azərbaycan Respublikası ərazisindən tranzit

Gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma

azərbaycan malları
azərbaycan Respublikasının gömrük ərazisi
OBASTAN VİKİ
Tranzit
Tranzit (iqtisadiyyat) — iqtisadiyyatın bir qolu. Tranzit (internet) — internetin bir qolu. Tranzit (nəqliyyat) — sərnişin və ya yüklərin bir ölkədən digərinə arılıq ölkədən daşınması. Tranzit (astronomiya) — müəyyən bir nöqtədən baxarkən bir fəza cisminin digərinin qarşısından keçməsi müşahidə olunan astronomik hadisələr Tranzit (politologiya) — siyasi rejimlər mövcud olan dövlətlərin demokratiyaya keçidi prosesi. Tranzit (FK) — Latviyanın Ventspils şəhərinin futbol klubu.
Tranzit (iqtisadiyyat)
Tranzit —
Azərbaycan Respublikası
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Azərbaycan Demokratik Respublikası
Azərbaycan Xalq Cümhuriyyəti (az-əbcəd. آذربایجان خالق جومهوریتی‎), Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası, Azərbaycan Cümhuriyyəti (az-əbcəd. آذربایجان جمهوریتي‎), qısaca AXC və ya ADR — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət. Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik Respublikası "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv.
Azərbaycan Respublikası Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası — Azərbaycan Respublikasının əsas qanunu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur. == Tarixi == Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. === Azərbaycan SSR konstitusiyaları === Azərbaycan SSR Konstitusiyası — Azərbaycan SSR-nin ictimai və dövlət quruculuğunu, dövlət hakimiyyəti və idarə orqanlarının təşkilat və fəaliyyət prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini, bu vəzifələrin həyata keçirilməsinin maddi və hüquqi təminatlarını, seçki sistemini müəyyən edən əsas qanun, bütün qanunların hüquqi əsası. Azərbaycan SSR-nin ilk Konstitusiyası 19 may 1921-ci ildə 1-ci Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Sosializm cəmiyyəti qurmaq vəzifəsini qarşıya qoyan bu Konstitusiya respublikada sovet hakimiyyətinin qələbəsini, sovet hakimiyyəti simasında şəhər və kənd proletariatın diktaturasını, torpaq, sənaye, bank, nəqliyyat və s.-nin milliləşdirilməsini qanuniləşdirdi, əməkçi kütlələrə demokratik hüquq və azadlıqlar vermişdir. Respublikanın ictimai-siyasi və iqtisadi-mədəni sahədə inkişafı ilə əlaqədar 14 mart 1925-ci ildə 4-cü, 26 mart 1927-ci ildə 5-ci, 14 fevral 1931-ci ildə 7-ci və 11 yanvar 1935-ci ildə 8-ci Ümumazərbaycan Sovetlər qurultayında Konstitusiyayada dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan SSR Konstitusiyası SSRİ Konstitusiyası əsasında, 14 mart 1937-ci ildə Fövqəladə 9-cu Ümumazərbaycan Sovetlər qurultayında qəbul olmuşdur.
Azərbaycan Respublikası Prezidenti
Azərbaycan Respublikasının Prezidenti — Azərbaycan Respublikasının ali dövlət vəzifəsi. Azərbaycan Respublikasının Prezidenti dövlətin başçısı hesab olunur. Azərbaycan Respublikasının Prezidenti vəzifəyə seçki yolu ilə təyin olunur. Azərbaycan vətəndaşları seçki yolu ilə bir nəfəri yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçir. 2003-cü il oktyabrın 31-dən Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini İlham Əliyev icra edir. O, 2003-cü ildə 75,38 % səs, 2008-ci ildə 88,74 % səs, 2013-cü ildə 84,54 % səs, 2018-ci ildə isə 86,02 % səs topladı 2024-cü ilin fevral ayında Azərbaycanda növbəti Prezident seçkilərində də qalib gələrək təkrar Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Onun səlahiyyət müddəti 2031-ci il fevralın 7-də başa çatır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən eyni şəxsin dəfələrlə prezident vəzifəsinə seçilməsinə məhdudiyyət yoxdur. == Seçilmə qaydaları == === Prezidentliyə namizədə aid tələblər === Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsi Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblərdən ibarətdir. Həmin maddəyə əsasən Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblər aşağıda göstərilənlərdir: Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan; Seçkilərə qatılmaq hüququna sahib olan; Ağır cinayətə görə həbs edilməyən; Başqa dövlətlər qarşısında öhdəliyi olmayan; Ali təhsilli; İkili vətəndaşlığı olmayan Azərbaycan vətəndaşı.
Azərbaycan Respublikası Prokurorluğu
Azərbaycan Respublikasının Baş Prokurorluğu — məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. == Tarix == 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan xalqının və torpaqlarının parçalanmasının əsası qoyulmuş və Azərbaycan Rusiya tərəfindən işğal edilərək burada 1841-ci il yanvar ayının 1-dək komendant idarəçilik sistemi tətbiq olunmuşdur, bundan sonra Zaqafqaziya ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilmişdir. 1862-ci ildə qəbul edilən "Prokurorluq haqqında əsas müddəalar" Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apelyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılmışdır. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Safikürdski, T. Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşlər. 1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi.
Azərbaycan Respublikası medalları
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. == Məlumat == 1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları. 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.
Azərbaycan Respublikası ordenləri
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. == Məlumat == 1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları. 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.
Azərbaycan Demokratik Respublikası Parlamenti
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az-əbcəd. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır. == Tarixi == === Yaradılması === 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
Azərbaycan Respublikası Ali Məhkəməsi
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə və "Məhkəmələr və hakimlər haqqında" qanunun 77-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, kassasiya qaydasında qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. == Tərkibi == Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər. Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyasından ibarətdir. Ali Məhkəmədə mülki kollegiya, inzibati kollegiya, cinayət kollegiyası və kommersiya kollegiya təşkil edilir. Ali Məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən olaraq müəyyənləşdirilir. Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir. == Plenum və onun səlahiyyətləri == Ali Məhkəmənin plenumu Ali Məhkəmənin sədrindən, onun müavinindən, kollegiya sədrlərindən və hakimlərindən ibarət tərkibdə fəaliyyət göstərir. Ali Məhkəmənin Plenumunun tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.
Azərbaycan Respublikası Ali Soveti
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. == Parlament tarixi == === 1918–1920-ci illərdə === İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Azərbaycan Respublikası Atçılıq Federasiyası
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) — Azərbaycanda atçılıq idmanının inkişafı məqsədilə yaradılmış xüsusi olimpiya-idman mərkəzi. == Tarixi == 1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası (ARAİF) yaradılmışdır. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlandı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçilmişdir və idarə heyətinin yeni tərkibi yaradılmışdır. Az vaxt ərzində federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) qoyuldu. Nizamnamənin və adın dəyişdirilməsi Azərbaycanda atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrini deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin inkişafını da öz öhdəsinə götürdü.
Azərbaycan Respublikası Audiovizual Şurası
Azərbaycan Respublikası Audiovizual Şurası (Milli Televiziya və Radio Şurasının xələfi) — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr taxirli Fərmanı ilə yaradılmışdır. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir. == Tarixi == === Milli Televziya və Radio Şurası === Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə — televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.
Azərbaycan Respublikası Auditorlar Palatası
Azərbaycan Respublikası Auditorlar Palatası — Azərbaycan Respublikası ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır. == Tarixi == 1994-cü il 16 sentyabr — Heydər Əliyev tərəfindən imzalanmış “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 1995-ci il 19 sentyabr — Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Auditorlar Palatası haqqında Əsasnamə təsdiq edilmişdir. 1996-cı il 5 aprel — Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır. 1997-ci il 24 İyun — Avropa Birliyinin TACİS proqramı cərcivəsində həyata kecirilən “Azərbaycan Respublikası Auditorlar Palatasının audit kecirmə potensialının mohkəmləndirilməsi, muflisləşmə və iflas uzrə mutəxəssislərin hazırlanması” layihəsinin icrasına başlanılmış və 1999-cu ildə uğurla başa catdırılmışdır. 1999-cu il - Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikasında Audit sisteminin islahatı Konsepsiyası işlənib hazırlanmışdır. 1999-cu il 26 iyun — Auditorlar Palatasının müraciətinə əsasən, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit - Azərbaycan” bölməsi yaradılmışdır. 2000-ci il 5 iyul — Azərbaycan Respublikası Auditorlar Palatasının təsis etdiyi “İqtisadiyyat və Audit” elmi-praktik jurnalının ilk nömrəsi çapdan çıxmış və Azərbaycan Respublikasının Milli Məclisində jurnalın təqdimat mərasimi kecirilmişdir. 2001-ci il 7 mart — Azərbaycan Respublikası Auditorlar Palatasının muəlliflər kollektivi tərəfindən ali məktəblər ucun hazırlanmış “Audit” ilk dərs vəsaiti kitabı nəşr etdirilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğu
Azərbaycan Respublikasının Baş Prokurorluğu — məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. == Tarix == 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan xalqının və torpaqlarının parçalanmasının əsası qoyulmuş və Azərbaycan Rusiya tərəfindən işğal edilərək burada 1841-ci il yanvar ayının 1-dək komendant idarəçilik sistemi tətbiq olunmuşdur, bundan sonra Zaqafqaziya ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilmişdir. 1862-ci ildə qəbul edilən "Prokurorluq haqqında əsas müddəalar" Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apelyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılmışdır. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Safikürdski, T. Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşlər. 1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi.
Azərbaycan Respublikası Daxili Qoşunları
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Azərbaycan Respublikası Dövlət Mükafatı
Azərbaycan Respublikasının Dövlət Mükafatı — Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən mükafat. == Haqqında == Dövlət Mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir. Mükafata layiq görülən şəxslərə pul vəsaiti ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilir. Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının fəxri döş nişanı medal və qəlibdən ibarətdir. Qızıldan hazırlanan dairəvi formalı medalın diametri 27 mm, qalınlığı isə 3 mm-dir. Medalın üz tərəfində alov simvolu və dəfnə budağı təsvir olunub. Medalın arxa tərəfinin yuxarı qövsü boyunca “AZƏRBAYCAN RESPUBLİKASININ” sözləri, üzərində “DÖVLƏT MÜKAFATI LAUREATI” sözləri, aşağı hissəsində isə medalın nömrəsi həkk edilib. Təsvirlər və yazılar qabarıq formada olur. Medal kiçik halqa vasitəsilə qəlibə birləşdirilib. Aşağı hissəsi yarımdairə şəklində olan qəlibin eni (mərkəzi hissədə) 15 mm, uzunluğu isə 27 mm-dir.
Azərbaycan Respublikası Prezidentinin ştandartı
Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) — Azərbaycan Respublikası Prezidentinin rəsmi simvolu. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin ştandartı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli 828 nömrəli fərmanı ilə təsdiq edilmişdir. == İstifadə == Ştandartın etalonu (orijinalı) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident sarayında yerləşən xidməti otağında saxlanılır. Ştandartın dublikatı Azərbaycan Respublikasının Prezident sarayının və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarının üzərində, Azərbaycan Respublikasının Prezident sarayında və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası Prezidentinin digər iqamətgahlarda olduğu müddətdə həmin iqamətgahların üzərində, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən rəsmi tədbir və digər mərasimlər zamanı həmin tədbirin keçirildiyi binanın üzərində və ya həmin tədbirin keçirildiyi salonda (otaqda), Azərbaycan Respublikası Prezidentinin nəqliyyat vasitələri üzərində qaldırıla (asıla) və ya yerləşdirilə bilər. == Təsviri == Ştandartın ikiüzlü qumaşı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət kvadrat formasındadır. Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin ştandartının qumaşının yuxarı zolağı mavi rəngdə, orta zolağı qırmızı rəngdə, aşağı zolağı yaşıl rəngdədir. Ştandartın qumaşının hər iki üzündə qırmızı zolağın ortasında Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmişdir. Qumaş qızılı saçaqlarla haşiyələnmişdir. Ştandartın dirəyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin soyadı, adı, atasının adı və onun Azərbaycan Respublikasının Prezidenti seçildiyi müddəti əks etdirən tarixlər həkk olunmuş gümüş bənd bərkidilir. Ştandartın dirəyi aypara ilə səkkizguşəli ulduz tipli metal başlıqla örtülür.
Azərbaycan Respublikası Rabitə Nazirliyi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Azərbaycan Respublikası Silahlı Qüvvələri
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi — Azərbaycan Respublikası ərazisində əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == 1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi. Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri var idi. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımı avadanlıqlar alınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdi. Hökumət əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərarlar qəbul edilmişdi. Qərarlarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoymuşdu.
Azərbaycan Respublikası Təhsil Cəmiyyəti
"Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı il 15 avqust tarixindən rəsmi fəaliyyətə başlamış və 1993-cü ildə 10 noyabr tarixində təkrar dövlət qeydiyyatından keçmişdir. == Cəmiyyətin yaranma tarixçəsi == Azərbaycan Respublikası "Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı ilin avqustundan rəsmi fəaliyyət göstərir. Məqsəd xalqın zamanla ayaqlaşması naminə maarifləndirmə işini sürətləndirməkdədir. 1980-ci ilin ikinci yarısında SSRİ-də gedən yenidənqurma dövründə respublikanın görkəmli ziyalılarını narahat edən məsələlərdən biri də təhsil sistemində yaranmış neqativ hallar idi. Ona görə də ziyalıların təşəbbüs qrupu istedadlı gənclərə qayğı göstərilməsi məqsədilə belə bir qurumun yaradılması ilə əlaqədar Mərkəzi Komitənin ideoloji Şöbəsinə müraciət etdi. Ideoloji şöbə ictimaiyyətin fikrini öyrənmək məqsədilə Azərbaycan Lenin Kommunist Sosioloji Tədqiqat Şöbəsinə bu işlə məşğul olmaq tapşırıldı. Şöbənin rəhbəri Əhməd Qəşəmoğlunun başçılığı ilə dəfələrlə "Bilik" Cəmiyyətində, ayrı-ayrı təhsil ocaqlarında, Təhsil Nazirliyində, Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (ETPEİ) geniş ictimaiyyətin iştirakı ilə müzakirə olunub rəylər alındıqdan sonra 1989-cu ilin 28 oktyabrında ETPEİ-in akt zalında "Təhsil" Cəmiyyətinin təsis konfransı keçirildi. Konfransda ibadət İdarə Heyəti seçildi. İdarə Heyətinə respublikanın aşağıdakı ziyalıları seçildi. 1990-cı il fevralın 28-də "Azərbaycan Müəllimi" qəzetində Cəmiyyətin Nizamnaməsi çap olunaraq xalqın müzakirəsinə verildi, həmin Nizamnamə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Neft Akademiyasının və "Şuşa" qəzetlərində də nəşr olundu.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Azərbaycan Sovet Sosialist Respublikası
Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) (azərb-kiril. Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaycanskaya Sovetskaya Sosialistiçeskaya Respublika) — Cənubi Qafqazın şərq hissəsində dövlət qurumu (1920–22, 1936–91), SSRİ tərkibində mövcud olmuşdur. Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı terror başlandı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 28 aprel 1920-ci il tarixdə Azərbaycanda sovet hakimiyyəti qurulur. Azərbaycanda hakimiyyət Azərbaycan SSR İnqilab Komitəsinə və Azərbaycan SSR Xalq Komissarları Sovetinə (XKS) keçdi. Müvəqqəti İnqilab Komitəsi və XKS-nin tərkibinə ancaq azərbaycanlılar daxil idilər.