YIL

il
YIKMAK
YILAN
OBASTAN VİKİ
Mehmet Yıldız
Mehmet Yıldız, 1981-ci ilin 14 sentyabrında anadan olub. Futbolçu kimi karyerasına "Tigemspor" klubunda başlayıb. Çox keçmədən gənc hücumçu nisbətən güclü klubların maraq dairəsinə düşür və 2000-ci ildə Mehmet "Sivasspor"a keçir. Onun komandaya gəldiyi vaxt "Sivasspor" aşağı dəstədə superliqaya çıxmaq üçün mübarizə aparırdı. Elə həmin il, yəni 2000-2001-ci il mövsümündə "Sivasspor" aşağı dəstənin çempionu olur və superliqaya vəsiqə əldə edir. Amma Mehmet yeni klubunda təsadüfi hallarda meydana çıxır, özünü göstərmək şansı əldə edə bilmirdi. Ona görə də gənc futbolçu klubunu dəyişməli olur. Mehmet 3-cü liqada mübarizə aparan "Samsun Çarşanbaspor"a keçir. 21 yaşlı futbolçu peşəkar karyerasında ilk qolunu da Samsunda vurur. Yıldız "Divriğispor"a qarşı oyunun 7-ci dəqiqəsində hesabı açır.
Muta Yılqa (Askın)
Muta Yılqa (başq. Мутайылға, rus. Мута-Елга) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Mutabaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 46 km, kənd sovetliyindən (Starıye Mutabaş): 30 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə 237 nəfər yaşayır ki, bununda — 115 (48,5 %) nəfəri kişi, 122 (51,5 %) nəfəri qadındır. Milli tərkib baxşmından başqırdlar (97%) üstünlük təşkil edir.
Məsud Yılmaz
Əhməd Məsud Yılmaz (türk. Ahmet Mesut Yılmaz; 6 noyabr 1947, İstanbul – 30 oktyabr 2020, İstanbul) və ya əmilərinin soyadı ilə Akçal. Əslən Rizə Çayeli Çataldərə/Cimil kəndindən) — hemşinli əsilli türk siyasətçisi. Azərbaycan suveren dövlət kimi onun dövründə Türkiyə Cümhuriyyəti tərəfindən rəsmən tanınmışdır. == Həyatı == Ahmet Mesut Yılmaz 6 noyabr 1947-ci ildə İstanbulda anadan olub. İstanbul Oğlanlar litseyini bitirib. 1971-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsi Maliyyə və İqtisad Bölümündən məzun oldu. 1972–1974-cü illər arasında Almaniyanın Köln Universiteti İqtisadi və İctimai Elmlər Fakültəsində yüksək lisans çalışması etdi. 1975–1983-cü illərdə kimya, tekstil və çatdırma sahəsində, müxtəlif özəl şirkətlərdə idarəçi olaraq işləyib. 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub.
Qışlaq-i Yılatanhacıabbas (Biləsuvar)
Qışlaq-i Yılatanhacıabbas (fars. قشلاق یل اتان حاج عباس‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 14 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Yılatanülhürdidövlət (Biləsuvar)
Qışlaq-i Yılatanülhürdidövlət (fars. قشلاق یل اتان الهوردی دولت‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (4 ailə).
Taner Yıldız
Taner Yıldız (3 aprel 1962) — Türk siyasətçi, elektrik mühəndisi. 22., 23. və 24. Dövr Ədalət və İnkişaf Partiyası Kayseri millət vəkili və Türkiyə respublikasın Enerji və Təbii Qaynaqlar Naziridir. == Həyatı == 3 Aprel 1962 tarixində Yozğadın Boğazlıyan mahalına bağlı Dəvəçipinar Qəsəbəsində dünyaya gəldi. Lisey təhsilini Kayseri Liseyində tamamladı. İstanbul Texniki Universiteti Elektrik-Elektronik Fakültəsi Elektrik Mühəndisliyi Hissəsini bitirdi. Kayseri Elektrik İstehsal Şirkətinin İdarə heyəti Üzvü, Kayseri və Ətrafı Elektrik TAŞ-ının İdarə heyəti Üzvü və Ümumi Müdiri olaraq vəzifə yerinə yetirdi. 2002 ümumi seçkilərində Əİ Partiyasından Kayseri millət vəkili namizədi oldu, 22. Dönəmdə Türkiyə Böyük Millət Məclisinə girdi.
Yeliz Yılmaz
Yeliz Yılmaz (d. 19 avqust 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Yılmaz, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yeliz Yılmaz, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Yılanyılqa (Şaran)
Yılanyılqa (başq. Йыланйылға, rus. Елань-Елга) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd İçke Tombaqoş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (İçke Tombaqoş): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 49 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (79%) üstünlük təşkil edir.
Yılançıqbaş (Şaran)
Yılançıqbaş (başq. Йылансыкбаш, rus. Еланчикбаш) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Miçurinsk): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (95%) üstünlük təşkil edir.
Yılayır rayonu
Yılayır rayonu (başq. Йылайыр районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yılayır kəndidir. == Coğrafiyası == Rayonun sahəsi 5774 km²-dir. Rayon Başqırdıstan Respublikasının Baymak, Böryən, Ziançurinski, Kuqərsen və Xaybulla rayonları ilə həmsərhəddir. Başqırd Uralının cənub hissəsində yerləşir. Rayonun ərazisi Barakal, Zilair, Bolşoy Suren və Böyük İkanın yuxarı axınları — Avaşla, Berdyaş, Tekal çaylarının kanyon yaradan vadiləri ilə kəsilmiş Zilair yaylasında yerləşir. Ağcaqayın, şam meşələri çox yayılmışdır. Rayonun qərb kənarından palıd, cənub-şərq kənarında ağcaqayın və şam meşələri zolaq şəkilində yayılmışdır. Torpaqlar: dağ qartatorpaqları, dağ boz-meşə və qaratorpaq.
Yıldo
Yıldo (türk. Ahmet Yıldırım Benayyat; 18 oktyabr 1945, Konya) — türk şoumen, serial aktyoru, keçmiş futbolçu və voleybolçu. == Həyatı == Əsl adı Əhməd Yıldırım Benayyat olan Yıldo, Konya ilinin Ereğli şəhərində anadan olub. Ömər Rəşid adında bir böyük qardaşı, 1983 doğulan Alihan adlı bir oğlu vardır. Təhsil həyatı, atasının peşəs səbəbindən Anadolu 'nun müxtəlif şəhər lerinde keçdi. Ankara Respublika Liseyində voleybol oynayarkən 1965-ci ildə Boluspor 'a futbolçu olaraq transfer olduğu üçün Bolu Liseyində lisey təhsil ini tamamladı. Daha sonra, 1973-cü ildə universitet təhsilini İstanbul İqtisadi və ticari Elmlər Akademiyası (indiki Marmara Universiteti) 'nde tamamladı. == İdman həyatı == İdman həyatında ilk dəfə 1962-ci ildə gənclər Türkiyə 400 metr maneəli rekordunu qıraraq adını eşitdirdi. 1965-ci ildə liseydə voleybol oynayarkən Bolusporaa futbolçu olaraq transfer oldu. 1967-ci ildə futbol oynayarkən təkrar voleybola dönən Yıldo, Qalatasaray idman klubunun voleybol komandasında oynadı.
Yıldıray Baştürk
Yıldıray Baştürk — Türkiyə futbolçusu == Həyatı == Yıldıray Baştürk 24 dekabr 1978-ci il təvəllüdlü Baştürk Almaniyanın Herne şəhərində dünyaya gəlib. == Karyerası == Futbolun sirrlərini "Sportfreunde Vanne-Eykel" klubunda öyrənib. Daha sonra 9 il – 1987–1996-cı illərdə "Vattenskeyd" klubunun müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1996/97 mövsümündə bu komandanın əsas heyətinə cəlb olunsa da, meydana çıxmayıb. 1997-ci ildə "Bohum"a transfer olunub. Bu komandada 104 oyun keçirib və 13 qola imza atıb. 2001-ci ildə "Bayer"ə keçib. Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 73 oyunda 8 qol vurub. 2004–2007-ci illəri Hertada keçirən Yıldıray 71 dəfə meydana çıxaraq, 14 dəfə rəqib qapıçıları məyus edib. 2007-ci ildə transfer olunduğu "Ştutqart"da indiyə qədər 26 oyun keçirib və 4 qola imza atıb.
Yıldırım Bəyazid
I Bəyazid və ya Sultan İldırım Bayazid (Şablon:Dil-otm; təq. 8 mart 1354, Ədirnə, Osmanlı imperiyası – 8 mart 1403, Akşehir, Osmanlı imperiyası) — Osmanlı imperiyasının 4. padşahı. Atası I Murad, anası isə Gülçiçək Xatundur. Sultan Bəyazid Anadolu və Rumelindəki vassal bəylikləri aradan qaldırmaq və İslam dövləti anlayışı çərçivəsində mərkəzləşdirilmiş bir dövlət qurmaq niyyətində idi. Bu arzusunu qismən də olsa yerinə yetirmiş, ilk mərkəzi idarəni quraraq qul sistemini təkmilləşdirmiş, yeni qanunnamələr hazırlamışdır. Həyatı başdan-başa döyüş meydanında keçən Sultan Bəyazid bununla yanaşı imperiyanın bir çox yerlərində yenidənqurma işləri də aparmışdır. Konstantinopolun mühasirəsində önəmli rol oynayan Anadolu hasarını inşa etdirmiş (1396–1397), Anadolunun və Rumelinin bir çox yerlərində məscidlər, mədrəsələr, imarətlər, karvansaraylar inşa etdirmişdir. == Şahzadəlik illəri == 1354-cü ildə dünyaya gəlmişdir. Osmanlı sultanı I Muradın böyük oğlu olub, anası Gülçiçək Xatundur.
Yıldız Moran
Yıldız Moran (24 iyul 1932, İstanbul – 15 aprel 1995, İstanbul) — tərcüməçi, Türkiyənin peşəkar və akademik təhsil almış ilk qadın fotoqrafı Yıldız Moran 24 iyul 1932-ci ildə İstanbulda doğulmuşdur. 1950-ci ildə İstanbulda Robert Kollecindən məzun oldu. Daha sonra İngiltərə Bloomsbury Texniki Kolleci və Ealving Texniki Kollecində fotoqraflıq təhsili aldı. İngiltərə də Old Vic Teatrının məşhur fotoşəkil sənətçilərindən John Vickerin yanında assistentlik etdi. 1952-ci ilin yazında İtaliyaya gedən Yıldız orada bir fotoqraf klubuna üzv oldu, İspaniyanı və Portuqaliyanın gəzdi. İlk Fotograf sərgisini 1953-ci ildə 21 yaşında Kembricdə açdı. Şərqdən gəlmiş Türk qızının 25 fotoşəkili bir gün içində satıldı, 1954-cü ilə qədər Londonda beş sərgi daha açdı. Amma işləri istədiyi kimi getmirdi. Sərgiləri çox şöhrət gətirmişdi, bir çox tamaşaçı çəkmişdi amma Kembricdə açdığı tək bir sərgidə bir gündə 25 fotoşəkil satarkən, öz ölkəsində fotoşəkillərindən bir dənəsini belə sata bilməmişdi. Fotoşəkildən yetərli pul qazana bilmədiyini görüncə, yeni il kartları hazırlayıb satmağa qərar verdi.
Yıldız Sarayı
Ulduz sarayı (Bakı) — Prezidentin İşlər İdarəsinin tərkibində olan və Prezident iqamətgahı ilə birlikdə “Ulduz” Qonaq Evi adlandırılan obyekt.
Yıldız Teknik Üniversitesi
Ulduz Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 instut fəaliyyət göstərir. 1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir.
Yıldız Texniki Universiteti
Ulduz Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 instut fəaliyyət göstərir. 1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir.
Yıldız Texniki Universitetinin İqtisadi və inzibati elmlər fakültəsi
İqtisadi və İnzibati Elmlər fakültəsi — Yıldız Texniki Universitetinə bağlı fakültə. 1992-ci ildən 2015-ci ilədək Yıldız Texnik Universitetinin Ulduz şəhərciyində, daha sonra isə Davutpaşa şəhərciyində fəaliyyət göstərən fakültənin hədəfi sosial elmlər sahəsində, elmi tədqiqat keyfiyyətinin yüksəldilməsinə rəhbərlik edən, milli və beynəlxalq təhsil standartlarına uyğun olaraq özəl və dövlət sektorunun ehtiyac duyacağı, cəmiyyəti və iqtisadi prosesləri müşahidə edə bilən, vacib araşdırma və nəşrlərdə aparıcı rol oynayacaq təşəbbüskar, yenilikçi və məsuliyyətli şəxsiyyətlər yetişdirməkdir. Dünya universitetləri reytinq təşkilatı Times Higher Education tərəfindən dərc edilən Sosial Elmlər, İqtisadi və İnzibati Elmlər və Hüquq sahələri üzrə 2022-ci il dünya universitetləri reytinqi siyahısında Yıldız Texniki Universiteti, ODTÜ, Sabancı və Bilkent universitetləri ilə birgə olaraq 401-500-cü sırada yerini almışdır. Bununla yanaşı, 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Yıldız Texniki Universitetinin iqtisadiyyat və biznesin idarə edilməsi məzunları iş sahiblərinin 1-ci, siyasi elmlər və beynəlxalq münasibətlər məzunları isə Boğaziçi Universitetindən sonra iş sahiblərinin 2-ci seçimi olmuşdur. Universitetin İqtisadi və İnzibati Elmlər fakültəsi İstanbulun Əsənlər rayonunda yer alan Davutpaşa şəhərciyində yerləşir. Məsafədən asılı olmayaraq metro ilə yanaşı avtobus və rinqlər vasitəsilə də İstanbulun bir çox nöqtələrindən rahat nəqliyyat təmin edilir. == Tarixçə == 1992-ci ildə Yıldız Texniki Universiteti nəzdində yaradılan İqtisadi və İnzibati Elmlər fakültəsi, fəaliyyətinə 1993-1994 tədris ilində İqtisadiyyat ixtisası ilə başlamış, 1996-1997 tədris ilində Biznesin İdarə Edilməsi, 1999-2000 tədris ilində isə Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası ilə davam etmişdir. 2014-2015 tədris ilində İqtisadiyyat, 2018-2019 tədris ilində isə Biznesin idarə Edilməsi ixtisası ingiliscə proqramlarına tələbə qəbuluna başlamışdır. Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası isə 30% İngilis dili proqramı ilə tədrisi davam etdirilir. Hər üç ixtisas da bakalavr təhsili ilə yanaşı magistratura proqramları üzrə də təhsil verir.
Yıldız Tilbe
Yıldız Tilbə (16 iyul 1966, Konak, İzmir ili) — Türkiyə müğənnisi. == Həyatı == İzmirin Konak mahalına bağlı Gültepe səmtində gecəqondu məhəlləsində doğulmuş olan Yıldız Tilbe ailəsinin altı uşağından ən kiçiyidir. Ailəsi içində "Yadigar" taxma adıyla xitab edilmişdir. Yıldız Tilbənin atası Ağrılı bir sünni kürd, anası isə Tuncəlili bir ələvi zazadır Anasının adı Altun Tilbe, atasının adı Əli Tilbenin. Tilbenin öz sözlərinə görə, atası Ağrılı bir sünni kürdü, anası isə tuncelili şiə zazadır. Atası Əli Tilbe mövsüm işçisi idi. İkinci sinifdə oxuduğu Mustafa Rəhmi Balaban Məktəbində təhsilini buraxmaq məcburiyyətində qalmışdır. Çox kiçik yaşlardan bəri mahnı oxumağa başlamışdır. 18 yaşından əvvəl evlənmişdir. İlk evliliyindən Sezen Burçin adlıbir qız uşağı dünyaya gətirmişdir.
Yıldız Tilbə
Yıldız Tilbə (16 iyul 1966, Konak, İzmir ili) — Türkiyə müğənnisi. == Həyatı == İzmirin Konak mahalına bağlı Gültepe səmtində gecəqondu məhəlləsində doğulmuş olan Yıldız Tilbe ailəsinin altı uşağından ən kiçiyidir. Ailəsi içində "Yadigar" taxma adıyla xitab edilmişdir. Yıldız Tilbənin atası Ağrılı bir sünni kürd, anası isə Tuncəlili bir ələvi zazadır Anasının adı Altun Tilbe, atasının adı Əli Tilbenin. Tilbenin öz sözlərinə görə, atası Ağrılı bir sünni kürdü, anası isə tuncelili şiə zazadır. Atası Əli Tilbe mövsüm işçisi idi. İkinci sinifdə oxuduğu Mustafa Rəhmi Balaban Məktəbində təhsilini buraxmaq məcburiyyətində qalmışdır. Çox kiçik yaşlardan bəri mahnı oxumağa başlamışdır. 18 yaşından əvvəl evlənmişdir. İlk evliliyindən Sezen Burçin adlıbir qız uşağı dünyaya gətirmişdir.
Yıldız parkı
Ulduz Parkı — Ulduz Qoruğu olaraq da bilinir, İstanbulun, Beşiktaş rayonunda yer alan tarixi park. Balmumcuda Ortaköyə uzanan Şkiv prospektinin şimal və şərq sərhədini, Ortaköy Beşiktaşa uzanan Çırağan prospektinin cənub sərhədini təşkil edir. Biri Şkiv prospektinə, digəri də Çırağan prospektinə iki ayrı qapısı olan Ulduz Parkının içində Malta köşkü və Çadır köşkü adı altında iki köşk vardır. Osmanlı dövründə, xüsusilə 1600-cü illərin əvvəllərində ön plana çıxmağa başlamışdı. O zamanlar Kazancıoğlu Bağçası adını daşıyan və bu ailənin mülkü olan torpaqlar padşah IV Murad tərəfindən satın alınaraq qızı Qaya Sultana hədiyyə edilmişdir. Lalə Dövrü dövründə bəzəmə zövqünə söykənən təşkil edilən çırağan aləmləri zamanı müxtəlif əyləncələrə məkan olmuşdur. Divarın dəniz tərəfindəki közülük və içindəki Çadır və Malta Köşkləri isə İstanbul Bələdiyyəsinə verildi. Əvvəl Çırağan Sarayının arxa bağçası, sonra da 1877-ci ildə etibarən genişləndirilməsinə başlanan Ulduz Sarayının çöl hissəsi olan yaşıllıq, 1940-cı ildən sonra Ulduzz Parkı olaraq adlandırıldı. 1925-ci ildə bir İtalyan iş adamın verilən və bir kazino olaraq istifadə Şəalə köşkü, Atatürkün müdaxiləsilə həmin iş adamından alınmışdır. 1930-cu illərdə üç yerə bölünərək, təpə qisimindəki strukturlar Hərb Akademiyasına verildi (1978-ci ildə Mədəniyyət Nazirliyinə buraxıldı), divarın arxasında şimal istiqamətində olan Şale köşkü Türkiyə Böyük Millət Məclisinə verildi.
Yıldız Çağrı Atiksoy
Yıldız Çağrı Atiksoy (d. 1 aprel 1986; İstanbul, Türkiyə) — Türkiyəli sənətçi.
Yıldız İrengün
Yıldız İrengün (16 sentyabr 1938, Ankara – 15 iyun 2021, Antalya) — klassik türk musiqi bəstəkarı, müğənni və şərhçi. == Həyatı == 16 sentyabr 1938-ci ildə Ankarada anadan olub. Anası Xədicə, atası Muhittin bəydir. Ailənin böyüyü, ikisi qız, dördü oğlan olan Yıldız İrengün təhsili Ankara Dumlupınar İbtidai məktəbində başladı. Ankaradakı orta məktəbi və liseyi bitirmiş İsmet Paşa Qızlar İnstitutu. İlk evliliyini 1958-ci ildə etdi, 1961-ci ildə boşandı və 1966-cı ildə Mithat İrengün ilə evləndi. İki uşaq anası Bahar və Gültekin olan Yıldız İrengün, uzun illər TRT Baş İdarəsi Təsisat və Tətbiq şöbəsində çalışmış, TRT-dən ayrılmış və karyerasını xüsusi bir şirkətdə davam etdirərək təqaüdə çıxmışdır. Orta məktəbdə oxuyarkən, Ankara Radio Uşaq Saatları proqramında canlı yayımda mandolin çaldı və Erdoğan Çaplı və Nurullah Şevket Taşkıranın təşəbbüsü ilə Radio Uşaq Saatları proqramlarına davam etdi. Orta və lisey tələbat dövründə, musiqi müəlliminin istəyi ilə Qızlar Texniki Müəllim Məktəbi xoruna rəhbərlik etdi və 5 il məktəb xorunu davam etdirdi. Xarici dildə oxumağı çox sevdiyindən, sözləri düzgün tələffüz etmək üçün İngilis və İtalyan kurslarına qatıldı.
Yılmaya
Yılmaz Güney
Yılmaz Güney (Yılmaz Pütün; 1 aprel 1937[…], Adana – 9 sentyabr 1984[…], XIV arondisman) — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı. Xüsusən də Kann mükafatı qazanmış "Yol", "Sürü", "Ümidsizlər" filmlərilə məşhurdur. == Həyatı == === Filmdən əvvəl === Yılmaz Güneyin əsl adı Yılmaz Pütündür. Özünün dediyinə görə, Pütün qırılması çətin, sərt meyvə toxumu deməkdir. 1937-ci ildə torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya gəlib. Əslən sivereklidir. Adanada böyümüş və gələcək həyatında da Adananı unutmamışdır. Adana bəzi filmləri üçün mövzu olmuşdur. Bir müddət Kamal və And film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi işləmişdir. Universitet təhsili almaq üçün İstanbula getmiş və orada Atıf Yılmazla (rejissor) tanış olmuşdur.