Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zuid-Beveland
Zuid-Beveland (nid. Zuid-Beveland) — Niderlandiyanın cənub-qərbində yerləşən yarımada. == Coğrafiyası == Niderlandın Zelandiya vilayəti ərazisində yerləşən, Şimal dənizi suları ilə yuyulan yarımada. Yarımadanln sahəsi 344,33 km² təşkil edir. == Əhali və iqtisadiyyat == Yarımadada 92 081 nəfər (2006) yaşayır. İnzibati cəhətdən Bosele (22 311 nəfər), Qus (36 616 nəfər), Kapelle (11 611 nəfər) və Reymersval (20 952 nəfər) icmalarına bölünmüşdür. Yarımadanın mərkəzi Qus şəhəridir. Qərbi Şeld sahillərində atom ekektik stansiyası olan Borseel yerləşir.
Nui
Nui (ing. Nui) — Tualuya daxil olan atollardan və inzibati vahidlərdən biridir. == Coğrafiya == 21 adadan ibarətdir: Fenua-Tapu (ən irisi, 1,38 km²), Meanq, Matupuakaka, Pakantou, Piliavieve, Ponqalei, Talalolae, Tokinivae, Unimai və 12 kiçik adacıq. == Tarixi == Yerli əfsanəyə görə Nui adasının sakinləri Gilbert adalarından gəlmişlər. Avropalılardan isə ilk olaraq ispan səyyahı Alvaro de Mendana de Neyra adaya ayaq basmışdır. 1568-ci ildə adada olan səyyah atolu İsa adası (isp. Isla de Jesús) olaraq adlandırır. == Əhali == 2002-ci ildə Nui adasının əhalisi 548 nəfər təşkil etmişdir.Yerli əhali kiribati və tualu dillərindən istifadə edirlər.
Oui
Oui (fr. hə) həmçinin digər mənalarda işlənir: == Digər mənaları == === Coğrafiyada === Oui, Burkina Faso, şimali Burkinada bir kənd. === Kitablar və jurnallar === Oui, René Lévesque tərəfindən, 1980 Oui, Marc-Edouard Nabe tərəfindən, 1998 Oui: Salvador Dali və Robert Descharnes tərəfindən Paranoidal-tənqidi Revalusiya(1971) Oui, Alman romanının Thomas Bernhard tərəfindən 1978-ci ildə yazılmış Fransızca tərcüməsi Oui, bir kişi jurnalı === Film və radio === Oui (film), 1996-cı ildə çəkilmiş Fransız filmi. Ouï FM, Fransız radiostansiyası === Musiqi,albomlar === Oui, dəniz və tort qrupu tərəfindən 2000-ci ildə yaradılan bir albom Oui, Pierre de Bethmann (fr) tərəfindən 2007-ci ildə yaradılan caz albomu Oui, Enzo Enzo (fr) tərəfindən 1997-ci ildə yaradılan uşaq albomu Oui, Avant-Garde á Chance,Skyclad tərəfindən bir albom(1997) Oui Oui, Si Si, Ja Ja, Da Da, 2012-ci il Madness tərəfindən yaradılan bir albom === Mahnılar === "Oui", Ceremi tərəfindən yaradılıb (2015-ci ildə) "Oui", Stéphane Grappelli və Django Reinhardt yaradıblar.Alix Combelle və Louis Gasté isə mahnının bəstəkarlarıdırlar. "Oui", Charles Aznavour tərəfindən yaradılıb "Oui", Pierre d'Aragon və Claude Nicolas yaradıb "Oui", Zazie tərəfindən, (2004) "Oui mais...
Sui
Sui — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əhalisi təxm 120 min nəfərdir.İndus çayından 25 km uzaqlıqdadır
Tui
Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir. Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir.
Uzi
Uzi (ivr. ‏עוזי‏‎) — İsrail Hərbi Sənayesi (İHS) tərəfindən istehsal edilən avtomatik silah nəsilidir. Uzi adı silahın yaradıcısı Uziel Qal dan götürülüb.
Yui
Yui (müğənni) — müğənni. Yui (şəhər) — şəhər. Yui (stansiya) — stansiya.
Zoi
Zoi — ad. Zoi Ştraub — Avstriya müğənnisi, söz yazarı və aktrisası. Zoi Saqq — britaniyalı vloqçu.
Fenq Şui
Fenq Şui (Hava və Külək) – təbiətdə olan enerjini, yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi. Fenq Şui köhnə bir Çin yaşayış tətbiqi olub, ətrafla uyğunlaşmasını təmin etməyə istiqamətli, kosmosda məkanın nizamını etməyə istiqamətli bir tətbiqdir. Bu terminin qaynağının "küləklərin vəhşi / Günəş ilıq / Su ay / Ağaclar gur" şeirindən gəldiyinə inanılır. Beş min illik keçmişi olan Fenq Şui təliminin, insanın yaranma xüsusiyyətlərinə uyğun həyat sahələrini tənzimləmə üsulu olduğuna və beləcə daha sağlam yaşanılıb, xoşbəxt əlaqələr qurulacağına, fərdi inkişafdan kariyeramızı inkişaf etdirib qazanc artımına yaxşı təsir etməsinə inanılır. Fenq Şui coğrafi, dini, fəlsəfi, riyazi və ideoloji fikirlərin bir qarışığını ehtiva edən ayrı bir Çin inanc sistemidir. Ancaq bir din ya da təriqət deyil. Bir yerin "yaxşı bir fenq şui" yə sahib olması oranın təbiətlə harmoniya içində olması, "pis bir fenq şui" yə sahib olması isə oranın təbiətlə uyğunlaşmasız olmasıdır. Fenq Şui bir dekorasiya stili deyil. Daha çox ana xəttləri bir çox dekorasiya stili ilə uyğun bir intizamdır. İnsanlar ümumiyyətlə yaxşı bir fenq şuiyə sahib və ya sahib deyil deyə açəqlamazlar.
II Lui
II Layoş, həmçinin II Lüdovik və Lüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda – 29 avqust 1526) — Macarıstan, Bohemiya krallığı və Xorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral. II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır.
Lui Altüsser
Lui Pyer Altüsser (fr. Louis Pierre Althusser; 16 oktyabr 1918[…], Bir-Murad-Rays, Fransa Əlcəzairi[d][…] – 22 oktyabr 1990[…]) — fransız neo-marksist filosofu, Qərbi marksizminin ən təsirli nümayəndələrindən biri, strukturist marksizmin yaradıcısı, Fransa Kommunist Partiyasının üzvü (1948-1980), Ali Normal Məktəbinin (Paris) professoru. Altüsserin işi Marksist ənənə ilə qitə fəlsəfəsi və sosial elmlərin bir sıra sahələrinin kəsişməsində idi. Altüsserin populyarlığı 1960 və 1970-ci illərdə, əsas əsərləri olan "Marks üçün və Oxu Kapitalı" nəşr olunduqda zirvəyə çatdı. 1960-cı illərin əvvəllərində Fransız neo-marksizminin ümumi yüksəlişi fonunda, Altüsser, Fransa elm epistemologiyası, strukturalizm, Spinozizm və psixoanaliz ənənələrinə əsaslanaraq Marksın əsərlərinin yeni bir şərhini təklif etdi. Althusserin nəzəri antihumanizm, epistemoloji qırılma, tarixin “mövzusuz bir proses” kimi düşünülməsi, həddindən artıq təyini və nəzəri təcrübəsi bütün dünyada geniş müzakirə olunurdu. O vaxt Altüsser Fransa Kommunist Partiyasının aparıcı nəzəriyyəçisi idi və ictimai və siyasi müzakirələrdə fəal iştirak edirdi. Filosof əvvəlki baxışlarını davamlı olaraq düzəltdi və sonrakı bir dövrdə post-strukturist hərəkata yaxınlaşdı. Altüsserin bioqrafiyası faciəlidir. Müstəmləkə Cezayirdə bir Fransız köçkün ailəsindən gəlmiş, İkinci Dünya Müharibəsi əsnasında beş il əsir düşərgəsində keçirdi.
Lui Anketen
Lui Anketen (fr. Louis Anquetin, 26 yanvar 1861[…], Etrepanyi[d] – 19 avqust 1932[…], Paris) — fransız rəssam və sənətşünas, rəssamlıqda sintetizm sənətinin qurucularından biri. == Bioqrafiya == 1881-ci ildə Lui Anketen Parisə gəldi və Leon Bonnın sənət studiyasında oxudu. Burada Anri de Tuluz-Lotreklə tanış olub, daha sonra uzun illər dostlaq əlaqəsi qurdular. Bonn studiyası bağlandığından sonra dostlar Atelyer Kormonun sinfinə daxil oldular. Sinifdə Lui Anketen ən perspektivli tələbə sayılırdı. 1887-ci ildə Vinsent van Qoq, Anketen və Emil Benardın heyranlığına səbəb olan Parisdə Tamburin kafesində Yapon qrafika kolleksiyasını qurdu və sonra onları rəngkarlıqda yeni bir meyl inkişaf etdirməyə təşviq etdi və daha sonra kluazonizme çevrildi. 1894-cü ildə Anketen və Tuluz-Lotrek Hollandiya klassik rəsmini öyrənmək üçün Belçika və Hollandiyaya yola düşmüşdülər. == Ədəbiyyyat == Émile Bernard, "Louis Anquetin", L'Art et les Artistes, 1933. Frédéric Destrémau, Louis Anquetin le retour au métier, DEA de l'Université Paris I, 1990.
Lui Araqon
Lui Araqon (3 oktyabr 1897[…], Parisin XVI dairəsi[d] – 24 dekabr 1982[…], Parisin 7-ci dairəsi[d], Fransa) — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (1914–18) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (1934–51), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir.
Lui Armstronq
Lui Armstronq (ing. Louis Armstrong, Louis Daniel Armstrong; 4 avqust 1901, Nyu-Orlean, Luiziana – 6 iyul 1971, Nyu-York, Nyu-York ştatı) — ABŞ zənci trubaçalanı, bəstəkar, XX əsrin ən məşhur caz ustalarından biri hesab edilir. == Həyatı və fəaliyyəti == Lui Armstronq çətin və yoxsul uşaqlıq dövrü keçirmişdir. Əvvəlcə truba ifaçısı, karyerasının sonlarına yaxın isə vokalçı olaraq tanınmışdır. Caz sənətinin görkəmli nümayəndələrindəndir. 1922-ci ildə Co Oliver onu Kreol caz orkestrində çıxış etmək üçün Çikaqoya dəvət etmişdir. 1924-cü ildə Lui Nyu-Yorkda F. Hendersonun caz orkestrində trubaçalan, sonra isə müğənni kimi fəaliyyət göstərmişdir. 1925-ci ildə Çikaqoya qayıtmış, qrammofon valları yazdırmaqla məşğul olmuşdur. O, zəngin ritm elementləri və tembr çalarları, melodiyanın improvizasiya xarakterli şərhi ilə səciyyələnən orijinal ifaçılıq üslubu yaratmışdır. 1944-cü ildə Lui Metropoliten-opera -da keçirilən birinci caz konsertində iştirak etmişdir.
Lui Barri
Lui Barri (d. 21 iyun 2003, Birminhem, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Aston Villa" klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Şəxsi həyatı == Barri Satton Koldfild bölgəsində anadan olmuşdur. Valideynləri isə İrlandiya vətəndaşlarıdır. == Klub karyerası == === Barselona === Barri on il "Vest Bromviç Albion" klubunda çıxış etdikdən sonra 2019-cu ilin iyul ayında "Barselona" ilə üç illik müqavilə imzalamışdır. Daha əvvəl oyunçu "Pari Sen-Jermen" klubunda çıxış etməyə yaxın olmuşdur.2019-cu ilin sentyabr ayında "Vest Bromviç Albion" klubu lazım olan təzminatı almadıqlarını iddia edərək, "Barselona" haqqında FİFA-ya müraciət edəcəyini açıqlamışdır. "Barselona" klubu isə buna etiraz etmiş, "Vest Bromviç Albion" ilə olan transfer anlaşmasında heç bir səhvin olmadığını bildirmiş və FİFA-nın qərarını gözləyəcələrini açıqlamışdır. === Aston Villa === 2020-ci ilin yanvar ayında Barri "Aston Villa" klubu ilə 880,000 avro qarşılığında müqavilə imzalamışdır. Midlands klubu tərəfindən transferi açıqlandıqdan bir müddət sonra 23 yanvar 2020-ci ildə oyunçu U-23 komandasında debüt etmişdir. O, Kardiff klubuna qarşı oyunda bərabərlik qolunu vurmuş və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Lui Brayl
Lui Brayl (fr. Louis Braille; 4 yanvar 1809[…] – 6 yanvar 1852[…], Paris, Sena[d], Fransa) — gözdən əlillər üçün dünya miqyasında istifadə olunan Brayl əlifbasının yaradıcısıdır. Bu əlifbayla birdən altıya qədər olan xanalar vasitəsi ilə gözdən əlilər həm yaza, həm də oxuya bilərlər. Əlifba Asiya xalqlarının əlifbalarından başqa, dünyada olan bütün əlifbalara tətbiq etilmişdir. Lui Braylın özüdə gözdən əlil olmuşdur. == Həyatı == Lui Brayl Paris yaxınlığında yerləşən Kopvrey kəndində anadan olmuşdur. Uşaqlıq dövrünün böyük bir qismi Lisle şəhərində keçmişdir. Atası Simon Rene Brayl sərraclıqla məşğul olurdu. Üç yaşı olanda atasının yataq otaqında, sərrac iynəsi ilə sol gözünü zədələmişdir. Bu hadisə zamanla sol gözünün kor olmasına səbəb oldu.
Lui Dager
Lui Jak Mande Dager (fr. Louis Jacques Mandé Daguerre, Dagerr yazılışına da rast gəlinir; 18 noyabr 1787[…], Kormey-an-Parizi, Fransa metropoliyası – 10 iyul 1851[…], Bri-syur-Marn) — fransız rəssamı, kimyaçı və ixtiraçısı, daqerotipiya fotoqrafiya üsulunun yaradıcılarından biri. == Ədəbiyyat == Сочинение Дагера: Historique et description des precedes du daguerreotype et du diorama. P., 1839. Евгенов С.В., Дагер, Ньепс, Тальбот. Популярный очерк об изобретателях фотографии, М., 1938; Документы по истории изобретения фотографии. Переписка Ж.Н. Ньепса, Ж.М. Дагера и др. лиц, М., 1949.
Lui Davu
Lui Nicolas Davu (10 may 1770[…] – 1 iyun 1823[…], Paris) - “dəmir marşal” ləqəbinə sahib olan bu fransız marşalı Napoleon Bonapartın sərkərdəsi olmuş, və Fransa tarixində Napoleonun heç bir döyüşdə məğlub olmayan yeganə marşalı kimi tarixə düşmüşdü. == Həyatı == 1770-ci ildə anadan olan Lui Davu Napoleonla birgə Briensk hərbi məktəbində təhsil almışdı. General-mayor Davu 1798-1801-ci illərdə Napoleonun Misirə olan yürüşündə iştirak etmişdi. Süvari dəstələrinin başçısı olan Davu xüsusilə 1799-cu il Əbukir döyüşündə fərqlənir. Həmin döyüşdə Napoleonun 7 minlik ordusu Mustafa Paşanın rəhbərlik etdiyi 15 minlik türk ordusu darmadağın etmişdi. Bu ekspedisiyadan sonra Davu Napoleonun yaxın çevrəsinə daxil olur və 1800-1801-ci illər arasında Napoleonun İtaliya ordusunun süvari dəstələrinin başçısı olur. 1804-cü ildə Davu ən yüksək hərbi vəzifəyə layiq görülür- o Fransanın marşalı adını alır və Napoleonun məsləhətçilərindən biri olur. 2 dekabr 1805-ci ildə Auserlits yaxınlığında baş verən və tarixə “Üç imperatorun döyüşü” kimi düşən döyüşdə Napoleonun hərbi dəstələri Rus-Avstriya birləşməsini darmadağın edir. 1806-cı il də “dəmir marşal” üçün uğurlu olur. Güclü Prusiyaya qarşı Auerştedst yaxınlığındakı döyüşdəki parlaq qələbədən sonra imperator Napoleon ona ordenlərlə yanaşı Auerştedstın hersoqu vəzifəsinə təyin etmişdi.
Lui Ruselye
Lui Teofil Mari Ruselye (fr. Louis-Théophile Marie Rousselet) - Fransız səyyah, fotoqraf və arxeoloq. Ruselye XIX əsrin ortalarında Hindistana etmiş olduğu səfərlər və orada gördükləri ilə bağlı yazdığı xatirələrlə daha çox tanınmışdır. Fotoqrafiya sənətində mühüm dönüş nöqtələrindən biri kimi qəbul edilmiş qaranlıq otağın əsas yaradıcılarından və ilk istifadəçilərindən sayılır. Ruselye tərəfindən çəkilmiş fotoqrafiya nümunələrinin bir çoxu bu gün də yüksək dəyərə və maddi qiymətə sahibdir. Bir çox fotosu dövrünün tanınmış ədəbi və mədəni jurnalları tərəfindən qravür halına salınmış və istifadə olunmuşdur. == Həyatı == Lui Ruselye 1845-ci ildə Fransanın cənubunda yerləşən Perpignan şəhərində anadan olmuşdur. Atası karqo yüklərinin daşınması ilə məşğul olan varlı bir ticarətçi idi. Parisdə ilkin təhsilini aldıqdan sonra Almaniyanın Heydelberq şəhərində yerləşən Heydelberq Universitetinə yollanmışdır. Fotoqrafiya sənəti ilə maraqlanan Ruselye qısa zamanda Parislə bağlı müxtəlif fotoların çəkilməsinə nail olmuşdur.
Lui Rüşonne
Lui Rüşonne (fr. Antoine Louis John Ruchonnet, 28 aprel 1834-ci il — 14 sentyabr 1893-cü il) — İsveçrə dövlət xadimi. 1845-ci ildə katolik və protestant kantonlar arasında bir vətəndaş müharibəsi (Sonderbundskrieg) baş verdi. O zamanlar hökumətdə olan Radikal Partiyanın yaymağa çalışdığı daha unitar bir İsveçrə fikirindən xoşlanmayan katoliklər Sonderbund adını verdikləri xüsusi bir andlaşma ortaya çıxardılar. Radikalların da bu andlaşmağa qarşı çıxması üzərinə ortaya çıxan döyüş bir aydan az sürdü və təxminən yüz itki verildi. Kiçik qiyamları saymasaq bu vuruşma, İsveçrə torpaqlarında yaşanan son silahlı qarşıdurma idi. Vətəndaş müharibəsidən sonra İsveçrə referendum tətbiqinə keçdi və 1849-cu ildə federal konstitusiya qəbul edildi. Bu konstitusiya ilə mərkəzi nüfuz qurulur və kantonlar yerli mövzularda öz özlərini idarə edə bilirdilər. Əhali artımı, Sənaye İnqilabı və tək pul vahidi istifadə edilməsi səbəbiylə 1872-ci ildə bu konstitusiya əhəmiyyətli nisbətdə düzəldilmişdir. Bu konstitusiyayla müdafiə etmə, ticarət və qanuni mövzularda federal məsuliyyət də təşkil edilmişdi.
Lui Şevrole
Lui Şevrole (Louis Chevrolet; 25 dekabr 1878, La-Şo-de-Fon – 6 iyun 1941, Detroyt, Miçiqan) — Chevrolet Motor Car şirkətinin banisi. == Həyatı == Lui Şevrole 1878-ci ildə İsveçrənin La Şo-de-Fo qəsəbəsində doğulub. Mürəkkəb mexanizmlərə meylliliyi o, öz saatsaz atasından irsən almışdır. Lui uşaqlıqda həmişə əşyaların necə işlədiyini öyrənmək və işinin yaxşılaşdırılması üçün o, həmişə müxtəlif əşyaları sökərdi. İkinci həvəsi – sürəti – o, 11 yaşında velosipedlərin təmiri üzrə emalatxanada işləyəndə aşkar etdi. Başqaları kimi, Luinin də təpədən aşağı sürətlə enəndə keçirdiyi o həyəcan, onun qəlbində həmişəlik dərin bir iz saxladı. Lakin çoxumuzdan fərqli olaraq, bundan sonra o, velosipedlərin daha böyük sürət yaratması üzərində fikirləşməyə başladı. Lui velosiped yarışları ilə məşğul olmağa başladı: o velosiped düzəldir və yarışlarda iştirak edirdi. O, yarışlarda qazandığı bütün pul mükafatlarını 6 bacı və qardaşlarının saxlanılmasına sərf edirdi. Super-ulduz yarışcı 1901-ci ildə Lui Nyu-Yorka köçdü və avtomobillərin istehsalı üzrə ən iri şirkət olan Dion-Butonda mühəndis-mexanik vəzifəsinə düzəldi.
Lui Fişer
Lui Fişer (ing. Louis Fischer; 29 fevral 1896, Filadelfiya, Pensilvaniya – 15 yanvar 1970, Prinstom, Nyu Cersi) — ABŞ tarixçisi, jurnalisti və publisisti. 1923–1937-ci illərdə müxtəlif ABŞ və Birləşmiş Krallıq qəzetlərinin Moskva təmsilçisi olmuşdu. SSRİ haqqında çoxsaylı kitabların, o cümlədən Lenin və Stalinin bioqrafiyalarının müəllifidir. 1965-ci ildə Tarix və Bioqrafiya üzrə Milli Kitab Mükafatını qazanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Wolf, Markus. Die Troika: Geschichte eines Nichtgedrehten Films [The Troika: The Story of a Non-Made Film] (alman). Aufbau-Verlag. January 1, 1989. ISBN 978-3546498395.
Lui Larte
Lui Larte (fr. Louis Lartet; 18 dekabr 1840 – avqust 1899) — fransız arxeoloqu və Kromanyonların qalıqlarını aşkar etmiş paleontoloq. == Həyatı == Lui Larte geoloq ailəsində anadan olmuşdur. Fələstin ərazisində arxeoloji qazıntılarda iştirak etmiş, tədqiqatlarının nəticələrinə görə alimlik dərəcəsi almışdır. 1868-ci ildə o, Fransanın Akvitaniya regionunda Dordon çayı sahillərində yerləşən Le-Ezi-Tayak-Sirey şəhərində yol tikintisi işləri aparılarkən aşkar edilmiş Kro-Manyondakı qayalıq ərazidə arxeoloji qazıntılar aparmışdır. Qazıntılar zamanı o, əvvəllər aşkar edilən neandertaldan kəskin şəkildə fərqlənən insan skeletinin qalıqlarını tapmışdır. Lui Larte müasir insanların əcdadı olan və tarixəqədərki dövrdə yaşamış bu insan qalıqlarını Kromanyon adlandırmış və onu təsvir etmişdir. Sonralar o, Tuluzada geologiya elmi üzrə professor olmuşdu. == Əsərləri == Verneuil H. de & Lartet L. (1863).- "Sur le calcaire à Lychnus des environs de Segura (Aragon)". Bulletin de la Société Géologique de France, (2), XX, p.
Lui Lümyer
Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[…], Bezanson – 6 iyun 1948[…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. == Həyatı == Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi.
Lui Maqales
Lui Maqales (d. 1958; Portuqaliya) — Portuqaliyalı basketbol məşqçisi. Hal hazırda Anqola Milli Basketbol Komandasını hazırlayır. 2009-cu ildən komandada məşqçi olan Luiz, FİBA Afrika Çempionatından komandası ilə qızıl medala sahib olmuşdur. Portuqaliya liqində 3 fərqli komanda çalışdırıb. 2000-2003 illərində Portuqal Telekom, 2003-2004 ilində Porto FK, 2006-2007 illərində Ovarense komandasını, 2008-ci ildə Anqolaya gedərək Desportivo Primeiro Aqosto klubunu çalışdırıb. 2009-2010-cu ildə komandası ilə liqa çempionluğu əldə edib. 2012-ci ilin noyabr ayında Anqolanın Recreativo do Libolo komandasında məşqçi olub.
Lui Massinon
Lui Massinyon (fr. Louis Massignon; 25 iyul 1883[…], Nojan-sür-Marn – 31 oktyabr 1962[…], Paris) — fransız şərqşünası və ərəbşünası. == Həyatı == Lui Massinyon 25 iyul 1883-cü ildə Parisin şimalındakı Nogentsur-Marneda doğulmuşdu. Atası rəssam və heykəltaraş Fernard Massinyon, anası Mariya née Hovyndir. İlk dini təhsilini anasından aldı. Parisdə Lui le Grad Litseyindəki şagirdliyi sırasında şərqşünas Henri Masperonun təsiriylə Şərq dil, din və mədəniyətlərinə maraq duymağa başladı. 1900-cü ildə litseydən məzun oldu. Ali təhsilini aldığı Paris École des Hautes Étudesdə Fransız ədəbiyatı, tarix, arxeologiya öyrəndi və Sanskrit dilinə yiyələndi. Sorbonn universiteti illərində yaxın yoldaşlarından biri Ernest Renanın bacısı oğlu Ernest Psichariydi. 1904-cü ildə Həsən əl-Vəzzan (Afrikalı Leon) üzərinə apardığı, "Tableau géographique du Maroc dans les 15 premières anneés du XVIe siècle, daprès Léon lAfricain" adlı çalışmasını tamamlayaraq universitet diplomu aldı.
Mirzə Mahmud Züi
Züi Mirzə Mahmud — XIX əsr Şamaxı şairlərindən biri, "Beyt üs-Səfa" şeir məclisinin üzvü idi.
Züi Mirzə Mahmud
Züi Mirzə Mahmud — XIX əsr Şamaxı şairlərindən biri, "Beyt üs-Səfa" şeir məclisinin üzvü idi.
Büi
Büi (fr. Buhy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — . Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Rüi
Rüi və ya Rüi-Monso (fr. Ruy-Montceau) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. 4 avqust 2015-ci ildə kommunanın adı Ryuydan Ryuy-Monsoya dəyişilmişdir. INSEE kodu — 38348. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 244 ilə 505 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Züy
Züy — Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə.