II Lui

II Layoş, həmçinin II LüdovikLüdviq Yagellon (mac. Lajos, çex. Ludvík Jagellonský, xorv. Ludvík II. Jagelović; 1 iyul 1506, Buda29 avqust 1526) — Macarıstan, Bohemiya krallığıXorvatiyaya 1516-1526-cı illərdə rəhbərlik etmiş macar əsilli kral.

II Layoş
mac. Lajos
çex. Ludvík Jagellonský
xorv. Ludvík II. Jagelović
13 mart 1516 – 29 avqust 1526
ƏvvəlkiII Vladislav
SonrakıI Ferdinand
Yanoş Zapolyai
bayraq
Çexiya kralı
13 mart 1516 – 29 avqust 1526
ƏvvəlkiII Vladislav
SonrakıI Ferdinand
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sekeşfexervar, Macarıstan krallığı
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Moxaç
Vəfat səbəbi boğulma
Dəfn yeri
  • Sekeşfexervar kafedralı[d]
Fəaliyyəti siyasətçi, monarx
Atası II Vladislav
Anası Anna Kandale
Həyat yoldaşı Avstriyalı Mariya
Dini Katolik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Layoş 1506-cı ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası kral II Vladislavın 1516-cı ildə vəfat etməsindən sonra taxta çıxmışdır. Hakimiyyətini gücləndirmək üçün Habsburq kraliçası Mariya Habsburq ilə evlənmişdir. Layoş gənclik dövründə Müqəddəs Roma imperiyasının imperatoru I Maksimilian ilə tez-tez görüşüb müxtəlif mövzulu söhbətlər aparmışdır. Osmanlı imperiyasının artan gücünü qəbul etmək istəməyən II Layoş Sultan Süleyman Qanuni tərəfindən qoyulan vergiləri ödəməkdən imtina etmişdir. Aparılan danışıqlardan sonra bir nəticə əldə olunmamış və tərəflər arasında müharibə başlamışdır. 1526-cı ilin 29 avqust tarixində Moxaç döyüşü zamanı Macarıstan krallığı və onun müttəfiqləri ağır məğlubiyyətə uğramışdılar. II Layoş Moxaç düzündən qaçmağa çalışarkən Qarasu adlanan bataqlıqda bataraq ölmüşdür.