Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Semyon Peqov
Semyon Vladimiroviç Peqov (rus. ́Семён Владимирович Пегов; 9 sentyabr 1985, Smolensk) — sosial mediada səhnələşdirilmiş və ya saxta videolar yerləşdirməklə tanınan Rusiya blogeri, jurnalisti və təbliğatçısı. O, "WarGonzo" hərbi layihəsi və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli "Telegram" kanalında işləyir. O, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna və İkinci Qarabağ müharibələrini ilk növbədə rusiyayönlü prizmadan işıqlandırıb. 23 oktyabr 2022-ci ildə Donetsk vilayətində piyada əleyhinə minaya düşüb və nəticədə ayağının bir hissəsi amputasiya edilib.12 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Semyon Peqova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. 3 fevral 2023-cü ildə Ukrayna Baş Prokurorluğu Semyon Peqovu qiyabi olaraq "hərbi mövzularda təbliğat materialları" yaratmaqda ittiham edərək onun haqqında cinayət işi açıb. Prokurorluq qeyd edib ki, ittiham Rusiyanın hərəkətlərini "əsaslandırmaq, tanımaq və inkar etmək", habelə Rusiya Silahlı Qüvvələrini "şöhrətləndirmək" üçün cəza nəzərdə tutan maddə üzrə irəli sürülüb.
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba r-nunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.Əhalisi tatlardır.
Bərğov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba r-nunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.Əhalisi tatlardır.
Denov
Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb. == Coğrafiya == Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir. == İqtisadiyyat == Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş. 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi. Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.
Digov
Digov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 18 nəfərdir. == Toponimiyası == Lerik rayonunun Mistan inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin ətəklərindədir. Oykonim Digah coğrafi adının yerli tələffüz forması olub, "kənd yeri" mənasındadır.
Keqon
Keqon (華厳宗) – buddizmin Yaponiyadakı sektalarından biri. Yaponiyanın buddizm tarixinin ilk dövrlərində yaranmışdır. Nara buddizminin altı sektasından biri idi. == Tarix == Keqon sektası Çində yaranmış Huayan məktəbi əsasında ortaya çıxmışdır. VIII əsrdə Çindən Yaponiyaya səyahət etmiş çinli keşiş Dao-şuan, daha sonra koreyalı keşiş Şinco Huayan təlimini Yaponiyaya gətirmişdir. Kinşosen məbədinin rahibi olan Roben 726-cı ildə təlimin əsas mətni olan Avatamsaka sutrası (Keqonkyo) haqqında mühazirələr vermişdir. Daha sonra Today məbədinə çevrilən bu məbəd Keqon sektasının mərkəzinə çevrilmişdir.Kamakura dövründə Today məbədindən Qyonen və Kozay məbədindən isə Myoe kimi keşişlər Keqon sektasının yayılmasında əhəmiyyətli yer tutmuşdurlar. Növbəti dövrlərdə Keqon sektası öz əhəmiyyətini itirsə də, Şoşun kimi bir çox alim Keqon təlimini öyrənməyə davam etmişdir.Hal-hazırda Nara şəhərində yerləşən Today məbədi Keqon sektasının mərkəzi hesab olunur. Yaponiyada Keqon sektasına aid olan 47 buddist məbədi yerləşir. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Maqov
Maqov — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır. Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir. == Əhalisi == Kənddə əsasən avarlar yaşayır.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənd ərazisində, Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.
Negev
Negev səhrası (ivr. ‏הנגב‏‎ [ɦaˈnegev], q.yəh. הַנֶגֶב‎ [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev. Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir.
Neqev
Negev səhrası (ivr. ‏הנגב‏‎ [ɦaˈnegev], q.yəh. הַנֶגֶב‎ [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev. Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir.
Orqov
Orqov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal qərbdə, Qalasız çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərqov kimi, Qafqazın 5 verstlik xəritəsində Erqov formasında qeyd edilmişdir. Toponim türk dilində «igid, qoçaq» mənasında işlənən ər (> or) sözü ilə qıpçaqlara məxsus qov (> kov) etnonimindən əmələ gəlib, «igid, qoçaq, qov tayfasına məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873 - cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919 - cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1919- 1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir.
Rəzgov
Rəzgov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 387 nəfərdir. == Toponimiyası == Yerli əhalinin dilində kəndin adı Rəzqo variantında tələffüz olunur. Oykonim talış dilindəki rəz (qara, cır üzüm tənəyi) və qo (yer) sözlərindən düzəlib, “tənəklik” mənasındadır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salınmışdır.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Zalov
Zalov — Azərbaycan soyadı. Elçin Zalov (1995—2020) — Vətən müharibəsi şəhidi. Əli Zalov (d. 1966) — Azərbaycan alimi. Fəqan Zalov (1997—2020) — Vətən müharibəsi şəhidi. Oruc Zalov (d. 1952) — dövlət xadimi.
Ziqot
Ziqot - dişi və erkək cinsiyyət hüceyrələrindən (qametlərdən) mayalanmış yumurta hüceyrəyə deyilir. Ziqotda öyrənilən hər alleli iki hərflə yazırlar. == Mənbə == M.Axundov. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, səh. 44.
Zotov
Viktor Zotov (ing. Victor Dmitrievich Zotov; 16 sentyabr 1908, Vladivostok – 26 may 1977, Kraystçerç) — Rusiya mənşəli Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Viktor Zotov zoğalkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1928 Observations and experiments on the suckling clover content of the pastures on the school farm. Feilding Agricultural College Bulletin No. 7: 9-11. 1930 Notes on sexual expression in certain species of New Zealand Coprosmas. Transactions and Proceedings of the N.X. Institute 60: 547-56 (G. V. Wild and V. D. Zotov). 1930 A case of malformation in Clematis foetida. N. X. Journal of Science and Technology 11: 362-5 (H. H. Allan and V. D. Zotov).
Zubov
Valerian Aleksandroviç Zubov (1771 — 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb. == Fəaliyyəti == Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu.
Zərqova
Zərqava — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd. == Tarixi == Aspərəsti, Çayqışlaq, Xaspolad, İsnov, Kələnov, Qasımqışlaq, Qorxmazoba, Mahmudqışlaq kəndləri ilə birlikdə Zərqava bələdiyyəsinin tərkibindədir.Zərqavanın yaşayış məntəqəsi kimi mövcudluğu orta əsrlərə gedib çıxır.Əhalisi elə o vaxtlardan əkinçiliklə və maldarlıqla məşğul olub.Kəndin sahələri çox geniş ərazini əhatə edib.Zərqava İƏD ilə yanaşı, indiki Vəlvələ İƏD-nin hüdudlarında olan böyük torpaq sahələri onun əraziləri idi. Bu ərazilərdə Zərqavanın çoxlu sayda obaları,qışlaqları olub ki,onlar da sonradan böyüyərək ayrıca kəndlərə çevrilmişlər. Uzun müddət Zərqava 1860-cı ildə yaradılmış Bakı quberniyasının Quba qəzasının tabeliyində olmuşdur. Kəndin və ona aid olan yaşayış məskənlərinin əhalisi 1918-ci ilin əvvəllərində yerli idarəetmə orqanı sayılan Zərqava cəmiyyətində birləşmişdi. Belə ki, həmin dövrdə Quba qəzası Quba şəhəri və 5 polis nahiyyəsi – Dəvəçi,Qusar,Müşkür,Rustov və 5-ci Fəthibəy nahiyyələrini əhatə edirdi.Hər bir polis nahiyyəsi öz növbəsində 2-dən 30-dək kəndin daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi. Zərqava cəmiyyəti Rustov polis nahiyyəsinin tərkibində idi və qəzada mövcud olan 55 cəmiyyətdən biri sayılırdı. Cəmiyyətin əhalisi Zərqavanın təkcə dağlıq ərazilərində deyil, Bakı-Quba yolu boyunca özünə məxsus olan torpaqlarda da təsərrüfat işləri aparırdı. Əksər insanlar kənddən uzaq ərazilərdə işləyərək əldə etdiklərini Zərqavaya gətirib istifadə edirdilər, ənənəyə çevrilən belə hal hətta ötən əsrin 60-ci illərinədək davam etmişdir. 1918-ci ilin aprelin sonunda – mayın əvvəlində erməni daşnakı Amazapsın cəza dəstələri kəndin Bakı-Quba yolu boyunca yerləşən torpaqlarından keçərkən orada olan Zərqava cəmiyyətinin sakinlərini qətlə yetirmiş və təsərrüfatlarını dağıdaraq böyük maddi ziyan vurmuşlar.
Çelov
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Coğrafiyası == Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir. == Tarixi == Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır. Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır.
Çexov
Çexov — Rus soyadı. Bu soyadı olan tanınmışlarAnton Çexov — görkəmli rus yazıçısı. Aleksandr Çexov — Anatoli Çexov — Sovet snayperi Valeri Çexov — Şahmatçı İvan Çexov — leytenantYaşayış məntəqələriÇexov (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir. Çexov (stansiya) — Moskva vilayətində stansiya. Çexov (qəsəbə) — Bryanski vilayətində qəsəbə.
Lego
Lego – ABŞ-Danimarka oyuncaq şirkəti. 1932-ci ildə yaradılmışdır. == Tarixi == The Lego Group 1932-ci ildən etibarən taxta oyuncaqlar düzəldən Ole Kirk Kristiansenin (1891–1958) emalatxanasında başladı. 1934-cü ildə o kompaniyasının adını leqo qoydu. Leqo adı "Leggodt" sözündən əmələ gəlmişdir. Sözün mənası "yaxşı oyun"dur.
Peqo
Peqo (isp. Pego) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 52,85 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 11208 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 97 km uzaqlıqda yerləşir.
Aleksandr Beqlov
Aleksandr Beqlov (19 may 1956 və ya 1956, Bakı) — rus dövlət xadimi, 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri və Rusiya prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsidir. Vahid Rusiya partiyasının üzvüdür. == Həyatı və təhsili == Aleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Bakıda anadan olub. 1976–1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1983-cü ildə Leninqrad Mühəndis-İnşaat İnstitutunu (hazırkı Sankt-Peterburq Dövlət Memarlıq-İnşaat Universiteti), 2003-cü ildə Şimal-Qərb Dövlət Xidməti Akademiyasını (hazırkı Şimali-Qərb İdarəçilik İnstitutu) bitirib. == Fəaliyyəti == 1979–1991-ci illərdə Leninqrad şəhərinin tikinti təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1991–1997-ci illərdə "Melazel" alman-rus birgə müəssisəsinin baş mühəndisi olub. 1997–1999-cu illərdə Sankt-Peterburq Dövlət Arxitektur-İnşaat Universitetində baş elmi işçi, doktorant olub. 1999–2002-ci illərdə Sankt-Peterburqun Kurort inzibati rayonunun başçısı işləyib.
Anton Çexov
Antоn Pavloviç Çeхоv (rus. Анто́н Па́влович Че́хов, rusca tələffüz: ˈpavɫəvʲɪtɕ ˈtɕɛxəf; 17 (29) yanvar 1860, Taqanroq, Yekaterinoslav quberniyası[d], Rusiya imperiyası[…] – 15 iyul 1904[…], Badenvayler[d], Baden knyazlığı[d], Almaniya imperiyası[…]) — görkəmli rus yazıçısı. Rus pyeslərinin və qısa hekayələrinin yazıçısıdır. Rus ədəbiyyatı tarixində ən böyük yazıçılardan biridir. Bir dramaturq kimi karyerasında dörd klassik əsər hazırladı və ən yaxşı qısa hekayələri, yazıçı və tənqidçilərin müsbət rəylərini aldı. Çexov Henrik İbsen və Avqust Strindberqlə birlikdə teatrda tez-tez erkən modernizmin yaranmasında rolu olan üç yaradıcı şəxsdən biri kimi xatırlanır. Çexov ədəbi karyerasının böyük hissəsini tibb həkimi kimi keçirdi və dedi: "Tibb mənim qanuni həyat yoldaşımdır".Çexov 1896-cı ildə Qağayılar tamaşasında sonra teatrı tərk etdi, lakin tamaşa 1898-ci ildə Konstantin Stanislavskinin Moskva İncəsənət Teatrı tərəfindən yenidən canlandırıldı. Moskva İncəsənət Teatrı daha sonra Çexovun dayısı Vanyanı səhnələşdirdi və Çexovun son iki pyesi - Üç bacı və Albalı bağçasının premyerası oldu. Çexov ruh əhval-ruhiyyəsi teatrı təklif etdiyi üçün və ənənəvi fəaliyyət əvəzinə batmış bir həyat vurduğundan, bu dörd əsər həm tamaşaçılara, həm də ansambl üçün çətinlik yaradır. Əvvəlcə Çexov yalnız maddi mənfəət üçün yazdı, amma sənətkarlıq ehtirası artdıqca müasir qısa hekayələrin təkamülünə təsir edən rəsmi yeniliklər etdi.
Eleyalı Zenon
Elealı Zenon (yun. Ζήνων, m. ö. 490 – 430) — qədim yunan filosofu, Eleya məktəbinin təmsilçisi, Parmenidesin şagirdi olmuşdur. == Aporiaları == == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 39-40. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).