Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yemişanlı
Yemişanlı (Qəbələ) — Qəbələ rayonunda kənd. Yemişanlı (Oğuz) — Oğuz rayonunda kənd.
Yemişanlı (Oğuz)
Yemişanlı və ya Yemişənli — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 18 km cənubda, Padar kəndinin şərqində, Oğuz–Qəbələ şose yolunun solunda yerləşir. Padar İnzibati Ərazi Dairəsinə daxildir. Qəbələ rayonunda eyni adlı, Gədəbəydə isə Təkyemişan adlı kəndlər var. Tədqiqatçılar bu sözü yemişan bitkisinin adı ilə əlaqələndirirlər. Bizim fikrimizcə bu söz etnik mənşəli, yaxud mifik təfəkkürlə bağlı toponimdir, “yum” və “qam” (qam-şaman) sözlərinin təhrif olunmuş formasıdır. “Yum”-əski türk-oğuzlarda “xeyir-dua” anlamındadır. Onıarda xeyir-dua verən, söz söyləyən, yol göstərən müdriklərə, ağsaqqallara yumçu da deyilirdi. “Kitabi - Dədə Qorqud” dastanında boyların sonunda el ozanı Dədə Qorqud gəlib boy boylayır, söy (söz) söyləyir, yum (xeyir dua) verirdi. “Şam” (qam-şaman) isə “h ə k i m”, “y o z u c u”, “qabaqcadan xəbər verən” mənalarını daşıyır.
Yemişanlı (Qəbələ)
Yemişanlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yemişanlı kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Uludaş kəndi mərkəz olmaqla, Uludaş kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsini sovet hakimiyyəti illərində Tikanlı kəndindən çıxmış ailələr böyük bir yemişan ağacının yanında saldığına görə belə adlanmışdır. Kənd meşəlik ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır. Kənddə 240 təsərrüfat mövcuddur. Kənd əhalisi əsasən meyvəçili, əkinçilik, tərəvəzçiliklə, eləcə də xırda buynuzlu heyvandarlıqla məşğul olur. Kəndə fasiləsiz enerji verilir. Ərazidə içməli suyu bir artezian quyusu təmin edir. Kəndə 100 nömrəlik telefon xətti çəkilir.
Yemişanlı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Almaata yemişanı
Altay yemişanı
Crataegus wattiana (lat. Crataegus wattiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, qəhvəyi və ya boz gövdəyə, kürə və ya yumurtavari, bəzən assimmеtrik çətirə malik ağacdır. Yarpaqları növbəli yеrləşir, ayanın kənarı dilimli və ya bölümlüdür, səthi göy-yaşıl, çılpaq, bəzən qısa tükcüklərlə örtülüdür. Budaqların üzərindəki tikanlar qoltuq tumurcuqlarının şəkildəyişməsi olub, uzunluğu 2-sm-dir. Tumurcuqlar yumurtavari, dəyirmi, konusvari və ya uzunsov olub, 2-10 mm uzunluqdadır. Çiçəkləri ağdır, qalхan, bəzən sadə çətir çiçək qrupuna toplanaraq budaqların zirvəsində yеrləşir, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli, sarı, qırmızı və ya qaramtıl, 1-5 toхumlu giləmеyvədir, avqustda yеtişir. == Ekologiyası == İstiyə, soyuğa, küləyə davamlııdır.
Androsov yemişanı
Androsov yemişanı (lat. Crataegus androssovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistan, Kopetdağ qoruğu, Qarağac dərəsində təbii halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-dək olan, enli oval çətirli ağac və ya koldur. Gövdəsinin qabığı tünd boz, budaqlarda isə qonur-bozdur; cavan zoğları sıx, xırda tükcüklü, payızda isə az tükcüklü olub, bozumtul-qonurdur. Yarpaqları açıq yaşıl, qalıntəhər, dərili, üstü və kənarları tükcüklü, alt tərəfi çılpaq və ya damarcıqlarda tükcüklü; alt yarpaqları pazşəkilli və ya pazşəkilli - əksyumurta-vari, ucunda iri dişlidir. Uzunluğu və eni 4-4,5 mm, dərin 3-5 (7) kəsikli, enli-pazşəkilli bünövrəlidir; oyuqları iti, əyri, yuxarıya istiqamətlənmiş, hissələri uzunsov, uzunluğu enindən 2 dəfə çoxdur, ucu azsaylı iti dişlidir. Çiçək qurupları 6-12 (13) çiçəkdən ibarət, azçiçəkli yarımçətirlidir. Çiçəklərin diametri 1,5-1,8 sm, enli-üçkünc, kasayarpaqlarının uzunluğu təxminən 3 mm, ucu daralmış, yuxarı hissəsində və kənarlarında tükcüklüdür. Çiçək zoğu sıx xırda tükcüklüdür, hipatilərin aşağı hissəsi və çiçək saplaqları ağ tükcüklüdür.
Fərqanə yemişanı
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir. == Ekologiyası == Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir.
Hissar yemişanı
Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. == Ekologiyası == Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Korolkov yemişanı
Korolkov yemişanı (lat. Crataegus korolkowii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Meyer yemişanı
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Ordubad yemişanı
Pallas yemişanı
Pallas yemişanı (lat. Crataegus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Böyük Qafqazın cənubunda rast gəlinir. Yarpaqlari dərin, təxmini orta damarcığadək 5-7-11 hissələrə bölünmüşdür. Meyvələri açıq qırmızı, ellipisvari, 1 çəyirdəklidir. Quru günəşli yamaclarda, palıd və şam meşələrində bitir. Böyük Qafqazda, Naxçıvan MR ərazisində təbii halda rast gəlinir. Yaşıllaşdırmada geniş istifadə olunur.
Pontika yemişanı
Pontika yemişanı (lat. Crataegus pontica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azərbaycanda, Оrtа Аsiyа Rеspubliкаlаrındа, Türкiyə, İrаq və İrаndа yаyılmışdır. Zаqаtаlа-Bаlакən və Nахçıvаn MR (Bаbəк, Şаhbuz) ərаzilərində dəniz səviyyəsindən 800–2000 m yüksəkliklərdə təbii hаldа rаst gəlinir. Аzərbаycаnın nadir bitкi növüdür. EN A1abc; Bb(i,ii). Quru, əsаsən dаşlı, bəzən yаmаclаrdа təк аğаclаrlа bitir, bəzən кiçiк коlluqlаr əmələ gətirir. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 6–10 m-ədəк оlаn, еnli çətirli аğаcdır. Budаqlаrı tünd bоz, illiк budаqlаrı və zоğlаrı tüкcüкlüdür.
Poyarnova yemişanı
Poyarnova yemişanı (lat. Crataegus laciniata subsp. pojarkovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinin crataegus laciniata növünə aid bitki yarımnövü. Krım dağlarının şərq hissəsində təbii halda bitir. Hündürlüyü 3–6 m olan endemik ağac və ya koldur. Yarpaqları növbəli, 3-5 pərli, seyrək tükcüklü, gümüşü rəngdədir. Çiçəkləri ağ qalxanvari çiçək qrupuna yığılmışdır. Meyvəsi sarı, yumru və ya armudvaridir (uzunluğu 25 mm-dən). 3-5 çəyirdəkli yeməlidir. İyunda çiçəkləyir, meyvəsi sentyabarda yetişir.
Qafqaz yemişanı
Qafqaz yemişanı (lat. Crataegus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azərbaycan. Talış, Gədəbəy (Qalakənd), Qazax, Daşkəsən, Cəbrayıl, Naxçıvan MR-in Ordubad rayonu ərazilərində rast gəlinir. Azərbaycanın endem bitki növüdür. CR A2abc; C1. Orta dağ qurşağına qədər daşlı-qayalı kolluqlu yamaclarda, dərələrdə, açıq yerlərdə bitir. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 2-3, bəzən 5 m-ədək olan koldur. Bəzən bitkinin hündürlüyü 7 m, gövdəsinin diametri 18 sm-ə qədər ola bilir.
Sinoviski yemişanı
Crataegus × pseudoazarolus (lat. Crataegus × pseudoazarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Qafqazda yayılmışdır. Hündürlüyü 5-6 m olan ağacdır. Cavan zoğları seyrək-ağ keçəli, sonradan təxminən çılpaq, yaşılımtıl və al qırmızı olur, bir və ikiillik zoğlar isə al-qırmızı-qonur, bir az parlaq, qoca budaqları bozumtul-qonur və ya bozdur. Yarpaq qoltuğunda yerləşən iynələri seyrəkdir. Fertil zoğlarda olan yarpaqlarının uzunluğu 30-70 mm, eni 25-70 mm, yumurtavari və ya bəzən təxminən yumru, enli, uzunsov bünövrəli və iti ucludur. Beş-yeddi enli bölümlüdür, bölümlər yumurtavari olmaqla üstdən ucu biz, mərkəzindən qeyri-bərabər dişlidir. Steril zoğların yarpaqlarının uzunluğu 60-70 mm, eni 60-80 mm, üstü yaşıl rəngli, tutqun, yapışıqlı tükcüklüdür. İri yarpaqları bəzən çılpaq, alt tərəfi açıq yaşıldır.
Sonqal yemişanı
Sonqal yemişanı (lat. Crataegus songarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Orta Asiya, Çinin qərb rayonları, İran, Pakistan və Əfqanıstanı əhatə edir. Hündürlüyü 4–5 m-ə qədər olan kol və ya kiçik ağacdır. Budaqları bozumtul, nazik albalı rəngli, cavan zoğları seyrək tükcüklüdür sonra çılpaqlaşır. İynələri düz, qalın, uzunluğu 8–15 mm-dir. Yarpaqları enli, yumurtavari və ya rombvari, uzunluğu 3,5–6 sm , eni 2,8 −6 sm, 5–7 yerə bölünmüş və ya yuxarı hissəsi pərli iri kəsiklidir. Nazik tünd yaşıldır, alt tərəfi isə yaşılımtıldır. Saplaqlarının uzunluğu 3,5 sm-dək; yalançı zoğları oraqvari əyilmiş daraqvari dişlidir. Mürəkkəb çiçəkqruplu, çılpaq və ya bir az tükcüklü, oxlu və saplaqlıdır.
Tyanşan yemişanı
Tyanşan yemişanı (lat. Crataegus tianschanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Orta Asiyada – Şərqi Tyanşanda yayılmışdır. Hündürlüyü 6 m-ə çatan ağacdır. Cavan budaqları aşağıya doğru sallanır. Yarpaqları enli yumurtavari, parlaqdır. İyulun əvvəllərində çiçəkləyir, meyvəsi avqustda yetişir. Sarı rəngli meyvələri budaqların üzərində sıx yerləşir. Toxumla çoxaldılır. İşıqsevən bitkidir.
Türkistan yemişanı
Türkistan yemişanı (lat. Crataegus turkestanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Əfqanıstan, İran, Cin və Kopetdağda təbii halda yayılmışdır. Budaqları boz-qonur, çılpaq və ya azca nazik qırmızımtıl-boz tükcüklüdür. Tikanları yoxdur, bəzi hallarda isə üzəri uzunluğu 12-15 mm olan nazik tikanlarla örtülür. Yarpaqları üstdən parlaq yaşıl, alt tərəfdən isə açıq yaşıl, saplağı qısa, bəzən yarpağın uzunluğuna bərabər olub, tükcüklüdür. Qısa budaqlarda aşağı yarpaqları rombvaridir, uzunluğu 10-30 mm, eni 7-30 mm, aşağı hissədən 3 bölümlüdür, yuxarı yarpaqlarının uzunluğu 3,5 sm, 5 bölümlüdür. Vegetativ budaqlarda yarpaqlar daha iri — 5-7 bölümlü, eni 5 sm-dir. Çiçək qrupu 12-15 çiçəklidir, saplağı tükcüklüdür. Çiçəklərinin diametri 16-18 mm, kasayarpaqları uzun neştərvari, 18-20 erkəkciklidir.
Türkmən yemişanı
Türkmən yemişanı (lat. Crataegus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Türkmənistanın dağ rayonlarını (Kopetdağ), İran və Əfqanıstanı əhatə edir. Budaqları boz, nazikdir; zoğları çılpaq, albalı rəngli, göyümtül çöküntü ilə örtülümüşdür. Tikanları əsasən yoxdur, yarpaq tikanları da inkişaf etmir. Yarpaqların üstü göyümtül-yaşıl, alt tərəfi açıqdır. Meyvəverən zoğlarda aşağı yarpaqları qeyri-bərabər, iri dişli, 3 bölümlüdür, əks-yumurtavaridən uzunsov-ovalşəkillidir; yuxarı yarpaqların uzunluğu 4,5-5 sm, forması enli-əks yumurtavaridən yumruyadək dəyişilir, üç pərlidir, pərləri iti uclu və enlidir. Steril zoğların yarpaqları dərin 5-7 pərli, iti və ya küt enli pərlidir. Çiçək qrupları 8-12 çiçəklidir; kasayarpaqları oval-üçkünc, mərkəzindən uzun olmayan, küttəhər daralmış, hipantinin mərkəzindən aşağıya əyilir; erkəkcikləri 17-20-dir. Meyvələri birdişicikli yemişanda (Crataegus monogyna) olduğu kimidir, ancaq daha iridir.
Almatı yemişanı
Almatı yemişanı (lat. Crataegus almaatensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Orta Asiyadır. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, yumru çətirli ağacdır. Yarpaqlarının diametri 7-8 sm, ayanın üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıldır, aprelin ikinci yarsında kütləvi yarpaqlama müşahidə olunur. Çiçəkləri ağdır, diametri 1,2 sm-ə qədər olan çətir çiçək qrupuna yığılmışdır. Mayın axırı və iyunun birinci ongünlüyü daxil olmaqla 13-15 gün ərzində çiçəkləyir. Meyvələrin diametri 1,3-1,6 sm, yumru, tünd-qırmızı çəyirdəkmeyvədir, sentyabrın birinci ongünlüyündə yetişir. Vegetativ və toxumla çoxaldılır. == Ekologiyası == İşıqsevəndir, soyuq, tüstü və qaza davamlı bitkidir.
Erməni yemişanı
Erməni yemişanı (lat. Crataegus × armena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meğri) əhatə edir. == Botaniki təsviri == Endemikdir. Hündürlüyü təxminən 2–2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7–15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1–3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir.
Türküstan yemişanı
Türkistan yemişanı (lat. Crataegus turkestanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Əfqanıstan, İran, Cin və Kopetdağda təbii halda yayılmışdır. Budaqları boz-qonur, çılpaq və ya azca nazik qırmızımtıl-boz tükcüklüdür. Tikanları yoxdur, bəzi hallarda isə üzəri uzunluğu 12-15 mm olan nazik tikanlarla örtülür. Yarpaqları üstdən parlaq yaşıl, alt tərəfdən isə açıq yaşıl, saplağı qısa, bəzən yarpağın uzunluğuna bərabər olub, tükcüklüdür. Qısa budaqlarda aşağı yarpaqları rombvaridir, uzunluğu 10-30 mm, eni 7-30 mm, aşağı hissədən 3 bölümlüdür, yuxarı yarpaqlarının uzunluğu 3,5 sm, 5 bölümlüdür. Vegetativ budaqlarda yarpaqlar daha iri — 5-7 bölümlü, eni 5 sm-dir. Çiçək qrupu 12-15 çiçəklidir, saplağı tükcüklüdür. Çiçəklərinin diametri 16-18 mm, kasayarpaqları uzun neştərvari, 18-20 erkəkciklidir.
Turnefor yemişanı
Şərq yemişanı (lat. Crataegus orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Türkiyə, Azərbycan, Gürcüstan, Ukrayna, Albaniya, Siciliya, İspaniya və Şimali Qafqazda daşlı-qayalıq ərazilərdə bitir. Hündürlüyü 5 m-ə çatan, tikanlı, al-qırmızı, qonur, boz budaqlara malik kol və ya ağacdır. Yarpaqları 3 və ya 7 dilimli, uzunluğu еnindən 3-4 dəfə çoхdur, yayda rəngi-tünd yaşıl, payızda isə narıncı-qırmızıya çalır. Çiçəkləri ağ, al qırmızıdır, 12–15 mm uzunluqda olub, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli və ya bir az oval, diamеtri 10 mm-ə çatan çəyirdəkmеyvədir, sеntyabr-oktyabr aylarında yеtişir, uzun müddət ağacın üzərində qalır. Bitki soyuğa, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir, qayalıqlarda daha yaxşı bitir. Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Yemişənli
Yemişanlı və ya Yemişənli — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 18 km cənubda, Padar kəndinin şərqində, Oğuz–Qəbələ şose yolunun solunda yerləşir. Padar İnzibati Ərazi Dairəsinə daxildir. Qəbələ rayonunda eyni adlı, Gədəbəydə isə Təkyemişan adlı kəndlər var. Tədqiqatçılar bu sözü yemişan bitkisinin adı ilə əlaqələndirirlər. Bizim fikrimizcə bu söz etnik mənşəli, yaxud mifik təfəkkürlə bağlı toponimdir, “yum” və “qam” (qam-şaman) sözlərinin təhrif olunmuş formasıdır. “Yum”-əski türk-oğuzlarda “xeyir-dua” anlamındadır. Onıarda xeyir-dua verən, söz söyləyən, yol göstərən müdriklərə, ağsaqqallara yumçu da deyilirdi. “Kitabi - Dədə Qorqud” dastanında boyların sonunda el ozanı Dədə Qorqud gəlib boy boylayır, söy (söz) söyləyir, yum (xeyir dua) verirdi. “Şam” (qam-şaman) isə “h ə k i m”, “y o z u c u”, “qabaqcadan xəbər verən” mənalarını daşıyır.