Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zilviyə
Zilviyə — Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncənin özünəməxsus şirniyyat növlərindən biri də Zilviyədir. Eyni zamanda zilviyənin hazırlanması ərəb ölkələrində, İran və Hindistanda da geniş yayılmışdır. Bu şirniyyat ərəb ölkələrində zlabiyə, zilabiyə, İranda zulbiyə, Hindistanda isə həm də jaləbi adı ilə tanınır. Keçmişdə Zilviyə Gəncə şəhərində Novruz bayramının əsas atributlarından biri hesab olunurdu. Zilviyəni əsasən Novruz bayramına bir neçə gün qalmış bişirər və bayram axşamı süfrəyə düzərdilər. Bayram axşamı süfrəyə qoyulan hər bir şirniyyat və çərəz özündə Novruzla əlaqədar müəyyən mənanı daşıdığı kimi, ən çox sarı və qırmızı rənglərdə bişirilən dairəvi formalı zilviyələr də martın 21-də gecə ilə gündüzün bərabərliyinə işarə imiş. Özünəməxsus dadı, ətri və rəngbərəng görünüşü ilə seçilən bu qədim şirniyyat növünün hazırlanması uzun vaxt və böyük zəhmət tələb etdiyindən artıq unudulmaq üzrədir. == Tərkibi == 3 stəkan un, 10 qr maya, 1 stəkan qatıq, 2 xörək qaşığı nişasta, 3 ədəd yumurta, 1,5 stəkan şəkər tozu, 1,5 stəkan su, 1,5 stəkan bitki yağı. == Hazırlanması == Buğda unu, yumurta ağı, qatıq, nişasta və maya həmçinin şərbət üçün şəkər və su, qızartmaq üçün isə bitki yağı götürülür. Zilviyə üçün 1 stəkan una 10 qr maya və ilıq su qatılmaqla xəmir yoğrulur.
Ziviyə
Ziviyə dəfinəsi — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. ‎Ziviyə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Ziviyə (Qürvə)
Ziviyə (fars. زيويه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 291 nəfər yaşayır (67 ailə). Əhalisini kürdlər təşkil edir.
Ziviyə dəfinəsi
Ziviyə — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. Ziviyə abidələri daha çox buradan tapılan dəfinə ilə məşhurlaşmışdır. Dəfinə, Saqqız yaxınlığında Ziviyə kəndinin sakinləri tərəfindən aşkarlanmışdır. R.Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü saka sözündən törəmişdir. Ziviyə kəndinin adı II Sarqonun və Aşşurbanipalın kitabələrində Zibia-İzzibia-Uzbia kimi qeyd edilmişdir. R.Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə Zibia, görünür əhalinin yaşadığı yer – yaşayış yeri yox, daha mühüm yaşayış yerinə gedən yolu kəsən və ancaq qoşun yerləşdirilən adi istehkam məntəqəsi olmuşdur. Ziviyə dəfinəsi əşyaları e.ə. IX-VII əsrlərə aid edilir. Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviyə dəfinəsinin skif üslublu qızıl əşyalarını B.B.Piotrovski e.ə. VII əsrin sonlarına aid edir.
Silviya
Silviya — ad. Silviya Popoviç — Serbiya voleybolçusu. Silviya Plat — Amerikalı şair və yazıçı. Silviya Rayt — futbolçu.DigərSilviya (park) — Qatçina muzey-qoruğunun tərkibinə daxil olan park.
Zaviyə
Zaviyə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 6,141 nəfər və 1,624 ailədən ibarət idi.
Zəviyə
Zaviyə
Silviya (park)
Silviya — Qatçina da (Leninqrad vilayəti ) yerləşən Qatçina muzey-qoruğu nun tərkibinə daxil olan park . "Silviya" adı öz mənşəyini latıncadan meşə mənasını verən "silvia" sözündən götürmüşdür. Həmçinin bu parkın adını knyaz I Pavel in öz xanımı Mariya Fyodorovna ilə birgə səyahətə çıxaraq 1782 -ci ilin 10-12 iyun tarixlərində Fransanın məşhur aristokrat iqamətgahlarından biri olan Şantiyi də eyniadlı parkın adından götürməsi ilə əlaqələndirirlər. Qatçinada yerləşən Silviya parkı 1792 -1800 -cü illərdə memar Vinçenso Brenn və bağban C. Hekket tərəfindən yaradılmışdır. Parkın ərazisi 17,5 hektara yaxındır. O Saray parkının sol sahilində, Böyük Qatçina sarayının şimal-qərbində yerləşir. Şəhər tərəfdən parkın sərhədləri Qırmızı Ordu prospektinin içərisindən keçir. Bu sərhəddə XIX əsrin sonlarında qarovulxana üçün Qara darvazalarla birlikdə kərpicdən hasar çəkilmişdir. Analoji olaraq digər qarovulxanalar parkın digər iki girişində - Silviya və Kaskad darvazalarında qoyulmuşdur. Saray parkı tərəfdən Silviya parkını Silviya darvazaları ilə birlikdə boş daş divar ayırır.
Silviya Artola
Silviya Del Sokorro Artola Artola (5 aprel 1985) — Nikaraqualı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Nikaraquanı təmsil edir. Silviya Artola dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Silviya Bosurqi
Silviya Bosurqi (17 aprel 1979, Messina, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Silviya Braun
Silviya Braun (ing. Sylvia Browne) - amerikalı ekstrasens medium, hipnoterapist və yazıçıdır. == Həyatı == Yəhudi bir ata və protestant bir ananın qızıdır, ancaq özünə qabiliyyətinin nənəsindən (ana tərəf) Ada Kolendən keçdiyini deyir (nənəsi də ekstrasensdir). Anasının bu mövzuları bir "axmaqlıq" olaraq adlandırmasından ötrü nənəsi ilə daha yaxın olmuşdur. Özü reinkarnasiyaya inanır və hər kəsin əslində özündən aslı bir ruhani rəhbəru olduğunu, qabiliyyətli olaraq adlandırılan insanların digər insanlardan tək fərqinin öz ruhani rəhbərləri ilə əlaqə qura bilmələri olduğunu diqqətə çatdırır. O biri dünyada həyat adlı kitabı o biri dünya həyatı ilə əlaqəli ən çox oxunan kitablardan biri olmuşdur.
Silviya Didon
Silviya Didon (31 avqust 1979) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Didon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Silviya Didone
Silviya Didon (31 avqust 1979) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Didon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Silviya Freşet
Silviya Freşet (27 iyun 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Silviya Freşet Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Silviya Freşet Olimpiadanın gümüş medalına sahib olub.
Silviya Gregorini
Silviya Gregorini (18 fevral 1983) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Gregorini İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Silviya Nazar
Silviya Nazar (alm. Sylvia Nasar‎; 17 avqust 1947, Rozenxaym, İşğal Almaniyası) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir. == Həyatı == 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində dünyaya gəlmişdir. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır. Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur. Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur.
Silviya Plat
Silviya Plat (ing. Sylvia Plath; 27 oktyabr 1932[…], Boston – 11 fevral 1963[…], London) — amerika şairi, yazıçısı. == Həyatı == 1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar.
Silviya Popoviç
Silviya Popoviç (15 mart 1986, Nikşiç) — Serbiya voleybolçusu.
Silviya Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Zülfiyə Kamalova
Zülfiyə Kamalova (tatar. Зөлфия Нәсип кызы Камалова 8 avqust 1969, Sarapul[d], Udmurtiya MSSR[d]) — Tatar mənşəli Sovet və Avstraliya müğənnisi. Dünya musiqisi üslubunda çoxsaylı musiqi müsabiqələrinin qalibi. Avstraliyanın "İlin müğənnisi 2001" müsabiqəsində "Dünya musiqisi-2002" janrının ən yaxşı ifaçısı. == Bioqrafiyası == Zülfiyə Kamalova Sarapulda (Udmurtiya) 8 avqust 1969-cu ildə anadan olmuşdur. 9 yaşında musiqi ilə maraqlanmağa başlayır. Orta məktəbi bitirdikdən sonra Perm Universitetinin Xarici Dillər fakültəsinə daxil olur. 1991-ci ildə tələbə mübadiləsindən sonra Kaliforniyaya (ABŞ) yola düşür. Orada bir avstraliyalı ilə evlənir. Birlikdə Avstraliyaya köçür.
Qüvayi-milliyə
Qüvayi-milliyə (osm. قواى مليه ; hərf. "Milli Qüvvələr" və ya "Milliyyətçi Qüvvələr") – Türkiyə Qurtuluş Savaşının erkən dövründə fəaliyyət göstərən nizamsız türk milis qüvvələri. Bu qüvvələr Mudros barışıq müqaviləsinə uyğun olaraq Türkiyənin bəzi hissələri Müttəfiq qüvvələr tərəfindən işğal edildikdən sonra ortaya çıxdı. Daha sonra Qüvayi-milliyə Böyük Millət Məclisinin nizami ordusuna (Qüvayi-Nizamiyə) birləşdirildi. Bəzi tarixçilər Türkiyə Qurtuluş Savaşının bu dövrünü (1918–20) "Qüvayi-milliyə mərhələsi" adlandırırlar. == Tarixi == Mudros barışıq müqaviləsində Osmanlı İmperiyası müttəfiqlər arasında bölündü, burada Yunanlar qərbi, ingilislər paytaxtı və cənub-şərqi, italyanlar və fransızlar ölkənin cənubunu işğal etdilər. Anadolu və Rumelidə türklərin və müsəlmanların hüquqlarını müdafiə edən ilk silahlı dəstələr Qüvayi-milliyə idi. Qüvayi-milliyə Osmanlı ordusunun fərari zabitləri və milislərindən ibarət idi. Yunanlar İzmiri işğal etdikləri zaman Qüvay-milliyə fəallaşdı.
Zaviyə mədrəsəsi
Zaviyə mədrəsəsi — Naxçıvan şəhərində bu günə qədər salamat vəziyyətdə gəlib çatan orta əsr təhsil mərkəzlərindən Zaviyə-mədrəsə binası nəinki Naxçıvan şəhərinin, ümumiyyətlə bölgə əhalisinin təhsilində mühüm rol oynamışdır. == Yerləşdiyi ərazi və toponimin izahı == Bu təhsil mərkəzi hazırda şəhərin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində yerləşir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını verən “zaviyə” orta əsrlər zamanı müsəlman Şərqində fəaliyyət göstərən sufı təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar. == Memarlıq quruluşu == Zaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 metr hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi 212 m²-dir. Binanın divarlarının qalınlığı 0,9 - 1,5 metr arasında dəyişsə də əsas qalınlıq 90 sm-dir.
Zaviyə məscidi
Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi. == Tarixi == Ərəbcə guşə, künc, bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarmdan biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarma müridlər toplayaraq öz ideyalarmı yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian ra- hiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarmı da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufı qardaşlıqları ardıcıllarmm məskənlərinin adlarmdan biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufı təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar.
Zəviyə (Həştrud)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (18 ailə).
Zəviyə (Kəleybər)
Zəviyə (fars. زاويه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (11 ailə).
Oliviye Boskali
Oliviye Maksim Boskali (18 noyabr 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Boskali Nitsa klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 25 aprel 2015-ci ildə Renn klubuna qarşı oyunda etmişdir. O, 84 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Nitsa Rennə 2-1 hesabı ilə məğlub olmuşdur. Boskali klubda ilk qolunu 18 dekabr 2015-ci ildə Monpelye klubuna qarşı oyunda vurmuş və komandası 1-0 hesabı ilə qələbə qazanmışdır. Beləliklə Boskali 2015-16 Liqa 1 mövsümündə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Milli karyerası == Boskali Monakoda anadan olmuşdur. Monako milli futbol komandası UEFA və FİFA-ya üzv olmadığı üçün Boskali Fransa millisini təmsil etmək qərarına gəlmişdir. Fransanın U-17, U-18, U-19 və U-20 gənclər millilərində çıxış etmişdir.
Oliviye salatı
Paytaxt salatı (rus. Столичный салат) — xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır. Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə "huzarensalade" (hussar salatı) kimi tanınır. Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır. Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir. == Tarixi == Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus. Столичный) adı altında təqdim etməyə başlamışdır. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın Paytaxt salatı adı ilə daha da populyarlaşmasına kömək etmişdir.