Yemişanlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yemişanlı kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Uludaş kəndi mərkəz olmaqla, Uludaş kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Yemişanlı | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili |
Yaşayış məntəqəsini sovet hakimiyyəti illərində Tikanlı kəndindən çıxmış ailələr böyük bir yemişan ağacının yanında saldığına görə belə adlanmışdır.[2]
Kənd meşəlik ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır.[3]
Kənddə 240 təsərrüfat mövcuddur. Kənd əhalisi əsasən meyvəçili, əkinçilik, tərəvəzçiliklə, eləcə də xırda buynuzlu heyvandarlıqla məşğul olur. Kəndə fasiləsiz enerji verilir. Ərazidə içməli suyu bir artezian quyusu təmin edir. Kəndə 100 nömrəlik telefon xətti çəkilir.
Kənddə 440 şagirdlik yeni ümumtəhsil məktəbi 2008-ci ilin sonunda istifadəyə verilib.
Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |