Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır.
Ayorta
Ayorta - Gürcüstanın Bolnisi rayonunda kənd.
Aorta qapağı
Aorta qapağı - (lat. valva aortae) ağciyər kötüyü qapağı kimi üç aypara qapaqcıqdan ibarətdir. Bunlardan biri - (lat. valvula semilunaris posterior) arxada, ikinci - (lat. valvula semilunaris dextra) sağda və üçüncüsü - (lat. valvula semilunaris sinistra) solda yerləşmişdir. Bunların hamısı ağciyər kötüyünün eyniadlı qapaqcıqlarından qalın və möhkəmdir və üzərində olan düyüncüklər və aycıqlar (lat. noduli et valvularium semilunarium aortae) yaxşı gözə çarpırlar. Aorta dəliyini örtən aypara qapaqcıqların ciblərinə aorta cibləri - (lat. sinus aortae (Valsalvae - BNA)) deyilir.
Aorta qövsü
Aorta qövsü – lat. Arcus aortae ikinci sağ döş-qabırğa oynağının bərabərində qalxan aortanın ardını təşkil edib çıxıq tərəfi yuxarıya çevrilmiş bir halda sola və arxaya doğru gedir və 4-cü döş fəqərəsinin bərabərində onurğanın sol tərəfində enən aortaya keçir; bunun uzunluğu 5–6 sm-ə bərabərdir və enən aorta ilə hüdudunu arterial bağın (lat. lig. arteriosum) bağlanan yeri təşkil edir. Aorta qövsü sol bronxun kökünü yuxarıdan çarpazlayır və sağ tərəfdə sağ orta divar plevrasına, arxada isə qida borusunun sol tərəfinə söykənir. Sintopiya cəhətcə aşağıda göstərilən üzv, sinir və damarlarla rabitədədir: ön tərəfdə – hüzrəli toxuma qatı və çəngələbənzər vəzi, dal tərəfdə – nəfəs borusu, lat. n. reccurens sinister və qida borusu, sağ tərəfdə – yuxarı boş vena, solda və bir az ön tərəfdə – lat. n. vagus sinister və sol diafraqma siniri, yuxarı tərəfdə – sol adsız vena və aşağı tərəfdə sol bronx ilə sağ ağciyər arteriyası olur.
Bidens torta
Bidens torta (lat. Bidens torta) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Enən aorta
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Qalxan aorta
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Yorma müharibəsi
Yorma müharibəsi (ərəb. حرب الاستنزاف‎ Romanizasiya: Hərb əl-İstinzaf; ivr. ‏מלחמת ההתשה‏‎ Romanizasiya: Milhemet haHataşah), 1967-1970-ci illər arasında Sinay yarımadasında İsrail ilə Misir və müttəfiqləri arasında meydana gələn hərbi toqquşmalardır. 1967-ci ildə baş vermiş Altı günlük müharibədən sonra, Ərəb-İsrail qarşıdurmasının mərkəzində olan problemləri həll etmək üçün ciddi bir diplomatik səy göstərilmədi. 1967-ci ilin sentyabrında ərəb dövlətləri İsrail ilə sülh, tanınma və ya danışıqları qadağan edən “üç xeyr” siyasətini həyata keçirməyə başladılar. Misir Prezidenti Camal Əbdül Nasir, yalnız bir hərbi müdaxilənin İsraili və ya beynəlxalq birliyi İsraili Sinaydan çıxarmağa məcbur edəcəyinə inanırdı və iki ölkə arasındakı toqquşmalar qısa bir müddət ərzində Süveyş kanalı boyunca yenidən başladı. Toqquşmalar əvvəlcə qarşılıqlı artilleriya atəşləri və Sinaya kiçik miqyaslı hücumlar ilə məhdudlaşırdı. Ancaq 1969-cu ildə Misir Ordusu daha genişmiqyaslı əməliyyatlara hazırlaşmağa başladı. 8 mart 1969-cu ildə Nasir, Süveyş kanalı boyunca geniş çaplı bombardmanlar, genişmiqyaslı hava döyüşləri və komando hücumlarını özündə cəmləşdirən zəiflətmə müharibəsi elan etdi. Qarşıdurmalar 1970-ci ilin avqustuna qədər davam etdi və atəşkəslə başa çatdı.
İlya Yorqa
İliya Yorqa(Serbcə: Ilija Jorga) (d. 15 noyabr 1899, Nyu-York, Nyu-York ştatı) — Serbiyalı döyüş sənəti ustasıdır, Doktor İliya Yorqa (10 -cu dan qara kəmər sahibi), Məşhur Fudokan karate stilinin qurucusu, General-leytenant ali hərbi rütbəli zabit, İdman Tibb Elmləri Doktoru, Belqrad Universitetində keçmiş fiziologiya professoru, karate üzrə təlimçi və Avropa və dünya çempionatlarında qazandığı çoxsaylı medallarla Yuqoslaviya və Avropanın məşhur çempionu, 1968 -ci ildən 1980 –ci il tarixinədək Yuqoslaviya karate milli komandasının seçicisidir. Dünya Fudokan Federasiyasının (WFF) İcraçı Prezidenti, döyüş sənəti ilə bağlı on iki kitabın müəllifidir. == Dr.Prof. İlya Yorqa haqqında == Dr. İliya Yorqa (Serbcə: Ilija Jorga) — Serbiyalı döyüş sənəti ustası, (10 -cu dan qara kəmər sahibi), Məşhur Fudokan karate stilinin qurucusu, General-leytenant ali hərbi rütbəli zabit, İdman Tibb Elmləri Doktoru, Belqrad Universitetində keçmiş fiziologiya professoru, karate üzrə təlimçi və Avropa və dünya çempionatlarında qazandığı çoxsaylı medallarla Yuqoslaviya və Avropanın məşhur çempionu, 1968 -ci ildən 1980 –ci il tarixinədək Yuqoslaviya karate milli komandasının seçicisidir. Dünya Fudokan Federasiyasının (WFF) İcraçı Prezidenti, döyüş sənəti ilə bağlı on iki kitabın müəllifidir. Karatenin o dövrdə çox populyar olmasına baxmayaraq, Yaponiyanın bu milli xəzinəsində daha dərin bir məna axtaran, fiziki çərçivədən kənara çıxan və bu intizamı sənətə yaxınlaşdıran çox az adam var idi. 1960-1970 -ci illərdə bu Yapon döyüş sənətinə olan həvəs, film sənayesi tərəfindən də stimullaşdırılırdı çox sayda insan üçün tameshivari Yapon döyüş sənəti ilə sinonim idi. O dövrdə mütləq kateqoriyada Avropa çempionu olan professor Yorqa üçün karate təhsili insanın yaradıcı prosesinin bir bir parçası idi ki, bu isə öz növbəsində yaradıcı impulsu, ixtiraçılıq ruhunu, təxəyyülü və təxəyyülün və azadlığın inteqrasiyası deməkdir.Sensey Yorganın karate aləmində sonrakı bütün uğurlarını izah edən əsas sirr budur.
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Həndəsi orta
n {\displaystyle n} müsbət a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\dots ,a_{n}} ədədinin həndəsi ortası onların hasilinin n {\displaystyle n} dərəcəli hesabi kökünə deyilir: G = a 1 ⋅ a 2 ⋯ a n n {\displaystyle G={\sqrt[{n}]{a_{1}\cdot a_{2}\cdots a_{n}}}} və ya G = ∏ i = 1 n a i n {\displaystyle G={\sqrt[{n}]{\prod \limits _{i=1}^{n}a_{i}}}} . İki ədədin həndəsi ortası onlarla orta mütənasib də deyilir. Bir neçə ədədin həndəsi ortası digər ortalar kimi onların ən kiçiyi ilə ən böyüyü arasında olur. Bir neçə ədədin həndəsi ortası onların qüvvət ortasının xüsusi halıdır. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Orta Ural
Orta Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimalda Konjakovski Kamen və cənubda Yurma dağı genişlikləri ilə məhdudlaşan Ural dağlarının ən alçaq hissəsi. Bəzi digər mənbələrə görə Oslyanka dağından Ufa çayının hövzəsinə qədər ərazini əhatə edir. Orta Ural oroqrafik olaraq yaxşı ayrılmışdır: Ural dağları buraya enir və dağ kəmərinin ciddi meridional uzantısı cənub, cənub-şərqlə əvəzlənir. Cənubi Ural ilə birlikdə Orta Uralın qabarıq tərəfi şərqə baxan nəhəng bir yayla meydana gətirməsidir. Yayla Ufa yaylasının ətrafında əyilir (Rusiya platformasının şərq çıxıntıları). == İqlim == Atlantik okeanından əsən qərb küləyi Orta Uralın iqliminin yaranmasında əsas rol oynayır. İsti və soyuq axınların dəyişməsi səbəbindən hava yalnız həftə ərzində deyil, gün ərzində də tez-tez dəyişir. Atlantik okeanından uzaqlıq və Sibirin yaxınlığı Orta Uralın iqlimini kontinental edir. Bu da kəskin temperatur dəyişikliklərində özünü göstərir.
Orta Xuc
Orta Xuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Orta Xuc oyk., mür. Quba r-nunun Xucbala i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Aşağı Xuc və Xucbala (Yuxan Xuc deməkdir) kəndlərinin arasmda yerləşdiyi üçün belə adlandırılmışdır. Eyni zamanda digər iki kənd Orta Xuc kəndi əsasında yarandığı üçün bu kənd mərkəz rolu oynamışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 203 nəfər əhali yaşayır.
Orta Yeməzli
Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.Orta Yeməzli yaşayış məntəqəsi vaxtilə Ağdam rayonunun Ətyeməzli (əsli Atyeməzli) kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar oykonimin tərkibindəki ət (at) komponenti düşmüşdür. Həmin kənddən bir qədər yuxarıda Yuxarı Yeməzli, kəndə məxsus qişlaq yerində isə Aşağı Yeməzli kəndləri yarandiqdan sonra kənd Orta Yeməzli adlandinlmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Orta Zəyzid
Orta Zəyzid — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Qafqaz Albaniyasının ən qədim kəndlərindən biridir . == Tarixi == Orta Zəyzid kəndi rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Kənddə X-XI əsrə aid Zəyzid məbədi yerləşir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları təbiətin amansız sürprizlərinə qarşı dözümsüz qılır və hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Kəndin dağlıq hissəsində Alban qəbiristanlığı yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə - İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Tarix kursundan bildiyimiz kimi, albanların İslamı qəbul etməsi eramızın VII-VIII əsrlərinə təsadüf edir.
Orta beyin
Orta beyin - lat. mesencephalon üç arxa, yan və ön hissədən ibarətdir. Arxa hissəsinə orta beyin qapağı (dördtəpə) - lat. tectum mesencephali (lamina quadrigemina - BNA), yan hissələrinə - təpəcik qolları - lat. brachia colliculi və ön hissəsinə böyük beyin ayaqcıqları - lat. pedunculi cerebri və dal dəliklənmiş maddə - lat. substantia perforata posterior aiddir. Orta beyin qovuğu boşluğunun qalığını beynin (Silvi) su kəməri - lat. aqueductus cerebri (Silvii) təşkil edir. == Təşkil olunmuşdur == Orta beyin qapağı Böyük beyin ayaqcıqları Görmə qabaraltı Üçüncü mədəcik == İstinadlar == == Mənbələr == Prof.
Orta cincilim
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Orta dağ
Orta dağ - Mütləq hündürlüyü 1000 m-dən 2000 m-ə qədər olan dağ. Nisbətən meylli yamacları və dəyirmi zirvələri ilə fərqlənir. Orta dağ materiklərin 24 milyon km2 sahəsini tutur.
Orta juz
Orta jüz (qaz. Орта жүз) — Mərkəzi və şimal-şərqi Qazaxıstan ərazisində yaşamış qazax tayfaları. XIX əsrin axırı — XX əsrin əvvəli orta jüz qazaxlarının sayı təqribən 1 milyon 350 min nəfər idi. Çində və Monqolustanda yaşayan kereyitlər, naymanlarla birlikdə bu say 1 milyon 500 min nəfərdən çox edir. Orta jüzdən Abay Kunanbayulı, Bögenbay batır, Batır Bayan kimi şəxsiyyətlər çıxıb. == Ədəbiyyat == А. Т. Толеубаев, Ж. К. Касымбаев, М. К. Койгелдиниев, Е. Т. Калиева, Т. Т. Далаева, перевод с казахского языка С. Бакенова, Ф. Сугирбаева. — История Казахстана. Изд-во «Мектеп», 2006 г. — 240 с.
Orta kəmiyyətlər
Orta kəmiyyətlər -statistikada istifadə edilən ümumiləşdirici göstəricilərin növlərindən biri. Hadisə və proseslərin dərk edilməsində, onlara xas olan qanunauyğunluqların öyrənilməsində orta kəmiyyətlərin əhəmiyyəti böyükdür. Orta kəmiyyətlər təsadüflər nəticəsində əmələ gələn fərdi kənarlaşmaları silir və bütün məcmuya xas olan ümumi xüsusiyyəti, tipik səviyyəni xarakterizə edir. == Hesablanması == Orta kəmiyyətlərin hesablanmasının mühüm şərtlərindən biri hesablanacaq vahidlərin eyni növdən ibarət olmasıdır. Keyfiyyətcə yekcins olmayan məlumat əsasında hesablanan orta kəmiyyətlər real deyil və həqiqi vəziyyəti təhrif edir. Ona görə də statistik məcmunu əvvəlcə yekcins qruplara ayırmaq lazımdır. Hadisələrin tipik səviyyəsini xarakterizə etmək üçün ümumi orta kəmiyyətlərlə bərabər, qrup orta kəmiyyətləri də hesablamaq lazımdır. Qrup orta kəmiyyətləri ayrı-ayrı qrupların səviyyəsini xarakterizə edir. Ümumi orta kəmiyyətlərlə bərabər, qrup orta kəmiyyətlərin hesablanması orta kəmiyyətlərin düzgün tətbiqinin ikinci mühüm şərtidir. == Hesabi orta == === Sadə hesabi orta === Variantların çəkiləri eyni olduqda hesabi orta kəmiyyətin sadə düsturu tətbiq edilir.Bu düsturla orta kəmiyyəti hesablamaq üçün variantları cəmləyib onların sayına bölmək lazımdır.
Orta qulaq
Orta qulağa (lat. auris media) təbil boşluğu, eşitmə (Evstax) borusu, və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu - lat. cavum tympani 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır. == Divarları == Bayır zarlı divar - lat. paries membranaceus qulaq pərdəsi və gicgah sümüyü pulunun bir hissəsitəşkil edir.Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib - lat. recessus epitympanicus deyilir. İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır.
Orta spireya
Orta temperatur
Orta temperatur - Gündəlik, aylıq və illik orta temperatur , Gündəlik orta temperatur gün ərzində 4 dəfə (saat 1-də, 7-də, 13-də və 19-da) termometrin göstəricisinin cəmini 4-ə bölməklə müəyyənləşdirilir. Aylıq orta temperatur ayın bütün günlərində orta temperaturun cəmini ayın günlərinin sayına bölməklə alınır. İllik orta temperatur isə 12 ayın orta temperaturunun miqdarını 12-ə bölməklə hesablanır.
Orta təhsil
Orta təhsil – əksər ölkələrin maarif sistemində əsas təhsil dərəcəsinin ənənəvi adı. Orta təhsil adı təhsil səviyyəsinin təbəqələşməsi nəticəsində yaranmışdır. Orta ixtisas təhsili – xalq təsərrüfatı, səhiyyə və mədəni-maarif müəssisələri üçün orta ixtisas təhsilli mütəxəssislər hazırlanması sistemi. XX əsrin I yarısından müstəqil təhsil sahəsi kimi formalaşmışdır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orta xərc
İqtisadiyyatda orta xərc və ya ədəd xərci istehsal olunmuş məhsulların sayına (Q) bölünmüş cəm xərcə bərabərdir. O, həm də orta dəyişkən xərclərin (Q-yə bölünmüş cəm dəyişkən xərclər) orta dəyişməyən xərclərlə (Q-yə bölünmüş cəm dəyişməyən xərclər) cəminə bərabərdir. Orta xərc nəzərdə olan vaxtdan asılı ola bilər, misal üçün yaxın gələcəkdə istehsalın artımı daha baha başa gələ bilər və ya qeyri-mümkün ola bilər. Orta xərclər təklif əyrisinə təsir göstərir və tələb və təklifin əhəmiyyətli bir komponentidir.