Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xora
Xora xəstəliyi, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi — bütün orqanizmin xronik xəstəliyi. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir. 1829-cu ildə fransız həkimi J. Kryuvel xora xəstəliyini müstəqil nozoloji forma kimi ayırmışdı. Xora xəstəliyi Geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3–10 dəfə çox tutulur. Xora xəstəliyinin etiolokiyasında ümumi sinir sistemi və hormonal tənzimedici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir. Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, siqaret çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər. Etioloji amillərin sırasına təkrar olunan və sürəkli mənfi emossiyalar, sinir-hormonal nizamlanma və qidaianma rejıminin pozutması.
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Baba Yara stadionu
Baba Yara stadionu (ing. Baba Yara Stadium) və ya əvvəlki adı ilə Kumasi Sports stadionu (ing. Kumasi Sports Stadium) — Qananın Kumasi şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 40,528 nəfərdir ki, bu göstəriciyə görə Qananın ən böyük stadionudur. "Asante Kotoko" komandası ev oyunlarını burada keçirir. 2008-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Xara yosunları
Charophyta (lat. Charophyta) — Hazırda 300 növü məlumdur. Xəzər dənizində xaraların 10 növü məlumdur. Onlar dənizin dayaz yerlərində əsasən dalğalardan qorunan körfəzlərdə yayılmışdır.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Xara-Tumus yarımadası
Xara-Tumus yarımadası (rus. Полуостров Хара-Тумус) — Krasnoyarsk diyarı şimal-şərqində, Xatanqa körfəzi suları ilə əhatələnən yarımada. Cənub-şərqdən Saxanın Anabarski ulusu ilə sərhədlənir. Şərqində Nordvik buxtası yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxil olsa da onunla quru əlaqəsi yoxdur.
Bora
Bora – dəniz sahilboyunda yerləşən alçaq sıra dağların yamacından aşağıya – dənizə doğru əsən və qışda xeyli soyuqluq yaradan güclü küləkdir. Yuqoslaviyanın Adriatik sahilboyunda, Novorossiyskidə, Baykalın sahillərində və sair yerlərdə müşahidə olunur..
Ixora
Ixora (lat. Ixora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Xoca
Xoca — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,700 nəfər və 981 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Bu şəhər, dövrünün görkəmli din xadimlərindən olan, əslən Naxçıvandan olub sonralar Zəncana köçən, daha sonra həyatını indiki Xocada başa vuran Xoca Məhəmməd Xoşnam ilə əlaqədar olaraq "Xoca" adını daşıyır.
Xoda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Xoa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur. Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır".
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Gora bölgəsi
Gora — tarixi-coğrafi bölgə. Bölgə Kosovo ərazisinin Albaniya və Makedoniya ilə kəsişdiyi bölgədə, dəhliz formasında cənuba uzanır. Gora Kosovonun Metoxiya regionun cənubunda yerləşir. Bölgənin yerli əhalisi goralılardı. Goralılar slavyan-müsəlmanlar hesab olunur. 1992-1999-cu illər arası Gora ayrıca inzibati bölgə idi. Gora hal-hazırda Draqaş munisipalitetinin tərkibinə daxildir. == Adının mənşəyi == Gora adı slavyan dillərində eyni məna daşıyır və rus dilində olan «Гора» sözünü ifadə edir. == Tarixi == Gora toponimi ilk dəfə 1348-ci ildə Stefan Uroş IV Duşanın sərəncamında Serbiya çarlığının regionu kimi göstərilib. Sənddə Goranın yeddi kənddən ibarət olması və bu kəndlərin Duşan tərəfindən Prizren yaxınlığında olan müsəddəs Arxanqel kilsəsinə hədiyyə verilməsində danışılır.
Haleluya xoru
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. == Məsih oratoriyası == Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...” Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: === Struktur və qavram === Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Ixora albersii
Ixora albersii (lat. Ixora albersii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Ixora brevipedunculata
Ixora brevipedunculata (lat. Ixora brevipedunculata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Ixora calycina
Ixora calycina (lat. Ixora calycina) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Komiklər xoru
Komiklər xoru — qədim dövrlərdə xüsusi mənsəb sahibləri tərəfindən təşkil edilən və geniş nüfuz qazanan xor. == Haqqında == Komiklər xoru dramatik tamaşada o qədər müstəqil əhəmiyyətə malik olmuşdur ki, onun təşkili və maddi cəhətdən təminatı, mühüm ictimai bir vəzifə olmaq etibarilə, yüksək səlahiyyətli şəxs olan dioqquz arxontdan birinə tapşırılırdı. İbtidai xoru təşkil etmək ictimai vəzifəsi "Liturgiya" adlanırdı ki, buraya da təşkilatçı və varlı haminin öz eli və əhalisinin qonaqlıq xərclərini ödəmək və s. daxil idi. Xoreqik liturgiyanın təşkili tapşırılan müəyyən yüksək şəxsiyyətlərlə yanaşı, ikinci bir şəxs də diqqəti cəlb edir ki, bu da dramatik yarışın keçirilməsinə cavabdeh olan Arxont — Arxont şahdır. Yarışda antaqonist müəllif və xoreqləri də müəyyən edən və seçən odur. Xorun hamisinə - onu seçən, ona pul verən, "xoreqə" gəlincə - o lirik aqona (difiramb), ya dramatik aqona (faciə, komediya, satira, dram) rəhbərlik etməli idi. Birinci halda, yarış üçün xoreq də, xorun bütün üzvləri də filalar (əyalət, nəsil, qəbilə, tayfalar) üzrə seçilir və onların qələbəsi filanın qələbəsi hesab olunurdu. Burada xorun qəbiləvi səciyyəsi hələ də özünü mühafizə edib saxlayırdı. "Xoreq" kəlməsinə gəlincə, sözün özü də göstərir ki, əvvələn, "xoreq" xorun idarəçisi - aparıcısı olmuş, yalnız müəyyən dövrdən sonra onun təminatçısına çevrilmişdir.
Kora (xalq)
Kora (isp. Cora) — Nayarit ştatının şərqindəki El-Nayar bələdiyyəsində, eləcə də qonşu Xalisko ştatının bəzi yaşayış məntəqələrində yaşayan qərbi-mərkəzi Meksikanın yerli etnik qrupudur. Koralar özlərini cəm halda náayarite adlandırırlar, náayari isə tək haldadır. Əslində Nayarit ştatının adı da buradan gəlir. 2000-ci il siyahıyaalınması göstərdi ki, bu gün bu xalqın təxminən 24.390 nümayəndəsi var. Valideynlərindən ən azı birinin Kora dilin daşıyıcısı olan bütün ailə üzvləri daxildir. Bu 24.000-dən bir az çox adamın 67%-i (təxminən 16357 nəfər) dilin daşıyıcılarıdır, 17%-i bu dildə danışmır, 16%-i isə ümumiyyətlə dil biliyi ilə bağlı məlumat verməkdən imtina edib. == Tarixi == Kora Nayarit ştatının çətinkeçilən dağlıq ərazilərində və dərin yarğanlarında, həmçinin Xalisko, Duranqo və Zakatekas ştatları ilə sərhədboyunca yaşayırlar. 18-ci əsrin əvvəllərində onlar katolik missionerlərə öz ərazilərində yaşamasına icazə verməməklə bir növ məntiqsizlik nümayiş etdirirdilər. Kora onları əhatə edən çoxlu xristian-hinduları və İspan mədəniyyətinin yeganə dinsiz xalqlardan biri idi.
Kora Kempbel
Kora Kempbel (d. 28 may 1974) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Kora Kempbel, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Kora Kempbel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Ixora coccinea
Ixora coccinea (lat. Ixora coccinea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Pavetta coccinea (L.) Blume == Yarımnövləri == Ixora coccinea var. caudata Pierre ex Pit. Ixora coccinea var.
Ixora degemensis
Ixora euosmia (lat. Ixora euosmia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Ixora degemensis Hutch.
Ixora foliosa
Ixora foliosa (lat. Ixora foliosa) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Ixora johnsonii
Ixora johnsonii (lat. Ixora johnsonii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Ixora jucunda
Ixora jucunda (lat. Ixora jucunda) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Lara Adra Osmanoğlu
Lara Adra Osmanoğlu və ya Lara Adra Sultan (d. 1986, Paris) — Osmanlı sülaləsinin ən gənc qadın üzvlərindən biri. Onun atası Cəmil Adra II Əbdülhəmidin oğlu şahzadə Mehmed Səlim Əfəndinin qızı Namiqə Sultanın qızı Fatma Fəthiyyə Xanımsultanın oğludur. == Həyatı == Lara Adra 1986-cı ildə Parisdə doğulub. Atası Cəmil Adra II Əbdülhəmidin oğlu şahzadə Mehmed Səlim Əfəndinin qızı Namiqə Sultanın qızı Fatma Fəthiyyə Xanımsultanın oğludur. Ata tərəfdən nənəsi Fatma Fəthiyyə Xanımsultan Osmanlı imperiyası mənsublarının Türkiyə hökumətinin qərarı ilə xilafətin ləğvindən sonra sürgünə göndərildiyi vaxt 12 yaşında idi. Fransa və Beyrutda yaşayan nənəsi iki dəfə evlənmiş, hər iki həyat yoldaşı da ölüncə uşaqlarına özü baxmışdır. Laranın anası rusəsillidir. O doğulan vaxt ailəsi Livanda idi, müharibə səbəbi ilə Fransaya qayıdan anası Nadya Bogayeviski doğuşun ardından Livana qayıtdı, amma ölkədəki iç qarışıqlıqlar səbəbi ilə onlar təkrar Parisə köçdülər. Livanda yaşadıqları vaxt atası Cəmil Adranın ofisi belə bombalanmışdır.
Bara Din
Bara din — Bara Din, Pakistanda hər il dekabrın 25-də Cinnahın xatirəsinə təşkil olunan bir tətildir. Milad ilə eyni vaxtda, urdu və pəncab dilində "Böyük gün" mənasını verir. Qeyd etmələr həm Pakistan, həm də Hindistanda yaşayan Milad qeyd etməyən qeyri-xristianlar üçün alternativdir.
Margit Bara
Margit Bara (21 İyun 1928 – 25 Oktyabr 2016) — Macarıstanlı film aktrisası. O, 1956-cı il ilə 1975-ci il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
Abra
Aqra
Aqra-Hindistanın şimalında, Uttar Pradeşdə şəhər. 1528-ci ildən 1658-ci ilədək Böyük Moğol imperiyasının paytaxtı olmuşdur. Hazırda Hindistanın iri turistik mərkəzlərindəndir. Tac-Mahal bu şəhərdə yerləşir. Yamunı çayının kənarındadır. Əhalisi 1 334 900 (2004) nəfərdir.