ZEYQAN
ZEYNABDI
OBASTAN VİKİ
Zeyqəm Aslanov
Aslanov Zeyqəm Məhəmməd oğlu 1973-cü ilin iyul ayının 12-də Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi bitirmiş, 1991-ci ildə hərbi xidmətə getmişdir. Naxçıvandakı 777 saylı hərbi hissədə qulluq etmişdir. Sonra Ağdam, Goranboy, Beyləqan, Füzuli və Tərtər bölgələrində mərdliklə vuruşmuşdur. Zeyqəm Aslanov 1994-cü ilin may ayının 12-də Tərtər rayonunun Seysulan kəndində qəhrəmancasına şəhid olmuşdur. Zeyqəm düşmənin 6 tankını sıradan çıxarmış, xeyli sayda canlı qüvvələrini məhv etmişdir. Aslanov Zeyqəm Məhəmməd oğlu Azərbaycan Respublikası Prezidentinin “Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 9 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 15 yanvar 1995-ci il tarixli fərmanla “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Hazırda Zeyqəmin oxuduğu Gödəkqobu kənd tam orta məktəbi onun adını daşıyır.
зае́хать запу́таться излучи́ть каи́к ландве́р ловела́сничать перевинти́ться тупо... журна́льный ма́гма надры́вный перепи́хивание про́йда прота́пливать свободомы́слие та́инство штурмовать faithful tamping-plug выравнивание злорадство махина мышьяк политехнический своеобразный