Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yeni il
Yeni il və ya Təzə il bayramı — yeni təqvim ilinin başladığı vaxt və ya gündür. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bir çox mədəniyyətlər hadisəni hansısa şəkildə qeyd edirlər. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il günü, yeni il ərəfəsindən sonra) baş verir. Bu həm də orijinal Yuli təqvimində və Qədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və islamda Hicri yeni il qeyd edilir. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Hindistanda Yeni il
Yeni il Hindistanda — Hindistanda təntənə ilə qeyd olunan bayram. Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə, mərkəzində isə evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün hədiyyələr, şirniyyatlar və gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözübağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni il Almaniyada
Yeni il Almaniyada (alm. Neujahr‎) — Almaniyada təntənə ilə qeyd olunan bayram. Elə ki, saatlar gecəyarını vurur, müxtəlif yaş təbəqəsinə aid insanlar masa, stul, kresloya minir və son saat zəngi çalınanda birlikdə Yeni ilə atlanırlar. Almanlar həmçinin, Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.
Yeni il Avstriyada
Yeni il Avstriyada — Avstriyada təntənə ilə qeyd olunan bayram Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur.
Yeni il Azərbaycanda
Yeni il Azərbaycanda — Azərbaycanda təntənə ilə qeyd olunan bayram. == Tarixi == Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i - İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır. 1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.
Yeni il Bolqarıstanda
Yeni il Bolqarıstanda — Bolqarıstanda təntənə ilə qeyd olunan bayram. Yeni il təqvimə qədəm qoyanda, saatın son zərbəsində Bolqarıstanda bütün evlərdə bir neçə dəqiqəlyə işıqlar söndürülür. Yeni il öpüşmələri başlayır. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni il Braziliyada
Yeni il Braziliyada — Braziliyada təntənə ilə qeyd olunan bayram Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan il xoşbəxtlik içində keçəcək.
Yeni il Finlandiyada
Yeni il Finlandiyada — Finlandiyada təntənə ilə qeyd olunan bayram Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.
Yeni il Fransada
Yeni il Fransada (fr. Nouvel An) — Fransada təntənə ilə qeyd olunan bayram. Bir çox Fransa əyalətlərində bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi ora qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar.
Yeni il Rumıniyada
Yeni il Rumıniyada — Rumıniyada təntənə ilə qeyd olunan bayram. Bu ölkədə Yeni il axşamı süfrəyə içərisində kiçik sürprizlər - qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan bayram qoğalı qoyulur. Qoğalda üzük tapılarsa, bu, o deməkdir ki, Yeni il çoxlu xoşbəxtlik gətirəcək. Acı bibər qabığı isə süfrə arxasına toplaşlanları yalnız güldürəcək. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni il Rusiyada
Yeni il Rusiyada (rus. Новый год) — Rusiyada təntənə ilə qeyd olunan bayram. Rusiyada ən çox sevilən bayram Yeni ildir. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl I Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə mindi. Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur.
Yeni il Tacikistanda
Yeni il Tacikistanda — Tacikistanda təntənə ilə qeyd olunan bayram Tacikistanda əsl Yeni il bayramı Novruz hesab olunsa da, yeni təqvim ilinin başlanması da bayram edilir. Eyni zamanda bu bayram tacik xalqının ənənələrinə uyğun formada qeyd edilir. Tacikistanda Şaxta babanı "Bobbi Barfi", Qar qızı isə "Barfak" adlandırırlar. Bunlar uşaqların ən sevimli personajlarındandır. Ölkədə Yeni il tətili yanvar ayının 1-dən 4-ə qədər elan edilir. Tacikistanda Yeni il həm də ailəvi bayram hesab olunur. Məsələn, ailələr süfrələrə müxtəlif, fərqli yeməklər düzər və ailə üzvləri süfrə arxasına toplaşarlar. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni il Yaponiyada
Yeni il Yaponiyada — Yaponiyada təntənə ilə qeyd olunan bayram. Yaponiyada Yeni il bayramı "şoqatsu" adlanır və yanvarın 1-dən 3-ə qədər qeyd olunur. Yeni ilin ilk günü səhər erkən yaponların çoxu özlərinə və qohumlarına dualar etmək üçün "Sinto" adlanan müqəddəs yerlərə və buddist məbədlərinə baş çəkirlər. Müqəddəs yerlərə baş çəkdikdən sonra insanlar evə qayıdır, süfrələrə müxtəlif yeməklər, içkilər düzürlər, birlikdə yeyib-içərək bayramı qeyd edirlər. Yeni ildə yeyilən ənənəvi yeməklərdən biri düyü piroqudur. Bu yeməyin özəl xüsusiyyəti ondan ibarətdir ki, o uzunömürlülüyün simvolu hesab olunur. Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.
Yeni il Yunanıstanda
Yeni il Yunanıstanda — Yunanıstanda təntənə ilə qeyd olunan bayram Yeni ili qarşılamaq üçün qonaqlığa gedən Yunanıstan sakinləri özləri ilə daş götürür və onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər - “Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun”. Yox, əgər daş kiçikdirsə, onda “Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun” deyirlər. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni il ağacı
Milad ağacı və ya Yeni il ağacı — ağ şam, küknar və ya şam ağacı kimi həmişəyaşıl iynəyarpaqlıların bəzədilməsi ilə alınan dekorativ ağac. Ənənəvi olaraq Milad və Yeni il bayramı ilə əlaqələndirilən Milad ağacının bəzədilməsi ənənəsi mənşəyini Almaniyadan almış və ilkin olaraq Müqəddəs Bonifasi ilə əlaqələndirilmişdir. Sonradan bu adət erkən orta əsrlər dövründə Livoniyada (indiki Estoniya və Latviya ərazisi) və erkən modern dövrdə Almaniyada protestant ailələrin evlərində ağac bəzəmələri ilə inkişaf etdirilmişdir. XIX əsrin II yarısından etibarən ağac bəzəmə adəti Almaniyanın lüteran ərazilərində və Rusiya imperiyasının Ostzey quberniyasında yuxarı təbəqə arasında yayılmağa başlayır. Ağacın bəzədilməsində ənənəvi olaraq "rəngli kağızlardan hazırlanmış çiçəklər, almalar, şəkərli oblatiolar, lametta və müxtəlif konfetlər istifadə edilirdi. İlk dəfə Morav xristianları Milad ağacını şamlarla bəzəməyə başlamışlar, advent elektrifikasiyasından sonra isə şamlar Milad işıqları ilə əvəz edilmişdir. Müasir dövrdə Milad ağacının bəzədilməsi üçün geniş çeşidli müasir və klassik şam oyuncaqlarından, eyni zamanda müxtəlif girlyand, çələnf və şəkər çubuqlarından istifadə edilir. Doğulmanın qeyd edilməsi üçün ağacın zirvəzinə mələk Cəbrayılı simvolizə edən mələk fiquru və ya Betlehəm ulduzunu simvolizə edən böyük ulduz yerləşdirilir. Müasir dövrdə Milad ağaclarının bəzədilməsi üçün istifadə edilən dekorlar arasında müxtəlif bantlar vasitəsilə ağac budaqlarına bağlanan və ya budaqlardan asılan zəncəfil kökəsi və şokolad kimi qida növləri də var. Roma-Katolik kilsəsi uzun müddət Lüteran kilsəsinin ağac bəzəmə ənənəsinə müqavimət göstərsə də, 1982-ci ildən etibarən Vatikanda da Milad ağacı bəzədilməyə başlamışdır.
Yeni il bayramı
Yeni il və ya Təzə il bayramı — yeni təqvim ilinin başladığı vaxt və ya gündür. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bir çox mədəniyyətlər hadisəni hansısa şəkildə qeyd edirlər. Bu gün ən çox istifadə edilən təqvim sistemi olan Qriqorian təqvimində Yeni il yanvarın 1-də (Yeni il günü, yeni il ərəfəsindən sonra) baş verir. Bu həm də orijinal Yuli təqvimində və Qədim Roma təqvimində (e.ə. 153-cü ildən sonra) ilin ilk günü idi. Yəhudilərdə Roş-Ha-Şana və islamda Hicri yeni il qeyd edilir. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.
Yeni il Çində
Çin Yeni ili — Çində təntənə ilə qeyd olunan bayram. Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.
Yeni il İngiltərədə
Yeni il İngiltərədə — İngiltərədə təntənə ilə qeyd olunan bayram İngiltərədə Yeni ildə ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə ticarətçilər maraqlı oyuncaqlar, maskalar, hava şarları satırlar. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər - çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşısı, kimə pisi düşür. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni il İrlandiyada
Yeni il İrlandiyada — İrlandiyada təntənə ilə qeyd olunan bayram Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram süfrəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və "Bu evdə və bütün dünyada sülh naminə" badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni il İspaniyada
Yeni il İspaniyada (isp. Año Nuevo) — İspaniyada təntənə ilə qeyd olunan bayram. İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.
Yeni il İsveçrədə
Yeni il İsveçrədə — İsveçrədə təntənə ilə qeyd olunan bayram İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.
Yeni il İtaliyada
Yeni il İtaliyada (it. Capodanno) — İtaliyada təntənə ilə qeyd olunan bayram. İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə bir o qədər sərvət gətirə bilər. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır. İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti də var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.
Yeni il Şotlandiyada
Yeni il Şotlandiyada — Şotlandiyada təntənə ilə qeyd olunan bayram Şotlandiyada Yeni il ərəfəsində çəlləkdə qatran yandırır və çəlləyi bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yeni il ərəfəsi
Yeni il ərəfəsi — qriqorian təqvimi ilə ilin son günü, Yeni ildən əvvəlki son gün. Bir çox ölkələrdə bayram zamanı fişəng və digər pirotexniki vasitələrdən istifadə olunur.
Çində Yeni il
Çin Yeni ili — Çində təntənə ilə qeyd olunan bayram. Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.