Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zerən
Zerən — Talış mətbəxinə aid milli şirniyyat və ya milli çörək növü. Talışların ən qədim şirniyyat növü hesab edilir. Zerən digər şirniyyatlara nisbətdə müqəddəs hesab olunur. Daha çox çörək kimi istifadə olunur. İçliyi kətənin içliyindən azca fərqlidir. Təndirdə bişirilir. Talış xalq adətlərinə görə zerən çörəyi, qırmızı lent əvəzinə, şal vasitəsilə gəlin köçən qızların belinə, göbək hissəsinə bağlanır. Gəlin ata evindən ər evinə gələnədək çörək gəlinin belində qalır. Adətlərə görə bu bolluq və bərəkət rəmzidir. Xüsusən Astara və Lənkəran rayonlarının kəndlərində yeni tikilən evlərin bünövrəsinə bolluq-bərəkət rəmzi olan əşyaların və ya ərzaqların, metal pulların, duz, çörək, qənd, un və s.
Zeyrek məscidi
Pantokrator Monastırı Kilsəsi və ya Zeyrek Məscidi — (yun: Μονή του Παντοκράτορος Χριστού Rom: Mori tu Padokratoros Hristou) — İstanbulun Zeyrek ərazisində yerləşən Şərqi Roma dövrünə aid dini bir binadır. Kilsə bir araya gələn üç ayrı şapeldən ibarətdir. Ayasofyadan sonra İstanbulda sağ qalan ən böyük köhnə kilsədir. Cənubdakı ilk kilsə II İohan Komnenosun həyat yoldaşı Macarıstanlı İrina tərəfindən XII əsrin birinci rübündə tikilmişdir. Arvadının ölümündən sonra, imperator kilsədən daha şimalda ikinci bir kilsə tikdirir və nəhayət onları birləşdirmək üçün üçüncü bir kilsə inşa edildi. İstanbulun zəbtindən sonra burada ilk mədrəsə açıldı. Müdərrisi Zeyrek Məhəmməd Ağa idi. Fatih Kompleksi ilə yeni mədrəsələrin inşası başa çatdıqda, buradakı mədrəsələr bağlandı və bina məscidə çevrildi. Hazırda yalnız cənub hissəsi məscid kimi istifadə olunur. Qızıl buynuza baxan bir təpədə teraslarla düzülmüş geniş bir ərazidə tikilmişdir.
Beyrək
Bamsı Beyrək — Kitabi Dədə Qorqudda əsas personaj. Beyrək Fezullayev — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, Vətən müharibəsi şəhidi. Beyrək (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Neyron
Neyron — sinir sisteminin struktur-funksional vahidi. Dendrit, Akson, Ranvier buğumcuğu, telodendrit şaxələri, Şvann qişası, Hüceyrə cismi, Nüvə Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Zeynəb
Zeynəb, Zeynəbi-Kubra, Zeynəb bint Əli (ərəb. زينب بنت علي‎; 626, Mədinə – 682 və ya 684, Dəməşq) — Məhəmməd peyğəmbərin nəvəsi. Zeynəb hicrətdən 5 il sonra doğulub. O, beş ilə qədər babası Peyğəmbərlə bir zamanda yaşamışdır. Zeynəb aşura hadisəsindən sonra həm əsirlər karvanındakı qadınlara və uşaqlara rəhbərlik etmişdi. Zeynəb Əli və Fatimənin qızı idi. Hicrətin beş və ya altısında Mədinədə dünyaya gəlmişdir. Özü Hüseyn ilə birlikdə Kərbəlada yer alıb. Kərbəla döyüşü sonrasında Məhərrəmin onunda (Aşura günü) bir qrup tərəfdarlar ilə birlikdə əsir düşmüş və Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanları irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur.
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.
Bamsı Beyrək
Bamsı Beyrək, Baybörənin Oğlu Bamsı Beyrək – gənc oğuz qəhrəmanlarından biri. «Kitabi Dədə Qorqud»da əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Baybörəbəyin oğlu, Salur Qazanın inaqıdır. Dədə Qorqud ona ad qoymazdan əvvəl Bamsı ləqəbi daşıyırdı. Qəhrəmanlıq göstərəndən sonra Dədə Qorqud ona Beyrək adı verir. Bəy Böyrək, Bay Bura, Bəy Birye, Beğ Beyreg, Bəy Beyrək, Bay Börek, Bağ Böğrek kimi adlarla bilinməkdədir. Bamsı ilə Banu beşik kərtməsidir. Bir-birlərini tanımadan böyüyərlər. Bir gün ovda olarkən qarşılaşılar, aralarında bir mübahisə çıxar və güləşə tutuşurlar. Ancaq ikisi də gücdə bərabər olduğu üçün bir-birlərini məğlub edə bilməz.
Beyrək (Ərdəbil)
Beyrək (fars. بيرق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 332 nəfər yaşayır (97 ailə).
Beyrək Aydəmirov
Beyrək Etibar oğlu Aydəmirov (13 avqust 1990; Çayqaraqaşlı, Şabran, Azərbaycan — 8 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. Beyrək Aydəmirov 1990-cı ilin avqustun 13-də Şabran rayonu Çayqaraqaşlı kəndində anadan olub. Hələ 6 yaşında ikən atasını itirib. 1997-ci il Şabran rayonu Çayqaraqaşlı kənd orta məktəbinə daxil olub, daha sonra isə təhsilini Şabran rayonu Çolquşçu kənd tam orta məktəbində davam edib. 2008-ci ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. 2010-cu ildə hərbi hissədən ehtiyata buraxılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən sonra mexanik sürücü, 2-ci tank taborunun rabitə tağımında idarəetmə manqasında baş sürücü mexanik vəzifəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fizuli döyüşlərində savaşıb. 8 oktyabr tarixində Fizuli istiqamətində şəhid olub.
Beyrək Fezullayev
Beyrək Seyfullah oğlu Fezullayev (30 aprel 1997, Baş Daşağıl, Oğuz rayonu – 4 oktyabr 2020, Füzuli və ya Cəbrayıl) — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Beyrək Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinifi davam etdirib. 2014-cü ildə həmin məktəbi bitirib. Subay idi. Beyrək Fezullayev 2015-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb.
Bibişah Zeynəb
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Ceyran (Bicar)
Ceyran (fars. جيران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ceyran (dəqiqləşdirmə)
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Ceyran (ad) — qadın adı. Aşağı Ceyran (Marağa) — Marağada kənd.
Ceyran Axundova
Zeytun
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Zeytə
Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Yuxarıda qeyd etdik ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Onda bu qənaətə gəlirik ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli, ərəb dilində «künc», «bucaq» mənasında işlənən zaviyə (>zeyvə >zeytə) sözündən əmələ gəlib. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zedsa qoyulmuşdur. Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
Zeyvə
Zeyvə — bir sıra ölkədə kənd adı: Azərbaycanda Zeyvə (Şabran) — Şabran rayonunda kənd. Zeyvə (Goranboy) — Goranboy rayonunda kənd. Zeyvə (Laçın) — Laçın rayonunda kənd. Zeyvə (Şərur) — Şərur rayonunda kənd. Zeyvə (İsmayıllı) — İsmayıllı rayonunda kənd. Kələzeyvə — İsmayıllı rayonunda kənd. Ermənistanda Böyük Zeyvə və ya Erməni-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Arataşen) Kiçik Zeyvə və ya Türk-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Taronik) Zeyvə (Qafan) — Ermənistan Respublikasının Sünik mərzində (1930–1995-ci illər aralığında Qafan rayonu tərkibində) yerləşən kənd. (indiki adı Davitbekdir) Zeyvə körpüsü — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda Gığı çayının üstündə körpü. İranda Zeyvə (Xalxal) — Ərdəbil ostanının Xalxal bölgəsində kənd. Zeyvə (Soyuqbulaq) — Zeyvə (Urmiya) — Zeyvə (Mərgavar) — Zeyvə (Germi) Türkiyədə Zeyvə (Antalya) — Antalya ilində kənd.
Xeyrə
Xeyrə — Daşkəsən və Xanlar rayonları ərazisində çay. Qoşqar çayının sol qoludur. Keçmişdə dəyirmanların hərəkətə gətirilməsi üçün istifadə edilirdi. Türk dillərində xiyrə "tutqun, bulanıq", "arıq, nazik" mənalarında işlənir. Hidronimi fars dilindəki xərə (mərmər), Xeyrə şəxs adı və "xeyir verən, bərəkətli" mənası ilə də bağlayırlar.
Baba zeytun
Bugatti Veyron
Bugatti Veyron — Bugatti firmasının, Bugatti Veyron adlananVeyron 16.4 modeli. Dünyanın ən yüksək üçüncü sürətinə (1. SSC Aeron-412 km/sa, 2. 9ff 409 km/sa) çata bilən (407 km/sa.), ən çox ikinci mühərrik gücünə sahib (1001 bg) və ən bahalı (1.5 milyon Avro) ardıcıl istehsal halındakı avtomobili. Veyron, adını, Bugatti yarış pilotu və 24 saatlıq Le Mans Yarışını 1939da qazanan Pierre Veyrondan alıb. Ferdinand Porschenin nəvəsi dövrün Volkswagen Ümumi Müdiri Ferdinand Piechin 2001 Cenevre Avtomobil Sərgisində dünyanın ən sürətli, ən güclü və ən bahalı avtomobilini çıxarmaq üzrə söz verməsiylə başlayan Bugatti Veyron proyekti, 2003-cü ildə istehsala hazır hala gəldi. Eyni il, dünyanın ən çətin yarışlarından biri Laguna Secada edilən test sürüşləri əsnasında vasitənin yoldan çıxması səbəbiylə istehsalın dayandırılmasına qərar verildi. Ferdinand Piechin 2003-cü ildə təqaüdə çıxmasının ardından, yeni Müdir Köməkçisi Bernd Pischetsrieder proyektin başına Tomas Bscheri gətirdi. Bscher, təxminən bir il içində performansı bir az daha aşağı amma testlərdə aşmayan bir Bugatti Veyron inkişaf etdirdi. 2003 və 2005 model Bugatti Veyronlar 0'dan 100 kilometrə 2,5 saniyədə çıxa bilməkdədirlər.
Ceyran Bayramova
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı (8 mart 1934, Bakı) — tarzən, Azərbaycanın xalq artisti. Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir. Bəstəkar Emin Sabitoğlunun qızıdır.
Circi Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Hayren
Hayren — orta əsr erməni poeziyasında monostrofik bərk forması. 15 hecalı dörd misradan ibarətdir. Orta əsrlərdə Ermənistanda mahnı şəklində ifa olunurdu. Rübai kimidir. Hayrenlər XIV–XVI əsrlərə aid erməni məhəbbət lirikasının zirvəsi. Bu növdə əsərlərin motiv və formaları erməni folklorundan qaynaqlanır. Hayrenlərdə bəzən Bibliya təsvirləri və motivləri istifadə olunur, lakin onlar əsl sevgi obrazına daxil edilir.
Keygen
Key generator (key-gen) ya da Açar yaradan , bir proqram tətbiqindən istifadə etmək üçün aktivləşdirmək üçün lazım olan seriya nömrəsi kimi bir məhsul lisenziyalaşdırma açarı yaradan bir kompüter proqramıdır.
Leyden
Leyden (nid. Leiden) — Niderland Krallığında şəhər. Leyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km şimalda və Amsterdam şəhərindən 40 km cənubda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur. 329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər. Qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir. Leyden elm və təhsil şəhəri kimi tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.
Seynen
Seynen (青年) — 18 yaş və yuxarı kişi auditoriyası üçün nəzərdə tutulan anime və manqa növü. Bu tip manqalar xüsusi seynen jurnallarında dərc olunur.
Zayfen
Zayfen (alm. Seifen‎) — Almaniyanın qərbində Reynland-Pfalts vilayətinin Altenkirhen bölgəsində yerləşən şəhər.
Zərənc
Zərənc— Əfqanıstan İslam Respublikasının Nimruz vilayətinin mərkəzi, qədim şəhər. İranın şərqində Əfqanıstan sırhəd-sınırını kəsən Hilmənd çayının sağ yaxasında yerləşir. Zərənc (Zərəng) adını, Hilmənd çayının Zərəh (Hamun) gölünə töküldüyü geniş sahəyə verilən yunanca Zaranqiana (Zaranqa, Zaranka) və Qədim Fars dilində Dranqiana ismindən almışdır. Kəlimənin kökəni və mənası haqqında fərqli görüş və fərziyyələr olmaqla birlikdə Qədim Farscada “dəniz, böyük göl, böyük çay”, Yeni Farscada “dağın zirvəsi” anlamına gəldiyi qeyd edilir . Zərənc Sasanilər dövründə Sistan bölgəsinin mərkəziydi və məhəlli hökmdarlar burada əyləşirdi. Zərənc və çəvrəsində Sasani hökmdarlarından II Şapur (309-379) və I Qubad (488-531) dönəmlərinə aid pullar tapılmışdır. V və VI əsrlərdə burada Sasanilərin Bizansa qarşı dəstəklədiyi Nəsturi xristianlarının bir piskoposluq mərkəzinin olduğu qeyd edilir . Xəlifə Ömər dönəmində Asım ibn Amr və Abdullah ibn Umeyr komandasındakı İslam birlikləri Sistan bölgəsinə yürüdü (644). Burada məğlub etdikləri Sasani birliklərini təqib edərək Zərənci mühasirə edincə şəhər əhalisinin istəyi üzərinə bəlli miqdardakı vergi qarşılığında barış andlaşması bağlandı. Zərənc əhalisinin andlaşmanı pozması üzündən 650-ci ildə Bəsrə valisi Abdullah ibn Amir tərəfindən Sistan fəthləriylə vəzifələndirilən Rəbi ibn Ziyad əl-Harisi Zərənci mühasirə etdi.
Zərənd
Zərənd (Farsca: زرند, Zərənd) — İranın Kirman ostanında şəhər. Öz adını daşıyan Zərənd şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 54.745 nəfərdir. Kirman şəhərinin 75 km. şimal-qərbində yerləşən şəhər öz adını daşıyan Zərənd ovasında qurulmuşdur. Şəhər və çevrəsində 22 may 2005-ci il tarixində, Rixter cədvəlinə görə 6.4 şiddətində bir zəlzələ meydana gəlmiş və 250-yə yaxın insan həyatını itirmişdir.. Marsda bir kraterə bu şəhərin adı verilmişdir.
Zərənə
Zərənə — İranın İlam ostanının Eyvan şəhristanının Zərənə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,909 nəfər və 605 ailədən ibarət idi.
Zəyərək
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.