (S.Vurğun); YOVUQLAŞMAQ.